Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə4/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   2   3   4   5   6   7   8   9   ...   445

YARADILIŞ 3:20

5

YARADILIŞ 4:26



20

Adəm arvadının adını Həvva* qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu.

21

Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi.



22

* Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu.

Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!»

23

Rəbb Allah



insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin.

24

Rəbb



Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki,

həyat ağacına gedən yolu qorusunlar.

4

Qabil və Habil

1

Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili* doğdu. Həvva dedi: «Rəbbin



köməyi ilə bir insan qazandım».

2

Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə



ə

kinçi.


3

Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi.

4

* Habil


də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və

onun təqdimini qəbul etdi,

5

ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil



bərk qəzəblənib qaşqabağını salladı.

6

Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını



sallamısan?

7

Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah



qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».

8

* Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə



hücum çəkib onu öldürdü.

9

Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi:



«Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?»

10

* Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının



səsi torpaqdan Mənə fəryad edir.

11

İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən



qardaş qanını udmaq üçün ağzını açdı.

12

Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək.



Yer üzündə qaçaq və sərgərdan olacaqsan».

13

Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha



artıqdır.

14

Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə



qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək».

15

Rəbb ona dedi: «Xeyr!



Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast

gələn kəs onu öldürməsin.

16

Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod



torpağında yaşamağa başladı.

Qabilin nəsli

17

Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi,



şəhərə oğlu Xanokun adını verdi.

18

Xanokdan İrad törədi. İraddan Mehuyael törədi. Mehuyaeldən



Metuşael törədi. Metuşaeldən Lemek törədi.

19

Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı



Silla idi.

20

Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu.



21

Onun


qardaşının adı Yuval idi. O hər cür lira və tütək çalmağın əsasını qoydu.

22

Silla isə Tuval-Qayini



doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı

var idi.


23

Bir dəfə Lemek arvadlarına dedi:

«Ey Ada və Silla, səsimi eşidin,

Ey Lemekin arvadları, sözümə qulaq asın:

Məni yaraladığı üçün

Bir adam öldürdüm,

Məni zədələdiyi üçün

Bir cavan öldürdüm.

24

Qabil üçün yeddi qat qisas alınacaqsa,



Lemek üçün yetmiş yeddi qat alınacaq».

Şet və Enoş

25

Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet † qoyaraq dedi: «Qabilin



öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi».

26

Şetin də bir oğlu oldu və adını Enoş



qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.

*

3:20 H



ə

vva – ibrani dilində yaşamaq mənası verən bir sözdən götürülmüşdür.

*

3:22 Yar. 2:9; V



ə

hy

2:7; 22:2,14 *



4:1 Qabil – ibrani m

ə

tnində qayin sözü olub qazanma deməkdir. *



4:4 İbr. 11:4

*

4:8 Mat.



23:35; Luka 11:51; 1Y

ə

h. 3:12 *



4:10 İbr. 12:22-24

4:25 Şet – ibrani dilind



ə

bəxş etmək.




YARADILIŞ 5:1

6

YARADILIŞ 6:15



5

Adəmdən Nuha qədər olan nəsillər

(1Saln. 1:1-4)

1

* Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı.



2

* Allah


onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı.

3

Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu.



4

Şet


doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu.

5

Adəm doqquz yüz



otuz il ömür sürüb öldü.

6

Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu.



7

Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il

yaşadı. Onun başqa oğulları və qızları oldu.

8

Şet doqquz yüz on iki il ömür sürüb öldü.



9

Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu.

10

Qenan doğulandan sonra Enoş səkkiz yüz on



beş il yaşadı. Onun başqa oğulları və qızları oldu.

11

Enoş doqquz yüz beş il ömür sürüb öldü.



12

Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu.

13

Mahalalel doğulandan sonra Qenan



səkkiz yüz qırx il yaşadı. Onun başqa oğulları və qızları oldu.

14

Qenan doqquz yüz on il ömür sürüb



öldü.

15

Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu.



16

Yered doğulandan sonra Mahalalel

səkkiz yüz otuz il yaşadı. Onun başqa oğulları və qızları oldu.

17

Mahalalel səkkiz yüz doxsan beş il



ömür sürüb öldü.

18

Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu.



19

Xanok doğulandan sonra Yered səkkiz

yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu.

20

Yered doqquz yüz altmış iki il ömür sürüb öldü.



21

* Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu.

22

Metuşelah doğulandan sonra



Xanok üç yüz il Allahla bir yol getdi. Onun başqa oğulları və qızları oldu.

23

Xanok üç yüz altmış



beş il yaşadı.

24

O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.



25

Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu.

26

Lemek doğulandan sonra



Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun başqa oğulları və qızları oldu.

27

Metuşelah doqquz



yüz altmış doqquz il ömür sürüb öldü.

28

Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu.



29

O dedi: «Bu oğul Rəbbin lənətlədiyi

torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də

onun adını Nuh * qoydu.

30

Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun başqa



oğulları və qızları oldu.

31

Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb öldü.



32

Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu.

6

İnsanların pozğunlaşması və daşqın

1

İnsanlar yer üzündə çoxalmağa başladı və onların qızları doğuldu.



2

O zaman Allah oğulları

gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər.

3

Rəbb dedi:



«Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir. Onların ömrü yüz iyirmi il

olacaq».


4

Həmin dövrdə və Allah oğulları insan qızlarını arvad alıb övladları doğulan dövrdə də yer üzündə

böyük adamlar* yaşayırdı. Bunlar qədim dövrün qəhrəman və adlı-sanlı adamları idi.

5

* Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki



fikirlər və niyyətlər pisliyə doğru yönəlir.

6

O, yer üzündə insanları yaratdığına peşman oldu və



ürəyində kədərləndi.

7

Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla



birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman

olmuşam».

8

Ancaq Nuh Rəbbin gözündə lütf tapdı.



9

* Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir

yol gedirdi.

10

Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs.



11

Ancaq Allahın önündə yer üzündəki

insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu.

12

Allah yer üzündəki insanların daha da



pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı.

13

Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə



dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm.

14

Özünə qofer† ağacından bir gəmi



düzəlt, onun içində otaqlar düzəlt, üstünə içəridən və bayırdan qatran vur.

15

Gəmini belə düzəlt:



*

5:1 Yar. 1:27-28

*

5:2 Yar. 1:27; Mat. 19:4-5; Mark 10:6



*

5:21 İbr. 11:5; Y

ə

hd. 14-15 *



5:29 Nuh – ibrani dilind

ə

təsəlli. *



6:4 Böyük adamlar – ibrani m

ə

tnində nefilim sözü olub mənası tam aydın deyil. *



6:5 Mat. 24:37;

Luka 17:26; 1Pet. 3:20

*

6:9 2Pet. 2:5



6:14 Qofer – nam

ə

lum bir ağac növü.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə