Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə242/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   238   239   240   241   242   243   244   245   ...   253

 

 

751



Sözardı 

əvəzi 


mək üçün göstərilən ilk cəhd deyildir. İslamın və başqa 

dinlərin tarixində buna oxşar misallar az deyil, lakin onlar 

heç vaxt həqiqətən humanist prinsiplərin bəyan edilməsinə 

gətirib çıxarmamışdır. Amma əvəzində, ictimaiyyət dini-si-

yasi təqiblərin, söz azadlığının və  fərqli düşünməyin bo-

ğulmasının, keçmiş  həmfikirlər və dindaşlar arasında daxili 

çəkişmələrin şahidi olmuşdur. 

Son onilliklərdə ictimai həyatın plüralizmi və davranış tərz-

lərinin müxtəlifliyi  ənənəvi inteqrasiya metodlarının imkanları 

hüdudundan kənara çıxmışdır. Hazırda dini tarixdən, mədəniy-

yətdən, sosiologiyadan təcrid edilmiş  şəkildə  nəzərdən keçir-

mək, demək olar ki, mümkün deyildir. Dini mühafizəkarlıq dini 

təfəkkürü oyadan və zamanın qarşıya qoyduğu suallara cavab 

verən yenilikçi və islahatçı ideyalarla rəqabət apara bilmir. 

Din sahəsinin bəşəriyyətin inkişafının ilkin şərti və ya re-

sursu kimi dəyişməz qalmasını etiraf etməklə yanaşı, biz 

başa düşməliyik ki, müasir Azərbaycanın da aid olduğu 

qeyri-ənənəvi, transformasiya cəmiyyətlərində dindarlıq ona 

könüllü surətdə maraq göstərənlərin daxili fəallığı vasitəsilə 

sərbəst  şəkildə  və  məcburiyyətsiz inkişaf edir. Müasir real-

lıqlar sürətlə dəyişərək, sosium qarşısında yeni vəzifələr qo-

yur, buna görə də iqtisadiyyatda, siyasətdə və ictimai müna-

sibətlərdə irəliləyişə nail olmaq üçün transformasiya proses-

lərinin lazımi axınını yalnız yeni ideyalar üçün açıq olan 

cəmiyyətlər tuta biləcəkdir. 

Dövlət və  cəmiyyətin həyatında baş verən demokratik 

dəyişikliklər dini həyatın da demokratikləşməsinə stimul 

yaratmalıdır. İnsan hüquqları ideyasının müxtəlif konfessiya-

ların təbliğ etdiyi dini doktrinalarla eyniləşdirilməsi müəyyən 

dərəcədə bununla bağlıdır. Din vətəndaş azadlıqlarının mə-

nəvi qoruyucusuna və ictimai-siyasi dəyişikliklərin təkcə dini 



 

 

752 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

deyil, həm də demokratiya kontekstində başa düşülən əxlaqa 



və  ədalətə uyğunluğu baxımından onların qərərsiz tənqid-

çisinə çevrilmək imkanına malikdir. 

Demokratikləşmə prosesləri təkcə bu və ya digər ölkələri 

deyil, həm də onların arasındakı münasibətləri  əhatə edir. 

Nəticədə təkbaşına liderlik keçmişdə qalır. Dəyişikliklər döv-

rünün tələblərinə iri ittifaqlar deyil, müvəqqəti məqsədli 

münasibətlər və ya alyanslar uyğun gəlir.  İkitərəfli münasi-

bətlərin strukturunu yaratmağa və müxtəlif çoxtərəfli format-

larda iştirak etməyə imkan verən siyasət aktuallaşır ki, bu da 

müstəqilliyin qorunub saxlanmasına təminat verir. 

Hazırda dünya daha həssas olmuşdur. Bunun əsas səbəbi 

qloballaşmanın mürəkkəblikləridir: inkişafın qeyri-bərabərli-

yinin güclənməsi sosial-iqtisadi, millətlərarası və dini zəmin-

də münaqişələrə səbəb olur; onların bir qismi terrorizm, mü-

təşəkkil cinayətkarlıq və narkotik maddələr alveri mənbələ-

rinə çevrilir. Dövlətlər üçün təhlükəsizliyin olmaması birtə-

rəfli güc tətbiq edilməsi, ərazi bütövlüyünün pozulması kimi 

fəsadlar yaradır. 

2007-ci il fevralın 10-da Münxendə dünyanın 40-dan çox 

ölkəsini təmsil edən yüksək vəzifəli  şəxslərin iştirakı ilə 

təhlükəsizlik məsələrinə dair konfransda Rusiya prezidenti 

V.Putin öz çıxışında müasir beynəlxalq münasibətlərin və 

proseslərin bir sıra problemlərinə toxunmuşdur. 

Məsələn, o demişdir ki, cəmi iyirmi il bundan əvvəl dünya 

ideoloji və iqtisadi baxımdan parçalanmışdı, onun təhlükəsiz-

liyi isə iki fövqəldövlətin çox böyük strateji potensialı hesa-

bına təmin edilirdi. 

“Qlobal qarşıdurmalar  ən kəskin iqtisadi və sosial məsə-

lələri də beynəlxalq münasibətlərin gündəliyində sonuncu 



 

 

753



Sözardı 

əvəzi 


yerlərə keçirmişdir. Hər bir başqa müharibə kimi, “soyuq 

müharibə” də bizə “partlamamış  mərmilər” miras qoymuş-

dur... Mən ideoloji stereotipləri, ikili standartları, blok tə-

fəkkürünə xas olan başqa şablonları nəzərdə tuturam. 

“Soyuq müharibə”dən sonra təklif edilən birqütblü dünya 

da baş tutmadı... 

Lakin birqütblü dünya nə deməkdir? Bu terminə nə qədər 

bəzək-düzək versələr də, nəticə etibarilə praktikada onun 

yalnız bir mənası var: bir hakimiyyət mərkəzi, bir güc mər-

kəzi, qərarların qəbul edildiyi bir mərkəz. 

Bu, bir ağanın dünyası, bir suverenin dünyasıdır... 

Əlbəttə, bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. 

Çünki məlum olduğu kimi, demokratiya azlığın maraqları və 

fikirləri nəzərə alınmaqla, çoxluğun hakimiyyəti deməkdir. 

Yeri gəlmişkən, Rusiyaya, bizə daim demokratiya dərsi 

keçirlər. Lakin bizi öyrədənlər özləri, nədənsə, o qədər də 

öyrənmək istəmirlər. 

Beynəlxalq hüququn əsas prinsiplərinə etinasızlığın get-

gedə artmasının şahidi oluruq. Üstəlik, ayrı-ayrı normalar və 

mahiyyət etibarilə, bir dövlətin, ilk növbədə, əlbəttə, Birləş-

miş Ştatların az qala bütün hüquq sistemi hər sahədə – həm 

iqtisadiyyatda, həm siyasətdə, həm də humanitar sahədə öz 

milli sərhədlərindən kənara çıxmışdır və başqa dövlətlərə 

zorla qəbul etdirilir. Amma bu kimin xoşuna gələ bilər… 

Əminəm, biz elə bir həddə yaxınlaşmışıq ki, qlobal təhlü-

kəzisliyin bütün arxitekturası barədə ciddi şəkildə fikirləş-

məliyik... 

ATƏT-i başqa ölkələrə münasibətdə bir ölkənin və ya 

ölkələr qrupunun daxili siyasi maraqlarının təmin edilməsi 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə