Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə17/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   13   14   15   16   17   18   19   20   ...   445

YARADILIŞ 31:51

27

YARADILIŞ 32:32



incitməyəcəksən və onların üstünə arvad almayacaqsan. Bil ki, bizim aramızda bir nəfər şahid olmasa

da, Allah aramızda şahiddir».

51

Lavan yenə Yaquba dedi: «Bax bu da öz aramızda düzəltdiyim qalaq və sütun!



52

Bu qalaq və sütun

şahid olsunlar ki, nə mən sənin tərəfinə – qalağın o tayına gedəcəyəm, nə də sən pislik etmək üçün

mənim tərəfimə – qalağın və sütunun bu tayına gələcəksən.

53

Qoy İbrahimin, Naxorun və onların



atalarının Allahı aramızda hökm etsin!» Yaqub atası İshaqın sitayiş etdiyi Allaha and içdi.

54

Sonra



Yaqub o dağda qurban kəsdi və qohumlarını çörək yeməyə çağırdı. Onlar çörək yedilər və dağda

gecələdilər.

55

Lavan səhər tezdən qalxıb nəvələrini və qızlarını öpdü, onlara xeyir-dua verdi. Sonra



öz yerinə qayıtdı.

32

Yaqubun Esavla görüşə hazırlaşması

1

Yaqub yoluna davam etdi. Allahın mələkləri ona rast gəldi.



2

Yaqub onları görəndə dedi: «Bu,

Allahın ordugahıdır». O yerin adını Maxanayim * qoydu.

3

Yaqub özündən qabaq Edom çölünə, Seir torpağına, qardaşı Esavın yanına qasidlər göndərdi.



4

Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb

indiyə qədər yaşadım”.

5

Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən



ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım».

6

Qasidlər Yaqubun yanına qayıdıb dedilər: «Qardaşın Esavın yanına getdik. Özü də səni qarşılamaq



üçün gəlir və yanında dörd yüz nəfər var».

7

Yaqub çox qorxub həyəcanlandı. Yanında olan adamları,



qoyun-keçini, mal-qaranı və dəvələri iki dəstəyə ayırıb dedi:

8

«Əgər Esav bir dəstəyə hücum edib



onları qırsa, arxada qalan dəstə qaça bilsin».

9

Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən mənə demişdin:



“Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”.

10

Quluna göstərdiyin bütün



xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə

köçüm var.

11

Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla



analarını öldürməsindən qorxuram.

12

* Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-



hesabsız dəniz qumu qədər çoxaldacağam”».

13

Yaqub o gecəni orada keçirtdi. Özündə olan hər şeydən qardaşı Esava hədiyyə olaraq



14

iki yüz


keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç,

15

balaları ilə birgə otuz sağmal dəvə, qırx inək, on buğa,



iyirmi dişi və on erkək eşşək götürdü.

16

Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi: «Mənim



qabağımda gedin və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın».

17

Yaqub birinci qula əmr



edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar

kimindir?” deyə soruşanda

18

ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş



hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”».

19

Sonra o, ikinci, üçüncü quluna və sürülərin dalınca



gedən hər kəsə əmr edib dedi:

20

«Esava rast gələndə ona eyni sözləri söyləyin: “Qulun Yaqub da



dalımızca gəlir”». Çünki o öz-özünə deyirdi: «Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu

rəhmə gətirərəm, sonra onunla görüşərəm. Bəlkə onda məni qəbul edər».

21

Hədiyyələr Yaqubun



qabağında getdi, o isə gecəni düşərgədə yatdı.

Yaqubun Allahla rastlaşması

22

Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayının



keçidindən keçdi.

23

Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də keçirtdi.



24

Sonra Yaqub

tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi.

25

Yaquba üstün gələ bilmədiyini görüb



onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi.

26

O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni



buraxmaram».

27

O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub».



28

* * OŞəxsdedi: «Artıq sənə Yaqub

deyil, İsrail † deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».

29

Yaqub soruşdu:



«Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi.

30

Yaqub o yerin adını Peniel ‡ qoydu, çünki demişdi: «Allahı üz-üzə gördüm və salamat qaldım».



31

Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan axsayırdı.

32

Ona görə bu günə qədər də



İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının

vətərinə toxunmuşdu.

*

32:2 Maxanayim – ibrani dilind



ə

iki ordugah. *

32:12 Yar. 22:17

*

32:28 Yar. 35:10



*

32:28 Huş

ə

12:4 †


32:28

İsrail – ibrani dilind

ə

Allahla güləşən. ‡



32:30 Peniel – ibrani dilind

ə

Allahın üzü.




YARADILIŞ 33:1

28

YARADILIŞ 34:21



33

Yaqubun Esavla görüşü

1

Yaqub başını qaldırıb gördü ki, Esav dörd yüz adamla birlikdə gəlir. O, Leanın, Rəhilənin və iki



cariyəsinin uşaqlarını ayırdı:

2

cariyələrlə onların uşaqlarını qabağa, Lea ilə onun uşaqlarını ortaya,



Rəhilə ilə Yusifi isə arxaya qoydu.

3

Özü isə onların qabağına keçdi və qardaşına yaxınlaşanda yeddi



dəfə yerə əyildi.

4

Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar.



5

Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi:

«Allahın sənin quluna lütf etdiyi uşaqlardır».

6

Əvvəl cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər,



7

sonra Lea ilə uşaqları yaxınlaşıb təzim etdilər, axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər.

8

Esav


soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf

tapmaq üçün».

9

Esav dedi: «Mənim sürüm çoxdur, qardaşım, səndə olan sənin olsun».



10

Yaqub


dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin

üzünü görəndə Allahın üzünü görmüş sandım, mənə qarşı çox xeyirxah oldun.

11

Xahiş edirəm, sənə



gətirilən hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və indi mənim hər şeyim var». Yaqub təkid

etdikdən sonra Esav hədiyyələri götürdü.

12

Esav dedi: «Köç edib gedək. Mən sizin qabağınızda gedəcəyəm».



13

Yaqub ona dedi: «Ağam bilir

ki, uşaqlar zəifdir, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr,

hamısı tələf olar.

14

Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə çatana



qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm».

15

Esav dedi: «Mənimlə



olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub dedi: «Bu nəyə lazımdır? Mən ancaq

ağamın gözündə lütf tapmaq istəyirəm».

16

Esav o gün yola düşüb Seirə qayıtdı.



17

Yaqub Sukkota

köçüb özünə ev tikdi və sürüsünə ağıllar düzəltdi. Ona görə də bu yerin adını Sukkot* qoydular.

18

Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə



gəldi və şəhərin qarşısında məskən saldı.

19

* O, çadırını qurduğu tarla sahəsini Şekemin atası



Xamorun oğullarından yüz parça gümüşlə satın aldı.

20

Yaqub orada bir qurbangah qurub adını El-



Elohe-İsrail† qoydu.

34

Dinanın rüsvayçılığı

1

Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı.



2

O ölkənin ağası Xivli

Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı.

3

Onun ürəyi Yaqubun



qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi.

4

Şekem atası Xamora dedi: «Bu qızı



mənə arvad al».

5

Yaqub qızı Dinanın zorlandığını eşitdi, ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün



onlar gələnə qədər susdu.

6

Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi.



7

Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki

Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı.

8

Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad



olmaq üçün verəsiniz.

9

Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı özünüzə



alın.

10

Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun».



11

Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz,

verərəm.

12

Məndən çoxlu başlıq və hədiyyələr istəyin, söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı



arvad olmaq üçün mənə verin».

13

Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları



Dinanı zorlamışdı.

14

Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama ərə verə



bilmərik. Bu bizim üçün rüsvayçılıq olar.

15

Ancaq bir şərtlə sizinlə razı oluruq: bütün kişiləriniz



sünnət edilib bizim kimi olsalar,

16

öz qızlarımızı sizə ərə verərik, sizin qızlarınızı özümüzə alarıq və



sizinlə yaşayıb bir xalq olarıq.

17

Əgər bizə qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb



gedəcəyik».

18

Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi.



19

Cavan oğlan bu işi dərhal etdi, çünki

Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi.

20

Xamor və oğlu



Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər:

21

«Bu adamlar bizimlə



səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir.

*

33:17 Sukkot – ibrani dilind



ə

ağıllar yaxud çardaqlar. *

33:19 Yeşua 24:32; Y

ə

h. 4:5; Həv. 7:16



33:20


El-Elohe-İsrail – ibrani dilind

ə

Allah, İsrailin Allahı.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə