11
yönəltməliyik fikri kimlərəsə yanlış görünə bilər. “Böyük
hökumətlər”in tənqid edilməsi və güclü fəaliyyəti dövlət sek-
torundan özəl bazarlara və ya vətəndaş cəmiyyətinə keçirmək
cəhdi ötən otuz ildə digər meyillərlə yanaşı, dünya siyasətində
üstünlük təşkil etmişdir. Lakin zəif, səriştəsiz və ya mövcud
olmayan hökumətlər xüsusən inkişaf etməkdə olan dünyada
ciddi problemlərin mənbəyidir”
1
.
Keçən əsrin 70-ci illərindən ölkənin dövlət idarəçiliyi sis-
temində çalışan bir şəxs kimi, mən bu illər ərzində Azərbay-
canın nə cür taleyüklü dəyişikliklərdən keçdiyini və müstə-
qillik şəraitində hansı zirvələri fəth etdiyini kifayət qədər də-
qiq və aydın görürəm. Lakin bu kitabı yazmaqla mən heç də
son həqiqəti deməyə iddia etmirəm, düşünürəm ki, bu təşəb-
büs ölkənin elmi fikrini həmin mövzuya dair ciddi araşdır-
malar aparmağa sövq edəcəkdir. Təəssüf ki, elmi elitamızın
xeyli hissəsi keçən əsrin 80-ci illərinin axırları – 90-cı illəri-
nin əvvəllərində düşdüyü süstlükdən hələ çıxmamışdır.
Demokratik inkişaf müasir dünya siyasi kontekstində ən
çox müzakirə edilən problemlərdən biridir. Tez-tez eşidirik
ki, bu və ya digər dövlət “hamılıqla qəbul edilmiş demokra-
tik standartlar”a uyğun gəlmir, yaxud müəyyən məkanda bər-
qərar olmuş “demokratiyanın səviyyəsi”ndən kənara çıxır.
Bununla yanaşı, formalaşmaqda olan yeni dünya nizamında
bəzi dövlətlər həmin bu “hamılıqla qəbul edilmiş standart-
lar”ın bir növ “müəllifləri” rolunda çıxış edirlər. Hər halda,
mənim fikrimcə, demokratiyanın nə olduğunu və onu bəşə-
riyyəti əsrlər boyu cəlb edən ictimai-siyasi quruluşun mö-
təbər təcrübəsinə məhz nəyin çevirdiyini xalqlar özləri
müəyyənləşdirməlidir.
1
Ф.Фукуямa. Сильное государство. Москва, 2006, с.6.
Müəllifdən
12
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Bu kitabın yazılması barədə düşünülərkən, keçmiş so-
sialist düşərgəsi ölkələrində baş verən proseslər sərt tranzit-
lərə hazırlığı xeyli dərəcədə əks etdirirdi. Həmin ölkələrin
bəzisi, məsələn, Yuqoslaviya, Gürcüstan, Ukrayna, Qırğızıs-
tan mahiyyətcə öz demokratik inkişafının trayektoriyasını
təkmilləşdirmək cəhdi olan “məxməri” transformasiyalar dal-
ğasını yaşamalı oldu. Digər ölkələr sabit mərhələli keçidin
təmin edilməsi üçün demokratik hüquq və azadlıqlar məka-
nını genişləndirən gizli transformasiya apardı. Başqaları isə
avtarkiyanı üstün tutdu.
Bir çox əsrlər ərzində bəşəriyyət ədalətli idarəetmə modeli
hazırlamağa çalışmışdır. Platon, Aristotel, Hobbs, Makiavel-
li, Monteskyö, Russo, de Tokvil və çox böyük sayda digər
məşhur mütəfəkkirlər, filosof və alimlər vahid məkan və
cəmiyyətin bütün üzvlərinin hüquq və azadlıqlarının təmin
olunması çərçivəsində insanların münaqişəsiz, qarşılıqlı su-
rətdə faydalı şəraitdə yanaşı yaşaması probleminə dəfələrlə
müraciət etmişlər. XVIII əsrdə demokratiya uğrunda müba-
rizə aparanlar iddia edirdilər ki, monarxlar və onların nazir-
ləri mənəvi baxımdan pozulmuşlar, ağılsız və qəbahətlidirlər.
Bununla belə, insanın öz həyat tərzini və fəaliyyət formala-
rını müəyyən etməsində bərabərliyə nail olmaq cəhdləri
sosial gerçəkliyi demokratik qavramağın əsasına çevrilmiş-
dir. Hələ Benedikt Spinoza vurğulayırdı ki, cəmiyyətin siyasi
təşkilinin ən yaxşı forması demokratiyadır, ümumi rifahı, zə-
kanın və insana təbiət tərəfindən bəxş olunmuş azadlığın
hökmranlığını ən yüksək dərəcədə yalnız o təmin edə bilər.
Bununla bərabər, materialist filosof deyirdi ki, idarəetmə
forması hər necə olsa da, cəmiyyətdə ali hakimiyyət vətən-
daşların yığıncağına məxsus olmalıdır, çünki yığıncağın ira-
dəsini ehtiraslar deyil, ağıl-zəka müəyyən edir. Yalnız dövlət
13
işlərinin kollektiv müzakirəsi ümumi rifahın təmin edilmə-
sinə yönəldilmiş qərarların qəbul olunmasına kömək edir.
Bəşəriyyət demokratiya epoxasına çox böyük ümidlərlə qə-
dəm qoymuşdur. Lakin təəccüblü deyil ki, xülyalar tezliklə da-
ğılmalı idi. Aydın oldu ki, demokratiyalar monarxiya və ya
aristokratiyadan, hər halda, heç də az səhvlər buraxmırlar. De-
mokratiyanın hökumət rəhbərləri kimi irəli çəkdiyi şəxslərlə
imperator və kralların öz mütləq hakimiyyətinin icrası naminə
bu mövqeyə yüksəltdikləri şəxslər arasında aparıla biləcək
müqayisə heç də həmişə demosun – xalqın nümayəndələrinin
xeyrinə olmamışdır.
Bəşəriyyət inkişaf etdikcə və insanın həyat fəaliyyətini
dəstəkləmək üçün yeni mənbələr, yeni məkanlar və enerji
ehtiyatları axtarılması zərurəti artdıqca, demokratiyanın
rolunu müəyyənləşdirməkdə geosiyasi və coğrafi-iqtisadi
mənafelər üstünlük təşkil etməyə başlamışdır. Bərabər
hüquqlu yanaşı yaşama ideyaları “yeni hegemonluğun”
qurulması və “demokratik dövlətlər zolağı” deyilən məkanın
genişləndirilməsi kimi şərh edilməyə başladı. Nəticədə
demokratiya XXI əsrin əsas ideoloji silahına – nəinki möv-
cud rejimləri dəyişdirməyə, tranzitlər və transformasiyalar
doğurmağa, həm də Yer kürəsinin istənilən nöqtəsinə hərbi
müdaxiləni “legitimləşdirməyə” qadir olan silaha çevril-
mişdir. Dünyanı, bir növ, iki düşərgəyə - kommunist və
kapitalist düşərgələrinə bölən “soyuq müharibə” dövrünün
müddəaları dünya məkanının “azad, qismən azad və qeyri-
azad” kimi yeni bölgüsü prinsiplərinə transformasiya ol-
muşdur. Bununla əlaqədar fransız filosofu Jan Jak Russonun
(1712-1778) belə bir fikrini xatırlamaq yerinə düşərdi:
“Azadlıq idarəetmənin hansısa formasından ibarət deyildir:
o, hər bir azad insanın ürəyindədir”.
Müəllifdən
Dostları ilə paylaş: |