Razilaşdirilmişdir



Yüklə 263,69 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix17.04.2018
ölçüsü263,69 Kb.
#38863
1   2   3   4   5   6

 

11 


21.3.  Müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bu  minimal  zəruri  olan  sənədlərin  toplusudur.  Sığortaçı 

zərurət  yarandıqda  sığortalıdan  sığorta  hadisəsinin  baş  verməsi  səbəblərini  və  faktını,  həmçinin  dəyən  zərərin 

həcminin müəyyən edilməsi üçün zəruri olan digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır. 

 

22. Sığorta ödənişi  

22.1. Sığortaçı bu Qaydaların  21.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta 

müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya 

yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir. 

22.2.  Sığоrtalаnmış  əmlаkа  vurulаn  zərər  üzrə  xərclərin  həcmi  müəyyən  оlunduqdаn  sоnrа  sığоrtа  ödənişinin 

hеsаblаnmаsı аşаğıdаkı yоllаrlа həyаtа kеçirilir: 

22.2.1. Qismən sığоrtа zаmаnı – sığorta ödənişi sığоrtа məbləğinin sığоrtа predmetinin həqiqi dəyərinə nisbətə 

uyğun vеrilir; 

22.2.2. İkili sığоrtа zаmаnı  – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk 

üzrə  hər  hansı  digər  sığortaçı(lar)  da  təminat  vermişdirsə,  bu  halda  sığorta  ödənişi  hər  bir  sığortaçı  arasında 

mütənasib olaraq bölünür. 

22.2.3.  Şərikli  sığоrtа  zаmаnı  -  sığorta  ödənişi  əmlakın  hər  bir  Sığortaçı  tərəfindən  sığortalandığı  sığorta 

məbləğlərinin nisbətinə uyğun şəkildə bölünür. 

22.2.4. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir; 

22.2.5. Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.  

22.2.6.  Sığorta  ödənişinin  məbləği  hesablanarkən  sığortalanmış  avtonəqliyyat  vasitəsinin  sığоrta  hadisəsi  baş 

vеrən gündəki rеal bazar dəyəri əsas götürülür. 

22.2.7. Sığorta hadisəsi zamanı dəyən ziyan sığortaçının təyin etdiyi mütəxəssis və ya təmir xidməti tərəfindən 

müəyyənləşdirilir. 

22.2.8.  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  sığorta  hadisəsi  zamanı  nəqliyyat  vasitəsi 

Sığortaçının təklif etdiyi avtoservisdə təmir olunacaqdır. Əgər Sığortalı Sığortaçının təklif etdiyi avtoservislərin 

heç  biri    ilə razı  olmazsa, zərər  məbləği  Sığortaçının  təyin  etdiyi  avtoservisdə   müəyyən  olunmaqla  nəqliyyat 

vasitəsi Sığortalının özünün seçdiyi avtoservisdə təmir oluna bilər.

 

22.2.9. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsinin 



istehsal tarixi 2 ili aşarsa aşınma (amortizasiya) xərcləri yeni ehtiyat hissələrinin dəyərindən hər bir ili üzrə 3% 

tutulmaqla hesablanır.

 

22.3.  Avtonəqliyyat  vasitəsi  tam  zərərə  uğradıqda  (məhv  olduqda)  sığorta  ödənişi,  sığortaçının  maksimum 



məsuliyyət  həddindən  çох  оlmamaq  şərti  ilə  avtonəqliyyat  vasitəsinin  sığоrta  hadisəsinin  baş  verdiyi  tarixdəki 

rеal bazar qiyməti nəzərə alınmaqla verilir. Bu zaman sığorta məbləği tamamilə ödənilmiş avtonəqliyyat vasitəsi 

və  avtonəqliyyat  vasitəsinin  hissələri  sığortaçının  razılığı  ilə  оnun  mülkiyyətinə  vеrilməlidir.  Burada  zərər 

məbləği  avtonəqliyyat  vasitəsinin  rеal  bazar  dəyərinin  70%-i  və  bundan  yüksək  оlduğu  halda  həmin 

avtonəqliyyat vasitəsi tam məhv оlmuş hеsab еdilir.  

22.4.


 

Sığorta  məbləği  avtonəqliyyat  vasitəsinin  sığorta  hadisəsi  baş  verdiyi  andakı  sığorta  dəyərindən  az 

olduqda, sığorta ödənişi siğorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödənilir. 

22.5. Avtomobil oğurlanarsa

22.5.1.  Sığоrtaçıya  sığorta  hadisəsi  baş  verən  vaxtdan  bildirilməklə  oğurlanmış  avtonəqliyyat  vasitəsinin 

tapılması  üçün  səlahiyyətli  orqanlar  tərəfindən  həyata  keçirilən  axtarışlar  60  gün  ərzində  nəticə  verməzsə, 

sığortalı  bununla  əlaqədar  müvafiq  orqanlara  müraciət  etdiyini  subut  edən  sənədləri  təqdim  etməklə  sığorta 

ödənişini tələb edə bilər. Sığоrtalı və ya əmlak sahibinə qarşı cinayət işi açılarsa, sığоrtaçı ödənişin vеrilməsini 

cinayət işinin başa çatmasına qədər müvəqqəti оlaraq dayandırır. 

22.5.2. Oğurlanmış avtonəqliyyat vasitəsi sığorta ödənişi verildikdən əvvəl tapılarsa sığortalı nəqliyyat vasitəsini 

qəbul etməlidir. 

22.5.3.  Sığortaçı  tərəfindən  sığorta  dəyəri  ödənilmiş  avtonəqliyyat  vasitəsi  ödəniş  verildikdən  sonra  tapılarsa 

sığortalı  bu  məlumatı  dərhal  sığortaçıya  bildirməyə  borcludur.  Bu  zaman  sığortalı  sığortaçının  vermiş  olduğu 

ödəniş  məbləğini  qaytararaq  avtonəqliyyat  vasitəsini  geri  götürməli  və  ya  sığortaçının  tələbinə  əsasən 

sığortaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu tanımalıdır. Sığortalı avtonəqliyyat vasitəsini geri 

götürərsə,  sığortaçı  oğurluq  hadisəsi  nəticəsində  nəqliyyat  vasitəsinə  dəymiş  ziyan  məbləğini  sığortalıya 

ödəməlidir. 

22.6.  Sığorta  ödənişinin  ödənilməsi  zamanı  sığortaçı  sığorta  ödənişi  məbləğindən  sığortalının  ona  ödəməli 

olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.  

22.7.  Sığortalı  zədələnmiş  də  olsa  sığorta  hadisəsindən  sonra  qalmış  əmlakdan  imtina  etmirsə,  əmlakın  qalıq 

dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Lakin imtina edərsə, Sığоrtаçı sığоrtаlаnmış əmlаkın məhv оlmаsınа 

görə müvafiq ödəniş vеrdikdən və yа оnun еhtiyаt hissələrini bаşqаsı ilə əvəz еtdikdə sığоrtаlının həmin əmlаkа 

və  yахud  еhtiyаt  hissələrinə  оlаn  hüquqlаrı  Sığоrtаçıyа  kеçir.  Bütün  qаlıqlаr  Sığоrtаçıyа  vеrilməlidir.  Sığоrtаlı 



 

12 


həmin hüquqlаrın Sığоrtаçıyа kеçməsi üçün bütün zəruri tədbirləri görməyə bоrcludur. Itmiş əmlаkın sоnrаdаn 

tаpılmаsı hаlındа Sığоrtаçı öz rəyinə əsаsən əmlаkı özündə sахlаmаq və yахud Sığоrtаlıyа qаytаrmаq hüququnа 

mаlikdir.  Ikinci  hаldа  əmlаkа  görə  аlınmış  sığоrtа  ödənişi  Sığоrtаçıyа  gеri  qаytаrılmаlıdır.  Əgər  əmlаk 

kоrlаnmış vəziyyətdə əldə оlunаrsа, Sığоrtаçı Sığоrtаlıyа həmin zərərlərin əvəzini ödəyir. 

22.8.  Sığortalı  və  ya  Faydalanan  şəxs  zərərin  ödənişini  üçüncü  şəxslərdən  aldıqda,  Sığortaçı  ancaq  sığorta 

şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı bu cür 

məbləğləri aldığı barədə Sığortaçıya dərhal məlumat verməlidir. 

22.9.  Sığorta  müqaviləsində  müəyyən  edilmiş  sığorta  məbləği  həmin  müqavilə  üzrə  verilmiş  sığorta  ödənişi 

həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta 

müqaviləsinə  sığorta  məbləğinin  azalması  ilə  bağlı  dəyişiklik  etmək  vacib  deyil.  Sığortalı  əlavə  sığorta  haqqı 

ödəməklə, sığorta məbləğini bərpa edə bilər.  

23. Sığorta ödənişinə dair əlavə tələblər  

23.1.


 

Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta ödənişi sığortaçının seçimi 

əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər:  

23.1.2. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;  

23.1.3.  sığorta  hadisəsi  nəticəsində  dəyən  zərərin  aradan  qaldırılması  üçün  sığortalıya  (sığorta  olunana  və  ya 

faydalanan  şəxsə)  göstərilən  xidmətlərin  və  ya  satılan  əşyaların  dəyərinin  xidmət  göstərənə  və  ya  satıcıya 

ödənilməsi;  

23.1.4.  sığorta predmetinin təmiri və ya bərpası;  

23.1.5.  sığorta  müqaviləsində  nəzərdə  tutularsa,  həmin  müqavilədə  müəyyən  edilən  şərtlər  əsasında  sığorta 

predmeti olan əmlakın dəyişdirilməsi.  

23.2.  Girov  qoyulan  əmlakın  sığortası  üzrə  sığorta  hadisəsi  baş  verdiyi  tarixdə  faydalanan  şəxs  olan  girov 

saxlayana  borclunun  (girov  qoyanın)  borc  (kredit)  müqaviləsi  üzrə  sığorta  ödənişinin  verildiyi  tarixə  ona 

ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz. 

 

24. Aşağıdakı halda Sığortaçı sığorta ödənişinin verilməsini təxirə sala bilər: 

24.1.  Sığorta  hadisəsi  hesab  edilə  bilən  hadisə  ilə  bağlı  sığortalı  barəsində  həmin  hadisənin  baş  verməsi  ilə 

əlaqədar  inzibati  xəta  üzrə  iş  və  ya  cinayət  işi  başlanarsa,  sığortaçı  müvafiq  sığorta  ödənişinin  verilib-

verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.  

 

25. Ödənişdən imtinаnın əsasları 

25.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:  

25.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin 

səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması 

ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim 

edilməsi ilə bağlı bu qaydaların 20.1.4-cü maddəsinə riayət edilmədikdə;  

25.1.2.  qanunvericilikdə  nəzərdə  tutulmuş  məsuliyyəti  istisna  edən  hallardan  başqa,  sığortalının,  müvafiq 

hallarda  zərərçəkənin  sığorta  hadisəsinin  baş  verməsinə  yönələn  qəsdən  etdiyi  hərəkəti  və  ya  hərəkətsizliyi, 

habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;  

25.1.3.  müqavilə  ilə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  hadisənin  baş  verməsinin  səbəbi  təminata  istisna  hesab 

olunan halların nəticəsi olması;  

25.1.4. sığortalının sığortalanmış  əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və 

mümkün  tədbirləri  görmək  iqtidarında  olduğu  halda,  həmin  tədbirləri  qəsdən  görməməsi;  bu  zaman  sığorta 

ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin 

həcmdə azalmış olardı;  

25.1.5.  sığortaçının  sığorta  hadisəsinin  baş  verməsi  səbəblərini  araşdırmasına  sığortalı  tərəfindən  maneçilik 

törədilməsi,  o  cümlədən  bu  qaydaların  20.1.4.1-ci  maddəsində  müəyyən  edilmiş  məqsədlər  üçün  zəruri 

tədbirlərin  görülməsi  halları  istisna  olmaqla,  digər  hallarda  əmlakın  hadisə  yerindən  kənarlaşdırılmasının 

sığortaçını  hadisənin  səbəblərini  və  ya  zərərin  həcmini  müəyyənləşdirmək  imkanından  tam  və  ya  qismən 

məhrum etməsi;  

25.1.6. bu qaydaların 25.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının 

sığortaçıya  qəsdən  yanlış  məlumat  verməsi  nəticəsində  sığortaçının  sığorta  riskini  qiymətləndirmək,  həmçinin 

sığorta  hadisəsinin  səbəblərini  və  (və  ya)  dəyən  zərərin  həcmini  müəyyənləşdirmək  imkanından  tam  və  ya 

qismən məhrum olması;  



 

13 


25.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan 

şəxsdən  alması;  zərərvuran  zərərin  əvəzini  qismən  ödəmiş  olduqda  sığorta  ödənişindən  ödənilmiş  məbləğ 

həcmində imtina edilir.  

25.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;  

25.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə 

nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 10.5.1-ci maddəsində nəzərdə 

tutulmuş  halda  isə  sığortaçının  müəyyən  etdiyi  müddətin  başa  çatmasından  3  gün  sonra  baş  verməsi  halında 

sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;  

25.1.10. avtonəqliyyat vasitəsinin alkoqol, narkotik və toksik sərxoşluq vəziyyətində idarə edilməsi;  

25.1.11. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda. 

25.2.  Bu  qaydalarınn  19.2.3-cü  maddəsində  nəzərdə  tutulmuş  məlumatların  yanlışlığı  sığorta  müqaviləsi 

bağlanarkən  sığortaçıya  məlum  olduqda  və  ya  sığortalı  yanlış  məlumatların  verilməsində  təqsirli  olmadıqda, 

sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.  

26. Avtonəqliyyat vasitəsinin şüşə hissələrinə dəyən zərər 

26.1.  26-cı  maddə  sığorta  hadisəsi  nəticəsində  avtonəqliyyat  vasitəsinin  yalnız  şüşələrinin  zədələnməsi  ilə 

nəticələnən hallara şamil edilir. 

26.2. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığоrtaçı şüşələrin zədələnməsi üzrə təminat 

verir və zərər ödənişini Sığоrtalıya aşağıda göstərildiyi qaydada ödəyir: 

26.2.1.


    

Ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə 

cızılması hallarında zərər dəyişmə və ya bеlə zədələnmənin təmiri qiyməti qədər оlacaqdır. 

26.2.2.


    

Hər  bir  avtоnəqliyyat  vasitəsi  üzrə  ön,  arxa  şüşənin  və  ya  yan  pəncərələrin  sınması  və  avtоnəqliyyat 

vasitəsinin  gövdəsinin  sınmış  şüşə  ilə  cızılması  hallarında  zərərin  əvəzinin  ödənilməsi  400  AZN  həddində 

оlacaqdır. 

26.2.3.

    


Şüşə hissələrə dəymiş ziyan üzrə azadolma məbləği tətbiq olunmur. 

 

27. Subroqasiya hüququ 

27.1.

 

Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə 



qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.  

27.2.


 

Faydalanan  şəxsin  zərərvuran  şəxsə  qarşı  zərərin əvəzini  ödəmək  tələbi (iddiası)  ilə  bağlı  hüquq  əmlak 

sığortası  üzrə  sığorta  ödənişini  vermiş  sığortaçıya  subroqasiya  qaydasında  onun  verdiyi  sığorta  ödənişi 

məbləğində keçir.  

27.3.

 

Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan 



bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.  

27.4.


 

Faydalanan  şəxs  zərərvuran  şəxsə  qarşı  iddiadan  və  ya  tələbi  təmin  edən  hüquqlardan,  yaxud  lazımi 

sənədləri  sığortaçıya  verməkdən  imtina  etdikdə,  sığortaçı  sığorta  ödənişi  verməkdən  zərərvuran  şəxsdən 

subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.  

27.5.

 

Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı 



risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə 

görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.  

 

28. Tərəflərin məsuliyyəti 

28.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər  

qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.  

 

29. İş sirlərinin gizli saxlanılması 

29.1.  Sığortaçı,  Sığortalıya  aid  öyrəndiyi  və  ya  iş  prosesində  öyrənəcəyi  iş  sirlərini  gizli  saxlamadığı  halda 

Sığoratalıya  dəyən  maddi  və  ya  mənəvi  zərərə  görə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  məsuliyyət 

daşıyır. 

 

30. Mübahisələrin həlli qaydası 

30.1.  Bu  Qaydalara  əsasən  bağlanmış  sığorta  müqaviləsindən  irəli  gələn  bütün  mübahisələr  ilkin  olaraq 

danışıqlar  yolu  ilə  pretenziya  qaydasında,  tərəflər  arasında  razılığa  gəlinmədiyi  təqdirdə  isə  Azərbaycan 

Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.  



 

 

Yüklə 263,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə