Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə26/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

 
83 
Aparıcı universitetlərdə qədim və müasir erməni, gürcü dilləri, 
bu  xalqların  tarixi  və  s.  tədris  edilməli,  mütəxəssislər  hazır-
lanmalıdır.  Azərbaycan  xalqı  və  dövləti  sərhədindəki  dost  və 
düĢməni  yaxĢı  tanımalıdır.  Bizim  baĢ  verənlərə  laqeyd  müna-
sibıtimiz,  təhlükə  mənbələrini  əvvəlcədən  proqnozlaĢdıra  bil-
məməyimiz  zaman-zaman  ərazilərimizin,  maddi  sərvətlərimi-
zin,  mədəni  abidələrimizin  itirilməsi  ilə  nəticələnib.  Yəqin  ki, 
millətimizə edilən təxribat və təcavüzlərdən bir nəticə çıxarmaq 
üçün iki yüz il kifayət edər! 
ġimali  Qafqaz  xalqlarına  aid  məsələlərin  təhlükəsizliyimiz 
baxımından  əhəmiyyətli  olan  hissəsi  araĢdırılmalı,  müəyyən 
qüvvələrin regionda sabitliyi pozmaq üçün istifadə edə biləcəyi 
problemlər daim nəzarətdə saxlanılmalıdır. 
 
Dünyanın iqtisadi və siyasi güc mərkəzləri
  
 
Rusiyada  baĢ  verən  yeniliklər,  tarixçilərin,  arxeoloqların, 
etnoqrafların    apardığı  tədqiqatlar  Azərbaycan    elminin  maraq 
dairəsində saxlanılmalıdır. Rusiya tərəfi ilə qarĢılıqlı maraq do-
ğuran  məsələlər  ətrafında  (ġimali  Qafqaz,  türk  məskunlaĢma 
arealında tədqiqatlar,  yazılı mənbələr və s.) birgə tədqiqatların 
aparılması da mümkündür. Rus dili, ədəbiyyatı, tarixi isə yalnız 
tədris  edilə  bilər:  bu  istiqamətlərdə  tədqiqat  aparılmasına, 
dissertasiyaların yazılmasına ehtiyac yoxdur. Rusiyada yaĢayan 
vətəndaĢ və həmvətənlərimizin sosial, siyasi problemlərilə bağlı 
tədqiqatlara ehtiyac olduğu da vurğulanmalıdır. 
Azərbaycan  Respublikasında  digər  slavyan  xalqlarının 
tarixi,  dil  və  ədəbiyyatı  sahəsində  kütləvi  Ģəkildə  mütəxəssis 
hazırlanması  isə  ümumiyyətlə  anlaĢılan  deyil:  sanki  biz  türk 
yox,  slavyan  dünyasının  bir  hissəsiyik!  Maraq  üçün  soruĢmaq 
olar:  görəsən  slavyan  ölkələrində  də  Azərbaycan  dili  bu 
miqyasda tədris edilirmi? Slavyan dillərinin Azərbaycanın iqti-
sadi  və  siyasi  maraqlarının  təmin  edilməsi  üçün  əhəmiyyətli 
olması  kimi  arqumentlər  yersizdir.  Ġqtisadi  və  siyasi  müna-


 
84 
sibətləri,  maraqları  beynəlxalq  ünsiyyət  vasitəsi  olan  və 
hamının  çox  yaxĢı  bildiyi  ingilis  dilində  də  qurmaq,  müdafiə 
etmək mümkündür. 
ABġ və Avropanın ictimai və humanitar elmlərdə qazandığı 
nailiyyətlər,  yeni  nəzəriyyə,  müasir  metodologiya  və  texnolo-
giyalar  öyrənilməli  və  ölkədə  aparılan  tədqiqatlarda  istifadə 
edilməlidir.  AmerikaĢünaslıq  sahəsində  tədqiqatlar  aparılmalı 
və  mütəxəssilər  hazırlanmalıdır.  Ġngilis,  fransız,  alman,  ispan 
dilləri, bu xalqların tarixi, ədəbiyyatı dünya tarixi və ədəbiyyatı 
kontekstində  tədris  edilməlidir.  Tədris  prosesi  ilə  bağlı  prob-
lemlər  ətrafinda  elmi  tədqiqatlar  aparıla  bilər,  lakin  bu 
sahələrdə  geniĢ  miqyaslı  elmi  araĢdırmalar  bizim  maqar 
dairəmizdə deyil. Hər halda, dünyanın Ġngiltərə, Fransa, Alma-
niya  kimi  böyük  ölkələri  tarixlərinin,  dil  və  ədəbiyyatlarının 
öyrənilməsində bizlərə ehtiyac duymazlar. 
 
ġərqĢünaslıq
 
 
Milli Strategiyada Azərbaycan elminin ĢərqĢünaslıqda əldə 
etdiyi  nailiyyətlər  öz  əksini  tapıb.  Azərbaycanda  ġərq  xalqla-
rının tarixi, ədəbiyyatı, filologiyası, dilləri sahəsində bütöv elmi 
məktəblər  yaranıb.  Ərəb  ölkələrinin  ictimai  fikri  və  din  tari-
xinin tədqiqi, yazılı abidələrinin tərcüməsi və nəĢri, bu ölkələr-
də  cərəyan  edən  ictimai-siyasi  və  etnik-mədəni  proseslərin 
araĢdırılması  istiqamətində  müəyyən  təcrübə  toplanıb.  Qeyd 
etdiyimiz  kimi,  Bakıda  ĢərqĢünaslığın  inkiĢaf  etdirilməsi  ilk 
növbədə  SSRĠ-nin  ərəb  ölkələrindəki  siyasi,  iqtisadi,  hərbi 
maraqlarının təmin edilməsinə xidmət edirdi. Belə ki, BDU-nun 
ĢərqĢünaslıq  fakültəsinin  məzunlarının  ərəb  ölkələrində  SSRĠ-
nin  həyata keçirdiyi iqtisadi layihələrdə və  ya Əfqanıstan mü-
haribəsində  tərcüməçi  kimi  çalıĢdıqları  hamıya  məlumdur. 
Ġndiki  zamanda  ərəb  dili  Azərbaycanın  tarixi  haqda  yazılı 
mənbələrin,  azərbaycanlı  Ģair  və  mütəfəkkirlərin  bu  dildə 
yaratdıqları  əsərlərin  tədqiqi  məqsədilə,  dinĢünaslıqla  əlaqədar 


 
85 
tədris  edilməlidir.  BaĢqa  sözlə  ərəb  dili  azərbaycanĢünaslıq 
sahəsində  aparılan  tədqiqatlarda  bir  vasitə  olmalıdır:  müstəqil 
Azərbaycanda ərəbĢünaslığın  əvvəlki miqyasda saxlanılmasına 
heç bir ehtiyac yoxdur. 
ġərqĢünaslığın  tədricən  asiyaĢünaslığa  doğru  transformasi-
yasını nəzərdə tutan təkliflər də qeyri-ciddi səslənir. Yapon və 
ya koreya dilinin nəinki öyrənilməsi (tədqiqi), onların tədrisi də 
məhdud çərcivədə aparılmalıdır. Qədim Çin mənbələrində türk 
xalqlarının tarixi, etnoqrafiyasına dair məlumatların ola biləcəyi 
nəzərə alınaraq, bəlkə bu sahəyə müəyyən diqqət yetirilə bilər.   
SSRĠ-nin  süqutu  nəticəsində  yaranmıĢ  siyasi  reallıqlar 
tədqiqatların məzmun və istiqamətlərinin əsaslı surətdə yenilən-
məsini  tələb  edir.  Azərbaycan  elmində  Ermənistanın  iĢğalçılıq 
siyasəti ilə bağlı araĢdırmalar aparılır, tariximizin əvvəllər gizli 
saxlanılan  səhifələri    hadqa  məqalələr,  monoqrafiyalar  çap 
edilir.  Lakin  bütün  bu  iĢlər  ayri-ayri  alimlərin  Ģəxsi  təĢəbbü-
sünə, vətən sevgisinə söykənir, çünki ali təhsil müəssisələrinin, 
elmi institutların strukturunda, kadr hazırlığında müvafiq  yeni-
liklər  gecikir.  Əsas  problemlərdən  biri  yenə  də  elmi  material-
ların  böyük  hissəsinin  Azərbaycan  dilində  nəĢr  edilməsidir. 
Çox az sayda məqalə və monoqrafiya indilis dilində çap olunur 
və yayılır. 
 Bizdən  fərqli  olaraq  yeni  geosiyasi  vəziyyət  xarici  ölkə 
universitetləri  və  elmi  mərkəzləri  tərəfindən  daha  tez  qiymət-
ləndirilmiĢ və nəticədə  yeni elmi mərkəzlərin təĢkilinə, jurnal-
ların  nəĢrinə  start  verilmiĢdir.  Ümumiyyətlə,  Avropa  və  ABġ  
universitetləri,  elmi  mərkəzləri  yaxın-uzaq  ölkələrdə  cərəyan 
edən iqtisadi, siyasi, sosial və etnik prosesləri daim diqqət mər-
kəzində  saxlayırlar.    Müxtəlif  ölkələrin  dili,  ədəbiyyatı,  tarixi, 
dinləri  belə  elmi  məktəblərin  ənənəvi  tədqiqat  obyekti  olaraq 
qalmaqdadır. Vaxtilə imperiyalar qurmuĢ, baĢqa dövlətləri iĢğal 
etmiĢ,  çoxsaylı  xalqları  nəzarətdə  saxlamıĢ  millətlər  müasir 
dövrdə də öz iqtisadi, siyasi maraqlarını təmin etmək məqsədilə 
belə  tədqiqatlara  vəsait  ayırmaqda  xəsislik  etmirlər.  Tədqi-


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə