Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə20/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

59
fəaliyyət növlərini sinfi mənsubiyyətləri müəyyən edir. Əlbəttə ki, siniflər arasındakı 
qütbləşməni  göstərən  sadəcə  bu  fərqlər  deyil,  bunlar  ən  xırda  məqamlardır  və 
qütbləşmənin nə qədər dərinə getdiyini göstərir. 
Azərbaycan cəmiyyətinin sosial strukturu və solun sosial bazası
Müasir Azərbaycan cəmiyyəti sürətlə dəyişən və hələ də qeyri-stabil sosial-
sinfi struktura malikdir. Sinfi şüur yaxud sinfi mübarizə hissi 70 illik sovet dövründə 
tamamilə məhv olmuş kimi görünür. Kütləvi şəkildə bir sinifdən yaxud sosial qrupdan 
digərinə keçid, mülkiyyət münasibətlərinin sürətlə dəyişməsi və müxtəlif keçid sosial 
qrupların  olması  bizim  cəmiyyət  üçün  xarakterikdir.  Azərbaycan  əsasən  xammal 
iqtisadiyyatı modelindən istifadə edərək iqtisadiyyatın müəyyən hissəsini nəzarətdə 
saxlayan,  həmçinin  burjuaziyanın,  oliqarxiyanın  və  bürokratiyanın  maraqlarına 
uyğun  iqtisadiyyata  malik  ölkədir.  Burada  hansısa  unikal  modeldən  söhbət  gedə 
bilməz,  çünki  bu,  periferiya  kapitalizminə  çox  xarakterik  bir  modeldir  və  bir  çox 
postsovet ölkələrində də vəziyyət bu cürdür. 
Azərbaycan cəmiyyətində hakim sinif burjuaziyadır. Burjuaziya özündə həm 
bürokratiyanı, həm monopolist kapitalistləri birləşdirir. Bürokratiyanın xüsusi sinif 
kimi  mövcud  olması  yaxud  ayrıca  sosial  qrup  olaraq  hakim  sinfə  xidmət  etməsi 
bir çox marksistlər üçün mübahisəli mövzudur. Məsələn, Lenin, eləcə də Marks və 
Engels bürokratiyanı xüsusi sinif hesab etmirdi. İstənilən halda ayrıca sinif olmasa 
belə,  bürokratiya  hakim  sinfin  maraqlarına  xidmət  edir  və  onunla  bir  blokdadır. 
Həmçinin əksər hallarda iri bürokratlar özləri həm də kapitalistdirlər.
İstismar olunan siniflər və sosial qrupları isə istehsal sahəsində işləyən klassik 
mənada işçi sinfini, müxtəlif növ muzdlu əmək sahibləri, prekariat
3
 (intelligensiya 
3
Prekariat  –  daimi  gəliri,  uzunmüddətli  iş  müqaviləsi  və  professional  yüksəliş  imkanı  olmayan  insanlar 
qrupudur. Geniş olaraq Guy Standing-in “Prekariat: Yeni təhlükəli sinif” (The Precariat: The New Dangerous 
Class)  əsərində  izah  olunur.  Stendinq  çatdırmaq  istəyir  ki,  hazırda  prekariat  sinif  kimi  formalaşıb  və 
qloballaşma  şəraitində  dayanmadan  böyüməkdə  davam  edir.  Stendinq  prekariata  miqrantları,  part-time
freelancer  (işəgötürənlə  uzunmüddətli  müqaviləsi  olmayan  ştatdan  kənari  şçi;  məsələn,  dizayner  yaxud 
jurnalist)  işçiləri  və  s.  aid  edir.  Tələbələr  və  gənclər  də  bu  qrupa  aid  edilir.  Kitabın  üz  qabığında  divar 
boyunca oturmuş simasız fiqurlar təsvir olunub, hansılar ki, hər an nümayişə çıxmağa və öz əməklərinin 
ədalətli haqqını tələb etməyə hazırdırlar.


60
 №2 İyun 2014
koqnitariat
4
  da daxil olmaqla), kəndlilər, xırda burjuaziya, pensionerlər, sinifsizləşmiş 
elementlər  və  s.  təşkil  edirlər.  İstehsal  sferasında  çalışan  işçi  sinfin  miqyası 
sənayesizləşmə  (deindustrilizasiya)  nəticəsində  əhəmiyyətli  dərəcədə  azalmışdır. 
   Onların bir hissəsi xırda ticarətlə məşğul 
olmağa  başlamış,  digər  hissə  başqa 
sferada  muzdlu  işçi  olaraq  öz  əməyini 
satır  yaxud  ümumiyyətlə  işsizdir. 
Həmçinin bu sahədə çalışanlar arasında 
gəlirlərə 
görə 
də 
təbəqələşmə 
mövcuddur.  Bir  tərəfdən  “1-ci  dünya” 
ölkələrindən  gətirilən  və  yüksək  əmək 
haqqı  alan  işçilər,  digər  tərəfdən  isə 
“3-cü  dünya”  ölkələrindən  gələn  az 
əmək  haqqı  ilə  çalışan  miqrantlar. 
Əlbəttə  ki,  kapitalistlər  məhz  bu  cür 
miqrant  əməyindən  daha  çox  istifadə 
etməyə  meyllidirlər,  çünki  məlum 
səbəblərdən onlar etiraz etməkdən, öz haqlarını tələb etməkdən daha çox çəkinirlər. 
Bütün  bu  faktlar  sənaye  işçi  sinfinin  əhəmiyyətli  dərəcədə  azalmasına  gətirib 
çıxarmışdır. Digər tərəfdən, istər fiziki, istər intellektual əməyini satmağa məcbur 
qalan qeyri-istehsal sahəsində çalışanlar, o cümlədən, ticarət və xidmət sahəsində 
çalışanların  sayı  daha  da  artsa  da,  onların  təşkilatlanmaq  və  öz  haqlarını  tələb 
etmək  imkanları  kifayət  qədər  aşağıdır.  Dövlət  müəssisələrində  çalışanların  da 
manipulyasiya olunmaq imkanları bu baxımdan yüksəkdir, çünki onları işlə təmin 
edən tərəf qismində məhz bürokratiya çıxış edir. Başqa bir sosial qrup olan kəndlilər 
də sinif kimi demək olar ki, məhv olunmuş vəziyyətdədir. Kolxoz və digər kollektiv 
təsərrüfatların məhv edilməsi bu prosesləri daha da sürətləndirmişdir.
Xırda burjuaziya adlanan sinif də hakim sinif tərəfindən haqları pozulan və 
sıxışdırılaraq məhv edilən təbəqəyə aiddir. Hökumət xırda sahibkarlığa dəstək üçün 
© Tomer Hanuka
4
Koqnitariat - əqli əməklərini satan muzdlu işçi təbəqəsi


61
müxtəlif addımlar atırmış kimi görünsə də, bunlar əksər hallarda effektsizdir, çünki 
hakim sinfin maraqları bu məsələdə fərqlidir. Dövlət isə hakim sinfin maraqlarını 
təmsil  edir.  Xüsusən  ticarət  sahəsində  fəaliyyət  göstərənlərin  iri  inhisarçı  ticarət 
şəbəkələri tərəfindən sıxışdırılmasını bu gün çox rahatlıqla müşahidə edə bilərik. 
Bunun nəticəsi olaraq, xırda burjuaziyanın əsas hissəsində hazırkı vəziyyətlə bağlı 
narazılıqlar hakimdir.  Bu  isə  onların müəyyən  məqamlarda  digər  istismar  olunan 
siniflər və sosial qruplarla ittifaqına şərait yaradır
5

Müasir  Azərbaycanda  antaqonist  siniflər  –  bir  tərəfdən  bürokratiya,  iri  və 
orta burjuaziya, digər tərəfdən isə klassik sənaye işçi sinfi, müxtəlif növ muzdlu 
işçilər (prekariat) və əksər kəndlilərdən təşkil olunub. Mövcud inhisarçı bürokratik 
periferiya kapitalizmi hakim sinifdən başqa, xalqın böyük əksəriyyətinin maraqlarına 
uyğun deyil. Ona görə də Solun əsas sosial bazası olaraq çıxış edə biləcək sosial 
qruplar  sənaye  işçiləri,  xidmət,  ticarət  və  digər  sahələrdə  çalışan  muzdlu  işçilər 
(prekariat daxilində daha çox yer alan tələbələr və gənclər, həmçinin intellektual 
əmək fəaliyyətində olanlar da daxil olmaqla), xırda burjuaziya (müəyyən istisnaları 
nəzərə  almaqla),  kəndlilər,  bürokratiyanın  aşağı  təbəqəsi  və  dövlət  orqanlarında 
çalışan əksər insanlar, təqaüdçülər və sairdir.
İstifadə olunan mənbələr:
1. Эрик Олин Райт - Марксистские концепции классовой структуры.
2. Eric Olin Wright - Class Structure and Income Determination.
3. Michael Hardt and Antonio Negri, Empire, Harvard University Press
    2000.
4. Guy Standing - The Precariat: The New Dangerous Class.
5. Кагарлицкий Б.Ю. Политология революции.
5
Lenin qeyd edirdi ki, xırda burjuaziya mürtəce sinifdir və mövcud sistemin qorunub saxlanılmasında da 
maraqlı olduğunu unutmamaq lazımdır. Klassik marksistlərə görə onlar iki əsas antaqonist sinif burjuaziya 
və proletariat arasında aralıq mövqe tuturlar. Amma müasir marksistlərdən xüsusən A.Neqri və M.Hardtın 
“çoxluq” nəzəriyyələrinə əsasən xırda burjuaziya və eləcə də digər bu cür ziddiyyətli sosial qruplar hamısı 
ayrı-ayrılıqda öz sosial maraqları üçün mübarizə aparacaqlar.


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə