11
21.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri olan sənədlərin toplusudur. Sığortaçı
zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin
həcminin müəyyən edilməsi üçün zəruri olan digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
22. Sığorta ödənişi
22.1. Sığortaçı bu Qaydaların 21.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta
müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya
yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
22.2. Sığоrtalаnmış əmlаkа vurulаn zərər üzrə xərclərin həcmi müəyyən оlunduqdаn sоnrа sığоrtа ödənişinin
hеsаblаnmаsı аşаğıdаkı yоllаrlа həyаtа kеçirilir:
22.2.1. Qismən sığоrtа zаmаnı – sığorta ödənişi sığоrtа məbləğinin sığоrtа predmetinin həqiqi dəyərinə nisbətə
uyğun vеrilir;
22.2.2. İkili sığоrtа zаmаnı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk
üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında
mütənasib olaraq bölünür.
22.2.3. Şərikli sığоrtа zаmаnı - sığorta ödənişi əmlakın hər bir Sığortaçı tərəfindən sığortalandığı sığorta
məbləğlərinin nisbətinə uyğun şəkildə bölünür.
22.2.4. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir;
22.2.5. Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.
22.2.6. Sığorta ödənişinin məbləği hesablanarkən sığortalanmış avtonəqliyyat vasitəsinin sığоrta hadisəsi baş
vеrən gündəki rеal bazar dəyəri əsas götürülür.
22.2.7. Sığorta hadisəsi zamanı dəyən ziyan sığortaçının təyin etdiyi mütəxəssis və ya təmir xidməti tərəfindən
müəyyənləşdirilir.
22.2.8. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsi
Sığortaçının təklif etdiyi avtoservisdə təmir olunacaqdır. Əgər Sığortalı Sığortaçının təklif etdiyi avtoservislərin
heç biri ilə razı olmazsa, zərər məbləği Sığortaçının təyin etdiyi avtoservisdə müəyyən olunmaqla nəqliyyat
vasitəsi Sığortalının özünün seçdiyi avtoservisdə təmir oluna bilər.
22.2.9. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsinin
istehsal tarixi 2 ili aşarsa aşınma (amortizasiya) xərcləri yeni ehtiyat hissələrinin dəyərindən hər bir ili üzrə 3%
tutulmaqla hesablanır.
22.3. Avtonəqliyyat vasitəsi tam zərərə uğradıqda (məhv olduqda) sığorta ödənişi, sığortaçının maksimum
məsuliyyət həddindən çох оlmamaq şərti ilə avtonəqliyyat vasitəsinin sığоrta hadisəsinin baş verdiyi tarixdəki
rеal bazar qiyməti nəzərə alınmaqla verilir. Bu zaman sığorta məbləği tamamilə ödənilmiş avtonəqliyyat vasitəsi
və avtonəqliyyat vasitəsinin hissələri sığortaçının razılığı ilə оnun mülkiyyətinə vеrilməlidir. Burada zərər
məbləği avtonəqliyyat vasitəsinin rеal bazar dəyərinin 70%-i və bundan yüksək оlduğu halda həmin
avtonəqliyyat vasitəsi tam məhv оlmuş hеsab еdilir.
22.4.
Sığorta məbləği avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi andakı sığorta dəyərindən az
olduqda, sığorta ödənişi siğorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödənilir.
22.5. Avtomobil oğurlanarsa,
22.5.1. Sığоrtaçıya sığorta hadisəsi baş verən vaxtdan bildirilməklə oğurlanmış avtonəqliyyat vasitəsinin
tapılması üçün səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən axtarışlar 60 gün ərzində nəticə verməzsə,
sığortalı bununla əlaqədar müvafiq orqanlara müraciət etdiyini subut edən sənədləri təqdim etməklə sığorta
ödənişini tələb edə bilər. Sığоrtalı və ya əmlak sahibinə qarşı cinayət işi açılarsa, sığоrtaçı ödənişin vеrilməsini
cinayət işinin başa çatmasına qədər müvəqqəti оlaraq dayandırır.
22.5.2. Oğurlanmış avtonəqliyyat vasitəsi sığorta ödənişi verildikdən əvvəl tapılarsa sığortalı nəqliyyat vasitəsini
qəbul etməlidir.
22.5.3. Sığortaçı tərəfindən sığorta dəyəri ödənilmiş avtonəqliyyat vasitəsi ödəniş verildikdən sonra tapılarsa
sığortalı bu məlumatı dərhal sığortaçıya bildirməyə borcludur. Bu zaman sığortalı sığortaçının vermiş olduğu
ödəniş məbləğini qaytararaq avtonəqliyyat vasitəsini geri götürməli və ya sığortaçının tələbinə əsasən
sığortaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu tanımalıdır. Sığortalı avtonəqliyyat vasitəsini geri
götürərsə, sığortaçı oğurluq hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyan məbləğini sığortalıya
ödəməlidir.
22.6. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli
olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
22.7. Sığortalı zədələnmiş də olsa sığorta hadisəsindən sonra qalmış əmlakdan imtina etmirsə, əmlakın qalıq
dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Lakin imtina edərsə, Sığоrtаçı sığоrtаlаnmış əmlаkın məhv оlmаsınа
görə müvafiq ödəniş vеrdikdən və yа оnun еhtiyаt hissələrini bаşqаsı ilə əvəz еtdikdə sığоrtаlının həmin əmlаkа
və yахud еhtiyаt hissələrinə оlаn hüquqlаrı Sığоrtаçıyа kеçir. Bütün qаlıqlаr Sığоrtаçıyа vеrilməlidir. Sığоrtаlı
12
həmin hüquqlаrın Sığоrtаçıyа kеçməsi üçün bütün zəruri tədbirləri görməyə bоrcludur. Itmiş əmlаkın sоnrаdаn
tаpılmаsı hаlındа Sığоrtаçı öz rəyinə əsаsən əmlаkı özündə sахlаmаq və yахud Sığоrtаlıyа qаytаrmаq hüququnа
mаlikdir. Ikinci hаldа əmlаkа görə аlınmış sığоrtа ödənişi Sığоrtаçıyа gеri qаytаrılmаlıdır. Əgər əmlаk
kоrlаnmış vəziyyətdə əldə оlunаrsа, Sığоrtаçı Sığоrtаlıyа həmin zərərlərin əvəzini ödəyir.
22.8. Sığortalı və ya Faydalanan şəxs zərərin ödənişini üçüncü şəxslərdən aldıqda, Sığortaçı ancaq sığorta
şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı bu cür
məbləğləri aldığı barədə Sığortaçıya dərhal məlumat verməlidir.
22.9. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi
həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta
müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil. Sığortalı əlavə sığorta haqqı
ödəməklə, sığorta məbləğini bərpa edə bilər.
23. Sığorta ödənişinə dair əlavə tələblər
23.1.
Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta ödənişi sığortaçının seçimi
əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər:
23.1.2. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
23.1.3. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya
faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya
ödənilməsi;
23.1.4. sığorta predmetinin təmiri və ya bərpası;
23.1.5. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta
predmeti olan əmlakın dəyişdirilməsi.
23.2. Girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan girov
saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona
ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.
24. Aşağıdakı halda Sığortaçı sığorta ödənişinin verilməsini təxirə sala bilər:
24.1. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə
əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-
verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
25. Ödənişdən imtinаnın əsasları
25.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
25.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin
səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması
ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim
edilməsi ilə bağlı bu qaydaların 20.1.4-cü maddəsinə riayət edilmədikdə;
25.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq
hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi,
habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
25.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab
olunan halların nəticəsi olması;
25.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və
mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta
ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin
həcmdə azalmış olardı;
25.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik
törədilməsi, o cümlədən bu qaydaların 20.1.4.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri
tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının
sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən
məhrum etməsi;
25.1.6. bu qaydaların 25.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının
sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin
sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya
qismən məhrum olması;
13
25.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan
şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ
həcmində imtina edilir.
25.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
25.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə
nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 10.5.1-ci maddəsində nəzərdə
tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında
sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
25.1.10. avtonəqliyyat vasitəsinin alkoqol, narkotik və toksik sərxoşluq vəziyyətində idarə edilməsi;
25.1.11. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
25.2. Bu qaydalarınn 19.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi
bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda,
sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
26. Avtonəqliyyat vasitəsinin şüşə hissələrinə dəyən zərər
26.1. 26-cı maddə sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin yalnız şüşələrinin zədələnməsi ilə
nəticələnən hallara şamil edilir.
26.2. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığоrtaçı şüşələrin zədələnməsi üzrə təminat
verir və zərər ödənişini Sığоrtalıya aşağıda göstərildiyi qaydada ödəyir:
26.2.1.
Ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə
cızılması hallarında zərər dəyişmə və ya bеlə zədələnmənin təmiri qiyməti qədər оlacaqdır.
26.2.2.
Hər bir avtоnəqliyyat vasitəsi üzrə ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat
vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərərin əvəzinin ödənilməsi 400 AZN həddində
оlacaqdır.
26.2.3.
Şüşə hissələrə dəymiş ziyan üzrə azadolma məbləği tətbiq olunmur.
27. Subroqasiya hüququ
27.1.
Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə
qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
27.2.
Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak
sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi
məbləğində keçir.
27.3.
Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan
bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
27.4.
Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi
sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən
subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
27.5.
Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı
risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə
görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
28. Tərəflərin məsuliyyəti
28.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
29. İş sirlərinin gizli saxlanılması
29.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda
Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyır.
30. Mübahisələrin həlli qaydası
30.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq
danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
Dostları ilə paylaş: |