113
haqqında ətraflı məlumat vermiĢik. Ġkinci məqalədə (“Elmi
kadr hazırlığının problemləri”, “Azərbaycan” qəzeti, 26 noyabr
2009) elmi kadr hazırlığında mövcud vəziyyət təhlil edilib.
Məqalədə müdafiə edilmiĢ namizədlik və doktorluq disser-
tasiyalarının elm sahələri üzrə paylanması, aspitant və dis-
sertant qəbulunun dinamikası, kadr hazırlığının keyfiyyəti, bu
sahədə mövcud problemlər və onların aradan qaldırılma üsulları
araĢdırılıb. Ġctimaiyyətin diqqətinə təqdim olunan hazırki
məqalə isə Azərbaycan elminin kadr potensialının keyfiyyət
baxımdan təhlilinə həsr edilib.
Milli Strategiyada mövcud kadr potensialı haqqında, yığ-
cam da olsa, məlumat verilib. Belə ki, sənəddə alimlərimizin
sahə, elmi dərəcə və yaĢ həddinə görə bölgüsünü tapmaq müm-
kündür. Kadr potensialının keyfiyyət baxımdan tam təhlili iri
həcmli araĢdırmalar tələb edir. Ona görə də ilkin mərhələdə
araĢdırmaları onun bir hissəsinin-xarici ölkələrdə yaĢayan alim-
lərin yaradıcılığı ilə məhdudlaĢmaq məqsədəuyğundur. Doğ-
rudan da, tərkibinə görə müasir Azərbaycan elminin kadr po-
tensialı bir neçə hissədən ibarətdir. Onun sayca ən böyük
hissəsini hal-hazırda ölkəmizin elmi institut və univer-
sitetlərində çalıĢan alimlər təĢkil edir. Ikinci hissə sovet
dövründən və ya sonrakı illərdən etibarən SSRĠ və MDB-nin
müxtəlif Ģəhərlərində, əsasən Moskvada yaĢayan tədqiqat-
çılardan ibarətdir. Nəhayət, kadr potensialının üçüncü kom-
ponenti Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən
sonra xarici ölkələrin universitet və elmi mərkəzlərinə daimi iĢə
dəvət olunmuĢ, orada müxtəlif beynəlxalq qrantlar, müddətli
müqavilələr hesabına çalıĢan alimlərdir. Bu qəbildən olan
alimlərimizin əsas kütləsi Türkiyənin universitetlərində iĢləyir.
Ümumiyyətlə isə onların məskunlaĢma coğrafiyası çox geniĢ-
dir: azərbaycanlı alimlərə ABġ və Kanadadan baĢlayıb Avstra-
liyaya qədər uzanan məkanda rast gəlmək mümkündür.
Elmi potensialın keyfiyyətinin qiymətləndirilməsində bey-
nəlxalq praktikada qəbul edilmiĢ və uğurla tətbiq olunan
114
meyarlardan istifadə etmək lazımdır. Ġstənilən fəaliyyəti
kəmiyyət və keyfiyyətinə görə dəyərləndirmək mümkündür.
Elmi əməyin kəmiyyət göstəricisi dərc olunmuĢ məqalə, alın-
mıĢ patent, istehsalata tətbiq olunmuĢ nəticələrin sayıdır. Lakin
hər bir yaradıcı fəaliyyət sahəsində olduğu kimi elmdə də əsas
meyar nəticənin keyfiyyətidir. Elmi nəticənin keyfiyyəti isə
onun müəyyən elm sahəsi, elmi istiqamət üçün aktual olan
problemin həllində əhəmiyyətli irəliləyiĢə nail olunmaqla,
problemin tam həlli ilə müəyyən edilir. Keyfiyyətli elmi nəti-
cələr, bir qayda olaraq, yüksək təsir əmsala malik olan jur-
nallarda çap olunur ki, bu göstərici də Tomson Röyters
Agentliyi tərəfindən hesablanır və hər il elmi ictimaiyyətin diq-
qətinə çatdırılır. Elmi iĢin keyfiyyətinin ikinci göstəricisi məqa-
ləyə baĢqa tədqiqatçılar tərəfindən verilmiĢ istinadların sayıdır.
Elmi nəticəyə istinadın verilməsi, onun yeni tədqiqatlarda
istifadə edilməsi həmin nəticənin əhəmiyyətinin, yüksək key-
fiyyətinin təsdiqidir.
Yuxarıdakı mülahizələrimizə konkretlik gətirmək məqsədi-
lə bir azərbaycanlı alimin nümunəsinə müraciət edək. Bu,
ictimaiyyətimizə yaxĢı tanıĢ olan professor Lütfi Zadədir. Mə-
lumdur ki, prof. Lütfi Zadə dünya elmində qeyri-səlis məntiqin
yaradıcısı kimi məĢhurdur. Onun elmi yaradıcılığını rəqəmlərin
dili ilə təhlil edək. Tomson Röytersin statistik məlumatina
əsasən prof. Lütfi Zadə 200-dən artıq elmi əsərin müəllifidir.
Bu iĢlərə verilmiĢ toplam istinadların sayı isə 25 mindən artıq-
dır. Onun fundamental hesab edilən və 1965-ci ildə çap edilmiĢ
“Fuzzy Sets” adlı əsəri indiyə kimi 10 mindən artıq istinad
toplayıb. Bu rəqəmlərin arxasında gizlənən həqiqət isə ondan
ibarərdir ki, qeyri-səlis məntiq kimi elitar elmi istiqamətlə
məĢğul olan hər bir alim prof. Lütfizadənin əsərlərinə istinad
edir, oradakı ideya və nəticələrdən bəhrələnir. Dünya
təcrübəsində topladığı istinada görə məqalələrin təsnifat sxemi
mövcuddur. Belə ki, 300-500-ə qədər istinad toplamıĢ məqalə
“məĢhur”, istinadlar 500-dən çox olduqda isə “Ģöhrətli” adlanır.
115
Elmi əsərə istinad müəyyən həddi, məsələn 1000-i keçdikdən
sonra onun müvafiq sahə üçün klassik xarakter aldığını iddia
etmək olar. Bu izahatdan sonra təkcə bir əsəri 10 min istinad
toplamıĢ professor Lütfi Zadənin elmi Ģöhrətin hansı zirvəsində
durduğu aydınlaĢır.
Dünya elmində əsərlərinə on minlərlə istinad verilmiĢ alim
kifayət qədərdir. Onların ən görkəmliləri Nobel, Filds və baĢqa
nüfuzlü beynəlxalq mükafatların laureatlarıdır. Belə mükafat-
larla yanaĢı “ən çox istinad olunan məqalə” və “ən çox istinad
olunan müəllif” anlayıĢları da mövcuddur. Məlumat bazaları və
jurnallar diqqəti il ərzində ən çox istinad toplamıĢ iĢlərə
yönəltməklə elmi qüvvələri “qaynar cəbhələrə” istiqamət-
ləndirirlər. Həmçinin, fəaliyyəti dövründə əsərlərinə minlərlə
istinad verilmiĢ alimlərin ümumi, daim yenilənən reytinq
siyahıları tərtib edilir. Ġnstitut və mərkəzlərin, universitetlərin
reytinqləri hesablanarkən nəzərə alınan amillər arasında həmin
təĢkilatlarda iĢləyən Nobel mükafatçılarının, ən çox istinad
toplamıĢ alimlərin sayı mühüm yer tutur.
Beynəlxalq praktikada müəyyən sahələr üzrə çalıĢan
alimlərin iĢlərinə verilmiĢ istinadlar barədə ətraflı məlumat əldə
etmək mümkündür. Məsələn, Amerika Riyaziyyat Cəmiy-
yətinin MathSciNet saytında dünya riyaziyyatçılarının, o cüm-
lədən Azərbaycan alimlərinin elmi əsərlərinə istinadların sayını
və onların kimlər tərəfindən verildiyini öyrənmək olar. Nüvə və
yüksək enerjilər fizikası üzrə mütəxəssislərin əsərləri haqqında
ətraflı məlumatı isə ABŞ-ın Stenford Universitetindəki “Sten-
ford Xətti Sürətləndirici Mərkəzi”-nin (SLAC) informasiya
bazasında tapmaq mümkündür. Üstünlüklərinə baxmayaraq,
konkret istiqamətlərə görə ixtisaslaĢan məlumat bazaları elmin
baĢqa sahələri üzrə araĢdırmalar aparmağı qeyri-mümkün edir.
Digər bir problem belə bazaların tərtibi zamanı istifadə olunan
prinsiplərin müxtəlifliyi ilə əlaqədardır. Belə ki, əgər Math
SciNet Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən tanınan jur-
nallardakı istinadları nəzərə alırsa, SLAC hətta çap olunmamıĢ,
Dostları ilə paylaş: |