Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə5/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   2   3   4   5   6   7   8   9   ...   445

YARADILIŞ 6:16

7

YARADILIŞ 8:12



onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü isə otuz qulac olsun.

16

Gəminin üstündən



bir qulac aşağı pəncərə açarsan və qapısını yan tərəfdən qoyarsan. Gəminin üç mərtəbəsi olsun: biri

altda, biri ortada, biri də üstdə.

17

Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar



məhv olsun və yer üzündə olanların hamısı öləcək.

18

Ancaq əhdimi səninlə bağlayıram. Sən



oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən.

19

Bütün heyvanlardan, canlı məxluqlardan



bir cütünü – erkək və dişisini gəmiyə götürərsən ki, səninlə birgə sağ qalsın.

20

Növlərinə görə



quşların, heyvanların və yerdə sürünənlərin hər birindən bir cütü sənin yanına gələcək ki, sağ qalsın.

21

Həmçinin özünlə birlikdə hər cür azuqə götürüb yanına yığ ki, sənin və onların yeməyi olsun».



22

* Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.

7

1

Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni



önümdə saleh gördüm.

2

Hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək



və dişisindən bir cüt götür,

3

həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür; qoy



bütün yer üzündə onların nəsli kəsilməsin.

4

Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə



yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm».

5

Rəbb Nuha necə



ə

mr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.

6

Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi.



7

* Nuh, onun arvadı, oğulları və gəlinləri

daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər.

8

Allahın Nuha əmr etdiyi kimi pak və murdar



heyvanların, quşların, bütün yerdə sürünənlərin

9

erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə



mindi.

10

Yeddi gün sonra yer üzündə daşqın oldu.



11

* Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində,

ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri

açıldı.


12

Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.

13

Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər.



14

Onlarla


birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və

hər cür quş gəmiyə girdi:

15

həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə



mindi.

16

Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər.



Onların dalınca Rəbb gəminin qapısını örtdü.

17

Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı.



18

Su çox yuxarı

qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı.

19

Su yer üzünü elə tutdu ki, göylər



altında olan bütün uca dağlar suya qərq oldu.

20

Su dağların zirvəsindən on beş qulac qalxdı və



onları örtdü.

21

Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları,



yerdə sürünənlər və bütün insanlar məhv oldu.

22

Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı



varlıqların hamısı öldü.

23

Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş



heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və

onunla birgə gəmidə olanlar sağ qaldı.

24

Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.



8

Daşqının sonu

1

Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı.



Allah yer üzünə külək göndərdi və su azalmağa başladı.

2

Dərinlikdə olan su qaynaqları və göylərin



pəncərələri bağlandı, yağış dayandı.

3

Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra



su azaldı.

4

Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı.



5

Onuncu aya qədər su

yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü.

6

Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb



7

bir qarğa buraxdı; qarğa uçub getdi və

yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı.

8

Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer



üzündən çəkilib-çəkilmədiyini bilsin.

9

Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə



onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini

tutdu və gəmiyə – öz yanına apardı.

10

O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı.



11

Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh

suyun yer üzündən çəkildiyini bildi.

12

O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq



göyərçin onun yanına qayıtmadı.

*

6:22 İbr. 11:7



*

7:7 Mat. 24:38-39; Luka 17:27

*

7:11 2Pet. 3:6




YARADILIŞ 8:13

8

YARADILIŞ 9:26



13

Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh

gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü.

14

İkinci ayın iyirmi



yeddinci günü yer üzündəki su tamamilə qurudu.

15

Allah Nuha dedi:



16

«Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx.

17

Səninlə birgə



olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar

və yer üzündə törəyib çoxalsınlar».

18

Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı.



19

Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.

20

Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada



yandırma qurbanı təqdim etdi.

21

Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından



bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü

lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.

22

Dünya durduqca



Əkin-biçin, isti-soyuq,

Yay-qış və gecə-gündüz

Sona yetməyəcək».

9

Allahın Nuha vədi

1

* Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün.



2

Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan

bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib.

3

Bütün canlılar da



sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm.

4

* Ancaq əti onun canı olan qanla



birgə yeməyin.

5

Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı



alacağam. Həmçinin insandan – qardaşının canını alan hər kəsdən əvəzini alacağam.

6

* * Kim insan qanı töksə,



Onun da qanı

İnsan əli ilə töküləcək.

Çünki Allah insanı

Öz surətinə görə yaradıb.

7

* Siz törəyib çoxalın,



Yer üzünə yayılın,

Orada çoxalın».

8

Allah Nuha və yanında olan oğullarına dedi:



9

«Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi

bağlayıram,

10

gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün



çöl heyvanları ilə əhdimi bağlayıram.

11

Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla



məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək».

12

Allah yenə dedi:



«Mənim sizinlə və sizinlə olan bütün canlılarla nəsillər boyu əbədi olaraq bağladığım əhdin əlaməti

budur:


13

buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun.

14

Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək.



15

Onda Mən sizinlə və

bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün

canlıları məhv etməyəcək.

16

Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb yer üzündə yaşayan



bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam».

17

Allah yenə Nuha dedi: «Mənim



yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlaməti budur».

Nuhun oğulları

18

Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi.



19

Nuhun


üç oğlu bunlardır və yer üzündə yayılan bütün insanlar onlardan törədi.

20

Nuh torpağı becərməyə başladı və bir üzüm bağı saldı.



21

O, şərab içib sərxoş oldu və öz çadırında

çılpaq uzandı.

22

Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu bayırda iki qardaşına



söylədi.

23

Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının



çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər.

24

Nuh öz sərxoşluğundan ayıldı və kiçik oğlunun əməlini bilib dedi:



25

«Kənana lənət olsun,

Öz qardaşlarının qullarına qul olsun».

26

Yenə dedi:



*

9:1 Yar. 1:28

*

9:4 Lev. 7:26-27; 17:10-14; 19:26; Qanun. 12:16,23-25; 15:23



*

9:6 Çıx. 20:13

*

9:6 Yar. 1:26



*

9:7 Yar.


1:28


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə