Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə10/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   6   7   8   9   10   11   12   13   ...   445

YARADILIŞ 21:22

17

YARADILIŞ 22:24



İbrahimin Avimeleklə əhdi

22

* O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir.



23

İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də nəvəmə xəyanət edəcəksən:

mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın torpağın adamlarına sadiq ol».

24

İbrahim



«mən and içirəm» dedi.

25

Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi.



26

Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm».

27

İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı.



28

İbrahim


sürüsündən yeddi dişi quzunu ayırıb qoydu.

29

Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi



dişi quzu nə üçündür?»

30

O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma



şəhadət olsun».

31

Buna görə də o buranı Beer-Şeva† adlandırdı, çünki onların ikisi də orada and içdi.



32

Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin

ölkəsinə qayıtdılar.

33

İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin



adını çağırdı.

34

İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.



22

İbrahimin sınağa çəkilməsi

1

* Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim



«Buradayam!» dedi.

2

Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya torpağına get.



Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et».

3

İbrahim səhər



tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı

üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı.

4

İbrahim üçüncü gün başını qaldırıb uzaqdan



o yeri gördü.

5

O, nökərlərinə dedi: «Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla oraya gedəcəyəm.



Səcdə edib, yanınıza qayıdarıq».

6

İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın kürəyinə qoydu, odu və bıçağı isə özü



götürdü. İkisi birlikdə getdilər.

7

İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam,



oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?»

8

İbrahim dedi:



«Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». İkisi birlikdə getdilər.

9

* Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları



düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu.

10

İbrahim əlini



uzadıb oğlunu kəsmək üçün bıçağı götürdü.

11

Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim,



İbrahim!» O «Mən buradayam!» dedi.

12

Mələk dedi: «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi



bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin».

13

İbrahim başını qaldırıb



baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun

ə

vəzinə yandırma qurbanı olaraq təqdim etdi.



14

İbrahim o yeri Yahve-İre * adlandırdı; buna görə də

indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».

15

Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi:



16

* «Rəbb bəyan edir: “Öz varlığıma and

içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə

17

* Mən sənə böyük xeyir-dua



verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin

nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq.

18

* Dünyanın bütün millətləri sənin nəslinin



vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”».

19

Sonra İbrahim öz nökərlərinin



yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu.

Naxorun nəsli

20

Bir müddət sonra İbrahimə xəbər verib söylədilər: «Budur, Milka qardaşın Naxora oğullar doğdu:



21

ilk oğlu Us, onun qardaşı Buz, Aramın atası olan Qemuel,

22

Kesed, Xazo, Pildaş, İdlaf və Betuel».



23

Betueldən Rivqa törədi. Bu səkkiz övladı Milka İbrahimin qardaşı Naxora doğdu.

24

Onun adı Reuma



olan cariyəsi də Tebahı, Qahamı, Taxaşı və Maakanı doğdu.

23

Saranın ölümü

*

21:22 Yar. 26:26



21:31 Beer-Şeva – ibrani dilind

ə

and quyusu yaxud yeddi quyu. *



22:1 İbr. 11:17-19

*

22:9



Yaq. 2:21

*

22:14 Yahve-İre – ibrani dilind



ə

Rəbb hazırlayar. *

22:16 İbr. 6:13-14

*

22:17 İbr. 11:12



*

22:18 H


ə

v.

3:25




YARADILIŞ 23:1

18

YARADILIŞ 24:23



1

Sara yüz iyirmi yeddi il yaşadı; o bu qədər ömür sürdü.

2

Sara Kənan torpağında olan Qiryat-



Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi.

3

İbrahim cəsədin yanından gedib Xetlilərə dedi:



4

* «Mən sizin aranızda qərib və qonağam. Yanınızda

qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım».

5

Xetlilər



İbrahimə cavab verdilər:

6

«Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz



ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən

ə

sirgəməz».



7

İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi.

8

Sonra onlarla danışıb dedi:



«Əgər siz mənim ölümü basdırmağa razısınızsa, mənə qulaq asın: mənim üçün Sohar oğlu Efrondan

xahiş edin ki,

9

tarlasının qurtaracağında ona məxsus olan Maxpela mağarasını mənə satsın, yanınızda



qəbir düzəltmək üçün onu tam dəyəri ilə mənə versin».

10

Efron Xetlilərin arasında oturmuşdu. Xetli Efron şəhər darvazasının yanına yığılan bütün



Xetlilərin önündə İbrahimə belə cavab verdi:

11

«Yox, ağam, mənə qulaq as: mən tarlanı və orada



olan mağaranı sənə verirəm, öz xalqımın adamları önündə onu sənə verirəm; get ölünü basdır».

12

İbrahim o ölkənin xalqına təzim etdi.



13

Sonra o ölkənin xalqının yanında Efrona belə dedi: «Xahiş

edirəm, mənə qulaq as: tarlanın dəyərini verirəm, onu məndən götür, qoy mən də öz ölümü orada

basdırım».

14

Efron İbrahimə cavab verdi:



15

«Ay ağam, mənə qulaq as: torpağın qiyməti dörd yüz

şekel gümüşdür; mənimlə sənin aranda bu nədir? Ölünü basdır».

16

İbrahim Efronun sözünü qəbul



edib Xetlilərin yanında Efronun dediyi kimi tacirlərin tərəzi daşları ilə dörd yüz şekel gümüş çəkdi.

17

Beləcə Mamre qarşısındakı Maxpelada olan Efronun tarlası, oradakı mağara, tarlada və onun



ə

razisində olan bütün ağaclar

18

Xetlilərin gözü önündə – şəhər darvazasında yığılanların qarşısında



İbrahimin mülkü oldu.

19

Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı



Maxpela tarlasının mağarasında basdırdı.

20

Beləcə Xetlilər tarlanı və orada olan mağaranı qəbir



düzəltmək üçün İbrahimə mülk verdilər.

24

İshaq və Rivqa

1

İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi.



2

Bir gün İbrahim evində

bütün işləri idarə edən qulbaşıya dedi: «Əlini budumun altına qoyub

3

göyün və yerin Allahı Rəbbin



adına mənə and iç ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan,

4

ancaq mənim ölkəmə, qohumlarımın yanına gedib oğlum İshaq üçün arvad alacaqsan».



5

Nökər


ona dedi: «Bəlkə qız mənimlə birgə bu ölkəyə gəlməyə razı olmadı? Onda oğlunu sənin çıxdığın

ölkəyə aparımmı?»

6

İbrahim ona dedi: «Bax oğlumu oraya aparma.



7

Məni atamın evindən və

doğulduğum torpaqdan çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə verəcəyəm”

deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən oradan oğluma arvad alıb

gətirəcəksən.

8

Əgər o qadın səninlə gəlmək istəməsə, sən bu anddan azad olursan. Ancaq mənim



oğlumu oraya aparma».

9

Nökər əlini ağası İbrahimin budu altına qoyub bu işə görə ona and içdi.



10

Nökər ağasından on dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram-Naharayimə,* Naxor

şəhərinə gəldi.

11

Axşam qadınlar su çəkmək üçün çıxdıqları zaman onun dəvələri şəhərin kənarında



olan su quyusunun yanında dayandı.

12

Sonra dua etdi: «Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram,



bu gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər.

13

Mən bu bulağın yanında dururam;



şəhər sakinlərinin qızları su çəkmək üçün buraya gəlirlər.

14

Qoy elə olsun ki, mənim “xahiş edirəm,



səhəngini endir, su içim” deyəcəyim və mənə “özün də iç və dəvələrinə də verim” söyləyəcək qız qulun

İshaq üçün təyin etdiyin arvad olsun; bundan bilərəm ki, ağama xeyirxahlıq edirsən».

15

O, duasını bitirməmişdi ki, İbrahimin qardaşı Naxorun arvadı Milkadan doğulan oğlu Betuelin



qızı Rivqa çiynində səhəng gəldi.

16

Qız görünüşcə çox gözəl idi və hələ bakirə idi. O, bulağa endi və



səhəngini doldurub yuxarı qalxdı.

17

Nökər onun qabağına qaçıb dedi: «Xahiş edirəm, səhəngindən



mənə bir az su ver, içim».

18

Qız dedi: «Ağam, buyur iç». Qız tez səhəngini əli üstünə endirdi və ona



su verdi.

19

Ona su verəndən sonra dedi: «Dəvələrin üçün də su çəkim, içib doysunlar».



20

Qız tez


səhəngini təknəyə boşaltdı, su çəkmək üçün cəld quyunun yanına qaçdı və nökərin bütün dəvələri

üçün su çəkdi.

21

O adam sakit duraraq diqqətlə qıza baxırdı ki, Rəbbin onun yoluna xeyir-dua verib-



vermədiyini bilsin.

22

Dəvələr su içib qurtaranda o adam çəkisi bir beqa olan qızıl burun sırğası, qızın qolları üçün çəkisi



on şekel olan iki bilərzik götürüb dedi:

23

«Mənə de görüm, sən kimin qızısan? Atanın evində bizə gecə



*

23:4 İbr. 11:9,13; H

ə

v. 7:16 *



24:10 Aram-Naharayim – Mesopotamiya.


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə