Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə100/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   94   95   96   97   98   99   100   101   102

                                                     

 

  



                                                                            

                                                    

397 

İspaniyanın  monarxları  Karib  dənizi  akvatoriyasında 



müstəqil  şəkildə,  admiraldan  xəbərsiz  ekspedisiyalar  təşkil 

edə  bilərdilər.  Məhz  bu  səbəbdən  ikinci  ekspedisiya  vaxtı 

Kolumb  təkbaşına  iri  bir  donanmaya  başçılıq  etmiş  və 

çətinlik  çəkmədən  gedib  Haiti  adasına  çıxmışdır.  Yalnız 

sonrakı  ekspedisiyalar  vaxtı  kəşf  edilən  coğrafi  məntəqə-

lərin coğrafi koordinatları düzgün verilir. 

Artıq Alonso de Oxeda, Pedro Alonso (Peralonso) Ninyo 

və Visente Yanyes Pinson müxtəlif ekspedisiyalara başçılıq 

edərək,  admiralın  köməyinə  arxalanmadan  müstəqil 

şəkildə,  Karib  dənizinin  cənub  sahilində  yerləşən  nəhəng 

torpağa  (Cənubi  Amerikanın  şimal  və  şimal-şərq  hissəsi) 

səyahətlərə  yollanmış  və  orada  tədqiqat  işləri  ilə  məşğul 

olmuşdular. 

 23. Kolumb öz həyatını risqə qoyaraq, Köhnə Dünyada 

yaşayanların bir çoxu üçün müəmmalı sayılan bir sirri açır 

–  Atlantik  okeanının  qərb  hissəsində  yerləşən  nəhəng 

torpaq  parçası  Asiyanın  şərq  hissəsi  deyil,  Yer  kürəsinin 

dördüncü  qitəsidir.  O,  səyahətləri  zamanı  əyani  sübut  edir 

ki,  Nəsirəddin  Tusi  hələ  XIII  əsrdə  öz  xəritəsində  Atlantik 

okeanının  o  biri  tayında  gösərdiyi  nəhəng  torpaq  parçası 

naməlum  bir  ərazidir.  Deməli,  azərbaycanlı  alimin  Marağa 

rəsədxanasında  apardığı  tədqiqatlar,  əsl  dünyavi  kəşfə 

gətirib çıxarıbmış. 



                                                     

 

  



                                                                            

                                                    

398 

Köhnə  Dünyadan  gizlin  saxlanılan  dördüncü  qitəni 



aşkarlamaq üçün genuyalı dənizçinin əlində demək olar ki, 

bütün lazım olan açarlar vardı;  

Yerin başlanğıc meridianının haradan başlanması (indiki 

Qrinveç  meridianından  34

qərb  istiqamətdə)  və  həmin 



meridianının Atlantikantın qərb hissəsində  yerləşən Xaldat 

adalarının sahillərindən keçməsi. Xaldat adaları isə bir çox 

alimlərin  Kanar,  Yaşıl  Burun  və  ya  Azor  adaları  ilə  səhv 

salması  ilə  yox,  (onlar  elə  zənn  edirdilər  ki,  Xaldat  elə 

adları  çəkilən  adalardan  biridir)  məhz  XV  əsrin  sonuna 

qədər  naməlum  qalan  dördüncü  qitənin  varlığına  bir  işarə 

idi.  

Tusi həmin koordinatları tərtib etdiyi xəritəyə (naməlum 



səbəblərdən  həmin  xəritə  Marağadan  yoxa  çıxmışdı) 

köçürmüş  və  aydın  şəkildə,  Kolumbun  kəşf  etdiyi  qitənin 

konturlarını, II əsr əvvəl göstərməyə müvəffəq olmuşdu. 

Kolumb  öz  müvəffəqiyyətində  yalnız  Tusiyə  minnətdar 

olmalı və çox güman ki, o, həmin istedadlı alimin xəritəsini 

ömrünün  sonuna  kimi  saxlamışdır.  Çünki  məhz  Tusi 

Azərbaycanda  işləyə-işləyə,  Atlantik  okeanının  o  biri 

tayında  iri  bir  torpağı  koordinatları  ilə  birlikdə  göstərmiş, 

okeanlarda  və  dənizlərdə  baş  verən  qabarma  və  çəkilmələr 

Ayın  çəpəki  hərəkətində  və  Yerin  qütblərdəki  batıqlığın-

dan  sonuncu  kimi  özünü  biruzə  verdiyini,  Yer  kürəsinin 



                                                     

 

  



                                                                            

                                                    

399 

şərti  olaraq  24  meridiana  bölərək  və  birinci  meridianın 



Atlantik  okeanına  yaxın  bir  yerdən  keçdiyini  göstərir, 

okean  və  dənizlərdə  baş  verən  fırtınalar,  qasırğalar  və 

sunamilər  heç  də  küləklərin,  tufanların  törəməsi  yox,  tam 

əksər hallarda Ay dövriyyəsinin fəsadları olduğunu göstər-

mişdir.  Həmin  o  tədqiqatlar  və  araşdırmalar  hər  hansı  bir 

coğrafiyaşünas və naviqator üçün yaxşı vəsait sayılırdı. 

Məhz  həmin  elmi  əsaslara  görə  Kolumb  əvvəlcədən 

havanın nə dərəcədə dəyişəcəyini, yəni, sakit və ya küləkli 

keçəcəyini  bilirdi.  Elə  1498-ci  ildə  Espanyola  adasına 

gələndə  havanın  sakit  olmasına  baxmayaraq,  o,  qətiyyətlə 

bildirirdi  ki,  Qəraib  dənizinin  bu  hissəsində  fırtına  baş 

verəcəyindən,  Ovando  İspaniyaya  yola  salmaq  istədiyi 

donanmanı bir neçə günlüyə adada saxlasın. Lakin inadkar 

qubernator  məşhur  dəniz  səyyahının  tərkibində  olan 

gəmilərin  əksəriyyəti  gözlənilməz  halda  başlayan  qasırğa-

dan məhv edildi. 

24.  Kolumbun,  zəmanəsinin  ən  təcrübəli,  bacarıqlı 

dənizçi olmasına şübhə etməmək olar, ona görə ki, o,  yola 

düşməmişdən  əvvəl  okeandakı  cərəyanlardan  və  küləklər-

dən necə istifadə etməsini bütün dənizçilərdən yaxşı bilirdi. 

Admiral  ağır  səyahətə  yola  düşməmişdən  əvvəl,  İngiltərə-

yə, İrlandiyaya və  Afrikanın Qvineya sahillərinə üzmüş  və 

Atlantik  okeanının  şərq  hissəsindən  qərb  istiqamətində 



                                                     

 

  



                                                                            

                                                    

400 

hərəkət  edən  cərəyanların  və  küləklərin  əsmə  istiqamətinə 



bələd  olaraq,  bu  barədə  hətta  gündəlik  də  tutmuşdu.  O, 

əvvəlcədən  Kanar  cərəyanı  ilə  Atlantik  okeanının  qərb 

hissəsinə üzməyi və oradan həm ekvatora yaxın, həm də ki, 

30-cu, 40-cı paralellərdə Avropa istiqamətində hərəkət edən 

cərəyanlar ilə necə geriyə qayıtmağı da bilirdi. 

Əlbəttə,  Kolumb  birinci  səyahət  zamanı  geriyə  qayıt-

maq  üçün  ekvator  yaxınlıında  fəaliyyət  göstərən  cərəyan-

dan  da  istifadə  edə  bilərdi,  lakin  Roma  papasının  qoyduğu 

qanunlara  intizamla  riayət  edən  admiral  Kolumb,  Portu-

qaliya  ilə  İspaniya  arasında  bağlanan  Tordelyasdakı 

müqaviləni  (1494)  rəhbər  tutaraq,  şimaldakı  cərəyandan 

istifadə  etməli  olur.  Deməli,  Kolumb  hara  getdiyini  və 

oradan necə qayıdacağını əvvəlcədən bilirdi, lakin bu haqda 

heç  kiminlə  fikirlərini  bölüşdürmək  istəmirdi.  Tusinin 

əsərlərində  aydınca  göstərilib  ki,  Atlantik  okeanında  təbii 

proses  kimi  həm  qərb,  həm  də  ki,  şərq  istiqamətində 

hərəkət edən bir neçə güclü cərəyan fəaliyyət göstərir. Belə 

bir  lazımlı  məlumatdan  Kolumb  peşəkar  bir  dənizçi  kimi 

istifadə etmişdi. 

 

 



 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə