Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə32/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

 
101 
siyahısında arxeologiya sahəsinə aid edilmiĢ 
74  elmi  jurnal  yer  alır.  Onların  bəziləri 
arxeologiyanın ümumi problemləri, digərlə-
ri  isə  müəyyən  coğrafi  regionlar  və  ya 
istiqamətlər  üzrə  ixtisaslaĢan  nəĢrlərdir. 
Ümumi tematikanı  əhatə edən dövri nəĢrlər 
arasında  yeni  nəzəriyyələrə,  kəĢflərə,  qa-
zıntılara,  metodlara  həsr  edilmiĢ  iri  həcmli 
orijinal və ya icmal xatakterli məqalələr çap 
edən  “Journal  of  Archaeological  Research”  jurnalını,  insan 
birliklərinin  və  cəmiyyətlərinin  yaranma,  fəaliyyət  və  inkiĢaf 
problemlərini  əks  etdirən  “Journal  of  Anthropological 
Archaeology” (1.121) dərgisini misal gətirmək olar. Tematika-
sını  müəyyən  coğrafi  məntəqə  (ölkə)  ilə  məhdudlaĢdıran 
arxeologiya  jurnallarından  nümunə  olaraq  “Arabian  Archa-
eology  and  Epigraphy”  və    “Iranica  Antiqua”  kimi  nəĢrləri 
qeyd  etmək  mümkündür.  Nəhayət,  arxeologiyanın  müəyyən 
istiqamətləri  üzrə  ixtisaslaĢan  jurnallar  da  var  ki,  bunlar 
dənizlərdə  aparılan  tədqiqatların  bütün  tərəfləri,  qazıntılar 
zamanı  tapılmıĢ  insan  və  heyvan  sümüklərinin  öyrənilməsi, 
həmçinin arxeologiya sahəsində mühüm nəzəriyyələr, metodlar 
haqda məqalələr çap edən dərgilərdir. 
Ümumi  məlumatdan  sonra,  iki  jurnal  üzərində  daha  ətraflı 
təhlil  aparaq.  Onlardan  birincisi  “Elsevier”  nəĢriyyatının  təsir 
əmsalı  1.779  olan  “Journal  of  Archaeological  Science”  jur-
nalıdır  ki,  məqalələrində  dünyanın  bütün  regionlarında  ən 
müasir  metodlarla  aparılmıĢ  arxeoloji  tədqiqatlar  haqqında 
məlumat  verir.  Deyilənlərə  aydınlıq  gətirmək  məqsədilə  jur-
nalın  2010-cu  ilin  yanvarında  nəĢr  olunacaq  ilk  nömrəsindəki 
tədqiqatların  mövzuları,  onların  coğrafi  əhatə  dairəsi  və  ən 
baĢlıcası  istifadə  edilmiĢ  metodlarla  tanıĢ  olaq.  Məqalələrin 
birində  keçi  və  quzu  sümüyünün  birləĢdirici  toxumasından 
alınmıĢ  kollagen  (zülal)  peptiddəki  33  amin  turĢu  qalığından 
ibarət  fraqmentin  analiz  üsulu  təsvir  edilir.  Sübut  olunur  ki, 


 
102 
keçi  və  quzunun  kollagen  molekulunda  bu  fraqment  bir-
birindən  iki  amin  turĢusu  ilə  fərqlənir  ki,  bu  da  aĢkar  edilmiĢ 
sümüklərin  hansı  canlıya  aid  olduğu  haqda  dəqiq  nəticə 
çıxarmağa  imkan  verir.  Məqalədə  kollagen-peptid  metodunun 
digər  biomolekulların,  məsələn  DNT  molekulunun  analizinə 
əsaslanan  üsullardan  üstünlükləri  də  vurğulanır.  Metod  neolit 
dövrünə  aid  edilən  və  Türkiyədəki  Domuztepe  adlı  yerdən 
tapılmıĢ  26  sümüyün  analizində  tətbiq  olunur  və  müvafiq 
nəticələr çıxarılır. BaĢqa bir məqalədə rentgen Ģüalarının xırda 
kristallardan ibarət  maddədən (“pudradan”) keçərkən  yaratdıgı 
difraksiya  mənzərəsindən  istifadə  edilir.  Bu  üsul  ABġ 
ərazisindəki  qədim  insan  məskəninin  çöküntülərindəki  gil 
materialına tətbiq olunur və gilin tərkibindəki bəzi mineralların 
nisbəti iqlimdən asılı olduğu üçün, həmin dövrün iqlimi haqda 
(paleoiqlim  haqda)  məlumat  əldə  edilir.  Digər  iĢdə  Norveçin 
cənub-Ģərq və cənub-qərbində, dəniz sahilində yerləĢən və DaĢ 
dövrünə  aid  edilən  iki  yaĢayıĢ  məskənindən  götürülmüĢ  balıq 
sümüklərindəki  oksigenin  izotop  tərkibi  analiz  edilir. 
Təhlillərin nəticəsi olaraq qədim insanların həmin məntəqələrdə 
ilin hansı fəsillərində məskunlaĢdığı aydınlaĢdırılır. 
Jurnalda  arxeoloji  tədqiqatlar  zamanı  istifadə  edilən  digər 
müasir  metodlar  haqqında  da  ətraflı  məlumat  verilir.  Bu 
metodlar fizika, kimya, biologiya kimi təbiət elmlərinin ən son 
nailiyyətlərinə əsaslanır, ona görə də universal xarakter daĢıyır. 
TanıĢ  olduğumuz  məqalələr  humanitar  elmdən  daha  çox  bio-
logiya, kimya və ya fizika sahəsində yazılmıĢ elmi tədqiqatları 
xatırladır.  Fundamental  təbiət  qanunlarına  əsaslandığı  üçün 
onlardan istənilən arxeoloji qazıntıların öyrənilməsində istifadə 
etmək  mümkündür.  Həqiqətən  də,  jurnalda  müasir  Türkiyə, 
Ġran, Gürcüstan ərazilərində aparılan arxeoloji tədqiqatlara dair 
xeyli məqaləyə rast gəlirik. Məsələn, Türkiyəyə həsr edilmiĢ 31 
məqalə  çap  edilib  ki,  onların  da  əsas  hissəsi  2003-2009-cu 
illərdə  iĢıq  üzü  görüb.  Biz  adında  “Türkiyə”  sözü  olan 
məqalələri nəzərə alırıq, əks təqdirdə onların sayını əhəmiyyətli 


 
103 
dərəcədə  artırmalı  olardıq.  Jurnalda  Gürcüstanın  Dmanisi, 
Axalkalaki  bölgələrindəki  arxeoloji  qazıntılara  həsr  edilmiĢ  3 
elmi  məqalə  də  nəĢr  edilib.  Qeyd  etdiyimiz  iĢlərin  həm-
müəllifləri  arasında  türk  və  gürcü  alimləri  olsa  da,  onların 
əksəriyyətində  Qərb  tədqiqatçılarının  aparıcı  rol  oynadıgı  hiss 
edilir.  
Yüksək  səviyyəsinə  görə  A&HCI  siyahısına  daxil  edilmiĢ 
arxeologiya  jurnalları  arasında  Türkiyənin  Aralıq  Dənizi 
Mədəniyyətlərinin AraĢdırma Ġnstitutu-
nun  “Adalya”  və  Türkiyə  Elmlər  Aka-
demiyasının  “TÜBA-AR”    illik  dərgi-
ləri  də  var.  “TÜBA-AR”  jurnalı  türk, 
ingilis,  fransız  və  alman  dillərində,  
“Adalya” isə türkcə məqalələr, icmallar 
çap  edir.  Deməli,  elmi  səviyyə  yüksək 
olduqda  jurnalın  türk  və  ya  ingilis 
dilində  çap  olunmasının  həlledici  rolu 
yoxdur.  Alimlərimiz  Azərbaycanın  ar-
xeologiyasına dair əsərlərini bu jurnal-
larda  çap  etdirərkən  böyük  problem-
lərlə üzləĢməməlidirlər. 
  Ġllik  “Iranica  Antiqua”  jurnalı  haqda  məlumat  da  mütə-
xəssislərimiz üçün faydalı ola bilər. Jurnal qədim Ġran və ətraf 
ərazilərdə  aparılan  qazıntıların  ilkin  nəticələri,  bu  yerlərin 
tarixinin,  dininin,  epiqrafiyasının,
 
incəsənətinin,
 
numizmatika-
sının və ictimai quruluĢunun müxtəlif aspektlərinə dair tədqiqat 
iĢləri  nəĢr  edir.  Onun  maraq  dairəsi  Cənubi  Azərbaycan  da 
daxil  olmaqla  müasir  Ġran  ərazisi  ilə  məhdudlaĢaraq  qalmır; 
jurnal  Suriya,  Gürcustan,  Özbəkistan,  umimiyyətlə,  Qafqazın 
arxeologiyasını  da  əhatə  edir.    Bizə  birbaĢa  aidiyyəti  olduğu 
üçün  jurnaldakı  məqalələrin  öyrənilməsi,  daim  diqqət  mərkə-
zində saxlanılması vacibdir. Eyni zamanda, ərazimizdə aparılan 
arxeoloji  qazıntılar,  digər  sahələrdəki  tədqiqatların  da  “Iranica 
Antiqua” jurnalında çap etdirmək lazımdır.    


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə