Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   29   30   31   32   33   34   35   36   37

 

76 


«Görürsən, yenə səhv eləyirsən. Bu adamlar özüm ağırlıqda ərizə yazıblar məndən. 

Bilirsən  nələr  yazırlar?  Yazmaqda  İsmayıl  Şıxlı  bunların  yanında  heç  nədi.  Mən 

bunların  ürəyini  oxumağı  bacarmasam,  bir  gün  də  işləyə  bilmərəm.  Deməli  belə, 

müəllimlər  dərs  keçmədikləri  üçün  direktorun  yanında,  direktor  bu  özbaşınalıqdan 

rahatca  pul  qazandığı  üçün  müəllimlərin  yanında  üzüqaradır.  Şöbə  müdiri  də, 

direktordan  aldığı  rüşvətdən  əlavə  hərdən  müəllimlərin  maaşını  kəsir.  Dərs 

keçməmisən, pul alırsan, iki-üç ayını da mənə ver. Əslində, düz eləyir. O da buna görə 

müəllimlərə  bir  söz  deyə  bilmir.  Hərənin  bir  üzqarası  var,  odu  ki,  bir-birini  yola 

verirlər. Camaat da ki, qoyun kimi şeydi». 

«Rayonda-zadda  görəndə  yazığım  gəlirdi  bunlara»  -  yarıyuxulu  adamlar  kimi 

dilləndim – «Bəs sən niyə öz etrazını bildirmirsən? Kəndin rəhbərisən axı». 

«Çox  cavansan  hələ...  Qulaq  as,  ictimai  yerlərdə  heç  vaxt  böyük  adamların 

əleyhinə  danışma.  Gördün  əmin  oğlunu?…  İmkanı  olsa,  səni  tutdurardı.  Məndən  sənə 

amanat, pisləmə böyük adamları, lap düz desən belə».  

«Yalan danışım?» 

«Rəhmətlik  Səlim  müəllimi  tanıyırdın?  Yox,  yadına  gəlməz,  uşaqsan.  Tarixdən 

dərs  deyirdi  bizə,  çox  əzazil  müəllim  idi.  Bir  dəfə  Azərbaycanın  SSRİ-yə  daxil 

olmasından  danışırdı.  Dedi  ki,  biz  ruslarla  könüllü  birləşmişik.  Əlimi  qaldırıb  ayağa 

durdum,  dedim,  məllim,  axı  babam  danışır  ki,  şura  hökuməti  gələndə  kəndimizdəki 

bütün  qoçaq  adamları,  varlı  adamları,  din  adamlarını  güllələdilər,  sürgünə  yolladılar. 

Hökumət  adamı  görən  kimi  arvad-uşaq  kənddən  qaçıb  daşda-qayada  gizlənirdi.  Səlim 

məllim  iri addımlarla  mənə  yaxınlaşdı, qulağımın dibinə  nə təhər bir şillə  ilişdirdisə… 

İnan o şillənin uğultusu hələ də qulağımdadır» – mamoğlunun gözləri dərinə çəkildikcə 

daha çox parıldadı – «O şillədən sonra heç vaxt düz danışmamışam!» – azca fasilə verdi 

–  «Nə  mat-mat  baxırsan?  İnanmırsan  mənə?  Həyatda  bütün  qazandıqlarımdan  ötrü 

Səlim müəllimə minnətdaram. Allah rəhmət eləsin o kişiyə».  

Palçığı  yoğura-yoğura  yatağın  ortasına  tərəf  addımladıq.  Qolumu  buraxmamışdı 

hələ: 


«Bir  dəfə,  aramızda  qalsın,  qaçqınların  vəziyyəti  ilə  bağlı  müşavirə  keçirilirdi. 

Bakıdan  da  adamlar  gəlmişdi  –  Mərkəzi  Komitədən,  Qaçqınkomdan,  Nazirlər 

Sovetindən,  Kənd  Təsərrüfatı  Nazirliyindən,  Torpaq  Komitəsindən...  Bütün  kolxoz 

sədrlərini yığdılar. Mən də getdim. Qaçqınların vəziyyəti necə olmalıdı ki? Su yox, işıq 

yox,  məktəb yox, odun-ocaq yox, otlaq  yox. Bircə adambaşına 5  min  manat (təxminən 

1  dollar)  çörəkpulu  verilir,  vəssəlam.  İntəhası  işıq  elə  şeydi  ki,  23  saat  yanmasa  da,  1 

saat  yana  bilər.  Məktəbi  də  həftədə  ən  azı  bir  gün  açmaq  mümkündür.  Odun-ocağı  da 

birtəhər tapmaq olur. Odu ki, bu barədə nəsə ümumi bir şey demək olar. Amma faktiki 

olaraq  su  yoxdu,  kanal  bomboşdu.  Bunu  day  dəbbələmək  mümkün  deyil.  Üstəlik 

vəziyyəti rayon rəhbərliyi də dəqiq bilir,  Bakıdan  gələnlər də. Minlərlə  müraciət  gedib 

ölkənin  bütün  rəhbər  orqanlarına.  Tərs  kimi  həmin  il  çoxlu  taxıl  əkmişik.  Bizi  əmin 

etmişdilər ki, su gələcək. Suvarma mövsümü başa çatır, su dərdindən taxıl məhv olurdu. 

Başçı  əvvəlcə  Abadxeyir  kəndinin  kolxoz  sədrini  hesabata  çağırdı.  Bu  peydasız,  sənin 

kimi nə var onu söylədi. Zal dəydi biri-birinə. Başçı necə əsəbləşdisə... Qışqırdı bunun 

üstünə:  «Sarsağın biri sarsaq, iş görə bilmirsən, get ərizəni  yaz!» İclas protokola düşür 

axı»  –  gülmək  tutdu  mamoğlunu.  Necə  şaqqanaq  çəkdisə,  az  qaldı  müvazinətini  itirib 




 

77 


yıxılsın.  Qolumdan  daha  bərk  yapışdı.  İxtiyarsız  çevrilib  onun  gülməkdən  artıq  yox 

olan gözlərinin çuxura buraxdığı seyrək kirpiklərə baxdım. Gülə-gülə söhbətinə davam 

etdi: 

«Sonra  söz  Ağtəpə  kəndinin  sədrinə  verildi.  O  lətifəni  bilirsən?  Canavar  deyir  bu 



ağlı kimdən öyrəndin, tülkü dovşanı göstərir ki, bu gözüçıxmışdan». 

«Bilirəm». 

«Ağtəpə kəndinin sədri o biri yoldaşının tamam əksinə danışdı. İşıq yanır, məktəb 

işləyir, odun-ocaq boldu, üstəlik suvarma işləri də başa çatıb» - mamoğlu təzədən məni 

hövsələdən  çıxaran  bir  hırıltıyla  uğunub  getdi.  Hannan-hana  əllərini  biri-birinə  vurub 

bərkdən dilləndi: 

«Ananı sevim, məni qınayan! Su yoxdu yeee, a kişi! Bir damcı belə... Heç adamlar 

içməyə tapmır» - təzədən hırıltı. 

«Bəsdi də» - mən dedim. 

«Başçı  özü  də  çaşıb  qaldı.  Təkrar  soruşdu:  «Suvarma  qurtarıb?!».  Kolxoz  sədri 

əminliklə  «Bəli»  -  dedi.  Heyrətdən  ağzı  açıla  qalan  başçı  bilmədi  nə  desin,  kişiyə  öz 

təşəkkürünü bildirdi...  

Sonra məni çağırdılar». 

Mamoğlu  ah  çəkdi.  Sanki  bu  çətin  imtahanı  indi  burda  da  verəcəkdi.  Gülməkdən 

yaşaran gözlərinin nəmini qurulaya-qurulaya ciddi görkəm aldı: 

«Belə yerdə gərək çox savadlı danışasan. Hətta elə bir dildə ki, heç kəs konkret bir 

şey  anlamasın.  Məsələn  belə  –  salam  hörmətli  başçı,  əziz  qonaqlar,  müşavirə 

iştirakçıları!  Son  vaxtlar  ölkəmizdə  gedən  quruculuq  işləri  rayonumuza,  eləcə  də 

rəhbərlik  etdiyim  kolxoza  öz  uğurlu  töhfələrini  verib  –  bu  yerdə  lazımdı  ki,  ölkə 

başçısının  bir  neçə  vacib  fərman  və  ya  sərəncamını  tarixi  ilə  birlikdə  yada  salasan. 

Qanının arasına girsə, belə şeylər girər. Sonra bu qərarın icrası üçün görülən işlər və s. 

Mən  də  eynən  belə  elədim.  İşıqdan,  otlaqdan,  odun-ocaqdan,  təhsildən  birtəhər  sivişib 

gəldim  əsas  məsələyə.  Dəqiq  yadımda  deyil,  suvarma  barədə  təxminən  belə  bir  cümlə 

işlətdim  –  suvarma  işi  bütün  respublikada  olduğu  kimi  bizim  kalxozda  da  öz 

aktuallığını  saxlayır  və  bu  istiqamətdə  real  addımlar  atılmasını  labüdləşdirir.  Biz  də 

hörmətli  rayon  rəhbrliyinin  göstərişinə  əsasən  bu  yöndə  lazımlı  addımları  atırıq.  Bax 

belə! Gördüm başçı gülümsəyir. Amma rəhmətliyin oğlu bataqlıqdan gül kimi çıxdığım 

yerdə  bir  sualla  təkrar  məni  itələyib  çamurun  içinə  saldı:  «Suvarma  işlərini  başa 

çatdırmısan?».  Bu  artıq  konkret  sual  idi  və  başçı  məndən  konkret  cavab  istəyirdi.  Sən 

olsan, yəqin deyərdin, a kişi, ət almısan ki, küftə istəyirsən?» 

«Deyərdim». 

«Amma gör mən nə dedim – yox, hörmətli başçı, hələ davam eləyir. Bundan sonra 

«çalışın  yekunlaşdırın»  deyib  məni  vəziyyətdən  çıxara  bilərdi.  Amma  daha  bir 

gözlənilməz  sual  verdi:  «Niyə  qurtarmamısan?!»  İndi  fikirləşirəm  ki,  mənnən  mırt 

tuturmuş kişi. Ya da ağlımı, siyasətimi yoxlayırmış. Niyə qurtarmamısan? Uje bu yerdə 

gərək  Fridrix  Engels  olasan.  Dedim,  bağışlayın,  cənab  başçı,  texnikamızda  bir  az 

nasazlıq var, söz verirəm ki, yaxın günlərdə bu problemi aradan qaldıracam». 

«İnanıram» – dedi – «Keç əyləş».  

Müşavirədən  sonra  hamı  gözləyirdi  ki,  Abadxeyirin  kolxoz  sədrinin  fatihəsi 

oxunacaq.  Amma  başçı  onun  ərizəsini  cırıb-atdı.  Dedi,  get  işlə,  bir  az  təcrübə  topla. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə