Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   21   22   23   24   25   26   27   28   ...   161

 
53
yollarımızı düzəldək, hər il təmir eləyək, lap gedək başqa qəbiristanlıqlara da 
köməklik göstərək, onların da yolu pisdir, əlimizdən gələni əsirgəməyək. Orasını da 
deyim ki, indiyəcən qəbiristanlıqda hər işi əllə görürük. Yazıq fəhlə qardaşımızdı... 
Beldi, külüngdü, vedrədi... Bir dənə də olsun ekskavatorumuz yoxdur. Bir dənə də 
olsun buldozerimiz yoxdu. Bir dənə də olsun kompressorumuz yoxdu. Onda, bəs, 
hansı texniki inqilabdan danışırıq? Nə isə, yoldaşlar... – Və indicə deyəcəyi sözlərin 
daxilində doğurduğu gizli istehza çeşməyin arxasından baxan boz gözlərinin dibinə 
güclə seziləcək bir işartı verdi, tez də çəkilib getdi və əlbəttə, heç kimin o istehzadan 
xəbəri olmadı. – Bir sözlə, onu deyirəm ki, yoldaşlar, biz gələcək üçün işləyirik. 
Gələcək üçün yaşayırıq... Hər şey gələcək naminə...  
Bu – Əbdül Qafarzadənin sevimli sözləri idi və hər dəfə, ya xitabət 
kürsüsündən, ya əmək veteranı kimi, pionerlərlə görüşəndə, ya da rəsmi adamlarla 
söhbət zamanı bu sözləri deyəndə daxilən həzz alırdı; bu sözlər onun özünün özü ilə 
gözəl bir zarafatı idi...  
Inqilabçılar gələcək naminə canlarından keçdi. Dvoryanlar, bəylər, həmin 
işıqlı gələcək naminə öz zümrələrindən ayrıldı, Qaraqum çöllərində güllələndi, 
fəhlələr, axmaq kəndlilər işlərini-güclərini buraxıb gələcək naminə mübarizə apardı, 
evdə çörək gözləyən ac balalarının güzəranını daha da ağırlaşdırdı. Gələcək naminə 
sürgünlərə getdilər, gələcək naminə vərəm tutub Sibir tayqalarında qurda-quşa yem 
oldular, gələcək naminə çarı taxtdan saldılar, amma o gələcək gəlib çıxmaq bilmir 
ki, bilmir... Stalin gələcək naminə özü də gecə-gündüz işlədi, adam həyatı keçirmədi 
(deyirlər Kremldə də üstünə şinel salıb meşin divanda yatırmış...), camaatı da işlətdi 
gələcək naminə, qırdı camaatı, həbsxanalara doldurdu və bu da işıqlı gələcək naminə 
idi. Müharibə zamanı milyon-milyon cavan o gələcək naminə canını qurban verdi. 
Xruşşov Stalinin cəsədini mavzoleydən çıxartdırdı, qorxunu-ürkünü götürdü (ona 
görə də indi bu boyda ölkədə bu cürə özbaşınalıq yaranıb!), amma gələcək naminə 
işləmək davam etdi və Xruşşov bütün dünyaya car çəkdi ki, o gələcək iyirmi ildən 
sonra gələcək, iyirmi ildən sonra kommunizm qurulacaq (yəni belə çıxırdı ki, Əbdül 
Qafarzadə indi kommunizmdə yaşamalıydı. Yaxşı yadındadı, o zaman ki, Xruşşov 
iyirmi ildən sonra kommunizm yaranacağını elan etdi, onda Qaratel soruşdu: «Yəni 
doğrudan kommunizm olacaq?» Əbdül Qafarzadə: – «Əlbəttə,» – dedi. «–Necə 
olacaq?» – «Necə olacaq? Necə lazımdı, başuva dönüm sənin, elə də olacaq. Iyirmi 
ildən sonra səhər yerindən duracaqsan, görəcəksən ki, qəzetlər yazıb: daha 
kommunizmdir. Televizor da deyəcək ki, day kommunizmdir. Radio da deyəcək ki
bilin və agah olun: day kommunizmdə yaşayırıq.  Şairlər də şerlər yazacaq ki, 
yaşasın belə kommunizm. O ki, qaldı kommunizmdə fəhlənin acından qarnının 
quruldamağına, adamın qarnı quruldayar də, kommunizm olanda nə olar?!»)...  
Brejnev dostumuz gəldi, özü nişan, orden, medal qalmadı, hamısını taxdı 
döşünə, o qədər artıq kalori qəbul etdi ki, indi dili söz tutmur, yazıb əlinə verdikləri 
kağızı da oxuya bilmir, oxuyanda da cürbəcür elə səslər çıxarır ki, adam başa düşə 
bilmir, bədbəxt oğlu bədbəxt nə deyir? Amma camaat yenə həmin gələcək naminə 
işləyir, gələcək naminə raportlar verir, gələcək naminə planlar doldurulur, gecə-
gündüz keçirilən təntənəli iclaslarda gələcək naminə Brejnevin adına əvvəlcədən 
hazırlanmış məktublar qəbul edilir, hamı (yəni o raportları, o məktubları düzəldənlər 
və oxuyanlar yox, bədbəxt işləyən camaat!) özü üçün yox, gələcək nəsillərin rifahı 
üçün, yaxşı yaşaması üçün işləyir, işləyir, işləyir. Bəs o gələcək nə vaxt gələcək? 


 
54
Əbdül Qafarzadə o mücərrəd gələcək naminə işləməyi (...ölməyi) dünyanın ən 
axmaq və mənasız bir işi hesab edirdi və hərdən gecələr, yuxuya getməzdən əvvəl 
dünyanın işləri barədə və o cümlədən, həmin gələcək barədə fikirləşəndə bu adam 
belə bir qərara gəlirdi ki, insan ki, necə nağıllar yaradıb, əsatirlər yaradıb, bu sistem 
də eləcə bir gələcək məfhumu yaradıb və o məfhumun köməyi ilə yüz milyonlarla 
əhalini idarə edir. Buna görə də əhali heç nəyə inanmır və cəmiyyət də buna görə bu 
qədər pozulub. Hamıdan əvvəl Əbdül Qafarzadənin özü gözəl bilirdi ki, bu xitabət 
kürsüsündən partiyanı da, hökuməti də, quruluşu da beləcə ələ salırsa və camaat – 
əksəriyyəti partiyaçıdır, komsomolçudur!– da beləcə əl vurursa, bundan artıq ictimai 
əxlaq pozğunluğu ola bilməz. Quldarlıq dövründə də belə olmayıb, qədim Romada 
da belə şey görünməyib. Əslində, bir cürə fikirləşib, bir cürə hərəkət edib, xitabət 
kürsülərindən isə bunun tamam əksini demək, mətbuatda bunun tamam əksini 
yazmaq – heç bir cəmiyyətdə bu dərəcədə bir riyakarlıq olmayıb və Əbdül 
Qafarzadə fikirləşəndə həmin riyakarlığı o qədər canlı təsəvvür edirdi ki, 
gülümsəyib başını bulayırdı: «– Pay atonan...». 
Əbdül Qafarzadə işin içində olan, işdən baş çıxaran təcrübəli bir adam idi və 
buna görə də tamam əmin idi ki, Sovet Ittifaqında fəhlədən tutmuş partiya işçilərinə 
qədər, təsərrüfat rəhbərlərindən tutmuş şairlərə və alimlərə qədər hökumətdən maaş 
alan, pul qopardan adamların azı altmış faizi kapitalist ölkələrində acından ölərdi, 
çünki bu adamlar burada heç nə eləməyib maaş alırdılar, pul qazanırdılar; elədikləri 
də ancaq özləri üçün idi: trolleybus sürücüsü hökuməti aldadıb bilet pulunu özü 
üçün qazanırdı və o puldan öz briqadirinə də verirdi, briqadir bir az böyüyünə 
verirdi, o – trolleybus parkının rəisinə, rəis özündən böyüyünə, o da bir az yuxarıya 
və o trolleybus biletindən qəpiyin yüzdə biri də olsa, gedib çıxırdı lap yuxarılara, az 
qala, Allahın yanına... həmin yüzdə bir qəpiyi vur milyona, vur milyarda, vur 
trilyarda, neçə manat eləyir?  
Stalin cəllad idi– əlbəttə, buna söz ola bilməz. Xruşşovun da ipinin üstünə 
odun yığmalı deyildi – bu da məlum məsələdi. Ən yaxşısı şübhəsiz ki, bu Brejnev 
idi: təriflə, öz işini gör. Indi Brejnevin vaxtında ki, rüşvət belə ayaq alıb yeriyir, 
ordenlər, medallar da, deputatlıq da rayon ölçülü bu cür (M.P.Qəribli kimi!) balaca 
hakimi-mütləqlərdən tutmuş lap yuxarılaracan rüşvətlərlə alınır, yalançı əmək 
raportları bütün dünyanı başına götürüb, kənd sovetindən tutmuş partiya 
qurultaylarınacan bütün ölkə miqyasında keçirilən iclaslar teatr tamaşalarına çevrilib 
(çıxış edənlər də – artistlərə!), haradan istəyirsən və hara istəyirsən, ezamiyyətə 
getmək, əslində, qonaqlığa getmək olub, vallah, billah, buna ancaq Sovet Ittifaqı 
dözə bilər... Bütün bunları fikirləşəndə Əbdül Qafarzadə az qalırdı Sovet Ittifaqının 
təəssübünü çəksin... Sonra gülümsəyirdi: eybi yox, gələcəkdə hər şey düzələcək...  
Əbdül Qafarzadə həmin günəşli aprel səhəri Rayon Icraiyyə Komitəsindəki 
müşavirədə çıxışını gələcəklə başa vurub xitabət kürsüsündən aşağı düşdü, sonra 
daha iki çıxış oldu, sonra saat on ikiyə az qaldığı üçün birinci katib qalxıb özü 
maşavirənin işinə yekun vurdu və bir o qədər çıxış eləyənlərin içində təkcə Əbdül 
Qafarzadənin çıxışının üzərində dayandı: 
– Görürsünüz, yoldaşlar, – dedi. – Belə baxsan kiçik bir təsərrüfatın rəhbəridir. 
Lakin iqtisadi problemlərdən tutmuş vətəndaşlıq problemlərinəcən, hər şeyi necə 
dəqiq bilir, öz fikirlərini səlis ifadə edir, ən başlıcası isə, Bakı sakinlərinin 
təəssübünü çəkir, xalqın interesini güdür. Masştabla fikirləşir, başa düşürsüz, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə