Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə444/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   437   438   439   440   441   442   443   444   445

LUKA 1:1

992


LUKA 1:20

LUKANIN


NƏQL ETDİYİ MÜJDƏ

GİRİŞ


«Lukanın nəql etdiyi Müjdə» İsa Məsihi həm İsrailin, həm də bütün bəşəriyyətin vəd olunmuş Xilaskarı

olaraq təqdim edir. Luka yazır ki, İsa «fəqirlərə müjdəni bildirmək üçün» göndərilmişdi. Bu Müjdə

insan ehtiyaclarını aradan qaldırma yollarını göstərən və insanların qayğısına qalan fikirlərlə doludur.

Lukanın nəql etdiyi Müjdənin xüsusi keyfiyyətlərindən biri də burada olan sevinc əhval-ruhiyyəsidir.

Bu, xüsusilə, Müjdənin başlanğıcında İsanın gəlişini və sonda İsanın göyə qaldırılmasını bəyan edən

fəsillərdə təsvir olunur. İsanın göyə qaldırılmasından sonra məsihçi imanının artıb-yayılması həmin

müəllif tərəfindən «Həvarilərin İşləri» kitabında yazılmışdır.

Buraya daxil olan iki hissə (1-2 və 9-19-cu fəsillər) yalnız bu kitabda təsvir olunur. Onlardan biri

mələklərin nəğməsi və İsa anadan olanda çobanların Onun yanına gəlməsidir. Bu hissələrə həmçinin

yeniyetmə İsanın məbəddə olması, xeyirxah Samariyalı və itmiş oğul məsəlləri də daxildir.

Bu Müjdədə dua, Müqəddəs Ruhun fəaliyyəti, İsanın xidmətində qadınların rolu və Allahın

günahları bağışlaması xüsusilə vurğulanır.

Kitabın məzmunu:

1:1-4 Kitabın Teofilə həsr olunması

1:5–2:52 Vəftizçi Yəhyanın və İsa Məsihin doğulması

3:1-20 Vəftizçi Yəhyanın xidməti

3:21–4:13 İsanın vəftizi və sınağa çəkilməsi

4:14–9:50 İsanın Qalileyada ictimai xidməti

9:51–19:27 Qalileyadan Yerusəlimə

19:28–23:56 Yerusəlimdəki son günlər

24:1-53 Rəbbin dirilməsi, görünməsi və göyə qaldırılması

Kitabın Teofilə həsr olunması

1

Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib.



2

Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi

kimi

3

mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim.



4

Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən.



Vəftizçi Yəhyanın doğulması əvvəlcədən bildirilir

5

Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən* olan Zəkəriyyə adlı bir kahin var idi.



Arvadı da Harun nəslindən idi, adı Elizavet idi.

6

Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin



qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər.

7

Amma Elizavet sonsuz olduğuna görə



onların övladı yox idi. Hər ikisinin yaşı çox idi.

8

Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi.



9

Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü.

10

Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi.



11

Bu vaxt Rəbbin bir mələyi

buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü.

12

Zəkəriyyə bunu görüb təlaşa düşdü və



çox qorxdu.

13

Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir



oğul doğacaq. Sən də onun adını Yəhya† qoy.

14

Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya



gəlməsinə görə sevinəcək.

15

*Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici



içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq.

16

O, İsrail övladlarının



çoxunu Allahı Rəbb tərəfə döndərəcək.

17

*Atalarınürəkləriniövladlarına, itaətsizadamlarısalehlərin



düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə

Rəbbin önündə gedəcək».

18

Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam,



elə arvadımın da yaşı ötüb».

19

*Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və



səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm.

20

Budur, vaxtında həyata keçəcək



sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».

*

1:5 Aviya bölüyü – m



ə

bəd ibadətində xidmət edən kahinlərin 24 bölüyündən biri idi. Bax: 1Saln. 24:10.

1:13 Y


ə

hya – ibrani dilində Rəbb lütf edir. *

1:15 Say. 6:3

*

1:17 Mal. 4:5-6



*

1:19 Dan. 8:16; 9:21




LUKA 1:21

993


LUKA 1:56

21

Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi.



22

O isə


məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa

düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı.

23

Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı.



24

Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı

və beş ay evindən çıxmadı.

25

O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb



məni el arasında xəcalətdən qurtardı».

İsanın doğulması əvvəlcədən bildirilir

26

*Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret



adlanan şəhərə,

27

Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına



göndərildi. Həmin qızın adı Məryəm idi.

28

Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş



qız! Rəbb səninlədir».‡

29

Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək



olduğu barədə düşünməyə başladı.

30

Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə



nail oldun.

31

*Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy.



32

*O, böyük olacaq və

Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək.

33

O, Yaqub nəslinin



üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq».

34

Məryəm mələyə



dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm».

35

Mələk cavabında ona dedi: «Müqəddəs



Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq

müqəddəs Övlad Allahın Oğlu adlanacaq.

36

Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan



uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir.

37

*Çünki Allah üçün



mümkün olmayan şey yoxdur».

38

Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin



kimi olsun». Mələk onu tərk edib getdi.

Məryəmlə Elizavetin görüşü

39

O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı.



40

O,

Zəkəriyyənin evinə girib Elizaveti salamladı.



41

Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə

tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub

42

uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan,



sənin bətninin bəhrəsi də xeyir-dualıdır!

43

Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib?



44

Bax sənin

salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi.

45

Rəbbin ona dediyi sözlərin



yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!»

Məryəmin həmd ilahisi

46

*Məryəm isə dedi:



47

«Qəlbim Rəbbi ucaldır,

Ruhum Xilaskarım Allaha görə şadlanır,

48

Çünki O Öz qulunun yazıq halını gördü.



Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,

49

Çünki Qadir Olan mənim üçün böyük işlər etdi,



Onun adı müqəddəsdir!

50

Onun mərhəməti də nəsildən-nəslə



Ondan qorxanlara göstərilər.

51

O, qolu ilə qüdrətli işlər gördü,



Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.

52

Hökmdarları taxtlarından endirdi,



Məzlumları yüksəltdi.

53

Acları nemətlərlə doydurdu,



Varlıları isə əliboş yola saldı.

54-55


*Rəbb qulu İsrailin imdadına çatdı,

Ata-babalarımıza vəd etdiyi kimi

İbrahimə və onun nəslinə əbədilik

Mərhəmət göstərməyi yada saldı».

56

Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.



Vəftizçi Yəhyanın doğulması

*

1:26 Mat. 1:18



1:28 R


ə

bb səninlədir – bəzi əlyazmalarda Rəbb səninlədir. Sən qadınlar arasında

xeyir-dualısan (Luka 1:42). *

1:31 Mat. 1:21

*

1:32 2Şam. 7:12-16; Yeş. 9:7



*

1:37 Yar. 18:14

*

1:46 1Şam. 2:1-10



*

1:54-55 Yar. 17:7




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə