107
Diqqəti
yönəltmək
istədiyimiz
ikinci dərgi isə ABġ-ın
Ġllinoys
Universitetinin “ Ethnomusicology” jur-
nalıdır. Burada dünyanın bütün xalq-
larının musiqisinə həsr edilmiĢ analitik
məqalələr, çoxsaylı monoqrafiyalara,
buraxılan disklərə və filmlərə rəylər çap
edilir. Jurnalın elektron saytında onun
1999-2009-cu illəri əhatə edən sayları-
nın mündəricatı, bəzi məqalələrin xü-
lasəsi ilə tanıĢ olmaq mümkündür. Əldə
edə bildiyimiz məlumatlardan görünür
ki, jurnal Azərbaycan xalq musiqisinə
böyük diqqətlə yanaĢır. Həqiqətən də, 47-ci cildin 3-cü buraxı-
lıĢında Mələkxanım Eyyubovanın “Azərbaycan muğamının an-
tologiyası”ndan olan diskdə yer almıĢ ifası, tarzən M.
Mansurovun və qarmonçalan A. Əliyevin dünya misiqisi silsi-
ləsindən Azərbaycan musiqisinə həsr edilmiĢ disklərdəki ifaları
haqda rəylər çap olunub. Bundan baĢqa, 47-ci cildin 1-ci sa-
yında (2003) “UĢaqlar muğam oxuyur: qaçqın düĢərgəsində ya-
Ģayan azərbaycanlı uĢaqlar özlərinin ənənəvi xalq musiqisini ifa
edir” filminə, 44-cü cildin 3-cü sayında “Azərbaycanda yazıl-
mıĢ musiqi haqqında iki esse”, 2-ci sayında isə qadın muğam
ifaçılarımız haqqında məqalə verilib. Və bu yazıların müəl-
lifləri, əgər səhv etmiriksə, xarici musiqiĢünaslardır.
AraĢdıracağımız sonuncu bölmə “incəsənət” bölməsidir ki,
bura cəmi 70 jurnal cəmlənib. Bu nəĢrlər arasında qitələrin in-
cəsənətinə, məsələn, Afrika və Asiya incəsənətinə həsr edilmiĢ
“ African Arts”, “ Arts of Asia” jurnalları var. Bundan baĢqa,
bölməyə incəsənətin rəngkarlıq, keramika, fotoqrafiya kimi
istiqamətləri üzrə ixtisaslaĢan, incəsənət tarixinə və onun
tədrisinə həsr edilmiĢ jurnallar daxil edilib. Dünyanın məĢhur
museylərinin- Metropoliten, Luvr, Berlin muzeylərinin nəĢrləri
də burada təmsil olunub. Digər bölmələrdə olduğu kimi
108
“incəsənət” bölməsində də müxtəlif dillərdə nəĢr edilən jurnal
tapmaq mümkündür. Bu qəbildən olan nəĢrlər arasında xorvat
dilində çap edilən “ Život Umjetnosti”, Çex Elmlər Akademiya-
sının Ġncəsənət Ġnstitutu tərəfindən çex dilində buraxılan
“ Uměni/Art” jurnallarını qeyd edə bilərik.
Asiya incəsənəti üzrə ixtisaslaĢan jurnallar Türkiyə və Ġran
incəsənəti, türklərin yaratdığı mədəniyyət abidələri haqda
maraqlı araĢdırmalara diqqətlə yanaĢırlar. Məsələn, “ Artibus
Asiae” dərgisində Osmanlı və məmlük xəzinələrindəki qılınc-
lar, Qacar Ģah üsul-idarəsinin incəsənətdə təsviri, Ġstanbuldakı
Rüstəm PaĢa məscidinin kirəmid dam örtüyü, Konyadakı
Ələddin məscidinə yeni baxiĢ, Ġranın otra əsr incəsənəti, Ġran
keramikası, rus-fars müharibələrinin monumental rəngkarlıq
əsərlərində təsviri, III Sultan Muradın albomu, məmlük mozaik
ĢüĢə dekorasiyası, moğol rəssamının əsərində Ġnayət xanın
ölümü, Qahirədəki Sultan Həsən sarayının arxitekturası və s.
həsr edilmiĢ tədqiqatlara rast gəlirik.
Göründüyü kimi, humanitar elmlərdə beynəlxalq aləmə
inteqrasiya, bəzilərinin fikirləĢdiyi kimi, milli-mənəvi dəyər-
lərdən imtina etmək, dilimizi, ədəbiyyatımızı unudaraq yalnız
ingilis dilində yazıb-yaratmaq anlamına gəlmir. Əksinə, dünya
elmini məhz bizim dilimiz, ədəbiyyatımız, musiqimiz, mənəvi
dəyərlərimiz, onların mənĢəyi, tarixi inkiĢaf yolu, müasir
həyatımızdakı yeri maraqlandırır. Və dünya elminin Azərbay-
cana olan marağını biz özümüz təmin etməliyik.
Ġncəsənət və humanitar elmlərdə ixtisaslaĢan beynəlxalq
jurnalların monitorinqi digər mühüm məsələlərə aydınlıq gə-
tirmək və vacib nəticələr çıxarmaq baxımından da çox əhəmiy-
yətlidir. Bu nəticələr hansılardır?
1.
Təbiət və texniki elmlərdə olduğu kimi, incəsənət, hu-
manitar elm sahələrində də təsir əmsalı olan, indekslənən çox-
saylı jurnallar nəşr edilir;
2.
Səviyyəsindən asılı olaraq müxtəlif dillərdə nəşr edilən
incəsənət, humanitar elm jurnalları Tomson Röyters Agentliyi-
109
nin siyahısında yer alır;
3.
Böyük və ya kiçikliyindən asılı olmayaraq hər bir xalqın
tarixi, dili, ədəbiyyatı, etnoqrafiyası, fəlsəfi görüşləri, musiqisi,
incəsənəti unikal olmaqla yanaşı dünya tarixi-mədəni irsinin
ayrılmaz tərkib hissəsidir;
4.
Müasir elmi-metodoloji tələblərə cavab verdikdə bu
sahələr üzrə istənilən tədqiqatın nəticəsini ən yüksək səviyyəli
jurnallarda çap etdirmək mümkündür.
Xalqımızın tarixi, əsrlər boyu formalaĢmıĢ zəngin
ədəbiyyatı, mədəniyyəti dünya elmində layiqincə təmsil olun-
malıdır. Mövcud problemlərin həllinə nail olmaq məqsədilə bə-
zi tədbirlər həyata keçirilməlidir ki, bu haqda təkliflərimizi
bölüĢmək istərdik. Əgər qarĢıda duran əsas məqsədlərdən biri
dünya elminə inteqrasiyadırsa, onda aydindır ki, akademik
institutlar və universitetlər, ilk növbədə, beynəlxalq elm məka-
nını formalaĢdıran jurnallar, monoqrafiyalarla tam Ģəkildə tə-
min olunmalı, beynəlxalq məlumat bazalarına abunə məsələsi
həll edilməlidir. Belə jurnal və bazalardan istifadə imkanı
olmayan alimdən fəaliyyətində dönüĢ yaratmağı tələb etmək
mənasızdır. Elmi tədqiqatların A&HCI-dakı jurnallarda nəĢrinə
nail olmaq lazımdır. Bu istiqamətdə ilk addım kimi Türkiyədə
nəĢr edilən və A&HCI siyahısına qəbul edilmiĢ dərgilərdən
istifadə etmək məqsədəuyğundur. Tomson Röyters jurnalların-
da çap olunmuĢ məqalələrə görə muəlliflər əhəmiyyətli mü-
kafatlar almalı, onların beynəlxalq konfranslarda iĢtirakı tam
həcmdə maliyyələĢdirilməlidir.
Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, etnoqrafiyası, mu-
siqiĢünaslığı sahəsində dəyərli hesab edilən əsərlərin ingilis
dilinə tərcüməsi, nəĢri və yayılması məqsədilə müvafiq Dövlət
Proqramı qəbul edilməlidir. Ġlk növdəbə, ərəb, fars dillərində
yazıb-yaratmıĢ klassik Ģair və yazıçıların, filosofların əsərləri
tərcümə edilməlidir, çünki xarici universitet və mərkəzlər bu
sahədə tədqiqatlar apararkən onları ərəb və ya fars Ģairləri,
filosofları kimi qələmə verirlər. Ümumiyyətlə, ərəb və fars
Dostları ilə paylaş: |