Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə11/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   7   8   9   10   11   12   13   14   ...   445

YARADILIŞ 24:24

19

YARADILIŞ 24:67



qalmaq üçün yer tapılarmı?»

24

Qız ona dedi: «Mən Milkanın Naxora doğduğu Betuelin qızıyam».



25

Yenə dedi: «Bizdə saman da, yem də çoxdur və gecələməyə yer də var».

26

O adam əyilib Rəbbə



səcdə etdi.

27

Sonra dedi: «Ağam İbrahimin Allahı Rəbbə alqış olsun ki, xeyirxahlığını və sədaqətini



ağamdan əsirgəmədi: Rəbb məni birbaş ağamın qardaşının evinə gətirdi».

28

Qız qaçıb anasının evində bu barədə danışdı.



29

Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan

çıxıb o adamın yanına – bulağa qaçdı.

30

O, bacısının burun halqasını və qollarındakı bilərziyi görəndə,



bacısı Rivqanın «bu adam mənimlə belə danışdı» sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq

başında dəvələrin yanında dayanmışdı.

31

Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə



üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam».

32

O adam evə girdi. Lavan



dəvələrin yükünü boşaltdı, onlara saman və yem verdi, o adama və onunla birgə olanlara ayaqlarını

yumaq üçün su verdi.

33

Onların qabağına yemək gətirildi, ancaq həmin adam dedi: «Məqsədimi



söyləməyincə yeməyəcəyəm». Lavan dedi: «Söylə».

34

O dedi: «Mən İbrahimin nökəriyəm.



35

Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona

qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi.

36

Ağamın arvadı



Sara da qoca ikən ağama bir oğul doğdu. Ağam özünə məxsus olan hər şeyi ona verdi.

37

Sonra



da məni and içdirərək dedi: “Ölkələrində yaşadığım Kənanlıların qızlarından oğluma arvad alma,

38

ancaq atamın evinə – qohumlarımın yanına gedib oradan oğluma bir arvad al”.



39

Mən ağama

dedim: “Bəlkə o qadın mənimlə gəlmədi”.

40

O mənə dedi: “Önündə davrandığım Rəbb səninlə Öz



mələyini göndərəcək, yolun uğurlu olacaq və qohumlarımın arasından – atamın evindən oğluma bir

arvad alacaqsan.

41

Qohumlarımın yanına getdiyin zaman içdiyin anddan azad olacaqsan: əgər o qızı



sənə verməsələr, içdiyin anddan azad olacaqsan”.

42

Mən də bu gün bulağın yanına gəlib dua etdim: “Ey ağam İbrahimin Allahı Rəbb, yalvarıram,



getdiyim yolu aç.

43

İndi mən bulağın yanında dururam; su çəkməyə gələn və mənim ona ‹xahiş



edirəm, mənə səhəngindən bir az su ver, içim› deyəcəyim,

44

onun da mənə ‹sən də iç, dəvələrinə də



gedib su çəkim› söyləyəcək qız ağamın oğlu üçün Rəbbin təyin etdiyi arvad olsun”.

45

Mən ürəyimdə



dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa enib su çəkdi. Ona dedim:

“Xahiş edirəm, mənə su ver”.

46

O tez səhəngini çiynindən endirib dedi: “Sən iç, gedim dəvələrinə



də su verim”. Mən içdim, o isə dəvələrə su verdi.

47

Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi:



“Milkanın Naxora doğduğu Betuelin qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər

taxdım.


48

Sonra əyilib Rəbbə səcdə etdim. Ağamın qardaşı qızını oğluna almaq üçün məni birbaş

buraya gətirən ağam İbrahimin Allahı Rəbbə şükür etdim.

49

İndi mənə deyin görüm, siz ağama



xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz ya yox? Bunu mənə bildirin ki, mən də nə edəcəyimi

bilim».


50

Lavan və Betuel ona belə cavab verdilər: «Bu iş Rəbdən oldu; sənə nə yaxşı, nə də pis söz deyə

bilərik.

51

Bax Rivqa qarşındadır: onu götürüb get və qoy o, Rəbbin söylədiyi kimi ağanın oğluna



arvad olsun».

52

İbrahimin nökəri onların sözlərini eşidəndə yerə qapanıb Rəbbə səcdə etdi.



53

Nökər


qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər

bağışladı.

54

Özü və onunla birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda



nökər dedi: «Məni ağamın yanına göndərin».

55

Qızın qardaşı ilə anası dedilər: «Qoy qız bizimlə



heç olmasa on gün qalsın, sonra gedər».

56

Nökər onlara dedi: «İndi ki Rəbb mənə yol açdı, məni



gecikdirməyin, buraxın ağamın yanına gedim».

57

Onlar dedilər: «Qoy qızı çağırıb öz dilindən eşidək».



58

Rivqanı çağırıb ona dedilər: «Bu adamla gedirsənmi?» O da «gedirəm» dedi.

59

Onlar bacıları



Rivqanı, onun dayəsini, İbrahimin nökərini və onunla olan adamları yola saldılar.

60

Rivqaya xeyir-dua



verib dedilər:

«Ey bacımız,

Minlərlə, on minlərlə övlada ana olasan!

Qoy nəslin yağıların yurduna sahib olsun!»

61

Rivqa və qulluqçuları qalxıb dəvələrə mindilər və o adamla birgə getdilər. Beləliklə, nökər Rivqanı



götürüb getdi.

62

İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı.



63

Axşam düşəndə İshaq

bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir.

64

Rivqa da



başını qaldırıb İshaqı görəndə dəvədən düşdü.

65

O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə



gələn bu adam kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü.

66

Nökər baş vermiş bütün işlər barədə İshaqa danışdı.



67

İshaq Rivqanı anası Saranın yaşadığı çadıra

apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı.



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə