Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

35
bazarda tələb-təklif qanununun müəyyən etdiyi qiymətə əsasən satır və əldə etdiyi 
ümumi gəlirdən müəssisənin icarəhaqqını, vergiləri və işçilərin əməkhaqlarını ödəyir. 
Geridə  qalan  xalis  gəlirin  müəyyən  hissəsinə  istehsalatın  həcmini  və  məhsulun 
keyfiyyətini  artırmaq  üçün  yeni  texnologiya  alır,  yaxud  müəssisəyə  yeni  işçi  cəlb 
edir. O, buna məcburdur, çünki bazarda onun kimi eyni məhsuldan istehsal edən 
onlarla müəssisə var və o bu müəssisələrin hər biri ilə həm keyfiyyət və həm də 
qiymət müstəvisində mübarizə aparır. Deməli, əsas xərcləri çıxdıqdan sonra yerdə 
qalan xalis gəlirin istifadə təyinatı sahibkarın öz qazancı, işçinin maaşı və istehsalı 
artırmaq  üçün  sərmaye  yatırımıdır.  Əgər  bütün  qanunların  ədalətli  olduğunu  və 
işlədiyini qəbul etsək, bu zaman şirkətlər arasında rəqabət artdıqca, xalis gəlirdə 
istehsalatın artırılması üçün sərmayenin payının artırılması qaçılmazdır. Sərmayenin 
payının artırılması ya sahibkarın qazancının, ya da işçinin maaşının hesabına baş 
verə  bilər.  Digər  tərəfdən,  bazarda  rəqabətin  artması  əmək  bazarında  daha  çox 
işçinin işlə təmin olunması, yəni işçiyə tələbatın artması deməkdir. İşçiyə tələbatın 
artması isə, əmək haqqının artması deməkdir. Deməli, birinci növbədə işçinin maaşı 
ilə  sərmaye  üçün  ayrılmış  vəsaitin  miqdarı  arasında,  ikinci  növbədə  isə,  işçinin 
maaşı və sahibkarın qazancı arasında ziddiyyət formalaşır
iv

Təəccüblü deyil ki, 5% işsizlik dərəcəsi müasir iqtisadçılar tərəfindən sağlam 
iqtisadi inkişafın əsas şərtlərindən biri kimi qəbul olunur – bazarda işsiz işçi olduqca 
maaşların artmasına ehtiyac yoxdur, çünki, işçi əvəzedilməz deyil. 
Qazancın azalması və ikinci ziddiyyət 
Birinci  ziddiyyət  nəticəsində  sahibkar  istehsalın  artırılması  üçün  sərmayeni 
artırır. O, ya texnoloji yaxud təşkilatı innovasiyalar vasitəsilə, ya da daha çox işçi 
cəlb edilməsi vasitəsilə növbəti il üçün məhsulun keyfiyyətini, yaxud kəmiyyətini 
artırmalı,  qiymətini  isə  ucuzlaşdırmalıdır.  Bunun  üçün  ilkin  olaraq  öz  qazancını 
azaltsa  da,  müəyyən  müddət  sonra  rəqabət  yenidən  sahibkarı  bu  problemə 
qaytarır – o, işçinin maaşını azaltmalıdır, əks halda sərmaye mümkün olmayacaq. 
Lakin  işçi  təkcə  istehsalçı  deyil.  O  həm  də  bazarda  istehlakçıdır.  O,  maaşını 
xərcləyərək  iqtisadiyyatda  istehsal  olunan  müxtəlif  gündəlik  məhsullarını  alır  və 


36
 №2 İyun 2014
xalça bu məhsullardan sadəcə biridir. Rəqabət nəticəsində bazarda yüzlərlə xalça 
istehsal  edən  manufakturalar  dayanmadan  işləyir  və  müxtəlif  çeşid,  qiymət  və 
keyfiyyətdə xalçalar dayanmadan dükanların vitrinlərini bəzəyir. Müxtəlif marketinq 
texnologiyalarından istifadə edilərək xalçaların üstünlükləri, onların faydaları barədə 
məlumatlar alıcılara ötürülür və xalçaya tələbat artır. Rəqabət nəticəsində bahalaşan 
qiymətlər və azalan, yaxud, ən azından artmayan maaşların fonunda kütləvi xalça 
istehsalı tezliklə istehlak oluna biləndən dəfələrlə artıq xalça istehsalı ilə nəticələnir. 
Şiddətli rəqabət sahibkarların qazancını günü-gündən azaldır. Yüksək qiymətlər və 
aşağı maaşlar arasında ziddiyyət isə tezliklə böhrana gətirib çıxarır
v

Kredit və üçüncü ziddiyyət
Qazancın azalması yalnız sahibkarlar, maaşın azalması isə yalnız işçilər üçün 
problem deyil. Bunların hər ikisi bütöv iqtisadiyyat üçün təhlükə yaradır. Nə etməli? 
Öz məhsullarını satmağa can atan sahibkarlar qazanclarının azalmasının qarşısını 
almaq üçün işçilərin istehlak problemlərini həll edəcək çıxış yolu tapırlar – kredit. 
“Xalçanı götür apar, problem yoxdur, pulunu yavaş-yavaş ödəyərsən!” üsulu böhranı 
aradan qaldırır. Vitrinlərdə yığılıb qalmış xalçalar yenidən alınmağa başlayır, işçilər 
öz  maaşlarının  10,  20  misli  dəyərində  məhsulları  rahatca  alıb  istifadə  edirlər  və 


37
iqtisadiyyat yenidən canlanır. Artıq sahibkarlar da gəlirlərinin azalmasından narahat 
deyillər  –  onlar  kredit  alıb  sərmayəni,  işçilərin  maaşlarını  artıra  bilərlər.  Rəqabət 
isə,  dayanmadan  öz  işini  görməkdədir.  Tezliklə  “daha  ucuz  kredit”  verməyə  can 
atan  bank  sahibləri  bank  faizlərini  aşağı  salmaq  üçün  mübarizə  aparırlar.  Onlar 
hökumətə  “əgər  bank  faizlərini  azaltmasanız,  iqtisadi  artım  zəifləyəcək!”,  “Bank 
faizləri insanlara bizneslə məşğul olmağa imkan vermir!” kimi sloqanlar əsasında 
təzyiq edir və faizlərin tədricən azalmasına nail olurlar. Amma, hara qədər? Mümkün 
qədər aşağı salınan bank faizləri getdikcə bankların da qazanclarının azalmasına 
səbəb  olur.  Bankların  qazancları  azaldıqca  onlar  daha  az  kredit  verir,  daha  az 
kredit alan sahibkarlar maaşları azaldır və getdikcə daha az qazanc əldə etməyə 
başlayırlar.  Maaşların  azalması  istehlakçılara  daha  böyük  çətinlik  yaradır.  Onlar 
əvvəldən yığılıb qalan kredit borclarını ödəməkdə çətinlik çəkirlər. Faiz dərəcələrinin 
azalması nəticəsində artan inflyasiya isə tədricən azalmağa başlayır. Yəni, ödənilməli 
olan kredit borcunun dəyəri artıq əvvəlki kimi azalmır
14
. Yüksək qiymətlər və aşağı 
maaşlar arasında ziddiyyət, çox keçmir ki, müvəqqəti olaraq təxirə salınmış böhranı 
qaçılmaz edir
vi

Nəticə
İstismar istehsal alətləri üzərində özəl mülkiyyət hüququ və rəqabətə əsaslanan 
sistemin  kökündə  dayanan  prinsipdir.  Marksın  Əmək  Dəyər  Nəzəriyyəsinin  əsas 
tezisi olan istismar kapitalizmin bu yazıda sadalanması mümkün olmayan bir çox 
digər ziddiyyətlərinin kökündə dayanır. Lakin istismarı dialektik tarixi materializmdən 
və sinfi mübarizədən kənar anlamaq, onu yarımçıq anlamaq deməkdir. İşçinin 16 
yaxud 8 saat işlədilməsi, onun bir aya 100 yaxud 1000 manat maaş qazanması 
istismar prosesini ləğv etmir. İş şəraitinin pisliyi və işçiyə qarşı ədalətsiz davranışlar 
istismar və onun əmələ gətirdiyi ziddiyyətlər nəticəsində baş verən hadisələrdir. Bu 
hadisələr istismarı xarakterizə etsə də, bu vəziyyətin aradan qaldırılması hələ ki, 
14
Düşünün,  Azərbaycanda  2008-ci  ildə  kredit  alanlar  onu  növbəti  bir  neçə  ildə  necə  asanlıqla 
qaytarırdılar. İndi isə, vəziyyət o qədər də asan deyil. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə