Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   7   8   9   10   11   12   13   14   ...   161

 
25
məhəllədə yaşadıqları Xədicə arvadın ölümü deyil, bu yas məclisinin pulsuz 
olmasıdır.  
Bir dəfə (dünyanın işinə bax, cəmi üç-dörd gün bundan əvvəl idi!..) Xədicə 
arvad tələbənin gətirdiyi qəzetlərdən kiçik torbacıqlar düzəldə-düzəldə demişdi: «– 
Bilirsən, ay tələbə, müharibə bir-iki iliydi qurtarmışdı, sənin yaduva gəlməz, nə 
yaduva gəlməz e, sən heç onda dünyada yoxuydun!.. Onda Bakıya bir qar yağmışdı 
ki, elənçinə qar heç vaxt olmamışdı ya, heç vaxt! Özü də acdığıydı də, yeməyə bir 
şey-mey yoxuydu... Müharibə vaxtı, mağul amerikalılar, heç olmasa, tısbağa 
yumurtasının paraşokunu gətirirdilər!.. Day o da yoxuydu... Gecə bizim mələyə 
canavar gəlmişdi. O Molla Əsədulla var a, mürdəşir onun üzünü yusun, bax, onun 
həyətinə girmişdi. Canavar da bilmişdi ki, nə olsa o acdıqda, Molla Əsədullada 
olar!.. Girmişdi Molla Əsədullanın həyətinə, itini aparmışdı. Itin boğazı zəncirli idi, 
boğazını gəmirib aparmışdı... başı qalmışdı həyətdə, itin bədənini aparmışdı. O 
canavar o iti aparanecən, kaş elə bunun, bu mollanın özünü apareydi!.. Bilirsən bu 
köpey oğlu Molla Əsədulla dava vaxtı camaatdan mamileynən nə qədər pul yığdı? 
Nə qədər daş-qaş yığdı?! Neynirsən, ay zaraza, bu qədər pulu, hə? Goruva 
apareceysən? O qədər pulu var, ancaq indi də, zaraza səhərdən axşameycən Tülkü 
Gəldi Qəbiristanlığındadı, pul qazanır... Özündən başqa, qızlarınnan, oğlannarınnan 
başqa, bir adamın yaralı barmağına işəməz, köpey oğlu!..»  
Indi həmin Molla Əsədulla Xədicə arvadın yasında mizin başında oturmuşdu 
və bu gün qazanc dalınca Tülkü Gəldi Qəbiristanlığına getməyəcəkdi, ömrünün bir 
gününü müftə yola salacaqdı, amma, hər halda, Molla Əsədulla qaşqabaqlı da olsa, 
qanıqara da olsa, Xədicə arvadın ruhu gərək şad olaydı, çünki Molla Əsədulla gəlib 
bu həyətdə oturub mərhumun qarşısında son borcunu verirdi və bu da o demək idi 
ki, arvadı «əl-rəhmanla», hörmət-izzətlə qaldıracaqdılar.  
Həyətin küçə qapısı açıldı və çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu 
ağappaq tənzifə bükülmüş bir qucaq ət gətirib Xədicə xalanın evinə qaldırdı. 
Əlbəttə, çörəkçi Ağabala bu əti baha qiymətə – kilosu 10 manata əldən aldırmışdı, 
çünki necə kəsilib, necə saxlanmağı məlum olmayan ağırlaşmış və çirkli-paslı 
hökumət ətindən qoca arvadın ehsanını vermək nə məhəlləyə yaraşardı, nə də ki, 
çörəkçi Ağabalanın özünün adına-sanına; hələ o tərəfi bir yana qalsın ki, hökumət 
dükanlarından ət almaq da asan məsələ deyildi, nə vaxtıydı ki, Bakıda əti talonla 
adambaşına bir kilo verirdilər; yağı isə talonla adambaşına yarım kilo (sonuncu dəfə 
7 Noyabr bayramı münasibətilə yağı adambaşına bir kilo vermişdilər). Məhəllə 
camaatı ətdən də, yağdan da çox korluq çəkirdi, amma belə, yas məclisləri üçün, 
yerin altında da olsaydı və bir dəvə qiymətinə başa gəlsəydi də (məhəllənin çörəkçi 
Ağabala kimi imkanlı adamlarının köməyi ilə), təzə ət tapılmalı və alınmalıydı.  
Məhəllə cavanlarının çoxu sürücü işləyirdi və o cavan sürücülərdən biri yük 
maşınını həyətin küçə qapısının ağzında saxladı. Bir neçə cavan əlinə kəlbətin, çəkic 
alıb həyət qapısının uzun-uzun illərdən bəri aşağıdan da, yuxarıdan da mismarla 
vurulub bərkidilmiş ikinci tayının uzun və paslı mıxlarını dartıb çıxartmağa başladı 
və bu zaman krantın yanında dayanıb baxan tələbə Murad İldırımlıya elə gəldi ki, o 
cavanlar qapı tayının mıxlarını yox, yazıq Xədicə arvadı həyatla, bu dünya ilə 
bağlayan paslı dəmir milləri dartıb çıxarırlar və beləcə əziyyətlə, tər tökə-tökə dartıb 
çıxarırlar, çünki Xədicə arvad o paslı millərdən hələ də əl çəkmək istəmir...  


 
26
Cavanlar nəhayət ki, həyətin küçə qapısını taybatay açdılar, sonra yazıq 
Xədicə arvadın göyümtül nimdaş adyala bükülmüş cənazəsini həyətə çıxartdılar ki, 
məscidə aparıb yudurtsunlar, sarıtdırsınlar və bu vaxt Molla Əsədulla gözlənilmədən 
üzünü tələbə Murad İldırımlıya tərəf tutdu, boğuq səsiylə:  
– Orda nöş durmusan, alə? – dedi. – Gəl, gəl, kömək elə, aparun məscidə!..  
Tələbə Murad İldırımlıya elə gəldi ki, Molla Əsədullanın o boğuq səsi bütün 
həyətə, küçəyə yayıldı və hamı da məhəllədəki kirayənişinin acizliyinin, 
yararsızlığının şahidi oldu; gözlərini yerə dikib ürəyi döyünə-döyünə cənazəyə 
yaxınlaşdı və Xədicə arvadın ayaq tərəfindən yapışdı. Tələbə Murad İldırımlının əli 
ömründə heç vaxt meyitə dəyməmişdi və indi adyalın altından Xədicə arvadın 
boşalmış cansız qılçını əlinin içində hiss etdikdə tələbəyə elə gəldi ki, onu səsləyən 
Molla Əsədulla deyildi, tale idi, bütün acizliyini, yararsızlığını bir daha ona 
göstərmək istəyirdi, yəni tale deyirdi ki, əziz dostum Murad İldırımlı, özün özünə 
qapanıb böyük-böyük fikirləşmək asan şeydir, bax, gəl beləcə əlinlə ölümü hiss elə, 
bir halda ki, sənin iyirmi yeddi yaşın var, onda, başqaları kimi sən də, zəhmət çək, 
gəl, ölümü əllərinlə beləcə müayinə et. Və tələbə burasını da yalnız indi bütün 
dəhşəti ilə başa düşdü ki, həmin bu göyümtül adyal gecələr onun özünün üstünə 
örtdüyü adyaldı; bircə anın içində tələbəni soyuq tər basdı, tələbə özünü məcbur edə 
bilmirdi, özünü ələ ala bilmirdi, Xədicə arvadın ölü qılçı, elə bil ki, onun da bütün 
içinə bir ölüm yayırdı, bu göyümtül adyalla da, elə bil, Xədicə arvadı 
bükməmişdilər, tələbənin özünü bürümüşdülər və tələbə öz bədəninin dərisində o 
adyalın nimdaşlığını hiss edirdi; dizləri əsirdi və ən dəhşətlisi bu idi ki, həmin dəm 
tələbə Murad İldırımlıya elə gəlirdi ki, bütün həyət onun necə bir vəziyyətə 
düşdüyünü görür, soyuq tərini duyur. Tələbə öz acizliyinə, ürəksizliyinə nifrət edə-
edə Xədicə arvadın o göyümtül adyala bükülmüş cənazəsindən tutub başqa məhəllə 
cavanları ilə bərabər, bir-iki addım atdı və elə bil ki, ağır bir yuxu içində Xosrov 
müəllimin səsini eşitdi:  
– Çəkil sən... Qoy mən aparım, sən çəkil...  
Xosrov müəllim qupquru quruyub qaxac olmuş barmaqları ilə tələbə Murad 
İldırımlını kənara elədi, özü Xədicə arvadın cənazəsindən yapışdı və məhəllə 
cavanları ilə birlikdə həyətdən çıxdı, cənazəni yük maşınına qaldırdılar, özləri də (o 
cümlədən, Xosrov müəllim) yük maşınına mindilər və maşın yerindən tərpəndi.  
Əlbəttə, hesabla tələbə Murad İldırımlı bir yüngüllük hiss etməliydi, Xosrov 
müəllimə minnətdar olmalıydı, amma həmin dəm bu cavan adamın içində Xosrov 
müəllimə qarşı bir kin-küdurət baş qaldırmışdı: tələbə özünü məcbur edəcəkdi, o, 
cənazəni başqaları ilə birlikdə aparıb maşına qoyacaqdı, məscidə gedəcəkdi, özü 
özünə sübut edəcəkdi ki, həyatın hər üzünə hazır adamdı və Xədicə arvadın o cansız 
qılçı da həyatın su içmək, çörək yemək, tualetə getmək kimi, təzə doğulmuş uşağı 
qucağına almaq kimi, bir parçası, bir hissəsidir... Tələbə özünü məcbur edəcəkdi ki... 
Indi ona elə gəlirdi ki, bu həyətdə, bu məhəllə camaatının arasında təpədən-
dırnağacan bir biabırçılıq içindədi. 
Həyətdəki mizin arxasında oturmuş kişilər isə yavaşdan bir-birləri ilə söhbət 
edirdilər, krant damcı-damcı axırdı, evə toplaşmış məhəllə arvadları daha ağlamırdı 
və bu gün universitetə dərsə getməyən (dördillik tələbəlik həyatında birinci dəfə idi 
ki, dərs buraxırdı) tələbə Murad İldırımlı həyətin küçə qapısı ağzında dayanıb yenə 
də bilmirdi ki, nə eləsin... Molla Əsədulla əvvəllər də hərdənbir məhəllədə gözünə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə