Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə18/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

53
sosial  struktur  və  iqtisadiyyatın  təşkil  olunması  haqqında  danışmağı  təklif  etdi. 
Məlum  oldu  ki,  yoxsulluq  özü-özlüyündə  müxtəlifdir.  Marks  proletariatın  inqilabi 
potensialı  barədə  yazanda  onların  yoxsulluğunu  ən  son  olaraq  nəzərdə  tuturdu. 
Məsələ  yoxsulluqda  deyil  və  bu  indinin  özündə  də  çoxları  tərəfindən  səhv  başa 
düşülən məsələdir. Tamamilə qanunauyğun haldır ki, əksər uğurlu inqilabi cəhdlər 
heç də cəmiyyətin ən kasıb təbəqəsi tərəfindən edilmir.
Siniflər  marksizmin  əsas  konsepsiyası  olsa  da,  Marks  özü  bu  anlayışın 
sistemləşdirilmiş  geniş  tərifini  verməyib.  Amma  “Kapital”ın  müxtəlif  hissələrində 
bu mövzuya toxunulur və bir çox məsələlərlə bağlı izahlar verilir. Marks yazırdı ki, 
burjua tarixçiləri ona qədər nəinki siniflər ideyasını, həm də onların mübarizəsinin 
tarixi inkişafını izah etmişdilər.
  Sinif anlayışına verilmiş tam və dolğun tərif V.İ.Leninə məxsusdur və hal-
hazırda da öz əhəmiyyətini tamamilə saxlayır. Amma onun müasir cəmiyyətimizə 
necə  uyğunlaşdığının  və  dəyişiklik  kimi  görünən  məsələlərin,  həmçinin  müasir 
marksist  və  qeyri-marksist  baxışların  fərqli  tərəflərini  izah  etmək  lazımdır.  Lenin 
siniflərin  izahını  verərkən  deyirdi  ki,  “Siniflər –  tarixi cəhətdən müəyyən ictimai 
istehsal  sistemindəki  yerlərinə  görə,  istehsal  vasitələrinə  münasibətinə  (əsasən 
qanunlarla  möhkəmləndirilmiş  və  qanuniləşdirilmiş)  görə,  əməyin  təşkilindəki 
roluna görə və nəticə etibarilə də ictimai sərvətlərdən ona düşən payın miqdarı 
və  bölünmə  üsuluna  görə  fərqlənən  böyük  insan  qruplarıdır.  Siniflər  elə  insan 
qruplarıdır ki, onlardan biri müəyyən ictimai təsərrüfat sistemindəki yerinin fərqli 
olduğuna görə digərinin əməyini mənimsəyə bilər”
1
.
Digər məsələlərə keçmədən öncə bu tərifin müəyyən izahını vermək lazımdır. 
Belə ki, buradan göründüyü kimi, Lenin sinifləri böyük insan qrupları adlandırarkən 
4  əsas  faktoru  qeyd  edir.  Ona  görə  yox  ki,  başqa  faktorlara  əsasən  insanları 
qruplaşdırmaq mümkün deyil, əlbəttə ki, mümkündür və belə böyük qruplar (yaş, 
cins, etnik, ixtisas və s.) mövcuddur. Həmçinin ona görə yox ki, ancaq bu əlamətlərlə 
bu və ya digər sinfin xarakteristikası kifayətlənir. Bu faktorlardan başqa siniflərin 
1
Ленин В. И., Полное собрание сочинений, 5 изд., т. 39, с. 15


54
 №2 İyun 2014
siyasi və psixoloji keyfiyyətləri kimi vacib xarakteristikaları da mövcuddur. Leninin 
bu  məsələlər  üzərində  durmasının  səbəbi  onların  birincili  olması  və  bazisi  təşkil 
etməsidir. Marksistlər üçün siyasi, psixoloji və s. məqamlar ikincilidir və üstquruma 
aiddir.  Digər  tərəfdən,  bu  faktorların  hamısı  birlikdə  nəzərdən  keçirilməlidir, 
çünki bunlar ayrılıqda götürüldükdə bitkin xarakteristika vermir. Məsələn, siniflər 
haqqındakı bir çox nəzəriyyələr bu faktorların yalnız birinin üzərində qurulublar. 
Nümunə kimi insan qruplarını ictimai sərvətlərdən aldığı payın miqdarına əsasən 
siniflərə  bölən  və  hal-hazırda  da  geniş  yayılan  nəzəriyyələri  göstərmək  olar.  Bu 
bölüşdürmə  üsullarının  fərqli  ola  biləcəyinə  baxmayaraq,  həmin  nəzəriyyələr 
bunu  nəzərə  almırlar.  Bu  məqam  marksist  yanaşmanı  digərlərindən  fərqləndirən 
əsas xüsusiyyətlərdən biridir və sinfi baxışı tam konsepsiya şəklinə salmağın əsas 
elementi sayıla bilər.


55
Leninin izahındakı 4 elementdən ən əsası “istehsal vasitələrinə münasibətdir”. 
Çünki bütün digər elementləri də o yaradır. Sinfin istehsal münasibətləri sistemindəki 
yeri (istismar edən yoxsa istismar olunan), əməyin təşkilindəki rolu (təşkilatçı yoxsa 
sıravi icra edən), gəlirin əldə olunma üsulu (zəhmət tələb edən yoxsa etməyən) 
və  miqdarı  (“yağlı  tikə”  yoxsa  “qəpik-quruş”)  həmin  sinfin  istehsal  vasitələrinə 
münasibətindən asılıdır. Əlbəttə, bütün bunları Lenin Marksa əsaslanıb genişləndirə 
və daha sistemli şəklə sala bilmişdi.
Marksa  görə,  bütün  sinifli  cəmiyyətlərdə  hakim  və  istismar  olan  sinif  var 
və bu siniflər arasındakı münasibətlərin mahiyyəti ondan ibarətdir ki, hakim sinif 
digər sinfi istismar edir. Bu istismarın forması isə istehsal üsulundan asılıdır. Amma 
Marks həm də qeyd edirdi ki, bu əsas siniflərin daxilində də xüsusi bölünmə var. 
Burjuaziya daxilindəki mağaza sahibləri, tacirlər sosial iyerarxiyadakı yerlərinə görə 
digər vacib istehsal vasitələri sahiblərindən (fabrik, torpaq) fərqlənirlər. Həmçinin 
digər tərəfdən də, o, lümpen-proletariatın mövcudluğunu nəzərə alırdı. 
Hazırkı qlobal kapitalizmə baxdıqda isə vəziyyət daha çox dəyişib. İstehsalın 
yeni  sahələrinin  inkişafı,  sənayenin  “3-cü  dünya”  ölkələrinə  köçürülməsi 
xüsusən Qərbdə klassik mənada işçi sinfinin sayını əhəmiyyətli dərəcədə azaltdı. 
Həmçinin  dünya  miqyasında  baxanda  istismar  olunanlar  müxtəlif  cinsli  kütlədən 
təşkil  olunublar  və  onları  bir  bayraq  altında  birləşdirmək  o  qədər  də  asan  deyil. 
Vəziyyətdən  çıxış  üçün  nəzəriyyəçilərin  bir  çox  fərqli  yanaşmaları  var.  Məsələn, 
məşhur  trotskist  E.Mandelin  təklif  etdiyi  və  bir  çox  marksistlərin  də  qəbul  etdiyi 
proletariat anlayışının sərhədlərini genişləndirmək kimi. Mandelə görə, öz iqtisadi 
vəziyyətinə  görə  iş  qabiliyyətini  satmağa  məcbur  qalan  hər  kəs  işçi  sinfinə  aid 
edilməlidir. Fərq etmir  istehsal  sahəsində çalışan olsun yaxud xidmət  sahəsində. 
Bu  istiqamətdə  ən  məşhur  konsepsiya  Maykl  Hardt  və  Antonio  Neqriyə  aiddir. 
“Proletariat – əməyi birbaşa yaxud dolayı yolla istismar olunan və kapitalist istehsal 
normalarına tabe edilən hər kəsi əhatə edən geniş kateqoriyadır.” Həmçinin Hardt 
və  Neqriyə  görə,  “proletariat”  sözünü  terminoloji  anlaşılmazlıq  yaratdığı  üçün 
“çoxluq” ilə əvəz etmək lazımdır. Bu yanaşmanı qəbul etməyənlər olsa belə, hazırda 
kifayət qədər məşhurdur. Məsələn, rus sosioloqu Boris Kaqarlitski də hesab edir 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə