Razilaşdirilmişdir



Yüklə 263,69 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix17.04.2018
ölçüsü263,69 Kb.
#38863
1   2   3   4   5   6

 

18.3.  Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək  sığortaçı 



tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə

sığorta haqqı sığortalıya qaytarılmır.  

18.4.  Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək  sığortaçı 

tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı 

məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq 

olaraq bu maddənin 18.1.-ci və 18.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.  

18.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan 

hesab  edilmişdirsə,  yaxud  onun  fəaliyyət  qabiliyyəti  məhkəmənin  qərarı  ilə  məhdudlaşdırılmışdırsa)  xitam 

verilmiş  hesab  edildikdə,  sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərclərini  çıxmaqla  müqavilənin 

qurtarmamış  müddəti  üçün  sığorta  haqlarını,  bu  maddənin  18.3-cü  və  18.4-cü  bəndlərinin  tələbləri  nəzərə 

alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.  

 

19. Tərəflərin hüquq və vəzifələri  



19.1. Sığortalının aşağıdakı hüquqları var: 

19.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq; 

19.1.2. sığorta müqaviləsini hər hansı başqa şəxsin (hüquqi və ya fiziki) – faydalanan şəxsin xeyrinə bağlamaq; 

19.1.3. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək; 

19.1.4. sığorta müqaviləsinə xitam vermək; 

19.1.5. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq. 

19.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar 

 

19.2. Sığortalının aşağıdakı vəzifələri var: 

19.2.1.  sığorta  hadisəsi  baş  verdikdə,  bu  barədə  Qaydaların  20.1-ci  maddəsində  müəyyən  edilmiş  müddətdə 

sığortaçını xəbərdar etməli; 

19.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında 

ödəməli; 

19.2.3.  sığorta  riskinə  əhəmiyyətli  dərəcədə  təsir  edə  bilən  risklər  barədə  sorğu  forması  sığorta  müqaviləsi 

bağlandığı  zaman  Sığortaçı  tərəfindən  Sığortalıya  təqdim  olunur.  Sığortalı  öz  növbəsində  sorğu  formasındakı 

sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə olan müddətdə riskin dərəcəsi 

dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;  

19.2.4. sığorta predmetinə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli; 

19.2.5.  sığоrta  hadisəsi  faktının  mövcudluğunu  sübut  etmək  vəzifəsi  Sığortalının  üzərinə  düşür  və  Sığortalı 

qanunvericilik  və  formalaşmış  təcrübə  ilə  tələb  olunan  sənədlər  də  daxil  olmaqla  Sığortaçını  bütün  zəruri 

sənədlərlə təmin etməlidir;  

19.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr. 



 

19.3. Sığortaçının aşağıdakı hüquqları var: 

19.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq; 

19.3.2.  sığorta  riskinə  əhəmiyyətli  dərəcədə  təsir  edə  bilən  risklər  barədə  sorğu  forması  sığorta  müqaviləsi 

bağlandığı  zaman  Sığortaçı  tərəfindən  Sığortalıya  təqdim  olunur.  Sığortalanmış  riskin  dərəcəsi  artdıqda, 

sığortalıya  sığorta  müqaviləsinin  şərtlərinin  dəyişdirilməsini,  o  cümlədən,  sığorta  riskinin  artması  nisbətində 

əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə 

xitam vermək; 

19.3.3.  sığortalanan  predmetə  baxış  keçirmək,  fiziki  və  texniki  xüsusiyyətlərini  müxtəlif  vasitələrlə  təyin 

etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə 

isə  onun  həqiqi  dəyərini  müəyyən  etmək  məqsədi  ilə  sığorta  qanunvericiliyinin  tələblərini  nəzərə  almaqla 

müstəqil ekspert təyin etmək; 

19.3.4. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) 

sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi 

üçün lazım olan sənədləri və məlumatları sığortalıdan tələb etmək;  

19.3.5.  sığortalı  sığorta  müqaviləsi  üzrə  öz  öhdəliklərini  icra  etmədikdə,  saxta  sənədlər  təqdim  etdikdə  və  ya 

zərərin  artırılması  və  ya  sığorta  ödənişinin  əsassız  şəkildə  artırılması  məqsədilə  qəsdən  hərəkətlər  etdikdə, 

sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək; 

19.3.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar 

 

 

 




 

10 


19.4. Sığortaçının aşağıdakı vəzifələri var: 

19.4.1.  sığortalını sığorta qaydaları ilə tanış etməli; 

19.4.2.

 

sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 22.1- 



ci maddəsində müəyyən edilmiş müddətdə verməli; 

19.4.3.


 

qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən 

kommersiya sirri olan məlumatları yaymamaq; 

19.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb 

olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, 

habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək. 

19.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr 

 

20.  Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri: 

20.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal 

sonra  və  ya  mümkün  olan  ən  qısa  müddət  ərzində  sığortaçıya  və  ya  onun  nümayəndəsinə,  eyni  zamanda, 

qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər 

hansı vasitə ilə xəbər verməlidir.  

20.1.1.  zərərin  qarşısının  alınması  və  ya  təsirinin  azaldılması  və  zərər  vurulmuş  əmlakın  xilas  edilməsi  üçün 

bütün  mümkün  tədbirləri  görməli  və  belə  tədbirlərin  görülməsi  zamanı  Sığortaçıdan  aldığı  bütün  təlimatlara 

əməl etməlidir; 

20.1.2.  Sığortaçının  və  ya  onun  nümayəndələrinin  zərər  dəymiş  əmlaka  baxışın  keçirilməsində  və  ya  tədqiq 

edilməsində,  vurulmuş  zərərin  səbəb  və  həcminin  müəyyən  edilməsində,  zərərin  təsirinin  azaldılması  və  zərər 

vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli; 

20.1.3. Sığortaçının tələbi ilə sığortalanmış  əmlakın məhv olması və  ya  vurulmuş zərərin həcmi və səbəblərini 

müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli; 

20.1.4  Sığorta  müqaviləsi  üzrə  sığortalı  aşağıdakı  hallar  istisna  olmaqla,  zərər  dəymiş  əmlakı  sığorta 

hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:  

20.1.4.1.  zərərin  qarşısının  alınması  və  ya  həcminin  azaldılması,  sığorta  hadisəsinin  nəticələrinin  aradan 

qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə 

ehtimalına  səbəb  ola  bilən  nəzarətsiz  halda  qalmaması,  başqa  şəxslərin  hərəkətinə  və  ya  fəaliyyətinə  mane 

olmaması  üçün  zəruri  tədbirlərin  görülməsi,  o  cümlədən  bu  məqsədlərlə  əmlakın  hadisə  yerindən 

kənarlaşdırılması  zamanı  zərər  dəymiş  əmlakın  hadisədən  dərhal  sonrakı  vəziyyətdə  saxlanması  mümkün 

olmadıqda;  

20.1.4.2.  sığortaçı  sığorta  hadisəsi  barədə  bu  qaydalarda  nəzərdə  tutulmuş  müddətdə  məlumatlandırıldıqdan  5 

gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;  

20.1.4.3.  digər  hallarda  zərər  dəymiş  əmlakın  sığorta  hadisəsindən  dərhal  sonrakı  vəziyyətdə  saxlanmamasına 

sığortaçının yazılı razılığı olduqda.  

20.1.5.  Sığortalı  tərəfindən  yuxarıda  göstərilmiş  hər  hansı  öhdəliyin  icra  olunmaması  sığorta  müqaviləsinin 

əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir. 

 

21. Sığorta hadisəsinin sübut edilməsi 

21.1.


 

Sığоrta hadisəsi faktının  mövcudluğunu  və  onun səbəb  olduğu  zərərin  məbləğini  sübut  etmək  vəzifəsi 

Sığortalının üzərinə düşür. 

21.2.


 

Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır: 

21.2.1.

 

sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə 



sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);  

21.2.2.


 

sığorta  hadisəsi  hesab  edilə  bilən  hadisə  ilə  bağlı  qanunvericiliyə  uyğun  olaraq,  hər  hansı  dövlət 

orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;  

21.2.3.


 

İnzibati xəta haqqında protokol (surəti) 

21.2.4.

 

hadisə yerinin sxemi (surəti); 



21.2.5.

 

tibbi müayinə protokolları (surəti); 



21.2.6.

 

avtomobillərin dövlət qeydiyyat şəhadətnamələri (surəti); 



21.2.7.

 

sürücülərin izahatları (surəti); 



21.2.8.

 

sürücülük vəsiqələri (surəti); 



21.2.9.

 

yol nəqliyyat hadisəsinə dair arayış (forma №4). 



21.2.10.

 

sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər. 




Yüklə 263,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə