Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə13/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   9   10   11   12   13   14   15   16   ...   445

YARADILIŞ 27:5

22

YARADILIŞ 27:40



5

İshaq oğlu Esavla danışarkən Rivqa eşidirdi. Esav heyvan ovlayıb gətirmək üçün çöllüyə getdi.

6

Rivqa oğlu Yaquba belə dedi: «Bax mən eşitdim ki, atan qardaşın Esava bu sözləri dedi:



7

“Mənim üçün

ov əti gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin hüzurunda

xeyir-dua verərəm”.

8

Oğlum, indi sənə əmr edəcəyim sözlərə qulaq as:



9

bu saat sürüyə gedib oradan

mənə iki yaxşı oğlaq gətir. Onlardan atanın xoşladığı kimi ləzzətli yemək hazırlayacağam.

10

Sən də



onu yeməsi üçün atana aparacaqsan ki, ölümündən qabaq sənə xeyir-dua versin».

11

Yaqub anası



Rivqaya dedi: «Qardaşım Esav tüklü bir adamdır, mən isə tüksüzəm.

12

Birdən atam mənə əlini sürtər



və mən onun nəzərində yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm».

13

Anası ona dedi: «Sənə olunacaq lənət mənə gəlsin, oğlum. Ancaq sözümə qulaq as: get, dediyim



şeyi mənə gətir».

14

Yaqub gedib oğlaqları götürdü və anasına gətirdi, anası da onun atasının xoşladığı



kimi ləzzətli yemək hazırladı.

15

Rivqa böyük oğlu Esavın evdə saxladığı ən gözəl paltarını götürüb



kiçik oğlu Yaquba geyindirdi.

16

Onun əllərinə və boynunun tüksüz yerinə oğlaq dəriləri bağladı.



17

Sonra hazırladığı ləzzətli yeməyi və çörəyi oğlu Yaqubun əlinə verdi.

18

Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?»



19

Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov

ə

tindən ye ki, mənə xeyir-dua verəsən».



20

İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın,

oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi».

21

İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum,



ə

limi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?»

22

Yaqub atası İshaqa yaxınlaşdı.



İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın əlləridir».

23

İshaq onu tanımadı,



çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi.

24

O soruşdu:



«Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli».

25

İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini



qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o

yedi, Yaqub ona şərab gətirdi və o içdi.

26

Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp».



27

* O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi:

«Bax oğlumun qoxusu

Rəbbin xeyir-dua verdiyi

Çölün qoxusu kimidir.

28

Allah sənə göylərin şehini,



Torpağın şirəsini,

Bol buğda və çoxlu təzə şərab versin.

29

* Xalqlar sənə qulluq etsin,



Ümmətlər sənə baş əysin.

Öz qardaşlarına ağa ol,

Ananın oğulları sənə baş əysin.

Sənə lənət edənlərə lənət gəlsin,

Sənə xeyir-dua verənlər xeyir-dua alsın».

İshaqın Esava xeyir-dua verməsi

30

İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-çıxmaz



qardaşı Esav ovdan qayıtdı.

31

Esav da ləzzətli yemək hazırlayıb atasına gətirdi və ona dedi: «Atam



qalxıb oğlunun gətirdiyi ov ətindən yesin və mənə xeyir-dua versin».

32

Atası İshaq ondan soruşdu:



«Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam».

33

İshaqın canına bərk titrətmə düşdü və o



dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim

və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu».

34

Esav atasının sözlərini eşidəndə ucadan və



acı səslə fəryad edib dedi: «Ay ata, mənə də xeyir-dua ver».

35

İshaq dedi: «Qardaşın hiylə ilə gəlib



sənin xeyir-duanı aldı».

36

* Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir



ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə

xeyir-dua saxlamamısan?»

37

İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona



qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?»

38

* Esav atasına



dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı.

39

*



Atası İshaq ona belə cavab verdi:

«Yaşadığın yer torpağın şirəsindən,

Yuxarıda göylərin şehindən uzaq olacaq.

40

* Qılıncınla yaşayıb



*

27:27 İbr. 11:20

*

27:29 Yar. 12:3



*

27:36 Yar. 25:29-34

*

27:38 İbr. 12:17



*

27:39 İbr. 11:20

*

27:40 Yar. 36:8;



2Pad. 8:20


YARADILIŞ 27:41

23

YARADILIŞ 29:3



Qardaşına qulluq edəcəksən.

Amma azad olmaq istəyəndə

Onun boyunduruğunu

Boynundan qırıb atacaqsan».

41

Atası Yaquba xeyir-dua verdiyinə görə Esav qardaşına nifrət etdi. O öz-özünə dedi: «Atamın matəm



günləri yaxınlaşır. O zaman qardaşım Yaqubu öldürərəm».

42

Böyük oğlu Esavın dediyi sözlər Rivqanın



qulağına çatdı. Buna görə də xəbər göndərib kiçik oğlu Yaqubu çağırdı və ona dedi: «Bax qardaşın Esav

səni öldürməklə qisas almaq istəyir.

43

Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın



yanına qaç.

44

Qardaşının hirsi soyuyana qədər bir müddət Lavanın yanında qal.



45

Sənə qarşı qəzəbi

sönəndə, ona elədiyini unudanda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir gündə ikinizdən

də məhrum olum?»

46

Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu



ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?»

28

İshaqın Yaqubu Lavanın yanına göndərməsi

1

İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad



alma.

2

Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə



arvad al.

3

Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu



xalq törəsin;

4

* İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə



verdiyi torpağı – qərib kimi yaşadığın torpağı irs olaraq alasan».

5

İshaq Yaqubu yola saldı. O, Paddan-



Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi.

Esavın üçüncü arvadı

6

Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu Paddan-Arama



göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma» deyib xəbərdarlıq etdi.

7

Yaqub da ata-anasına qulaq asıb Paddan-Arama getdi.



8

Esav gördü ki, Kənan qızları atası İshaqın

xoşuna gəlmir.

9

Esav İsmailin yanına getdi. O, İbrahim oğlu İsmailin qızı Maxalatı arvadlarının üstünə



arvad aldı. Maxalat Nevayotun bacısı idi.

Yaqubun Bet-Eldə yuxu görməsi

10

Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi.



11

Bir yerə çatıb orada gecələdi, çünki günəş

batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı.

12

* O, yuxuda gördü



ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla

çıxıb-düşürdülər.

13

* Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın



Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm.

14

* Sənin nəslin yerin tozu kimi



çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin

vasitəsilə xeyir-dua alacaq.

15

Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu



torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm».

16

Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim».



17

Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz,

bura göylərin qapısıdır».

18

Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə



zeytun yağı tökdü.

19

O yerin adını Bet-El * qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi.



20

Yaqub əhd edib

dedi: «Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək

üçün paltar versə,

21

sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq.



22

Sütun


kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə

verəcəyəm».

29

Yaqubun Paddan-Arama gəlişi

1

Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi.



2

O gördü ki, çöllükdə bir quyu var və

onun yanında üç qoyun sürüsü yatıb, çünki quyudan o sürülərə su verirdilər. Quyunun ağzında böyük

bir daş var idi.

3

Bütün sürülər oraya yığılırdı. Adamlar daşı quyunun ağzından yuvarlayıb qoyunlara



su verir və yenə daşı yerinə – quyunun üstünə qoyurdular.

*

28:4 Yar. 17:4-8



*

28:12 Y


ə

h. 1:51 *

28:13 Yar. 13:14-15

*

28:14 Yar. 12:3; 22:18; 26:4



*

28:19 Bet-El – ibrani

dilind

ə

Allahın evi.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə