56
№2 İyun 2014
ki, sinfi maraqlar baxımından işçilərin əsas kütləsinin sənayedə, xidmət sahəsində
yaxud elmi müəssisələrdə cəmləşməsi vacib deyil. Onların dərisinin nə rəngdə
olduğu və dini inanclarının necə olduğu da qətiyyən əhəmiyyət kəsb etmir. Bundan
başqa, əmək haqqında olan fərq belə istismarın sinfi mahiyyətini dəyişmir
2
. Bu
fikirlər sinfi mübarizə baxımından, bütün istismar olunanları bir bayraq altında
birləşdirmək baxımından uğurlu sayıla bilər. Amma top-menecerlə sıravi fəhləni bir
bayraq altında birləşdirmək mümkündürmü? Yaxud Mcdonalds işçisi ilə onun kimi
xidmət sahəsində çalışan hüquqşünası? Və ən əsası, marksizmin sosial struktur və
iqtisadi sistemə əsaslanaraq qurduğu konsepsiyaya nə dərəcədə uyğundur? Hardt
və Neqri siniflərin müəyyənləşməsində siyasi konsept təklif edirlər, bu yanaşmada
sinif birlikdə mübarizə aparan kollektivdir.
Amma sinfi strukturun marksist konsepsiyası daha dərin analiz tələb edir. Bu
analiz zamanı isə kifayət qədər fikir ayrılıqları yaranır. Marksistlər arasında siniflərin
müəyyənləşdirilməsində onları veberian və digər qeyri-marksist baxışlardan
fərqləndirən ortaq məqamlar olsa da, hal-hazırda kapitalizmdə hansı siniflər
mövcuddur sualına ortaq cavab verilmir. Xüsusən də fikir ayrılığı müxtəlif tip
menecerlər, yüksək kvalifikasiyalı işçilərlə bağlıdır. Amerikan marksist sosioloq Erik
Olin
Rayt hesab edir ki, bu problemi bir neçə yolla həll etmək olar.
Birinci – bütün bu mövqeləri işçi sinfində birləşdirmək. Yuxarı təbəqəyə aid
olan xırda qrup menecer və idarəçiləri çıxmaqla, qalan bütün muzdlu işçilər – işçi
sinfinə aiddir. Bu halda kapitalist cəmiyyətlərdə 3 sinif mövcuddur: sayca ən çox
olan işçi sinfi (əhalinin 80-90 %-i), az sayda xırda burjuaziya (müstəqil istehsalçılar,
8-10%) və çox az sayda kapitalist sinfi.
İkinci yol – bir çox muzdlu işçi kateqoriyalarını həm də “yeni xırda burjuaziya”
adlandırılan xırda burjuaziya seqmentinə aid etməklə, ənənəvi xırda burjuaziyadan
(sənətkar,
mağaza sahibi, müstəqil istehsalçı) ayırmaq.
Üçüncü variant – həmin muzdlu işçiləri xırda burjuaziyanın bir hissəsinə yox,
yeni “mütəxəssis və menecerlər sinfinə” (Professional and Managerial Class —
2
Кагарлицкий Б.Ю. Политологияреволюции. С.78.