Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə13/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

38
 №2 İyun 2014
istismarın, yəni kapitalizmin fundamental ziddiyyətlərinin aradan qaldırılması demək 
deyil. Ziddiyyətlər aradan qalxmadıqca, bu ziddiyyətlərin nəticələnəcəyi böhranlar 
zaman-zaman onsuz da davamlı olaraq istismar vasitəsilə əzilən milyonlarla insanı 
daha böyük fəlakətlərə düçar edəcəkdir. 
Əgər  biz  mövcud  iqtisadi-sosial  quruluşu  kapitalizm  olaraq  qəbul  ediriksə, 
deməli, istisnasız olaraq istismarın varlığını da qəbul edirik. Bir anlıq ətrafımızdakı 
gündəlik  istifadə  etdiyimiz  əşyaların  necə,  hansı  şəraitdə  və  kimlər  tərəfindən 
istehsal olunduğunu düşünmək bizə bu sadə həqiqəti anlamağa yardım edə bilər. 
İstifadə olunan mənbələr:
1. K - Foley, Duncan. The Value of Money the Value of Labor Power 
    and the  Marxian Transformation Problem. Review of Radical Political  
    Economics, 1982. 
2. Marks, Karl. Alman İdeologiyası. Şəhər və Kənd.
3. Smit, Adam. Millətlərin Zənginliyi.
4. Smit, Adam. Yurisprudensiya haqqında mühazirələr. 
5. Harvey, David. Limits to Capital. Verso, 2006, Oxford..
i
Foley, Duncan. The Value of Money the Value of Labor Power and the Marxian Transformation Problem 
Review of Radical Political Economics SUMMER 1982 14: 37-47.
ii
Marks, Karl. Alman İdeologiyası. Şəhər və Kənd; Smit, Adam. Millətlərin Zənginliyi, III kitab, bölmə 
3, 12; Smit, Adam. Yurisprudensiya haqqında mühazirələr. 
iii
Harvey, David. Limits to Capital. Verso, 2006, Oxford, 45. 
iv
Ibid, 156-176. 
v
Ibid, 190.
vi
Ibid, 292.


39
Ziya Bayramov
Sinfi mübarizənin ontologiyası
“Tarix  müxtəlif  nəsillərin  bir-birini  əvəz 
etməsindən başqa bir şey deyildir”
1
 – Marks “Alman 
İdeologiyası”nda  ümumişlək  mənada  tarixin  tərifini 
belə verir. Yeknəsəq, sadəcə fenomenal dəyişikliklərlə 
qavranan bu xronologiya isə aydın məsələdir ki, elm 
ola bilməz; Marksın fəlsəfəyə, eləcə də sosial elmlərə ən böyük töhfəsi məhz bu 
fenomenal  dəyişikliklərin  arxasında  duran  qüvvənin  xarakteristikasını  və  onun 
nə  ilə  nəticələnəcəyini  kəşf  etməsi  olmuşdur.  Bu  heç  də,  çoxunun  hesab  etdiyi, 
kimi sinif yaxud siniflər mübarizəsinin kəşfi deyil. Marks bunu Jozef Veydemeyerə 
məktubunda
2
 da qeyd edir. 
Nə sinif, nə də sinfi mübarizə Marksın öz tarix anlayışını əsaslandırmaq üçün 
ortaya atdığı məfhumlar deyil – o, sadəcə olaraq bu məfhumların daxili dinamikasını 
sərrast şəkildə qavrayaraq izah etmişdir. 
Marks  “Feyerbax  haqqında  tezislər”in  birincisində
3
  reallığın  qavranılması 
FƏLSƏFƏ
1
Seçilmiş Əsərləri I cild,  s. 30, Marks və Engels Bakı, 1977. 
2
“[M]üasir cəmiyyətdəki sinif anlayışı yaxud bunlar arasındakı mübarizəni kəşf etmək şərəfi mənə aid 
deyil. Burjua tarixçiləri bu [sinfi] mübarizənin tarixi inkişaf cizgisini, burjua iqtisadçıları isə siniflərin 
iqtisadi  anatomiyasını  məndən  çox-çox  əvvəl  açıqlamışdılar.  Mənsə  bunları  göstərdim:  1.  Siniflərin 
mövcud  olması  ancaq  istehsalın  inkişafındakı  müəyyən  tarixi  mərhələlərlə  əlaqədarır.  2.  Siniflər 
mübarizəsinin labüd sonluğu proletariat diktaturasıdır. 3. Bu diktaturanın məqsədi isə bütün əvvəlki 
sinifləri aradan qaldırmaq və sinifsiz cəmiyyət qurmaqdır”. S.Ə., s. 578-579
3
S.Ə., s.1., http://www.marxists.org/archive/marx/works/1845/theses/theses.htm - 11.04.2014


40
 №2 İyun 2014
barədə  özünə  qədərki  materializmin  başlıca  nöqsanının  onun  insanın  fəaliyyəti 
kimi  götürülmədiyi  olduğunu  bildirir.  Feyerbax  başda  olmaqla,  yaxın  (Marksa 
qədərki – müəl.) dövrdəki bütün materialistlər reallığa seyr formasında, yəni passiv 
müşahidəçi kimi baxırdı. Xronoloji ardıcıllıqda baş verən iki (yaxud daha çox) akt 
arasındakı labüd əlaqə bu baxışla aydınlaşdırıla bilməzdi. İdealist məktəb – Hegel və 
davamçıları isə reallığın tarixi məzmuna sahib olduğuna və reallığın meyarının tarix 
olduğuna dair baxışlar ortaya atmışdılar
4
 . Bu, metod kimi düzgün olsa da, Tarixə 
özündən kənardan bir məqsəd verilməyi etibarilə qüsurlu baxış idi. Tarixin özlüyündə 
hansısa  xaricdən  verilmiş  bir  məqsədi  yoxdur
5
;  Tarix  insanın  əməli  fəaliyyətinin 
nəticəsində  yaranır.  Tarixin  mühərriki,  onu  bir  sonrakı  mərhələyə  keçirən  qüvvə 
hansısa “Ruh”, “Ağıl”, “İdeya” yox – insanın əməli fəaliyyətidir. Tarix bəşər tarixdir. 
Marks bununla da, yeganə elm adlandırdığı Tarix elminin insanın əməli fəaliyyətinin 
təsvirindən başqa şey olmadığını vurğulayırdı. Hegelçi dialektikanın verilmiş labüd 
sonluq  –  mütləq  azadlıq  müddəasına  qarşı  isə  Marks  “inqilabi  fəaliyyət”in 
nəticəsində  qazanılan  azadlığı  qoyurdu;  “Azadlıq  –  [insanın  əməli  fəaliyyəti 
olmaq etibarilə] tarixi münasibətlər onunla nəticələnəcəkdir”
6
. Marks bu fikirlərini 
daha  sonra  təkmilləşdirərək,  fəaliyyətin  keyfiyyətinin  “siniflər  mübarizəsi”
7
ndən 
ibarət olduğunu bildirir. Elə isə bu nəticəyə gəlmək olar ki, tarixi fəaliyyət kimi sinfi 
mübarizənin məqsədi azadlıqdır
8

Sinif anlayışı və ideologiya
Sinif ortaq xarakterə sahib varlıqların təsnifi üçün istifadə olunan praktik şüur 
kateqoriyasıdır.  Təbiəti  bilik  predmetimizə  çevirdikdə,  müəyyən  ortaq  cəhətlərə 
sahib canlı yaxud cansız varlıqları siniflərə ayırırıq. Bu ortaq cəhətlər sinfin üzvlərinin 
varlıqları-ilə-birlikdə (Məs: pişik də, yarasa da məməlidir) yaxud (sonradan verilmiş 
– isnad edilən (Məs: qələm də, stəkan da qırmızıdır) ola bilər. Birinci tip (“təbii”) 
4
https://www.marxists.org/reference/archive/hegel/works/hi/history3.htm - 11.04.2014
5
S.Ə., s. 31
6
S.Ə.,  s. 16-17.
7
S.Ə., s. 111
8
XI Tezis, № 1, s. 38


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə