Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə442/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   437   438   439   440   441   442   443   444   445

MARK 14:15

988


MARK 14:47

Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›”

15

Ev sahibi sizə yuxarı mərtəbədə döşənib



hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün».

16

Şagirdlər yola



çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq

etdilər.


17

Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi.

18

*Onlar süfrəyə oturub yemək yeyərkən İsa



dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək».

19

Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?»



20

İsa onlara

dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur.

21

Bəşər Oğlu Özü



barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç

doğulmasaydı, onun üçün daha yaxşı olardı».

22

Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın!



Bu Mənim bədənimdir».

23

Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı



oradan içdi.

24

*İsa onlara dedi: «Bu, Əhdin* bağlanması üçün çoxları uğrunda axıdılan Mənim



qanımdır.

25

Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm



ağacının məhsulundan əsla içməyəcəyəm».

26

Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.



Peterin inkarı əvvəlcədən bildirilir

(Mat. 26:31-35; Luka 22:31-34; Yəh. 13:36-38)

27

*İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz,† çünki belə yazılıb:



“Çobanı vuracağam,

Qoyunlar pərən-pərən olacaq”.

28

*Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».



29

Peter Ona dedi: «Hamı

Səni atıb getsə də, mən belə etməyəcəyəm».

30

İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün,



bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».

31

Amma Peter daha



qətiyyətlə danışdı: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm».

Bütün şagirdlər də belə dedilər.



Getsemani bağında

(Mat. 26:36-46; Luka 22:39-46)

32

Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada



oturub-qalın».

33

O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss



etməyə başladı.

34

Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın



və oyaq olun».

35

İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin.



36

O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı‡ Məndən uzaqlaşdır. Amma

Mənim yox, Sənin iradən olsun».

37

İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri



səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin?

38

Oyaq qalıb dua edin ki, sınağa



düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür».

39

İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar



edərək dua etdi.

40

Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə



desinlər.

41

İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt



yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur.

42

Qalxın gedək. Budur, Mənə xəyanət



edən gəlir!»

İsa həbs olunur

(Mat. 26:47-56; Luka 22:47-53; Yəh. 18:3-12)

43

İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin,



ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi.

44

İsaya



xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur. Onu tutub möhkəm

nəzarət altında aparın».

45

O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü.



46

Yanındakı adamlar

ə

l atıb İsanı tutdular.



47

İsanın yanındakılardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub qulağını

qopartdı.

*

14:18 Z



ə

b. 41:9 *

14:24 Çıx. 24:8; Yer. 31:31-34

*

14:24 Əhdin – b



ə

zi əlyazmalarda Yeni Əhdin (Luka 22:20).

*

14:27 Z


ə

k. 13:7 †

14:27 M

ə

ni atıb gedəcəksiniz – hərfi tərcümədə Məndə büdrəyəcəksiniz. *



14:28

Mat. 28:16

14:36 Kasa – İsanın çarmıxdakı ölümünün r



ə

mzi.



MARK 14:48

989


MARK 15:11

48

İsa onlara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa



gəlmisiniz?

49

*Hər gün məbəddə sizin yan-yörənizdə təlim öyrədirdim, heç Məni tutmadınız. Amma



qoy Müqəddəs Yazılar yerinə yetsin».

50

Onda hamı İsanı atıb qaçdı.



51

Çılpaq bədənini kətan örtüklə bürüyən bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar.

52

Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı.



İsa Ali Şuranın önündə

(Mat. 26:57-68; Luka 22:54-55,63-71; Yəh. 18:13-24)

53

İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya



toplaşdı.

54

Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə



həyətdə, tonqalın ətrafında oturub qızınırdı.

55

Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi



axtarırdılar, amma tapa bilmirdilər.

56

Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-



birinə uyğun gəlmirdi.

57

*Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər:



58

«Biz Onun

belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir

məbəd tikəcəyəm”».

59

Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi.



60

Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar

Sənin əleyhinə bu nə ifadədir verirlər?»

61

Amma İsa susmaqda davam etdi, heç cavab vermədi.



Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?»

62

*İsa ona dedi:



«Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın§ sağında oturduğunu və göyün buludları ilə gəldiyini

görəcəksiniz».

63

*Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var?



64

Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi

ki, O, ölüm cəzasına layiqdir.

65

Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və



dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular.

Peter İsanı inkar edir

(Mat. 26:69-75; Luka 22:56-62; Yəh. 18:15-18,25-27)

66

Peter aşağıda, həyətdə ikən baş kahinin qarabaşlarından biri gəldi.



67

Qızınmaqda olan Peteri

görən kimi onu diqqətlə süzüb dedi: «Sən də Nazaretli İsa ilə birlikdə idin».

68

Amma Peter bunu



inkar edərək dedi: «Bilmirəm və başa düşmürəm, sən nə danışırsan». O, bayır qapının önünə çıxdı

və bu anda xoruz banladı.

69

Qarabaş Peteri görəndə yenə yanındakılara deməyə başladı: «Bu da



onlardandır».

70

Peter yenə inkar etdi. Bir az sonra orada duranlar yenə ona dedilər: «Doğrudan



da, sən onlardansan, çünki Qalileyalısan».**

71

Peter isə özünü qarğıyıb and içərək dedi: «Dediyiniz o



Adamı tanımıram».

72

Həmin anda xoruz ikinci dəfə banladı. Peter İsanın «xoruz iki dəfə banlamazdan əvvəl sən Məni



üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı.

15

İsa Romalı vali Pilatın önündə



(Mat. 27:1-2,11-26; Luka 23:1-25; Yəh. 18:28–19:16)

1

Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət



edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər.

2

Pilat Ondan



«Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».

3

Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər.



4

Pilat Ondan yenə soruşdu: «Heç cavab

verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!»

5

Amma İsa yenə də ona cavab vermədi. Pilat



buna heyrətləndi.

6

Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi.



7

Üsyan zamanı adam

öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu.

8

Xalq Pilatın yanına çıxıb



ondan* xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin.

9

Pilat onlara cavab



verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?»

10

Çünki başçı kahinlərin



İsanı paxıllıqdan təslim etdiyini bilirdi.

11

Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox,



Barabbanın azad olmasını xahiş etsinlər.

*

14:49 Luka 19:47-48; 21:37



*

14:57 Y


ə

h. 2:19 *

14:62 Dan. 7:13

§

14:62 Qüdr



ə

tli Olan – yəni Allah. *

14:63

Lev. 24:16



**

14:70 Qalileyalısan – b

ə

zi əlyazmalarda Qalileyalısan, nitqin də eynidir. *



15:8 Pilatın yanına çıxıb

ondan – b

ə

zi əlyazmalarda bağırıb Pilatdan.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə