4
№2 İyun 2014
problemlərə baxışlardakı müxtəlifliklə bağlı idi. Şendrikovlar esdekləri müzakirələrə
qapalı olan iyerarxik təşkilat qurmaqda və işçilərin iqtisadi mübarizəsinə kifayət qədər
həssas yanaşmamaqda suçlayırdı. Onlar mübarizədə “ekonomizm” mövqeyində
dayanır, “fəhlənin hər qəpiyi üçün mübarizə” təbliğ edir və siyasi çıxışların əleyhinə
çıxırdılar. Sonunda qardaşlar təşkilatdan uzaqlaşdırılır. Ancaq sonrakı illərdə də onlar
özlərini məhz sosial-demokrat kimi qələmə verirdilər.
Qardaşlar arasında İlya böyük natiqlik, Lev isə təşkilatçılıq qabiliyyətinə
malikdi. Bu tandemin hesabınadır ki, artıq 1904-cü ilin sonlarına doğru onların
tərəfdarlarının sayı 4000 nəfərə çatırdı. Əksəriyyəti də İrandan gəlmiş və yerli azəri
fəhlələr idi. Müqayisə üçün deyək ki, bolşevikli-menşevikli esdeklərin sayı həmin
ərəfədə vur-tut 3000 nəfər idi.
Artıq 1904-cü ilin yayından fəhlə çıxışları yüksələn xətlə gedirdi. Bu, ötən ildəki
etiraz dalğasından və neft mədənlərindəki yanğınlardan özlərinə hələ gəlməyən
siyasi və maliyyə dairələrində narahatlıq doğurmaya bilməzdi. Məsələn, «Russkoe
Slovo» qəzeti sentyabrın 12-də yazırdı: “Peterburqdakı ingilis səfiri dünən xarici
işlər naziri Lamzdorfa nota göndərərək ondan Bakıda yaşayan və sayı 200-dən az
olmayan ingilis təbəələrinin qorunması üçün tədbirlər qəbul etməsini xahiş edib”.
1904-cü ilin noyabrında Şendrikov qardaşları Bakı mədənlərində iqtisadi
tələblərlə geniş tətillər başlatmaq qərarı verir. “Şendrikovçular” adlanan fəallar bütün
zavod və balıq müəssisələrində təbliğata keçir. Tətillərin əleyhinə isə esdeklər çıxır.
Həm bolşeviklər, həm də menşeviklər formal olaraq havaların soyuqluğunu əsas
gətirirdi. Əslində isə partiya iqtisadi tələblərlə mübarizənin perspektivinə inanmırdı,
yalnız silahlı üsyan taktikasını qəbul edirdi, tətillərin uğurlu alınacağı təqdirdə isə
prosesdən kənarda qalacağından narahatdı.
Sosialistlərin köməyi olmadan da “şendrikovçular” işlərini bacarırdılar. Belə
olanda, bolşeviklər, “Hümmət” təşkilatı və erməni sosial-demokratları da tətillərin
təşkilinə qoşuldular. Tətil komitəsinə Alyoşa Caparidze, İvan Fioletov və A.Stopani də
daxil oldu. Dekabrın 13-də Balaxanı və Bibiheybətdə yeni tətil başladı. Tətil 50 min
fəhləni əhatə etdi. 1 ay davam edən aksiyalar sahibkarları qorxuya saldı. Fəhlələr
sahibkarların güzəştə meylli olmadığını görəndə neft buruqlarını yandırmağa qalxdı.
5
Dekabrın 25-dən 30-dək 225 neft buruğu oda verildi.
Belə olanda bolşeviklər sahibkarlarla danışığa gedərək fəhlələrin şərtlərini
qəbul etməyə çağırdı. Kapitalistlər razılaşdılar. Əksər şərtlər qəbul olundu. Ancaq
“şendrikovçular” tətillərə davam etməyə çağıraraq esdekləri kapitalistlərlə sazişdə
suçladı və bütün tələblərin qəbulunu aksiyalara son qoymağın şərti elan etdi. 1904-
cü ilin 30 dekabrında daha 40 neft buruğu yandırıldı.
Kapitalistlər yenə razılaşdı. Bununla da dekabrın 30-da sahibkarlarla fəhlələr
arasında ilk dəfə kollektiv müqavilə - məşhur “Mazut Konstitusiyası” imzalandı.
İqtisadi tələblərlə mübarizə səmərə verdi.
1905-ci ilin 2 yanvarında “Novosti dnya” qəzeti yazırdı: “Bakıda yanvarın 1-də
bütün neft mədənlərində, zavodlarda və mexaniki emalatxanalarda asılan yeni
elanlarda neft sənayeçilərinin və kerosin istehsalçılarının adından bildirilir ki, 1905-
ci ilin 1 sentyabrından başlayaraq qazma işlərində tədricən üçnövbəli iş sisteminə
keçiləcək. Tətilçilər tətil etdikləri günlərin maaşlarını da almaq şərtilə 3 gün ərzində
işə çıxmağa dəvət edilir. Birjalarda məyusluqdur”.
Həmin kollektiv sənədin (“Mazut Konstitusiyası”) bəzi bəndlərinə baxaq:
9 saatlıq (gecə növbələri və qazma işlərində - 8 saatlıq) iş günü. Fəhlələr üçün
pulsuz yataqxana, su və kerosin. Əmək qabiliyyəti müvəqqəti itirildiyi halda işçinin
maaşının 50 faizinin daha 3 ay ərzində verilməsi. Maaşların artırılması. İrandan gələn
fəhlələrin maaşının da yerli fəhlələrlə eyniləşdirilməsi. İşdə cərimələrin ləğvi...
Bu cümlələri müasir leksikona çevirin - görərsiniz ki, bugünkü Azərbaycan
işçisində həmin hüquqların heç biri yoxdur!
Bu da son deyil - “Şendrikovçular” sahibkarlardan zavod komitələri yaratmağı
tələb etdi və buna da nail oldu. Bu isə o deməkdi ki, fəhlələrin arasından seçilən
şəxslər zavod rəhbərliyi ilə bərabər işə götürmək və işdən çıxarmaq məsələlərində
iştirak edə bilər. Bu, həmkarlar təşkilatlarının ilk forması idi.
Zavod komitələrinə üzvləri Bakı fəhlə deputatları Soveti seçirdi. Orada da
əsas mövqe “şendrikovçular”ın, qismən də menşeviklərin əlində idi.
Bakı proletariatı öz hüquqları uğrunda 1 ay mükəmməl təşkil olunmuş formada
mübarizə aparmaqla 1905-ci il ərəfəsində indi də olmayan hüqulara nail oldu.
6
№2 İyun 2014
1905-ci ildə Şendrikov qardaşları yenə tətillər təşkil etdi. Həmin vaxt onlar
fəhlə deputatları Sovetinə və Sovetin orqanı olan “İzvestiya” qəzetinə nəzarət
edirdilər. Yeni tətil uğursuz alındı, həmin ilin dekabrında isə qardaşları ifşa edən
dəlillər üzə çıxdı.
İnqilabçı Arşak Xaçiyev (1874-1935) özünün avtobioqrafik “Bakı fəaliyyətimin
3 dövrü” (1924) məqaləsində xatırlayır: “Yığıncaqlardan birində tələbə Gerasim
Ter-Nersesov çıxış etdi və Lev Şendrikovun həmin vaxt canişinlikdə çalışan general
Cunkovskiyə məktubunu açıqladı. Məktubun məzmunu ondan ibarətdi ki, əgər
hökumət tərəfindən yardım olarsa, fəhlə hərəkatını onlar üçün arzuolunan məcraya
yönəltmək mümkündür...”
Bundan sonra İlya əvvəlcə Peterburqa, sonra isə Cenevrəyə köçdü, Lev isə
haradasa Zubatovun və Qaponun taleyini təkrarlayaraq hakimiyyətlə müəyyən
sazişlərə getdi. A.Xaçiyev özünün 1907-ci ildə Bakıya yenidən gəlişində Şendrikovlarla
bağlı yeni sübutların da üzə çıxdığını yazır. Məsələn, məlum olur ki, Şendrikovlar
hökumətdən 10.000 rubl pul alıblar.
Odur ki, 1907-ci ildə Bakıda Lev Şendrikov vəfat edəndə mətbuat yazdı:
“Sosial-demokrat kimi şərəflə başlayıb hakimiyyətə yaxınlaşaraq kədərlə bitdi”.
Bakıda qalan üçüncü qardaş - Dmitri (“Kasyan”) isə fəhlələr arasında artıq heç bir
nüfuza malik deyildi.
“Mazut Konstitusiyası” isə şərəfli tarixi epizoda çevrildi...
1914-cü il. Bakı çalxalanır...
“Oqonyok” jurnalı 1914-cü ilin iyununda yazırdı: “Bakıda neft mədənlərinin
işini tamamilə iflic etmiş kütləvi tətillər hökuməti ciddi şəkildə həyəcanlandırıb.
Peterburqdan gələn xüsusi komissiya məsələni dinc yolla həll etmək və fövqəladə
vəziyyətin tətbiqinə yol verməmək üçün uzun-uzadı danışıqlar aparıb”.
Fakt isə ondadır ki, bu danışıqlar nəticə vermir - fəhlələr tələblərindən geri
çəkilmirlər. Və yalnız 1-ci Dünya müharibəsinin başlaması Bakı proletariatının
qətiyyətli mübarizəsini yarıda qoyur (Oxşar ssenarini 1905-ci il tətillərində də
Dostları ilə paylaş: |