Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə33/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

 
104 
Müxtəlif xalqların və etnik qrupların adət-ənənələrinə, milli 
geyimlərinə,  musiqisinə,  nağıllarına,  mətbəxinə,  toy  və  yas 
mərasimlərindəki  adətlərə,  uĢaq  oyunlarına,  bir  sözlə,  folklo-
runa  aid  indekslənən  elmi  jurnallar  A&HCI  siyahısının 
“folklor”  bölməsində  toplanıb.  Bölməyə  cəmi  18  dövri  nəĢr 
daxil  edilib  ki,  onların  bir  neçəsi  ilə  tanıĢlıq  bəzi  məsələlərə 
aydınlıq  gətirir.  Bu  jurnallardan  biri  ABġ-ın  Ġndiana  Univer-
sitetinin  “Journal  of  Folklore  Research”  dərgisidir.  O,  səhi-
fələrində müxtəlif xalqların folkloruna yer ayırır: jurnalın 2009-
cu ilin sonuncu nömrəsində 46-cı cildin 2-ci buraxılıĢında “ġah 
Ġsmayıl  Səfəvinin  türk  hekayətində  transformasiyası”  adlı 
məqalə  çap  edilib.  Məqalənin  xülasəsindən  aydın  olur  ki, 
müəllif ġah Ġsmayılın tarixi və xalq dastanlarında formalaĢmıĢ 
surətləri  arasında  fərqləri  müqayisə  edir,  dastanlarda  onun  əli 
qılınclı  hömkdardan  daha  çox  saz-söz  ustası  kimi  təsvir  edil-
diyindən  yazır.  BaĢqa  bir  məqalədə  Türkiyənin  Kaynarca 
qəsəbəsində  cavanların  əsgərliyə  göndərilməsi  mərasimindən 
bəhs edilir və onun toy qədər təmtəraqlı keçdiyi vurğulanır.   
Maraqlı  hesab  etdiyimiz  ikinci  mənbə  elektron  variantda 
mövcud olan “Folklore: Electronic Journal  of Folklore” jur-
nalıdır  (Estoniya,Tartu).  Buradakı  məqalələr  istifadə  üçün 
bütün  oxuculara açıqdır. Jurnalın əhatə dairəsinə, ilk növbədə, 
baltikyanı və skandinaviya  ölkələrinin folkloru daxildir. Lakin 
baĢqa  xalqların,  xüsusilə  keçmiĢ  SSRĠ  respublikalarının  folk-
loruna da yer verilir. Belə məqalələrin birində- jurnalın 2007-ci 
il  36-cı  sayında  verilmiĢ  yazıda  erməni  nağıllarından  bəhs 
edilir. Bu nağılların qəhrəmanları Sədəf xanım,  Nuri Hədiq  və 
ya  Nar  xatundır.  Erməni  müəllif  xatunun  türk  sözü  olduğunu 
boynuna  alır  və  onun  tərcüməsini  verir,  lakin  Sədəf  və  Nar 
sözlərini  tərcümə  edərkən  mənĢə  dəqiqləĢdirilmir.  Türk  və 
Azərbaycan  folklorunun  ermənilər  tərəfindən  mənimsənilmə-
sində  qəribə  heç  nə  yoxdur.  Sadəcə,  biz  diqqəti  baĢqa  bir 
məsələyə  yönəltmək istəyirik ki, bu da müəllifin istinad etdiyi 
mənbələrdir.  Nağılları  təhlil  edərkən  o,  1885-1899-cu  illərdə 


 
105 
nəĢr edilmiĢ materiallardan əminliklə istifadə edir. BaĢqa sözlə, 
erməni  “mütəxəssis”  ulu  babalarının  baĢladığı  saxtakarlığı 
davam etdirir. Onun əminliyinin baĢqa bir səbəbi isə qarĢısında 
opponentin olmamasıdır: jurnalın bütün saylarının təhlili orada 
Azərbaycan folkloru haqqında hər-hansı bir məqalənin varlığını 
təsdiq  etmir.  Belə  münbit  Ģəraitdə  erməni  müəllif  nədən  və 
kimdən çəkinməlidir?!   
YaxĢı  ki,  indekslənən  jurnallar  arasında  Türkiyənin  “Milli 
Folklor” dərgisi də var. Jurnal beynəlxalq xarakterli olub, bütün 
türk  xalqlarının  folkloru  sahəsində  ixtisaslaĢır.  Doğrudan  da, 
onun  təkcə  bir  buraxılıĢında  qazax  türklərində  evlənmə 
mərasimi  ilə  əlaqədar  hədiyyə  alıĢ-veriĢi,  Krım  türklərinin 
hekayətlərində rəqəm simvolizmi, türk xalq mədəniyyətində və 
mifologiyasında üzümün yeri, türk tapmaçaları haqqında, “ġah-
sənəm  və  Qərib”  dastanının  Qazan  tatarlarında  rast  gəlinən 
variantı,  türk  advermə  ənənəsi  baxımından  bəzi  kiĢi  adlarının 
mənĢəyi,  xalq  deyimlərində  Koroğlu  surəti  və  s.  bu  kimi 
maraqlı  mövzulara  həsr  edilmiĢ  tədqiqat  iĢlərinə  rast  gəlirik. 
Jurnalda  müntəzəm  surətdə  türk  xalqları-qazax,  qırğiz,  özbək, 
əfqan  qazaxları,  qaqauz,  Krım  türkləri  və  Qazan  tatarlarının 
folkloruna  dair  məqalələr  çap  edilir:  jurnalın  bu  mözvulara 
toxunmayan sayını  tapmaq çətindir. Dərgi səhifələrində Azər-
baycan folkloruna da yer ayırır. Belə araĢdırmalar arasında həm 
azərbaycanlı, həm də türkiyəli müəlliflərin iĢləri var. Türkiyəli 
alimlərin  tədqiqatları,  əsasən,  iki  xalqın  folklorunun,  məsələn, 
musiqisinin, müqayisəli təhlilinə həsr edilir.   
Tomson Röytersin A&HCI siyahısıının “musiqi” bölməsin-
də  hal-hazırda  79  jurnal  var.  Onlar  arasında  ayrı-ayrı  dahi 
bəstəkarların  yaradıcılığını  tədqiq edən müxtəlif janrların,  mə-
sələn  operanın  tarixini  və  indiki  durumunu  öyrənən,  kantri 
janrına dair araĢdırmalara həsr jurnallar yer alır. Bundan baĢqa 
ölkələrin, qitələrin musiqisinə həsr edilmiĢ və ya keçmiĢ dövr-
lərin musiqisini öyrənən  jurnallara da rast gəlirik. Musiqi jur-
nalları  arasında  sahələrarası  tədqiqatlara  dair  nəĢrlər  müxtəlif 


 
106 
xalqların etnik müsiqisi  sahəsində ixtisaslaĢan dərgilər də var. 
MusiqiĢünaslıq  üzrə  də  milli  dillərdə  nəĢr  edilən  və  Tomson 
Röyters  tərəfindən  indekslənən  jurnal  az  deyil.  Çex,  portuqal  
və  ispan  dilli  jurnallar  deyilənlərə  misal  ola  bilər.  Bu  sıraya 
fransız, alman, italyan dillərində nəĢr edilən dərgiləri da əlavə 
etmək olar.  
Ümumi  mənzərənin  görüntüsünü  cızdıqdan  sonra  maraqlı 
hesab  etdiyimiz  iki  jurnal  üzərində  ətraflı  dayanaq.  Onlardan 
biri  Asiya  xalqlarının  musiqisi  sahəsində  ixtisaslaĢan  “Asian 
Music” jurnalıdır. Jurnalda nəĢr edilən məqalələr Yaponiyadan 
Türkiyəyədək  uzanan  geniĢ  coğrafi  ərazidə  məskunlaĢmıĢ 
xalqların musiqisi və onun müxtəlif janrları, musiqi alətləri və 
ifaçıları haqda  məlumat verir.  “Asian Music”  türk xalqlarının- 
türk,  özbək,  türkmən,  uyğur  musiqisinin  müxtəlif  tərəflərini 
iĢıqlandıran  xeyli  məqalə  çap  edib.  Belə  ki,  jurnalda  türk 
musiqisində  improvizasiya  estetikası,  türk  aĢıq  və  xalq  musi-
qisi,  türk  xalq  bəstəkarları  və  aĢıqları  haqqında  məqalələr  iĢıq 
üzü görüb. Türkmən musiqisi və musiqi alətləri, uyğur klassik 
xalq  musiqisi,  özbək və tacik  muğamları,  özbək xalq  musiqi 
alətləri  və  sair  məsələlər  tədqiqatçılar  tərəfindən  öyrənilib  və 
mütəxəssislərin  nəzərinə  çatdırılıb.  Son  illər  bu  sahədə  çap 
olunmuĢ  bəzi  məqalələr  haqda  da  məlumat  yerinə  düĢər.  Belə 
ki,  jurnalın  40-cı  cildinin  2-ci  buraxılıĢında  (2009),  38-ci 
cildinin  1-ci  sayında  (2007)  türk  xalq  musiqisinin  müəyyən 
aspektləri,  36-cı  cildinin  1-ci  sayında  (2005)  klassik  türk  mu-
siqisində bəstə formasının bəzi xüsusiyyətləri barədə məqalələr, 
31-ci  cildinin  2-ci  sayında  (2000)  “Osmanlı  sarayında  musiqi: 
muğam,  bəstələr  və  qədim  osmanlı  instrumental  repertuarı” 
monoqrafiyasına  rəy  çap  edilib.  Təəssüf  ki,  “Asian  Music” 
jurnalında  Azərbaycan  xalq  musiqisinə,  musiqi  alətlərinə  həsr 
edilmiĢ məqalə tapa bilmədik. 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə