Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə17/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

50
 №2 İyun 2014
sinfi şüur yalnız hakim siniflərdə inkişaf edib”. Sanki Sartrın diaqnozu doğrulur: “Sol 
yerində saymır, sadəcə, böyük hadisələr Sol-un yanından keçir”.
İnkişaf etmiş Qərb dövlətlərində hakim siniflərin arsenalında özlərinə qarşı 
mübarizəni  səngitməyin  çoxsaylı  müasir  üsulları  formalaşıb.  Buraya  yalnız  açıq 
repressiyalar  və  həmkarlar  təşkilatlarını  satın  almaq  yox,  həm  də  güclü  reklam, 
şüurlarla  manipulyasiyalar,  fərqli  “əyləncə  taktikaları”,  istehlakçılıq  dəyərlərinin 
yayılması,  baş  verəcək  inqilabı  önləyən  əks-inqilabi  metodlar  (“İnqilab  hələ  baş 
verməyib,  əksinqilab  isə  başlayıb”),  demokratiya  mücəssəməsi  kimi  sırınan 
“identiklik nəzəriyyəsi” və s. daxildir. Belə bir şəraitdə mərkəzi kapitalizm ölkələrində 
sosial inqilabla nəticələnəcək sinfi çıxışlar gözləmək yersizdir. Bu ölkələrdə nəinki 
inqilabi  ideologiyalar  işlənib  hazırlanmayıb,  həm  də  işçi  sinfini  sakitləşdirmək 
üçün böyük “güzəştlər limiti” mövcuddur. Odur ki, sinfi mübarizənin açıq formada 
kəskinləşməsini periferiya kapitalizmi ölkələrindən gözləmək lazımdır. Bu ölkələrdə 
isə hələ də siniflərin formalaşması prosesi başa çatmayıb.
Məsələn,  keçmiş  sosialist  ölkələrində  siniflərdən  danışarkən  ikisinin  adını 
çəkmək dəbi var: orta sinfin və oliqarxiyanın. Guya ki, orta sinif cəmiyyəti mükəmməl 
quruluşa aparıb çıxarmağa qadirdir, ancaq oliqarxiya bu yolda sədd rolunu oynayır. 
Halbuki, sinifli cəmiyyətlərdə orta sinif həmişə əks-inqilabçıdır və onun oliqarxiya 
ilə münasibətləri heç də antaqonist sinfi ziddiyyətlər üzərində qurulmayıb. Orta sinif 
daima güzəştə hazırdır və ixtiyarına az-çox “sosial lift” imkanı verilsə, özü oliqarxiya 
rolunu  oynamaq  arzusundadır.  Sinfi  mübarizənin  subyekti  rolunda  çıxış  etməli 
olan inqilabi sinif isə hələ formalaşmaq vəziyyətindədir. Vaxtilə klassik marksistlər 
iqtisadi ziddiyyətlər dərinləşdikcə fəhlə sinfinin də radikallaşacağını yazırdılar, ancaq 
göründüyü  kimi,  bu,  baş  vermir.  Hazırda  əzilən  fərdin  mütləq  Qiyama  qalxacağı 
proqnozu  da  özünü  doğrultmur  -  enerjinin  sublimasiyasının  müxtəlif  üsulları 
düşünülüb və tapılıb. Bu, əzilən fərdin istehlaka, yaxud dinə getməsi ilə nəticələnə 
bilər və dirənişin qarşısı kəsilər.
Odur ki, indiki dövrün ən mühüm nəzəri və ideoloji problemlərindən biri sinfi 
mübarizənin subyektini formalaşdırmaqdır. Bunun bir çox yerlərdə artıq nümunəsi 
var  və  oralarda  əzilənlər  (peşə-sənət  mənsubiyyətindən  asılı  olmayaraq)  hətta 


51
iqtisadi cəhətdən kapitalizmdən asılı olmayan öz avtonom ərazilərini də yaradıblar 
(Bu, nisbətən yeni və çox ümidverici tendensiyadır). Məsələn, Meksikada Çiapas 
ərazisində sapatistlərin, Hindistanda naksalitlərin, Nepalda maoçuların, Kolumbiyada 
FARK-ın avtonom əraziləri buna sübutdur. Bu isə 21-ci əsrdə sinfi mübarizədə yeni 
modellərin ortaya çıxacağından xəbər verir.
***
2-ci  Dünya  savaşından  dərhal  sonra  Herbert  Markuze  özünün  “33  tezis” 
məqaləsini  yazır  və  orada  aksenti  Sovet  kommunizminin  bürokratlaşmasına, 
Qərb  sosial-demokratiyasının  burjualaşmasına  yönəldərək,  onların  hər  ikisinin 
artıq əks-inqilabi mahiyyət daşımağa başladığını qeyd edir. Üstəlik, Markuze Qərb 
kapitalizmində  fəhlə  sinfinin  də  Sistemə  uyğunlaşacağını  yazaraq  bunu  təkcə 
fəhlə  aristokratiyasının  mövcudluğu  ilə  yox,  daha  qlobal  kontekstdə  izah  edir: 
“Burjualaşma heç də sosial-demokratların inqilab üçün iradəsizliyinin, yaxud onların 
burjua şüurunun nəticəsi yox, obyektiv sinfi təzahür kimi qavranılmalıdır. Bu, fəhlə 
sinfinin əhəmiyyətli hissəsinin kapital sisteminə iqtisadi və siyasi inteqrasiyasının, 
istismarın strukturunda baş verən dəyişikliklərin nəticəsidir... Bu prosesin gedişatında 
fəhlə sinfinə çatacaq ictimai əmtəə (kəmiyyət və keyfiyyət anlamında) o dərəcədə 
artacaq ki, kapitala qarşı dirəniş kapitalla geniş əməkdaşlığa çevriləcək”.
Sonra isə Markuze bu gün üçün də arxivacib olacaq əsas nəticəsini açıqlayır 
və  həmin  nəticə  bu  gün  sinfi  mübarizədə  əzilən  siniflərin  hansı  təbəqələrdən 
formalaşacağının uğurlu öncəgörməsidir. Elə Markuzedən sitatla da yazını bitirmək 
istərdim: 
“...Proseslər  nəticəsində  istismarın  ağırlığı  tamamilə  başqa  qrupların 
üzərinə  düşəcək  -  cəmiyyətdə  marginal  və  yad  vəziyyətində  olan,  fəhlə  sinfinin 
inteqrasiyaya uğramış hissəsindən kənarda qalan “autsayderlər”in üzərinə. Buraya 
isə “təşkil olunmamış”, “ixtisaslaşmamış” fəhlələr və fəhlə-mühacirlər, müstəmləkə 
və yarımmüstəmləkələrin nümayəndələri, məhbuslar və b. aiddir...”


52
 №2 İyun 2014
Loğman Qasımov     
Sinfi strukturun müasir 
marksist konsepsiyaları və 
solun sosial bazası
Yaşadığımız 
cəmiyyətin 
mövcud 
sinfi 
strukturunun  və  gözlənilən  dəyişikliklərin,  siniflər 
və sosial qruplar arasındakı mövcud ziddiyyətlərin 
elmi analizi və proqnozu təkcə nəzəri əhəmiyyət kəsb 
etmir, həmçinin böyük praktik əhəmiyyətə malikdir. Marksist sosiologiyanın əsasını 
cəmiyyətin sosial strukturuna məhz sinfi yanaşma tərzi təşkil edir. Amma onu da 
qeyd etmək lazımdır ki, öz mahiyyətinə görə marksizm sinfi struktur nəzəriyyəsi 
deyil. İlk öncə sinfi mübarizə və sosial dəyişikliklər nəzəriyyəsidir. Daha dəqiq desək, 
sinfi strukturun analizi marksizmin əsas məqsədi deyil, sadəcə çıxış nöqtəsidir və 
sinfi mübarizə baxımından əhəmiyyət kəsb edir. Məqsəd sosial dəyişiklərə kömək 
edən yaxud mane olan amilləri dərk etməkdir.
Oradan başlamaq lazımdır ki, sinif anlayışını çoxları kasıb-varlı, bərabərsizlik 
kimi başa düşür. Əslində isə sinif daha dərin anlayışdır və bərabərsizlik, istehsal 
prosesində yaranan maddi sərvətlərin bərabər bölünməməsi məsələnin sadəcə bir 
tərəfidir. Kasıblarla varlılar arasındakı ziddiyyətlərdən daha əvvəllər də çox yazılıb, 
amma çıxış yolu üçün uğurlu təkliflər olmayıb, çünki yoxsulluq özlüyündə mövcud 
sosial  münasibətlərin  və  iqtisadi  sistemin  sadəcə  nəticəsi  olaraq  meydana  çıxır. 
Marksist fikrin gətirdiyi yenilik ondan ibarət idi ki, o, köhnə radikal ideyaların bu 
tip yoxsulluq ətrafında qurduğu həvəsləndiriciliyi kənara qoydu və konkret olaraq 
SOSİOLOGİYA


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə