Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə7/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   129

25

Nazir Əhmədli

yol  verməmək  üçün  təslim  olur. Amma  bu  aşkar  uydurmadır, 

qədim  erməni  tarixçiləri  də,  daha  realist  müasir  tarixçilər  də 

yazır  ki,  tərəfdarlarının  getdikcə  azaldığını  görən  Smbatın 

təslim olmaqdan başqa çarəsi qalmır və  914-cü ildə təslim olur. 

Yusif bir şərtlə onu sağ qoymağa razılıq verir ki, Smbat hələ də 

müqavimət göstərən 

Yerncaq qalasının (indiki Əlincə qalası)  

müdafiəçilərinə müraciət edərək onları təslim olmağa çağırsın. 

Smbat  razılaşır,  amma  qalaya  yaxınlaşanda  sözünün  üstündə 

durmur və qışqırıb onlara deyir ki, təslim olmasınlar. Smbatın 

xəzinəsi  və  arvad-uşağı  da  bu  qalada  imiş.  Qəzəblənən Yusif 

əvvəlcə onu asdırır, sonra Ermənistanın paytaxtı Dvin şəhərində 

meyidini çarmıxa çəkdirir ki, bir daha üsyan qaldırmağa kimsə 

cürət  etməsin.  Bir  müddət  sonra Yerncak  qalası  da  tutulur  və 

ona qarşı çıxmağa daha cürət edən olmur. Bir qədər əvvəl isə 

Smbatın oğlu Muşeq də zindanda ölmüşdü.

Beləliklə,  Gabud  kəndi  belə  bir  tarixi  hadisənin  şahidi 

olmuşdu.  Biz  orada  yaşayanda  orada  mövcud  olmuş  qədim 

erməni  kilsəsinin  xarabalıqları  hələ  də  dururdu.  Onun  aşağı 

hissəsində gabudluların 



“Erməni tapı” dedikləri bir təpə-kurqan 

vardı,  deyirdilər  ki,  buraları  işğal  edən 



Teymurləng  bütün 

erməniləri qırdırıb, üstlərinə torpaq tökdürüb və bu təpə əmələ 

gəlib. Təpə doğrudan da belə bir şeyə oxşayırdı, amma 1972-ci 

ildə  həmin  təpədən  təxminən  200  m  yuxarıda,  xaraba  şəhərin 

ərazisində kilsə qalıqlarına yaxın bir yerdə erməni buldozerçiləri 

meliorasiya işləri görərkən, heç kimin gözləmədiyi halda kütləvi 

məzarlıqla  rastlaşdılar,  insan  sümükləri  hər  tərəfə  yayılmışdı, 

rayon  rəhbərliyinə  məlumat  verdilər  və  onlar  da  dərhal  işin 

dayandırılmasını tələb etdilər. Dağıdılan təpənin yanında başqa 

bir belə təpə də vardı. 




26

Gabud və gabudlular

Şəhər xarabalıqlarının aşağı hissəsində  babamız Fətəlinin 

adı  ilə  adlandırılan 

“Fətəli  bulağı”  deyilən  bir  bulaq  vardı, 

ulu əcdadımızın daşdan yonub düzəltiyi təknə istər insanların, 

istərsə  də  digər  canlıların  bu  bulaqdan  su  içməsi  üçün  çox 

rahatlıq yaratmışdı. Gabudun son illərində Fətəlinin kiçik oşlu 

Abbasın  nəslindən  olan  Cəmil  əmoğlu-  Abbasov  Cəmil  Əli 

oğlu bu bulağa yaxın yerdə özünə ev tikmiş və ulu babasının 

yadigarından istifadə edirdi.

Kələklər iki şeylə daha əlamətdar idi-burada yaz vaxtı çiçək 

açan nərgiz və bənövşə oranı Yer üzünün cənnətinə çevirirdi. Bir 

də hər il mayın 1-də kəndin bütün kişiləri, uşaqlı-böyüklü hərə 

özünə münasib olan adamlarla 1 May Həmrəylik gününü qeyd 

etmək,  yeyib-içmək  üçün  buralara  qalxır,  qarmonun,  zurna-

nağaranın səsi yaxınlıqdakı qayalarda əks-səda verərdi. Hər kişi 

1 toyuq, bir butulka da araq götürüb buraya gələrdi, uşaqlar da 

povidlo,  balıq  konservi,  limonad-çaxırla  işlərini  yola  verərdi, 

hər dəstə bir bulağın başına çəkilərdi. Bircə Nəsib dayı istisna 

idi-heç kimə qarışmaz, uşaqları ilə 

“Boğaz bulağı” dediyimiz 

bulağın başına çəkilər, mütləq bir erkək kəsər, may bayramını 

ayrıca qeyd edərdi. İndi Ordubad rayonunun Nəsirvaz kəndində 

yaşayan və səxavətli insan olan Nəsib dayı atamın qohumudur-

nənəsi  Bəyaz  xala  atamın  doğma  xalası  qızıdır.  İsmayıllı 

rayonunun Ruşan kəndində yaşayan oğlu Yusiflə 10 il bir sinifdə 

oxumuşuq. 

Qədim Mesopotomiyada  olduğu kimi, Gabud kəndindən 

iki çay keçirdi onlardan biri- 

“Xırda çay”  öz mənbəyini Boğaz 

bulağından götürür, 



“Kəndin altı” deyilən ərazidə “Böyük çay” 

dediyimiz çaya qarışır, o isə Araza tökülən 



Arpaçaya birləşirdi. 

Coğrafi  məlumatlarda  onu 



Şərqi  Arpaçay  adlandırırlar, 


27

Nazir Əhmədli

çünki Türkiyənin ərazisində başqa bir Arpaçay da var və o 



Qərbi 

Arpaçaydır. 

Xırda  çaydan  cənuba, 



Qayaarasına  qalxan  sıx  meşə  ilə 

örtülmüş  yamac 



“Quzey”  adlanırdı,  yəni  Qayaarasının  şimal 

ətəyini təşkil etdiyinə görə belə adlandırılmışdı, burada müxtəlif 

çöl heyvanları, xüsusən ayılar yaşayırdı. Ayıların çox sevdikləri 

giləmeyvəni-cərməşov  kollarının 



“qaraca”  adlandırdığımız 

meyvələrini  elə  insanlar  da  çox  sevirdi.  Kal  halında  qırmızı 

rəngdə olub  ağızı büzüşdürən, yeyilməsi mümkün olmayan bu 

meyvələr yetişdikdə qara rəng alır  və şirinləşirdi. Adını da elə 

rəngindən götürmüşdü.

Şəhər xarabalıqlarının yuxarı-şərq hissəsində 



“Dəlik daş” 

dediyimiz yerdə körpü şəklində olan qayalıq vardı, ona görə belə 

adlandırmışdılar. Burada qayaların içindən gur bir bulaq çıxır və 

Xırda çaya qarışırdı. Dəlikdaşın cənub-şərq yamacında  Hürşanın 

nəvəsi Vəlinin adı ilə adlandırılan 

“Vəlinin arısı” deyilən uca 

və  sıldırım  bir  qaya  vardı,  qayanın  əlçatmaz,  quşqonmaz  bir 

yerində bal arıları yuva qurmuş və bal toplayırdılar. Onu ilk dəfə 

aşkar edən və buradan bal çıxarmağı bacaran Vəli babamız adını 

beləcə  tarixə  həkk  etdirmişdi.  Bizim  dövrümüzdə  yalnız  bir 

nəfərin oradan bal çıxardığının şahidi olduq, o da İman əmoğlu 

oldu. İman Fətəlinin oğlu Səfiqulunun törəməsidir, atası Qurban 

əmi  Səfiqulunun  nəvəsidir. Anası  Saray  xala  isə  Vəlinin  oğlu 

Kərbəlayi Allahverdinin nəvəsidir. 

Boğaz  bulağından  şimalda,  başqa  yüksək  bir  qayalıqda 



“Əhmədin arısı” deyilən bir qaya da vardı, çox güman ki, o 

da 1842-ci il tarixli sənəddə 18 yaşı olduğu göstərilən Əhməd 

Məmməd oğlunun, ya da Xudabəndənin oğlu Əhmədin adı ilə 

bağlıdır. 




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə