Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

34 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



toyuq-cücəsi  hara  daşınırmış!  Kim  daşıyırmış,  nə  vaxt, necə  daşıyırmış?  —  öyrənib 

bilmək gərək idi! 

 Dəvə  daldaya  çəkilib  yatdı,  yerini  rahatlayıb  gözlədi,  gördü  ki,  bir  qıllı-qaban 

köpəkdir bu arada gəzib-dolanır. Dəvəyə elə gəldi ki, xəyanət edən qıllı-qaban köpək 

öz  həmcinslərinin  başlarını  tovlayıb,  onları  aldadır,  özü  də  arxayınca  toyuq-cücə 

damına girib, bircə-bircə onları boğur, gətirib burada tükdən çıxarıb, kefini çəkir. 

*   * 



Ovlaq  obasının  toyuq-cücəsinə  dadanan  köpək  geyimli  tülkü  kökəlib  tülkü 



həddindən  çıxmışdı,  qıllı-qaban  dərisini  doldurmuşdu.  Boz  tülkü  daha  qıllı-qaban 

köpək dərisindən qırağa çıxmaq istəmir... Niyə də çıxsın? Vaxta ki, köpəkləri aldadıb 

ala qoyur, öz işini işlədib, dövranın sürür... 

Gözü  qızan  köpək  geyimli  boz  tülkü  dolana-dolana  yan-yörəni  gəzdi,  bir  də 

gördü ki, bəs qalın kolların arasında iri bir toyuqdur, ya cücədir yatıbdır? Gözü qızan 

köpək geyimli boz tülkü yaxına gəldi. Gördü ki, hər nə rəngdə toyuq-cücə tükündən 

desən  bu  qəribə  «cücə»də  vardır.  Köpək  geyimli  tulku  dedi  yaxşısı  budur,  bu 

«cücəni»  sürüyə-sürüyə  aparıb  yuvama  salım,  bu  payızdan  başlamış  bütün qışı kefi 

kök dolanıb  yaza  çıxım,  tez-tez  çapğına gedib gözə görünməyim.  Qoy  Ovlaq obası 

başqa yandan toyuq-cücədən alıb gətirsin; boşalan hinləri doldursun, mən də təzədən 

işimə girişim. Bu fikrə düşən köpək geyimli tülkü «cücə»nin yan-yörəsinə dolandı... 

O, ömründə belə bir «cücə» görməmişdi. Hə, «cücə» olmağına «cücə»dir,—dedi.— 

Amma bu elə zırpı «cücə»dir ki, daha deyilməyəsi təhər! 

Köpək  geyimli  boz  tülkü  götür-qoydan  sonra  «cücə»nin  dövrəsinə  dolandı. 

Axırda  «cücə»nin  nazikcə  bir  yerini,  quyruğunu  tapdı.  —  Elə  əsil  tutmalı  yeri 

burasıdır  deyib,  başladı  «cücə»nin  quyruğundan  yapışıb  yuvasına  sarı  sürüməyə. 

Ancaq  nə qədər  çalışdısa da  gücü  «cücə»yə  çatmadı. Dönüb  daha köpək  quyruğunu 

yox, öz şələquyruğunu «cücə»nin nazik quyruğuna möhkəmcə bağladı... Başladı güc 

verib  «cücə»ni  yuvasına  tərəf  dartmağa.  Ancaq  hər  necə  hıqqanıb-zıqqınsa  da, 

«cücə»ni  tərpədə  bilmədi.  Birdən  «cücə»  ayağa  qalxdı.  Tülkü  quyruğundan  asılı 

qaldı.  



35 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Dəvə  Ovlaq  obasına  tərəf  götürüldü.  Köpək  geyimli  tülkü  o  tərəf-bu  tərəfə 

yelləndi.  Quyruğundan  tələyə  düşən, başı  köpək  dərisindən  çıxan  boz  tülkü  bilmədi 

nə  eləsin?!  Bu  halda  arandan,  qamışlıqdan  qaçan  sarı  çaqqal  tülkünün  nəhəng  bir 

«cücə»nin quyruğundan asılı qaldığını gördü: 

 

Bu nə işdir, a boz tülkü, sən haradan yapışmısan? 



 

Görmürsən, köpəklərdən qaçıb, böyüyümə pənah gətirmişəm? 



 

Bu dağ gövdəlinin qısa quyruğuna nə pənah? 



 

Böyüyüm harasını rəva görüb, mən də orasından tutmuşam! 



 

İndi bəs yolun hayanadır? 



 

Böyüyüm hara buyursa, o yanadır! 



 

Bəs bu köpək dərisi nədir, girmisən? 



 

Soyuqdan-şaxtadan qorunmaq kürküdür! 



 

Bəlkə qıllı-qaban kürkündə toyuq-cücə daşıyırsanmış? 



 

Mən heç belə «cücə»lərlə öcəşərəmmi? 



Dəvə  Ovlaq  obasına  çatar-çatmaz,  ala  qoyulub,  aldadılan  qıllı-qaban  köpəklər 

yerbəyer  qalxışdı.  Başda  «Paşa  bəy»  cığalı  xoruz  olmaqla  Ovlaq  obasında  çapqınçı 

gözündən  yayınıb-qalan  toyuq-cücə  tökülüşüb  gəldi.  Əvvəlcə  boz  tülkünün  qıllı-

qaban  geyimini  çırdılar,  sonra  da  onun  öz  dərisini  quyruğu  qarışıq  boğazından 

çıxartdılar.  Axırda  Dəvənin  başına  əlvan  xoruz  lələyindən  düzələn  bir  çələng 

qoydular. 

 

Göygöl. 20 avqust, 1966.  



 

 

 

 

 


36 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Şİ

R V

Ə

 TÜLKÜ

 

 

Başı  buluda  çatan  Şah  dağının  ətəyində  qalın  bir  meçə  vardı.  Meşə  cürbəcür 



һeyvanlar və quşlarla dolu idi. Bu meşədə caynaqlı bir Şir şaһlıq eləyirdi. O öz-özünə 

bitib  tökülən  meyvələrdən 

birinə də dilini vurmur, ova 

gedir,  təzə  ət  yeyirdi.  Şir 

yatıb  yuxuya  gedəndə  belə 

yerdəki  һeyvanlar  ondan 

gen  gəzir,  göydəki  quşlar 

qanad salırdı. 

Bir  gün  Şaһ  dağının  Şiri 

ova  çıxdı,  çox  gəzdi,  çox 

dolandı,  ancaq  əlinə  һeç  nə 

düşmədi;  bütün  gecəni  ac 

yatdı. Sabaһı açıb yenə ova 

ketdi, 


bu 

dəfə 


onun 

pəncəsinə  şələquyruq  bir 

Tülkü keçdi. Qəzəbli Şir öz 

dişlərini qıcadı:  

 

Yeyəcəyəm  səni!.. 



Bəs bu neçə gündə һarada itib batmışdın? 

Tülkü başını Şirin iti caynaqlarına əydi: 

 

Xalamgilə getmişdim! 



 

Niyə getmişdin, xalangilə? 



 

Xalama deyəm ki, mənə xoşbəxtlik üz veribdir. 



 

Nə xoşbəxtliyi? 



 

Bəs yuxuda görmüşəm ki, Şaһ dağının şaһına qismət olmuşam! 




Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə