Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə10/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

30
 №2 İyun 2014
Dəyər nədir? Hər hansı bir əşyanın dəyəri necə müəyyən olunur?
Bu barədə çox sayda nəzəriyyələr mövcuddur və əsasən iki qrupa bölünürlər: 
dəyərin  əşyanın  özündən  yarandığını  iddia  edən  və  dəyərin  əşyadankənar 
formalaşdığını  iddia  edən  nəzəriyyələr.  Dəyərin  əşyadankənar  formalaşdığını 
iddia edən fikir adamları əşyanın dəyərinin bazarda, tələb-təklif qanunu əsasında 
müəyyən olunduğunu irəli sürürdülər. Onlar iddia edirdilər ki, bir stəkan su, yaxud 
almaz  parçasının  səhradakı  dəyəri  ilə  şəhərdəki  dəyəri  fərqlidir,  yəni,  əşyaların 
dəyərini insanlar müəyyən edir. Klassik XIX əsr iqtisadçıları – A.Smit, D.Rikardo, 
K.Marks  isə  ilk  dəfə  əşyanın  dəyərinin  yalnız  və  yalnız  onun  istehsal  zəncirində 
(dəyər zəncirində) keçdiyi bütün mərhələlərdə hazırlanmasına sərf olunmuş müxtəlif 
keyfiyyət və kəmiyyətə sahib olan ümumiləşdirilmiş əməkdən ibarət olduğunu irəli 
sürürlər
i
. Bu iddianı müzakirə etməzdən əvvəl kapitalist istismar sisteminin hansı 
şəraitdə formalaşmasına nəzər salaq. 
Kapitalist istismarın formalaşması
Orta əsrlərdə Britaniyada kral ailəsi, ona tabe olan Lordlar (Feodlar) və bu 
feodların  idarə  etdikləri  torpaqlar  var  idi.  Lordlar  bütün  İngiltərə,  Şotlandiya  və 
Uels torpaqlarını öz aralarında bölüşdürmüş, krala sədaqət andı içmişdilər. Onların 
hər birinin səlahiyyətində yüzlərlər kənd, bir neçə iri və xırda şəhər və qəsəbələr 
var idi. Kəndlərdə əsasən fermerlər ailə təsərrüfətı kimi, şəhərlərdə isə sənətkarlar 
gildiya  formasında  birləşərək  müəyyən  məhsul  istehsal  edirdilər.  Digər  bir  qrup 
isə tacirlər idi. Tacirlər şəhərlərdə istehsal olunan məhsulları və kəndlərdə istehsal 
olunan ərzağı kəndlər və şəhərlər arası daşıyırdılar və yaşayışlarını təmin edirdilər. 
Lakin  XVII  əsrdə  yüzilliklərlə  davam  edən  bu  nizam-intizam  dəyişməyə  başlayır. 
Çin, Hindistan və yeni dünya kəşf olunur. İngilis mallarına tələbat artdıqca tacirlər 
şəhər ətrafı qəsəbələrdə məskunlaşan və evlərində fərdi olaraq fəaliyyət göstərən 
xalça toxuyanlara, yaxud gildiyalarda fəaliyyət göstərən dəmirçilərə növbəti il üçün 
sifarişlər verir, sifarişlər hazır olduqda qapı-qapı gəzib sifarişləri toplayır, ödənişləri 
edir və məhsulu gəmilərə yükləyərək Çin şəhərlərinə aparıb satır, əvəzində uzaq 
şərqdən  müxtəlif  ipək  paltarlar,  xalçalar,  ədviyyatlar  və  zinət  əşyaları  gətirirdilər. 


31
Lakin  əyalətdə  yaşayan  və  böyük  torpaqları  idarə  edən  lordların  bu  əşyaları 
almağa  imkanı  çatmırdı.  Onlar  artıq  əsrlərdir  ki  özləri-özlərini  təmin  edir,  kralın 
əmri gələrsə, kəndlərdən cəngavərləri toplayaraq döyüşlərə qatılırdılar. Pulları isə 
az idi, çünki təbəələrdən topladıqları məhsulların yalnız kiçik bir hissəsini satırdılar 
və müharibələrdən əldə etdikləri mənfəət onların iddialı həyatlarını təmin etməyə 
yetmirdi. Amma əvvəllər pulun azlığı feodal lorda hər hansı bir problem yaşatmırdı. 
Çünki onun statusunda olan hər kəs aşağı-yuxarı eyni cür dolanırdı. Minlərlə kəndlini 
təhkimçi  kimi  saxlamaq  artıq  kifayət  qədər  baha  başa  gəlirdi.  Lakin  baş  verən 
dəyişikliklər  nəticəsində  şəhərlərdə  bahalı  libaslar  geyinib  qiymətli  zinət  əşyaları 
istifadə edən yeni varlanmış tacir-zadəganların həyat tərzi tezliklə feodal lordları 
şəhərlərə cəlb edir, eyni zamanda, şəhərdə istehsalatla məşğul olaraq varlanmaq 
kəndlilər  üçün  cəlbedici  olmağa  başlayır.  Beləliklə,  həm  lordlar  daha  çox  ticarət 
yaxud da istehsalata yönəlmək, həm də kəndlilər tədricən daha yaxşı dolanışıq vəd 
edən şəhərlərə yönəlməyə başlayırlar. Tacirlər də, öz növbəsində, kəşf olunan yeni 
dünya və kontinental Avropa ölkələrində oxşar proseslərin baş verməsi səbəbindən 
İngilis məhsullarına artan tələbat qarşısında istehsalatın çoxalmasını tələb edirdilər. 
Bu  məqsədlə,  tacirlər  və  imkanlı  mülkədarlar  şəhər  ətraflarında  fərdi  şəkildə  ev 
istehsalatı  ilə  məşğul  olan  sənətkarları  eyni  müəssisədə  birləşdirməyə,  fərdlərin 
ayrı-ayrılıqda  fəaliyyət  göstərərkən  xammal  toplanmasına,  üslub  fərqinə,  hazır 
məhsulların toplanmasına daha çox vaxt və enerji itirməkdənsə, onları eyni yerə 
yığaraq homogen istehsalı təmin etməyə can atırdılar. Eyni zamanda, belə bir addım 
fərdlərin öz fərdi qazancları ilə ayrılıqda ala bilməyəcəkləri istehsalatı sürətləndirən 
yeni texnologiyaları almağa imkan verəcəkdi
ii

Beləliklə, manufakturalar yaranır və əvvəllər xammalı bazardan alaraq əmək 
sərf  edib  əmtəə  yaradan  sənətkarlar  bu  əmtəəni  bazarda  tələb  olunan  müvafiq 
qiymətə sataraq
1
  öz sərf etdikləri əməyin dəyərini, xərcləri çıxdıqdan sonra, yalnız 
özləri alırdılarsa, indi onlar başqaları üçün müəssisədə çalışırlar. Bu proses tamamilə 
könüllü şəkildə, həm işəgötürən, həm də işçinin əmək şəraiti, əməkhaqqı və digər 
1
Əmtəənin bazardakı qiyməti ilə onun dəyəri arasında fərqi burada izah etməyə imkan yoxdur, lakin 
bu iki mövhum fərqlidir və “Marksizmdə transformasiya problemi” olaraq müzakirə olunur.


32
 №2 İyun 2014
əlaqəli məsələlər barədə razılığı əsasında baş verir. Bəs o zaman istismar necə baş 
verir? 
Kapitalist istismar
Kapitalın birinci cildinin ilk üç bölməsini Marks öz nəzəriyyəsini izah etmək 
üçün  əhəmiyyətli  olan  anlayışların  müzakirəsinə  həsr  edir.  Bu  anlayışlar  Marksın 
Əmək  Dəyər  Nəzəriyyəsi  tezisinin  əsasını  təşkil  edirdi.  Bu  nəzəriyyəyə  əsasən, 
hər hansı bir əşyanın dəyəri iki formada təzahür edir: istehlak dəyəri və mübadilə 
dəyəri. Yəni, istənilən əmtəəni biz ya istehlak edə, ya da bazarda mübadilə edə 
bilərik. Bu iki dəyər eyni zamanda həyata keçirilə bilməz
2
. Əgər biz iş qüvvəsini bir 
əmtəə kimi qəbul etsək, o zaman onun mübadilə dəyəri, həmin iş qüvvəsinin əmələ 
gətirdiyi əmtəənin istehlak dəyərindən fərqlidir. Başqa sözlə, işçinin əməyinin bazar 
qiyməti – maaş, onun əməyinin sərf olunması nəticəsində ərsəyə gələn əmtəənin 
bazardakı dəyərindən – məhsulun qiymətindən fərqlidir
iii

Marksın “Dəyər”, “İstehlak dəyəri”, “Mübadilə dəyəri” anlayışlarının dərinliyinə 
getmədən,  kapitalist  istismarını  bir  fenomen  kimi  izah  etmək  üçün  XIX  əsrin 
İngiltərəsində baş verən proseslərə uyğun bir misaldan istifadə etmək olar. Deyək 
ki, yuxarıda sözügedən məhsul xalçadır və müəssisədə çalışan hər bir işçi xalça 
istehsalında istifadə olunmuş (məsələn) iki saat ümumiləşdirilmiş əmək dəyərində 
xammalın və (məsələn) iki saat ümumiləşdirilmiş əmək dəyərində texnologiyaların 
hazırlanmasının
3
  müəssisəyə  qədər  gəlməsinə  çəkilən  əziyyətlərin  toplanmış 
dəyərindən  sonra  (yəni,  dörd  saat  ümumiləşdirilmiş  əmək),  müəssənin  işçiləri 
hər  bir  xalçanın  hazırlanmasına  ayrılıqda  əlavə  altı  saat  ümumiləşdirilmiş  əmək 
sərf  edirlər  və  beləliklə,  bir  ədəd  xalçanın  bazara  çıxarılmasının  dəyəri  on  saat 
ümumiləşdirilmiş əməyə bərabər olur. 
Sadəlik naminə, fərz edək ki, xalça bazarda satılır və xalçanın satış qiyməti 
2
Puldan  başqa,  hər  hansı  bir  əşyanı  eyni  zamanda  həm  satmaq,  həm  də  istifadə  etmək  mümkün 
deyil.
3
Texnologiyanın  bütövlükdə  dəyəri,  yaxud  bazar  qiyməti  dəfələrlə  çox  olsa  da,  burada  hər  bir 
texnologiyanın  istifadə  müddəti  bitənə  qədər  istehsal  olunmasında  istifadə  edildiyi  hər  bir  xalçaya 
düşən dəyər nəzərdə tutulur.


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə