Razilaşdirilmişdir



Yüklə 263,69 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix17.04.2018
ölçüsü263,69 Kb.
#38863
1   2   3   4   5   6

 



Ümumi anlayışlar  

Əgər  qaydaların  məzmununda  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  bu  Qaydalarda  istifadə  olunan  termin  və 

ifadələr aşağıdakı mənaları daşıyır: 

 

Sığortalı  –  sığorta  haqqı  ödəyən,  sığorta  obyektinin  sığorta  etdirilməsində  sığorta  marağı  olan  sığorta 

müqaviləsinin tərəfi;. 

 

Sığortaçı  –  sığorta  fəaliyyətini  həyata  keçirmək  üçün  müvafiq  lisenziyaya  malik  olan,  sığorta  müqaviləsində 

nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada 

sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs

 

Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs; 

 

Aktuari  –  qanunvericiliyə  uyğun  olaraq  iqtisadi-riyazi  hesablamalar  aparmaqla  sığorta  haqlarının 

hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;  

 

Sığorta  hadisəsi  –  qanunvericiliyə  və  ya  sığorta  müqaviləsinə  görə  sığorta  ödənişinin  sığortalıya,  sığorta 

olunana  və  ya  digər  faydalanan  şəxslərə  ödənilməsi  üçün  əsas  olan,  sığorta  müqaviləsinin  qüvvədə  olduğu 

müddət ərzində baş verən gözlənilməz hadisə və ya yaranan hal; 

 

Sığorta  məbləği  –  sığortalanmış  risklər  üzrə  sığortaçının  öhdəliyinin  qanunvericilik,  yaxud  müqavilə  ilə 

müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi; 

 

Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya 

öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;  

 

Sığorta  ödənişi  –  sığorta hadisəsi  baş  verdikdə,  qanunvericiliyə,  həmçinin  sığorta  müqaviləsinə  uyğun  olaraq 

sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; 

 

Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;  

 

Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak

 

Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz 

qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir; 

 

Sığorta  haqqı  –  risklərin  qəbul  edilməsi  və  ya  bölüşdürülməsi  müqabilində  sığorta  qanunvericiliyinə  uyğun 

olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği; 

 

Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş 

verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik

 

Sığorta  tarifi  –  sığorta  haqqının  hesablanması  üçün  aktuari  hesablamalarına  əsasən  müəyyən  edilən  faiz 

dərəcəsi;  

 

Sığorta  müqaviləsi  –  sığortalının  müvafiq  sığorta  haqqı  ödəməsi  müqabilində  sığorta  obyektinin  məruz  qala 

biləcəyi  risklərlə  bağlı  itkilərin,  dəyən  zərərin  əvəzinin  və  ya  razılaşdırılan  pul  məbləğinin  müəyyən  bir 

hadisənin  baş  verməsi  əsasında  ödənilməsinin  sığortaçı  tərəfindən  öhdəlik  kimi  götürülməsi  şərtlərinin  təsbit 

edildiyi razılaşma; 

 

Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya 

və (və ya) sığorta olunana verilən sənəd;  

 

Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət; 



Azadolma  məbləği  –  Azadolma  məbləği  sığorta  hadisəsi  nəticəsində  yaranan  itkilərin  və  ya  dəyən  zərərin 

sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda 

sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur. 



 

 



Əhəmiyyətli  hallar  –  Sığortaçının  müqavilədən  imtina  etmək  və  ya  onun  şərtlərinin  müəyyənləşdirilməsi 

qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır; 

 

Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları 

 

Xüsusi  şərtlər  –  Sığortalı  tərəfindən  yerinə  yetirilməməsi  Sığortaçıya  ödənişdən  imtina  etməyə  və  ya  sığorta 

müqaviləsini ləğv etməyə hüquq verən sığorta müqaviləsinin şərtləri. 

 

Səlahiyyətli  Sürücü  –  Azərbaycan  Respublikası  mövcud  qanunvericiliyinə  uyğun  qaydada  avtonəqliyyat 

vasitəsini  idarə  etmək  hüququ  olan  və  məhkəmə  qərarı  ilə  və  ya  digər  səlahiyyətli  oqanın  qərarına  əsasən 

avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququndan  məhrum  edilməyən  və  adı  sığorta  şəhadətnaməsində  qeyd 

olunan şəxs. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 



1. Sığorta sinifi 

1.1. Sığorta

 

obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası üzrə aşağıdakı sinif: 

1.1.1.

 

avtomobil  nəqliyyatı  vasitəsinin  zədələnməsi,  məhv  olması,  həmçinin  qaçırılması  və  ya  oğurlanması 



nəticəsində  sığortalının  əmlak  mənafelərinə  dəyən  zərərin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi  miqdarında 

sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası; 

 

2. Sığorta predmeti 

2.1. Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu avtonəqliyyat vasitəsi Sığortanın predmeti 

hesab olunur. 

 

3.  Sığorta obyekti 

3.1.  Bu  qaydalara  əsasən  sığorta  obyekti,  sığorta  müqaviləsində  göstərilmiş  sığorta  predmetinə  Sığortalının 

sahibliyi, ondan istifadə etməsi və (vəya) ona sərəncam verməsi ilə bağlı əmlak maraqlarıdır. 

 

4.  Sığorta məbləği  

4.1.  Sığorta  məbləği  avtonəqliyyat  vasitəsinin real  bazar  qiyməti  (sığorta  dəyəri)  əsasında  tərəflər  arasında 

bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 

4.2. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), 

sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir. 

4.3.  Sığorta  müqaviləsində  göstərilmiş  sığorta  məbləği  sığorta  dəyərindən  artıq  olduqda,  sığorta  məbləğinin 

sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır. 



 

5. Sığorta riskləri 

5.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı risklər nəticəsində dəyən ziyan və 

zərərlərə təminat verilir: 

5.1.1.


 

Toqquşma – İstər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə olan avtonəqliyyat vasitəsinə sığortalı 

və ya səlahiyyətli sürücüdən asılı olmayaraq gözlənilməz  və xarici təsirlər nəticəsində sabit və ya hərəkətli bir 

cismin toxunması, avtonəqliyyat vasitəsinin belə cismləri vurması, aşması, düşməsi nəticəsində dəyən zərər və 

ziyanlar; 

5.1.2.


 

Yanğın – Bu qaydalarla istisna edilən hallar nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin ildırım vurması da 

daxil olmaqla hər hansı səbəbdən yanması; 

5.1.3.


 

Partlayış – antonəqliyyat vasitəsinə partlayış nəticəsində dəyən ziyan; 

5.1.4.

 

Oğurlanma - avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması və ya oğurlanmasına təşəbbüs 



nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərlər; 

5.1.5.


 

Yol  nəqliyyat  hadisəsi  -  yollarda,  küçələrdə,  meydanlarda,  dəmiryol  keçidlərində  nəqliyyat  vasitələrinin 

hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların 

və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa 

maddi zərər dəyməsinə səbəb olan hadisədir Belə hadisə nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər və ziyanlar;  

5.1.6.


 

Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – Üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə 

qəsdən vurduğu ziyan və zərərlər. 

 

 



6. Genişləndirilmiş sığorta təminatı 

6.1.  Aşağıdakı  risklər  nəticəsində  olan  ziyan  və  zərərlərə  əlavə  sığorta  haqqı  müqabilində  və  sığorta 

şəhadətnaməsində qeyd olunmaqla təminat verilə bilər. 

6.1.1.


 

Azərbaycan Respublikasının sərhədlərindən kənarda meydana gələn ziyan və zərərlər;  

6.1.2.

 

Tətil, iğtişaş, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədilə keçirilən inzibati 



və ya bu kimi hər hansı digər tədbirlər nəticəsində dəyən ziyan və zərərlər. 

6.1.3.


 

Hər hansı təbii fəlakətlər nəticəsində dəyən ziyan və zərərlər. 

6.1.4.

 

Nəqliyyat  vasitəsi  hadisə  baş  verdiyi  və  ya  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  hər 



hansı gəlir əldə etmək məqsədilə və ya ictimai nəqliyyat vasitəsi (taksi və ya avtobus) kimi istifadə olunarkən 

baş verən ziyan və zərərlər. 

6.1.5.

 

Avtonəqliyyat  vasitəsində  müvafiq  qaydalara  əməl  etməklə  və  daşınmasına  qanunla  icazə  verilən 



partlayıcı,  tez  alovlanan  və  yandırıcı  maddələrin  daşınması  zamanı  avtonəqliyyat  vasitəsinə  dəyən  ziyan  və 

zərərlər. 

6.1.6.

 

Müsabiqə və ya yarışlarda iştirakı və ya məşq və ya təlim zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və 



zərərlər. 


Yüklə 263,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə