Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə2/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   129

6

Gabud və gabudlular

inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əha-

tə  emişdir.  XVIII  əsrin  əvvəlində 

Osmanlı  dövlətinin  idarəsi 

altın da  olmuş  Naxçıvan  sancağının  14  nahiyəsindən  biri  də 

Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə 

edirdi. Xalq bölgüsünə görə, 2 hissəyə ayrılırdı: Şərqi Dərələyəz 

və Qərbi Dərələyəz.

Türkmənçay  müqaviləsindən  (1828)  sonra  Rusiyanın 

tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən bu-

raya  köçürülən  ermənilərin  hesabına  etnodemoqrafik  dəyşik-

liklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 

94,1%-ni  azərbaycanlılar,  5,8%-ni  ermənilər  təşkil  edirdisə, 

köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci 

ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-

Dərələyəz  qəzasına  daxil  edilmişdir.  1897-ci  ilin  məlumatına 

görə,  Dərələyəzin  sahəsi  2972,3  kv.km,  əhalisi  76551  nəfər 

idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olmuşdur. 

1918-1920-ci  illərdə  Dərələyəzin  azərbaycanlı  əhalisi  dəhşətli 

soyqırıma  məruz  qalmış,  sağ  qalanlar  isə  öz  doğma  yerlərini 

tərk etməyə məcbur edilmişlər. Sovet hakimiyyəti illərində Də-

rələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb 

Ermənistana  verilmişdir.  Bütün  XX  əsr  boyu  azərbaycanlılara 

qarşı  aparılan  soyqırım  siyasəti  nəticəsində  onlar  Qərbi Azər-

baycandan (indki Ermənistan), o cümlədən Dərələyəzdən zorla 

deportasiya olunmuşlar.

1849-cu ildə mərkəzi Şərurda yerləşən Baş Noraşen kəndi 

olmaqla  Şərur-Dərələyəz  qəzası  yaradılmlşdır.  1920-ci  ildə 

eməni-azərbaycanlı müharibəsi nəticəsində qəzanın bir hissəsi 

Baş  Noraşen  də  daxil  olmaqla  Naxçıvan  MSSR-in  tərkibində 

qalmış,  qalan  hissənin  adı  dəyişdirilərək 



Dərələyəz  nahiyəsi 


7

Nazir Əhmədli

edilmiş  və  Ermənistanın  tərkibinə  qatılmış,  Keşişkənd  kəndi 

qəzanın mərkəzi olmuşdur. 1930-cu ildə qəza ləğv edilmiş və 

onun ərazisi Keşişkənd rayonunun tərkibinə daxil edilmişdir. 

Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı 

Keşişkənd  və  Söylan  rayonlarına  bölünmüşdür.  Dərələyəz 

Dərələyəzin  xəritəsi



8

Gabud və gabudlular

(dəyişdirilmiş adı Vayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Nax-

çıvan  çayı  arasındadır.Şərqdə  Zəngəzur  zirvəsinə  qovuşur.

Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır (h.3120 m).

Yaşadığımız  Gabud  kəndi  Dərələyəzin  cənub-şərqində, 

Nax çıvan  Muxtar  Respublikasının  Kükü  kəndi  ilə  sərhəddə 

yerləşirdi,  1988-ci  ildə  deportasiya  edilməzdən  qabaq  burada 

500 nəfərə yaxın adam yaşayırdı. Buradan Kükü kəndinə qədər 

15 km məsafə vardı-bu iki kəndi Səfərbəy və Keçəl dağ, Qanlı 

göl bir-birindən ayırırdı.

Gabud kəndinin adının mənşəyinə gəldikdə isə, əslən Qərbi 

Azərbaycandan olan alim İ.Bayramov  



“Qərbi Azərbaycanın 

türk  mənşəli  toponimləri.  Bakı,  2000”  adlı  kitabında  onun 

“kab/gab”  sözündən götürülərək “qayalar arasından keçən 

yol,  cığır”  mənasını  verdiyini  bildirir  və  deməliyəm  ki,  bu 

izah  Gabud  kəndinin  relyefinə  olduqca  uyğundur.  Bu  adı  ona 

kim fikirləşib qoyubsa, çox dəqiq qoyub. Qeyd edim ki, Gabud 

kəndinin 1852-ci ilə aid kameral siyahıda adı ərəb əlifbası ilə 

də 

“Kabut” kimi yazılıb. Kəndin adının sonundakı səsin “t”, 

yaxud “d” olması haqqında həmişə müəyyən fərqli mülühizələr 

meydana çıxırdı, indi məlum olur ki, “t” olub, amma sonradan 

“d” kimi tələffüz olunmağa başlayıb və yazıya da belə keçmişdi. 

Adın  birinci  səsinin  də  “g”  yox,  “k”  (“kağız”  sözündəki  “k”) 

olmasının daha dəqiq olduğu anlaşılır. 

Ermənistanda  aparılan  kütləvi  addəyişdirmə  kam pani-

yasında  1968-ci  ildə  Gabudun  da  adını  dəyişdirib 



Kapuyt 

eləmişdilər ki, rəsmi sənədlərdə belə də yazılırdı. Onlar bunu 

belə əsaslandırırdılar ki, buranın qədim adı məhz Kapuyt olub. 

Düzdür, Gabud kəndinin yaxınlığındakı qədim Kapuyt şəhərinin 




9

Nazir Əhmədli

xarabalıqları dururdu, amma Gabud kəndi onun yerində deyil, 

ondan bir qədər aşağıda, onun qərbində yerləşirdi.

“Kapuyt” sözünün mənasına gəlincə, erməni dilini bilənlər 

bu  sözün  mənasını  “yaşıllıq”,  “göylük”  kimi  izah  edirdilər. 

Gabudun təbiəti bu mənaya uyğun idi. Amma ən azı son 300 

illik  sənədlərdə  Kabut/Kəbut  kimi  yazılan  kəndimizin  adının 

farscadan mənası da “göylük”, “yaşıllıq” mənsını verir. Beləliklə, 

qeyd etməliyəm ki, Kabut/Gabud toponimi də, Kapyt da onun 

təbiətinə tamamilə uyğun idi.

Dərələyəz mahalının əhalisinin 

qaraçorlu türkmən lərin­

dən olduğu haq qın dakı məlumata əsaslanaraq, Gabud /Kabut/ 

sözünə uyğun adın olub-olmadığını araşdırmaq qərarına gəldim 

və  axtarışlarım  müsbət  nəticə  verdi.  Məlum  oldu  ki,  Salmas-

Xoy-Maku  şəhərlərinin  əmələ  gətirdiyi  üçbucağın  daxilində 

Kabut sözündən yalnız bir hərflə fərqlənən 

“Kaput” adlı kənd 

var, həm də bu kənd Türkiyədəki 



Çaybağı­Qaraçor nahiyəsinin 

yaxınlığında yerləşir. Güman etmək olardı ki, Gabuda ilk gələn 

müsəlman  Ruşan  və  başqaları  məhz  həmin  kənddən  Gabud 

kəndinə  gəlmiş  və  yaşadıqları  yerin  adını  da  gəldikləri  kəndə 

daşımışlar  (Ruşanın  Gabuda  gəlmə  tarixi  hesablamalara  görə 

XVIII  əsrin  sonlarına  düşür).  Bu  bəlkə  də  bir  təsadüfdür,  axı 

1727-ci  ilə  aid 

“Naxıvan  sancağının  müfəssəl  dəftəri”ndə 

Gabudun  adına  rast  gəlinir  ki,  o  zaman  hələ  Ruşan  bu  kəndə 

gəlməmişdi. Amma hər halda, İranda bu ada oxşar adda kəndin 

olması və onun 



Qaraçor nahiyəsinə yaxın bir ərazidə yerləş-

məsi maraq doğurur.

Maraq  doğuran  başqa  bir  şey  də  Türkiyənin 

Ağrı  vila­

yətində,  Doğubəyazid  ilçəsində  (inzibati-ərazi  bölgüsü  olan 

ilçə  bizim  rayon  terminimizə  uyğun  gəlir)  Məlikşah  adında 

kəndin olmasıdır.  Düzdür, Trabzonda və Çubukovada da eyni 




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə