Razilaşdirilmişdir



Yüklə 263,69 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix17.04.2018
ölçüsü263,69 Kb.
#38863
1   2   3   4   5   6

 

8.2.3.4.  Bu  Qaydalar  və  sığorta  müqaviləsi  ilə  Sığortalıya  aid  edilən  bütün  müddəalar  sığortadan  faydalanmaq 



niyyətində olan Faydalanan şəxsə də eyni həcmdə aid edilir.  

 

9.



 

 Səlahiyyətli sürücü 

9.1.


 

Bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini 

idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir. 

9.2.


 

Sığorta şəhadətnaməsi ilə qanunvericiliyə müvafiq qaydada avtonəqliyyat vasitəsini idarəetmə səlahiyyəti 

verilmiş şəxs sığorta hadisəsi zamanı Sığortalının şəhadətnamə üzrə hüquq və vəzifələrini yerinə yetirə bilər. 

 

9.3.



 

   Nəqliyyat vasitəsinin idarə edilməsi 

9.3.1. Sığortalanmış avtonəqliyyat vasitəsi yalnız aşağıda göstərilən sənədlərin mövcud olduğu şəxslər tərəfindən 

idarə edilə bilər: 

 



İdarə olunan avtonəqliyyat vasitəsinin kateqoriyasına uyğun qüvvədə olan sürücülük vəsiqəsi. 

 



Sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat sənədləri. 

 



Əgər  səlahiyyətli  sürücü  avtonəqliyyat  vasitəsinin  sahibi  deyilsə,  Sığortalanmış  avtonəqliyyat  vasitəsinin 

sahibi tərəfindən avtonəqliyyat vasitəsini idarə edən şəxsə verilmiş etibarnamə. 

9.3.2.

 

Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  sürücüsü  bu  bənddə  göstərilən  tələblərə  cavab  vermədikdə, 



Sığortaçı Sığortalının heç bir iddiası üzrə sığorta ödənişi vermir. 

 

10. Sığorta haqqı 

10.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır. 

10.1.1.  Sığorta  tarifləri  avtonəqliyyat  vasitəsinin  bazar  dəyərindən,  sürücülərin  yaş  həddi  və  sürücülük 

təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər riskin qiymətləndirilməsinə təsir edə 

bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.  

10.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər. 

10.3.  Sığorta  haqqının  ödənildiyi  gün,  pul  vəsaitinin  Sığortaçının  bank  hesabına  və  ya  kassasına  daxil  olduğu 

gün hesab olunur. 

10.4.  Müqavilədə  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  sığorta  müqaviləsi  sığorta  haqqının  ilk  hissəsinin  və  ya 

tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez 

olamayaraq qüvvəyə minir. 

10.5.  Sığorta  haqqı  və  ya  onun  növbəti  hissəsi  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  müddətədək 

ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:  

10.5.1    Bu  halda  sığortaçı  onun  ödənilməsi  üçün  bu  qaydaların  10.5.2.-cı  maddəsinin  tələbini  nəzərə  alaraq, 

yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.  

10.5.2.  Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1  

aydan gec olmayaraq ödənilməlidir.  

10.6.  Sığortalı  sığorta  haqqını  və  ya  onun  növbəti  hissəsini  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  müddətdə 

ödəmədikdə,  Sığortaçı  sığorta  müqaviləsinə  xitam  verə  bilər  və  ya  birtərəfli  qaydada  müqavilənin  icrasından 

imtina edə bilər. 

 

11. Sığortanın ərazisi 

11.1.

 

Bu  sığorta,  sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  Azərbaycan  Respublikasının 



ərazisində qüvvədədir. 

11.2.


 

Əgər  sığorta  müqaviləsində  sığortanın  ərazisi  göstərilmişdirsə,  yalnız  həmin  ərazidə  baş  verən  sığorta 

hadisələrinə sığorta təminatı verilir.  

11.3.


 

Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması 

və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər. 

 

12. Sığorta müddəti 

12.1.  Sığorta  müddəti,  sığorta  şəhadətnaməsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,    sığorta  müqaviləsinin 

bağlandığı  gün  saat  24:00-da  başlanır  və,  sığorta  müqaviləsinə  əsasən  həmin  müqavilənin  qüvvədə  olduğu 

sonuncu gün saat 24:00-da başa çatır. 

 

 



13. Azadolma məbləği 

13.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər. 

13.2. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur. 



 

13.3.  Şərtli  azadolma  məbləğinin  nəzərdə  tutulması  halında,  sığorta  hadisəsi  nəticəsində  dəyən  zərərin  həcmi 



həmin məbləğdən çox olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.  

13.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.  

 

 

14. Riskin dərəcəsinin dəyişməsi 



14.1.

 

Sığorta  riskinə  əhəmiyyətli  dərəcədə  təsir  edə  bilən  risklər  barədə  sorğu  forması  sığorta  müqaviləsi 



bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət 

ərzində,  Sığortalı,  sığorta  müqaviləsi  bağlanan  zaman  Sığortaçıya  bildirdiyi  əhəmiyyətli  halların  dəyişilməsi, 

həmçinin  sığorta  riskinə  əhəmiyyətli  dərəcədə  təsir  edə  bilən  və  ona  məlum  olan  bütün  digər  hallar  barədə 

Sığortaçıya dərhal məlumat verməlidir. 

14.2.

 

Sığortaçı  sığorta  riskinin  artmasına  təsir  edən  hallar  barədə  məlumatı  əldə  etdikdən  sonra  aşağıda 



göstərilən hərəkətləri etmək hüququna malikdir: 

14.2.1.


 

sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,  

14.2.2.

 

əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya 



14.2.3.

 

belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.  



 

15.   Şərikli sığorta  

15.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə 

öhdəlikləri  bölüşdürməklə  sığorta  müqaviləsi  ilə  müəyyən  edilmiş  sığorta  risklərini  eyni  zamanda 

sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.  

15.2.  Sığorta  obyekti  bir  müqavilə  ilə  bir  neçə  sığortaçı  tərəfindən  sığortalana  bilər.  Bu  müqavilədə  hər  bir 

sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.  

15.3.  Sığortalı  qarşısında  öhdəliyi  öz  payı  miqdarında  olmaqla  şərikli  sığortaçılardan  biri  sığortalı  ilə 

münasibətdə bütün şərikləri təmsil edə bilər.  

15.4.  Müvafiq  sığorta  növü  üzrə  fəaliyyət  göstərməyə  icazəsi  olmayan  sığortaçı  şərikli  sığortada  iştirak  edə 

bilməz. 


 

16. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi 

16.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, faydagötürənin yazılı razılığı 

ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ 

bilərlər.   

 

17. Sığorta müqaviləsinə xitam verilməsi 

17.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 

17.1.1.

 

Müqavilənin müddəti bitdikdə; 



17.1.2.

 

Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə; 



17.1.3.

 

Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə



17.1.4.

 

Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə; 



17.1.5.

 

Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə; 



17.1.6.

 

Sığorta marağı artıq mövcud olmadıqda;  



17.1.7.

 

Sığorta predmeti artıq mövcud olmadıqda. 



17.1.8.

 

Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda. 



17.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə 

tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar 

etməlidirlər. 

 

18. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri  

18.1.  Sığorta  müqaviləsinə  sığortalının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə,  sığorta  qanunvericiliyində 

nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərclərini  çıxmaqla 

müqavilənin  qurtarmamış  müddəti  üçün  sığorta  haqlarını  ona  qaytarır;  əgər  bu  tələb  sığortaçının  sığorta 

müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya 

qaytarır.  

18.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə 

sığortalıya  qaytarır;  əgər  bu  tələb  sığortalının  sığorta  müqaviləsi  üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə 

bağlıdırsa,  sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərcləri  çıxılmaqla,  müqavilənin  qurtarmamış 

müddəti üçün sığorta haqlarını qaytarır.  



Yüklə 263,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə