41
siniflərdə cəhət üzvdən ayrılmazdır. Məməli olmayan pişik yaxud yarasanın varlığı
mümkün deyil. Lakin ikinci tip (“qeyri-təbii”) siniflərdə cəhət predmetə sonradan
verilir yaxud qazanılır. Bioloji varlıq kimi bütün insanlar eyni cəhətləri paylaşır, həyat
forması kimi eyni təbii fəaliyyəti (eyni formada çoxalır, gəzir, görür, danışır) göstərirlər.
Bu mənada insanların bioloji sinif fərdi olmaq etibarilə heç bir fərqi yoxdur. Lakin
tarixə ötəri baxış atmaq kifayətdir ki, müxtəlif zamanlarda və məkanlarda insanların
“qeyri-təbii” siniflərə ayrıldığını görək.
Marksın yuxarıda sitat gətirdiyimiz məktubunda qeyd elədiyi, “siniflərin
mövcud olması ancaq istehsalın inkişafındakı müəyyən tarixi mərhələlərlə
əlaqədardır” fikrinə əsasən, ibtidai istehsal (və şüur) münasibətinin
ibtidai sinifləri,
daha inkişaf etmiş olanlarsa özünə adekvat sinifləri ortaya çıxardığını deyə bilərik.
Nə cür adlandırılmağından fərqli olmayaraq, sinif anlayışı əmək bölgüsündən törəyir.
Məsələn, təbiətlə qurulan məhdud münasibətin (və onun nəticəsində yaranmış
yadlaşmış şüurun) nəticəsi
9
kimi Hindistanda insanlar 4 əsas sinfə (kasta/varna)
ayrılırdı
10
. Varna sistemində insanların doğulmamışdan əvvəl onlara verilən müəyyən
xüsusiyyətlərə sahib olduğuna, həmin xüsusiyyətlərə görə təsnifləndirmənin isə “ali
iradənin dəyişməz təqdiri” olduğuna inanılırdı. Lakin kastaların nədən ibarət
olduğuna baxsaq, bunun bəsit əmək bölgüsündən savayı bir şey olmadığını görə
bilərik. Cəmiyyət iyerarxik şəkildə, payına xalis mənəvi əmək (brahmanlar), müəyyən
miqdar (daha çox) mənəvi (kşatriyalar), müəyyən miqdar (daha çox) maddi əmək
(vaişya) və xalis maddi əmək (şudralar) düşmüş siniflərdən ərsəyə gəlirdi. Həyat
vasitələrinin təmini baxımından məhsuldarlığın aşağıdan yuxarıya doğru azalmağına
baxmayaraq, həmin vasitələrin mülkiyyəti və təbii ki, məhsulların mənimsənilməsi
bununla tərs mütənasib idi. Əlbəttə ki, bu hansısa uzaq tarixdə baş vermiş bir
hadisə deyil – bu hal indi də davam edir. Əmək sahibinin öz əməyinin məhsuluna
sahib ola bilməməsinin bu dərəcədə kütləvi hal alması müəyyən şüur formasına
xasdır. Bu elə bir şüur formasıdır ki, əmək sahibi öz əmək məhsulu ilə sahiblik
9
S.Ə., s. 29
10
http://en.wikipedia.org/wiki/Caste#Caste_system_of_India – 07.04.2014
43
və bunun nəticəsində məhsuldarlığın artması daha ali şüuru yaradır. Bu isə, öz
növbəsində, əvvəlki ideologiyanı yeni ideologiya ilə əvəz edir
17
. Aydın məsələdir ki,
idelogiya, hakim sinfin ideologiyası olduğu müddətcə sinfi ziddiyyət həll oluna
bilməz. Elə isə bu ziddiyyətin “zərərçəkən” qismindəki sinfi, əzilənlər sinfi öz
ideologiyasını yaratmalıdır. Bunun müqəddəm şərti isə əlbəttə ki, əzilənlərin sinif
formasında özlərini (sinfi mənsubiyyətlərini)
dərk etmələridir
18
.
İstehsalın inkişafındakı müəyyən mərhələlər müəyyən sinifləri yaratdığı
kimi, müəyyən sinifləri də aradan qaldırır. İbtidai şüur və din anlayışlarına xas
olan çoxsinifli cəmiyyət şüur inkişaf etməsi, dinin rasionallaşması və daha
sonra böyük ölçüdə əhəmiyyətini itirməsiylə birlikdə daha az sinifli cəmiyyətlərə
transformasiya olunur. Bu isə əvvəl bir neçə sinif tərəfindən paylaşılan məhdud
(yaxud azalaraq artan) resursların mülkiyyətini daha az sinfin əlində cəmləşdirir,
qarşı tərəfdə isə daha çox “məhrum olunmuşlar”
19
ordusu yaradır. Bu ziddiyyət
öz pik nöqtəsinə “düşmənlər”in üz-üzə dayandığı, bir sinfin əzən – o biri sinfin
əzilən olduğu cəmiyyətdə çatır. Bu isə geriyə dönməyin mümkün olmadığı nöqtədir.
Daha əvvəlki istehsal münasibətlərində müəyyən (ideologiya kimi) dini, əxlaqi və
s. dəyərlərin hakim olduğu cəmiyyətlərdə, bu dəyərlər prinsip kimi qəbul olunduğu
üçün, mülkiyyətin bölünməsi bu ziddiyyəti yumşaldırdısa, həmin dəyərlər yeri
gəldikdə mülkiyyətin önünə keçirdisə də, məhsuldarlığın maksimuma çatdığı,
tək imperativi “daha çox pul!” olan kapitalizm cəmiyyətində bu mümkün deyil.
Sinfi ziddiyyət məhz dəyər kimi qəbul olunan bu imperativin ucbatından ən
gərgin həddə çatır. Bu həm də öz dialektik inkarları ilə üz-üzə duran əzilənlərin
öz sinfi mənsubiyyətlərini mütləq formada dərk etmələri deməkdir. Və yalnız bu
həddə əzilənlər qurtuluşlarının, “allah”, “dövlət”, “konstitusiya” və s. kimi içi boş
məfhumları devirməkdən yox, həmin məfhumların qiyafəsində onları əzən, istismar
edən sinfi devirməkdən keçdiyini dərk edəcək. Tarixin ancaq bu şəkildə düzgün
qavranılacağını lazım bilən proletariatın inqilabçı praktikası – kommunizm da məhz
17
S.Ə. s. 45
18
http://mlam.tkp.org.tr/kavramlar/sinif-bilinci-nedir - 24.03.2014
19
“XI Tezis”, № 1, s.42