Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   ...   10   11   12   13   14   15   16   17   18

43 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



ƏFSANƏLƏR 

BUYNUZLU V



Ə

 BUYNUZSUZ QOÇ 

 

Ötən  zamanda  Arasbar  obasında  bir  buynuzlu  bir  də  buynuzsuz  qoç  var  idi. 



Bunların ikisi də payızda yaşılarpa xəsilinin içində analarından olmuşdular. Bunların 

hər  birisini  öz  anası  yalamışdı,  qurulamışdı,  əmizdirə-əmizdirə  əmlikləşdirmişdi. 

Bunların  biri  hələ  əmlik  çağından  buynuz  göstərməyə  başlamışdı.  O  birisinin  isə 

buynuzu  heç  yerli-dibli  çıxmamışdı.  Elə  ki,  bunlar  böyüyüb  qoç  oldular,  buynuzlu 

qoç  buynuzsuza  göz  verib,  işıq  vermədi,  hara  gəldi,  günülədi,  «gəl,  kəllə-kəlləyə 

çaqqışaq!»  —  deyə  hey  buynuzsuzun  üstünə  düşdü.  Buynuzsuz  da  nə  qədər  öz 

kəlləsini  yayındırsa da, buynuzlu ondan  əl  götürmədi, kəllə-kəlləyə  gəldi, gündə bir 

belə amansız əməlinə göz qoyan buynuzsuzun anası, bir gün buynuzluya yanaşdı, ona 

yalvar-yapış  elədi,  öyüd-nəsihət  verdi,  dedi  bəs  siz  ikiniz  də  bir  vaxtda  bir  xəsilin 

içində anadan olmusunuz, bir pərnəkdənsiniz, yad-yadırğa deyilsiniz! Elə səni də yeri 

düşəndə mən əmizdirmişəm, özümə doğma bala bilmişəm. Nə olar biri buynuzlu, o 

birisi  buynuzsuz  olanda?  Axı,  insaf  da  dinin  yarısıdır.  Sən  gəl  mənim 




44 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



buynuzsuzumdan  əl  çək...  Ana  qoyun  çox  dedi,  buynuzlu  qoç  az  eşitdi,  üstəlik 

kinayəyə də keçdi: 

 

Guya  bu  əfəli  doğmasaydın,  bizim  pərnəyin



3

  içinə  ötürməsəydin,  dünya 

qara geyib göy çalardı?! 

 



Niyə daha əfəl bala? O da sənin kimi qoç deyilmi? — Ana qoyun buynuzlu 

qoça  yal  verib  onun  ürəyinə  rəhm  işığı  salmaq  istədi.  —  İntahası  mənim 

balamın buynuzları yoxdur! 

Buynuzlu qoç şəst göstərib gərdənini çəkdi: 

 

Niyə bica yerə zəhmət çəkib belə bir buynuzsuzu doğurdun?! 



 

Buynuz sonradan əmələ gəlmədir, bala! 



 

Gərək sən bunu qabaqcadan qanıb, başa düşəydin, qoyun! 



 

Qabaqcadan qanıb, başa düşmək olmaz, bala! 



 

Qoy onda, sənin buynuzsuzun ilin on iki ayı əzabını çəksin! 



—Axı,  onu  bil  ki,  Arasbarda  bir  məsəl  var,  —  deyərlər:  «Buynuzsuz  qoçun  qisası 

buynuzluda qalmaz». 

Buynuzlu qoç özündən çıxıb, hədə-hərbəyə keçdi:  

 



Qoy onda sənin o kərəbaş balan əlindən gələni beş qaba çəksin! 

 



Birisini özünün, birisini də mənim qabağıma qoysun, eləmi? 

 



Özü bilər, istər birisini özünün, birisini də sənin qabağına qoysun, ya da öz  

kərəbaşlığına salıb utanmaz-utanmaz ikisini də özü yesin! 

 

Demək, sən mənim də — ananın da üzünə ağ olursan? 



 

Ana  olan  özü  öz  üzünə  ağ  olur,  —  deyə  buynuzlu  qoç  başını  dik  tutub 



rişxəndini  əsirgəmədi.—Biz  boydanın  başını  Arasbar  elində  aşağı  eləyən 

sənin o kərə zayılın nə qoç kimi qoçdur, nə də qoyun kimi qoyun! 

 

Yox, o da sənin kimi qoçdur! 



 

Qoy qoçdusa, çaqqışma-çarpışma meydanında duruş gətirsin! 



 

Axı, buynuzsuz buynuzlu ilə çaqqışıb, çarpışa bilməz! 



 

Çaqqışıb-çarpışa bilməyən yerdə yıxılıb gəbərsin! 



                                           

3

 Pərnək – bir bölük qoyun. Küçük sürü 




45 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Ana  qoyun  xudpəsənd  buynuzlunun  biri  bir  batman  balla  yeyiləsi  olmayan 

sözlərini  yeyib,  uda  bilmədi,  özünə  ağır  dərd  elədi,  bir  neçə  gündən  sonra  daha 

yerindən  durmadı,  qəhərlə  dolan  gözlərini  yumdu.  Buynuzsuzsa  öz  anasının  aqır 

dərdinə  ağladı.  Elə  bu  zamanın  özündə  də  buynuzlu  buynuzsuzu  anasından  qoparıb 

qabaqına qatdı, qovaladıqca qovalayıb dedi: 

 



Biryolluq bu pərnəgdən rədd ol, Arasbar dərələrində qurda-quşa qismət ol! 

hey qovalanan, hey sınıq salınan buynuzsuz qoçda axır ki, qisas arzusu doğdu... Dedi 

daha bu bir pərnəklik olmadı, buynuzlu mənə bəla oldu. Ancaq buynuzsuz nə təhər, 

necə buynuzludan qisas alsın, bilmə erkək balasını yanına çağırdı: 

 

Ölürəm, oğul! 



 

Niyə, ata? 



 

Buynuzsuz yaşamaq mənə mümkün olmadı! 



 

Nə üçün? 



 

Buynuzlu mənə aman vermədi! 



 

Bəyəm,  buynuzlu  ya  buynuzsuz  —  siz  ikiniz  də  bir  pərnəkdən-bölükdən 



deyilsiniz? 

 



Hər necə bir pərnəkdən-bölükdən olsaq da, biz barışmaz düşmənik! 

 



Nə üçün, belə? 

 



O mənim anamı da dərdə salıb öldürdü! 

 



Axı, bu ədavət nə üstə oldu? 

 



Mənim üstümdə! Anam çox dedi, buynuzlu heç eştimədi, indi nə vaxtdandı 

ki, məhz o burma buynuzuna görə bizim pərnəkdə fələyə kələk demir, məni 

harada  görür  buynuzlayır,  pərnəkdən  çıxarıb  ilim-ilim  itirməyincə  əl 

çəkmir! 


 

İndi sözün nədi, ata? 



 

Sözüm yox, vəsiyyətim, — deyə buynuzsuz qoç başını götürüb yerə döydü. 



Onun gözləri qanla dolub qızardı. — Ya buynuzlu ol bu pərnəkdə yaşa, ya 

da buynuzsuz olacaqsansa elə indidən bax beləcə mənim kimi öz ayaqlarını 

uzat, öl! 



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə