25
Nazir Əhmədli
yol verməmək üçün təslim olur. Amma bu aşkar uydurmadır,
qədim erməni tarixçiləri də, daha realist müasir tarixçilər də
yazır ki, tərəfdarlarının getdikcə azaldığını görən Smbatın
təslim olmaqdan başqa çarəsi qalmır və 914-cü ildə təslim olur.
Yusif bir şərtlə onu sağ qoymağa razılıq verir ki, Smbat hələ də
müqavimət göstərən
Yerncaq qalasının (indiki Əlincə qalası)
müdafiəçilərinə müraciət edərək onları təslim olmağa çağırsın.
Smbat razılaşır, amma qalaya yaxınlaşanda sözünün üstündə
durmur və qışqırıb onlara deyir ki, təslim olmasınlar. Smbatın
xəzinəsi və arvad-uşağı da bu qalada imiş. Qəzəblənən Yusif
əvvəlcə onu asdırır, sonra Ermənistanın paytaxtı Dvin şəhərində
meyidini çarmıxa çəkdirir ki, bir daha üsyan qaldırmağa kimsə
cürət etməsin. Bir müddət sonra Yerncak qalası da tutulur və
ona qarşı çıxmağa daha cürət edən olmur. Bir qədər əvvəl isə
Smbatın oğlu Muşeq də zindanda ölmüşdü.
Beləliklə, Gabud kəndi belə bir tarixi hadisənin şahidi
olmuşdu. Biz orada yaşayanda orada mövcud olmuş qədim
erməni kilsəsinin xarabalıqları hələ də dururdu. Onun aşağı
hissəsində gabudluların
“Erməni tapı” dedikləri bir təpə-kurqan
vardı, deyirdilər ki, buraları işğal edən
Teymurləng bütün
erməniləri qırdırıb, üstlərinə torpaq tökdürüb və bu təpə əmələ
gəlib. Təpə doğrudan da belə bir şeyə oxşayırdı, amma 1972-ci
ildə həmin təpədən təxminən 200 m yuxarıda, xaraba şəhərin
ərazisində kilsə qalıqlarına yaxın bir yerdə erməni buldozerçiləri
meliorasiya işləri görərkən, heç kimin gözləmədiyi halda kütləvi
məzarlıqla rastlaşdılar, insan sümükləri hər tərəfə yayılmışdı,
rayon rəhbərliyinə məlumat verdilər və onlar da dərhal işin
dayandırılmasını tələb etdilər. Dağıdılan təpənin yanında başqa
bir belə təpə də vardı.
26
Gabud və gabudlular
Şəhər xarabalıqlarının aşağı hissəsində babamız Fətəlinin
adı ilə adlandırılan
“Fətəli bulağı” deyilən bir bulaq vardı,
ulu əcdadımızın daşdan yonub düzəltiyi təknə istər insanların,
istərsə də digər canlıların bu bulaqdan su içməsi üçün çox
rahatlıq yaratmışdı. Gabudun son illərində Fətəlinin kiçik oşlu
Abbasın nəslindən olan Cəmil əmoğlu- Abbasov Cəmil Əli
oğlu bu bulağa yaxın yerdə özünə ev tikmiş və ulu babasının
yadigarından istifadə edirdi.
Kələklər iki şeylə daha əlamətdar idi-burada yaz vaxtı çiçək
açan nərgiz və bənövşə oranı Yer üzünün cənnətinə çevirirdi. Bir
də hər il mayın 1-də kəndin bütün kişiləri, uşaqlı-böyüklü hərə
özünə münasib olan adamlarla 1 May Həmrəylik gününü qeyd
etmək, yeyib-içmək üçün buralara qalxır, qarmonun, zurna-
nağaranın səsi yaxınlıqdakı qayalarda əks-səda verərdi. Hər kişi
1 toyuq, bir butulka da araq götürüb buraya gələrdi, uşaqlar da
povidlo, balıq konservi, limonad-çaxırla işlərini yola verərdi,
hər dəstə bir bulağın başına çəkilərdi. Bircə Nəsib dayı istisna
idi-heç kimə qarışmaz, uşaqları ilə
“Boğaz bulağı” dediyimiz
bulağın başına çəkilər, mütləq bir erkək kəsər, may bayramını
ayrıca qeyd edərdi. İndi Ordubad rayonunun Nəsirvaz kəndində
yaşayan və səxavətli insan olan Nəsib dayı atamın qohumudur-
nənəsi Bəyaz xala atamın doğma xalası qızıdır. İsmayıllı
rayonunun Ruşan kəndində yaşayan oğlu Yusiflə 10 il bir sinifdə
oxumuşuq.
Qədim Mesopotomiyada olduğu kimi, Gabud kəndindən
iki çay keçirdi onlardan biri-
“Xırda çay” öz mənbəyini Boğaz
bulağından götürür,
“Kəndin altı” deyilən ərazidə “Böyük çay”
dediyimiz çaya qarışır, o isə Araza tökülən
Arpaçaya birləşirdi.
Coğrafi məlumatlarda onu
Şərqi Arpaçay adlandırırlar,
27
Nazir Əhmədli
çünki Türkiyənin ərazisində başqa bir Arpaçay da var və o
Qərbi
Arpaçaydır.
Xırda çaydan cənuba,
Qayaarasına qalxan sıx meşə ilə
örtülmüş yamac
“Quzey” adlanırdı, yəni Qayaarasının şimal
ətəyini təşkil etdiyinə görə belə adlandırılmışdı, burada müxtəlif
çöl heyvanları, xüsusən ayılar yaşayırdı. Ayıların çox sevdikləri
giləmeyvəni-cərməşov kollarının
“qaraca” adlandırdığımız
meyvələrini elə insanlar da çox sevirdi. Kal halında qırmızı
rəngdə olub ağızı büzüşdürən, yeyilməsi mümkün olmayan bu
meyvələr yetişdikdə qara rəng alır və şirinləşirdi. Adını da elə
rəngindən götürmüşdü.
Şəhər xarabalıqlarının yuxarı-şərq hissəsində
“Dəlik daş”
dediyimiz yerdə körpü şəklində olan qayalıq vardı, ona görə belə
adlandırmışdılar. Burada qayaların içindən gur bir bulaq çıxır və
Xırda çaya qarışırdı. Dəlikdaşın cənub-şərq yamacında Hürşanın
nəvəsi Vəlinin adı ilə adlandırılan
“Vəlinin arısı” deyilən uca
və sıldırım bir qaya vardı, qayanın əlçatmaz, quşqonmaz bir
yerində bal arıları yuva qurmuş və bal toplayırdılar. Onu ilk dəfə
aşkar edən və buradan bal çıxarmağı bacaran Vəli babamız adını
beləcə tarixə həkk etdirmişdi. Bizim dövrümüzdə yalnız bir
nəfərin oradan bal çıxardığının şahidi olduq, o da İman əmoğlu
oldu. İman Fətəlinin oğlu Səfiqulunun törəməsidir, atası Qurban
əmi Səfiqulunun nəvəsidir. Anası Saray xala isə Vəlinin oğlu
Kərbəlayi Allahverdinin nəvəsidir.
Boğaz bulağından şimalda, başqa yüksək bir qayalıqda
“Əhmədin arısı” deyilən bir qaya da vardı, çox güman ki, o
da 1842-ci il tarixli sənəddə 18 yaşı olduğu göstərilən Əhməd
Məmməd oğlunun, ya da Xudabəndənin oğlu Əhmədin adı ilə
bağlıdır.
Dostları ilə paylaş: |