Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə129/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   129

550

Gabud və gabudlular

SƏNDƏN ÖTƏRİ

Basmışam bağrıma tər bənövşəni,

Yaman darıxmışdı məndən ötəri.

Küsüb getdi duman dağdan arana,

Dağlar qəribsədi çəndən ötəri.

Gördüm dağ döşündə közərir lalə,

Lal axır bulaqlar, çağlamır hələ.

Nəğmələr söyləmir gülşəndə gülə

Yas qurub bülbüllər nədən ötəri?

Titrədi vücudum yenə dəmbədəm,

Sarsıtdı könlümü bu həsrət, bu qəm.

Axdı gözlərindən Sərrafın bu dəm

Qanlı sellər, Vətən, səndən ötəri.

HƏSRƏT

Hanı o gəzdiyim nərgizli çöllər,

Hanı ayrıldığım doğma od-ocaq?

Çağlayan bulaqlar, o tozlu yollar 

Indi xəyallarda yaşayır ancaq.

Hanı o nəğməli, sözlü çinarım,

Yalçın qayalarım pərişan, dalğın.

Məni qınamasın dostlar, tanışlar,

Bu dağlar gözümə görünür solğun.



551

Nazir Əhmədli

Hanı boy atdığım o doğma kəndim,

Ordan ayrıldığım gör neçə ildi...

Qayğısız çağlarım, hardasız indi?

Yadıma düşdükcə qəlbim üzüldü.

Səkib daşdan-daşa xınalı kəklik,

Peşiman-peşiman arxamca baxdı.

Bir səhər Araza dedim dərdimi,

Araz da bulanıb kükrəyib axdı.

Bu da bir ömürdü yaşadıq, fəqət,

Baxıb köks ötürdü dağlarda lalə.

Həsrətim dağlardan ağırdı, dostlar, 

Bu yükü qürbətdə çəkirəm hələ...

KAŞ ARZUM ÇİN OLA

Yaman darıxmışam səninçin, Vətən,

Oyanıb qəlbimdə bir ümid yeri.

Tərsinə fırlana çərxi fələyin,

Kaş arzum çin ola, qayıdam geri.

Deyəm salamat qal, sən də ey Xəzər,

Atdım qəribliyin daha daşını.

Qucub torpağını, gül-çiçəyini,

Siləm gözlərimin hicran yaşını.



552

Gabud və gabudlular

Görəm qapımızdı, o qoşa çinar,

Açıb yol gözləyir kölgə ağuşun.

Uzaq həsrətimiz qovuşur deyə,

Ələyə başıma yarpaq yağışın. 

Düşüb çəmən boyu ayağı yalın,

Gəzəm yuvasını bildirçinlərin.

Bata ayağıma çəkillər hərdən,

Deyinəm dalınca biçinçilərin.

Məni görən kimi görəm kəkliklər,

Az qala çiynimə qonacaqdılar,

Fağır torağayı demirəm hələ,

Sərçələr dövrəyə alacaqdılar.

Düzü, mən nə deyim, keçib çox illər,

Qalmayıb başımda nə huş, nə ağıl.

Məni qınayırsan, bilirəm, anam,

Baldan şirin gəlir mənə bu nağıl.

Yaman darıxmışam sənünçün, Vətən,

Oyanıb qəlbimdə bir ümid yeri.

Tərsinə fırlana çərxi fələyin,

Kaş arzum çin ola, qayıdam geri.

TƏZƏLƏDİN DƏRDİMİ

Yenə təzələdin dərdimi, ey dost,

Köz basdın yaramın üstə elə bil.



553

Nazir Əhmədli

Oturub dərdimi mən yazsam əgər,

Yüz belə şeirə sığışan deyil.

Var – dövlət yığmağa qarışdı başlar,

“Vətən qeyrətini çəkən”lərə bax!

Parça-parça olub inləyir, qardaş,

Babam miras qoyub getdiyi torpaq.

Kərkükdən Dərbəndə uzanan ellər,

Təbrizim, İrəvan, Zəngəzur hanı?

Səltənət hərisi o xəbis əllər 

Götürüb aradan Fətəli xanı!

Haqqı var, haqqı var qınasın bizi,

Ulu Xətainin ruhu, a qardaş!

Riyalar , yalanlar burulğanında,

Itirib haqq yolu, qalmışıq çaşbaş.

...Eh, gorun çatlasın, Pənahəli xan,

Yurdunda bayquşlar, qurdlar ulayır!

Qacar tək sərkərdə ala bilməyən

Şuşada gör kimlər meydan sulayır?!

DADMIŞAM DUZUNU YURD İTİRMƏYİN

Dadmışam duzunu yurd itirməyin, 

Çoxu asan bilir bu dərdi bəzən.

Nizamı pozulan durnalar kimi, 

Gör necə düşmüşük biz pərən-pərən?!



554

Gabud və gabudlular

Sizdən uzaq düşdüm, doğma od-ocaq,

Çadır şəhərciyi sıxdı könlümü.

Dünyanın işinə, oyununa bax,

Adi bir hal olub insan ölümü.

Elin fəryadından titrədi dağ-daş,

Gözünün qorasın sıxdı buludlar.

Zəngəzur, Qubadlı, Laçın qalıb boş,

Zəngəzur harayın yadlar nə duyar?

Təzədən nə deyim, Vətən adına,

Tək bunlar olsaydı nə vardı axı?!

Hardan harınların düşər yadına,

Xocalı dəhşəti, Şuşanın ahı?

...Yetirin Araza sözümü,dostlar,

Deyin ki, bir qəlbin üsyan səsidir.

Dərdli könülləri dərdlilər duyar, 

Burda güclülərin kəshakəsidir.

ZARAFATYANA

DÜŞDÜ

Bir dostum söz verdi işə düzəldə,

O qədər içirtdim, çaxıra düşdü.

Dedim ad qazanım qoşma, qəzəllə,

Şeirim kitablarda axıra düşdü.



555

Nazir Əhmədli

Işsiz qaldım, qohum-qardaş  yad oldu, 

Ildə bir yol könlüm azca şad oldu.

Şairlik də mənə artıq  zad oldu,

Dərd çəkdim, gözlərim çuxura düşdü.

Dost-tanışım məni saldılar qana,

Çəkilib getdilər hərə bir yana.

Nisyə aldığım o yetim dana

At vurdu, pəyədə axura düşdü.

Pul-para cəm edib otdan-ələfdən,

Gedib düyə aldım qonşum Tələtdən.

Bir qəssab gəlmişdi bura Ələtdən,

Meyli kənddə bütün naxıra düşdü.

İstədim Xeybərtək sahibkar olum,

Pullanıb şəhərdə mən lövbər salım.

Nəhayət, kombayn, traktor alım,

Asqırdım, işlərim təxirə düşdü.

KREDİT

Bir arzumu qova-qova gətirdim,

Nazirliyin kandarında itirdim.

Ərzi-halım  Milli Fonda yetirdim,

Rüşvət zirehini geydi kredit.



556

Gabud və gabudlular

Az.TV, ANS, Lider, müxtəsər,

Kişnədi:tələsin, “şans” əldən gedər.

Vaxtı itirməyin boş yerə, hədər,

Yaman dəymədüşər bəydi kredit.

Həqiqət göründü hər şey gözümə,

Satdım mal-qaranı, qıydım özümə.

Hansı banka getdim, qəfil üzümə,

Solaxay sillə tək dəydi kredit.

Sordular dəlisən, yoxsa divanə?!

Deyirsən pul verək, qaç get Tayvana?

Harayım çatmadı şahi-mərdana,

Qəddimi ikiqat əydi kredit.

Dedilər əlləşmə puldan ötəri,

Kəsilib banklardan  ümid telləri.

Ay sadə, dilbilməz şair sərsəri,

Sanma hər yetənə paydı kredit.



557

Nazir Əhmədli

HEYDƏR TÜRKOĞLU

(Səfiquliyev Heydər Qurban oğlu)

1963­cü  ildə  anadan  olub,  Bakıda 

yaşayır.

DÜNYA

Vəfası olmamış əzəldən bəri,

Yaranan bir gündən belədi dünya.

Nadana nə var ki, fərqinə varmaz,

Qanana ağır yük, şələdi dünya.

Neçə Süleymanlar gəlibdir, hanı?

Tükənməz dövləti, şöhrəti, şanı.

Çalış azdırmasın səni Şeytanı,

Salar öz toruna, tələdi dünya.

Bilmirsən başına gələcək nələr,

Mərdin tikdiyini namərdlər sökər.



558

Gabud və gabudlular

Elə haqsızlıqlar eylədi bəşər,

Hönkürdü, quzu tək mələdi dünya.

Aldadar görkəmi-dəyişər donun,

Saymaqla qurtarmaz yazdığı qanun.

Baxıb əvvəlinə, düşünsən sonun,

Həzin bayatıdı, nalədi dünya.

Rütbəyə dəyişən qeyrətin, arın,

Çəkər bəlasını yığdığı varın.

Ay Heydər, nadanlar əlindən qarın

Vaxtsız saçlarına ələdi dünya.

HAYİFIM GƏLİR

Insanlar görürəm-lənət oxunan 

İblisə, şeytana hayifım gəlir.

Arsızın, alçağın and yeri olan

Müqəddəs Qurana hayıfım gəlir.

Yaltaq mövqe tutub, mələyə dönüb,

Ünvansız dolanan küləyə dönüb.

Vəzifəyə qalxan fələyə dönüb 

Əzdiyi insana hayıfım gəlir.

Tamahın əsiri, niyyəti bədə,

Dünya bağışlansa,  gözü özgədə.

Loğmanlar əlindən şəfasın gədə

Tapdığı dərmana hayıfım gəlir.



559

Nazir Əhmədli

Tülkülər bağlayıb aslan qolunu,

Namərdlər kəsibdi mərdin yolunu.

Alaq otlarını, tikan kolunu

Bitirən dövrana hayıfım gəlir.

Qartallar zirvəyə, bülbüllər bağa, 

Yaraşır ceyrana ensə bulağa.

Müxənnətə, biqeyrətə, alçağa

Yar olan canana hayıfım gəlir.

Yamanlar yanında yaxşı hallanır,

Heydər haqsızlıqdan od tutub yanır.

Alçaq təkəbbürlə elə dolanır,

Tapdığı ad-sana hayıfım gəlir.

GƏLMƏZ

Haqqın üstün örtən kafir, imansız

Gədalar yanında qınağa gəlməz.

Kişi məclisində, mərd meydanında

İnsan arasında sorağa gəlməz.

Çaqqal tək sülənər, qurd tək ulayar,

Yersiz təriflənsə, meydan sulayar.

Böyüklər yanında quyruq bulayar,

Dostun dar günündə qabağa gəlməz.

Ayaqda bənd alar otursa başdan,

Süzülər torpaqdan, adlayar daşdan.



560

Gabud və gabudlular

Adı xatırlanmaz bərkdən, yavaşdan,

Ürəkdən silinər, dodağa gəlməz.

Türkoğlu, halaldan ləzzət alanlar,

Olub keçənlərdən ibrət alanlar,

İnsanlıq elmindən qiymət alanlar,

Qiyamət günündə sınağa gəlməz.

GEDƏNDƏN

Talan oldu dövlətimiz, varımız,

Əsir düşdü ismətimiz, arımız.

Oynayır, oxuyur qalan yarımız

Vətən adlı can otağım gedəndən,

Irəvanım, Qarabağım gedəndən.

Seçilmir bir-birdən şirinim-acım,

Yasa qərq olubdur qardaşım, bacım.

Gözlərimdən nurum, başımdan tacım

Alınıbdır qol-budağım gedəndən,

Irəvanım, Qarabağım gedəndən.

Başa çəkiləndən ay ellər, naşı

Göynəyir ürəklər, axır göz yaşı.

Kədərin üstünə qoyublar daşı,

Çəmənim, çiçəyim, bağım gedəndən,

İrəvanım, Qarabağım gedəndən.




561

Nazir Əhmədli

Bu geyimdə, bu həvəsdə, bu axın,

Hardan gəlir, hara gedir, bir baxın.

Xoşu gəlməz bu millətdən Allahın,

Dəyişiblər Aran, dağım gedəndən,

İrəvanım, Qarabağım gedəndən.

Saraylarda toy-büsatım quruldu,

Yazıq xalqım yalanlardan yoruldu.

Vətənimə neçə yara vuruldu 

Isti komam, od-ocağım gedəndən,

İrəvanım, Qarabağım gedəndən.

İMANINDADIR

Arama sözümü arifsayağı,

Aqillik insanın kəlamındadır.

Dastanlar yaratma söz yığınından,

Şairlik insanın ilhamındadır.

Təbsizi öyməklə salsan da dəbə,

Ucalmaz qaldırsan neçə mərtəbə.

Sözün qüdrətindən tikilib Kəbə,

Hər nə var, Allahın məqamındadır.

Vicdanı olanın payı həqiqət,

Üstün örtsələr də, parlayar fəqət.

Halallığa olan sevgi, məhəbbət,

Heydər, Haqqa olan imanındadır.



562

Gabud və gabudlular

KİŞİDƏN

Gözləmə, fatehlər doğula bilməz

Mayası fırıldaq, yalan kişidən.

Min bir hiylə ilə, min bir əməllə

Özünə bir mənsəb alan kişidən.

Mete, Atillası, Dədə Qorqudu,

Qoyduğu qanunlar deməyin budu.

Hərə günahını bir cürə yudu,

Bizə zillət oldu qalan,-kişidən

Belə-belə olduq fərsiz, kütbeyin,

İstər fəryad eylə, istərsə deyin.

Hələ harasıdır, neçə eşşəyin 

Olacaq belinə palan kişidən.

Dünya görməmişdi bu oyun kimi,

Dəyişib, otlayır qurd qoyun kimi.

Ortada qalmışıq ləlöyün kimi,

Yurdumuz olubdur talan kişidən.

Bezib yorulmadıq nağıl əlindən,

Dərdə düçar olduq ağıl əlindən.

Haqqa dön, yadların dağıl əlindən,

Vətən  imdad tapar qanan kişidən.



563

Nazir Əhmədli

OLA BİLMƏZ

Nüftəsi qarışıq vələdüznanın

Yanında haqq sözün düz ola bilməz.

Yağlı dillər ilə mələk donuna

Girəndə utanan üz ola bilməz.

Çəkər hər məclisdə özgələr bəhsin,

Cilovlaya bilməz tamahın, nəfsin.

Mayası əzəldən pak olan kəsin

Hallanıb bir adı yüz ola bilməz.

Kimləri udmadı bu qoca torpaq?

Insan bu dünyada beş günlük qonaq.

Xain qaladığı təsadüf ocaq

Yansa, qızınmağa  köz ola bilməz.

Vədəsində gətir haqq sözün dilə,

Heç zaman barışma haqsızlıq ilə.

Ay Heydər, qismətin Allahdan dilə,

Tanrı verən paya söz ola bilməz.

SƏNİ

Qorxma həqiqətdən, qucaq aç ona,

Yalanlar, böhtanlar yandırar səni.

Açar gözlərini, kəsər dilini, 

Haqqın divanında qandırar səni.



564

Gabud və gabudlular

Dövr edər qanında ahın-amanın,

Min bir əzablara tuş gələr canın.

Vəfasız dünyadır, xoş keçsə anın,

Bir gün soyuğunda dondurar səni.

Ibrət al həyatın məşəqqətindən,

Dərs götür Hatəmin səxavətindən.

Türkoğlu, kişinin biqeyrətindən

Uzaq ol, aldadıb sındırar səni.

OLMAZ­OLMAZ

Əməli sözüylə düz olmayanın

Üzündə nə həya, ar olmaz-olmaz.

Gözün görə-görə min dona girər,

Utanıb, qızarıb xar olmaz-olmaz.

Binadan acdırsa, yesə tox olmaz,

Dəyişsə libasın, əsli yox olmaz.

Gədənin dövranı heç də çox olmaz,

Haramla yığdığı var olmaz-olmaz.

Axtarma üzündə həya-isməti,

Tac edər başına saxta şöhrəti.

Heydər, qeyrətsizdən umma qeyrəti,

Kökü zay olanda bar olmaz-olmaz.



565

Nazir Əhmədli

DÜŞƏR

Kişi tamahından, qadın dilindən

Tapar bəlasını, hörmətdən düşər.

Nə Allah tanıyar, nə də ki, bəndə,

Mahalda xar olub ismətdən düşər.

Sevdik əyriləri, pislədik düzü,

Döndü yavaş-yavaş dövranın üzü.

Təcrübədən çıxmış atalar sözü:

Yerində deməsən, hikmətdən düşər.

Dikbaşlar görmüşük, barsızdı, barsız,

Özünü sevənlər arsızdı, arsız.

Ədalətsiz insan varsızdı, varsız,

Gün gələr, yığdığı qiymətdən düşər.

OLMUR

Deyirlər küsənlər barışar sonda,

Abrı olmayanla barışmaq olmur.

Dəyişib zəmanə, itib ar-namus,

Qarnı tox olanla danışmaq olmur.

Azalıb elə bil mərdi dünyanın,

Çoxalıb günbəgün dərdi dünyanın.

Qanunu-qaydası şərdi dünyanın,

Heç kəsin işinə qarışmaq olmur.



566

Gabud və gabudlular

Ağılı özünə qul edib şöhrət,

Hanı insanlarda insaf, mərhəmət?

Nadana, nakəsə qoyulur hörmət-

Daha  gədə ilə yarışmaq olmur.

GEDƏR

Var-dövlətə, zərə uyma,

Sel kimidir, gələr, gedər.

Bel bağlama bədəsilə,

Yıxılarsan, gülər gedər.

Pis qohuma, nə də yada,

Arxalanma bu dünyada.

Ömür-günün verər bada,

Izini də silər gedər.

Sevməz düzü, eylər inad,

Yaxşılığa çıxarmaz ad.

Fərsiz oğul, sarsaq arvad

Bir nəsili bölər gedər.

Ay Türkoğlu, batma yasa,

Yollar bağlı, ömür qısa.

Oxdan iti sözün olsa, 

Dağı-daşı dələr gedər.



567

Nazir Əhmədli

AĞLAYAR

Naləm ərşə bülənd olmuş,

Kaman susar, tar ağlayar.

Nadan məni başa düşməz,

Vəfalı dildar ağlayar.

Sınıq könlümün çarasın

Bilənlər dərman arasın.

Dərdli aşiqin yarasın

Bağlayan qəmxar ağlayar.

Ayrılığın odu yaman,

Qovuşmağa yoxsa güman.

Heydər, gözü yolda qalan

Çəkər intizar, ağlayar.

SƏNİ

Dövrana meydan sulama,

Yavaş-yavaş didər səni.

Dünya adlı bu dəyirman

Dən kimi üyüdər səni.

Şükür eylə hər gününə,

Ağlar çıxma dərd önünə.

Fələk salar düyününə,

Dərdə yoldaş edər səni.



568

Gabud və gabudlular

Tükənməzdir onun qəmi,

Hansı gözdə yoxdur nəmi?

Yetirsə də zəmi kimi,

Vaxt gələndə biçər çəni.

Türkoğlu, yox ömrə güman,

Gül tək açıb solar insan.

Qalıb yolda neçə karvan,

Eylər ondan betər səni.

SƏNDƏDİR Kİ

Çəmənzardır qoynun içi,

Gül qoxusu səndədir ki.

Allahına şükür edən

Bizim kimi bəndədir ki.

Ömür ki, var, əmanətdir,

Vəfasızlıq xəyanətdir.

Gördüklərin həqiqətdir,

Əhdə vəfa məndədir ki.

Türkoğlunun sözü kəsə,

Könül vermə nadan kəsə.

Dünya gedir bəhsə-bəhsə,

Can deyənlər gendədir ki.



569

Nazir Əhmədli

BİLMƏZ

Öz kökündən ayrılanı,

Apardığı sel də bilməz.

Varlığını-yoxluğunu

Mərd kişilər, el də bilməz.

Ara vurar qeybət ilə,

Oyun oynar millət ilə.

Kimliyini söhbət ilə

Söylədiyi dil də bilməz.

Dəyişsə də dövran, məkan,

Utanmazdan uzaq dayan.

Səxalıdan gəlməz ziyan,

Verdiyini əl də bilməz.

NƏ FAYDASI

Dünya səndən əsirgəsə,

Umduğunun nə faydası?

Fələk tarimar eyləsə,

Qurduğunun nə faydası?

“Gəl-gəl” deyib, “can” eyləsən,

Əməlinlə qan eyləsən.

Haqsız imtahan eyləsən,

Sorduğunun nə faydası?



570

Gabud və gabudlular

Heydər, olsa səxavətin,

Yıxılsan, itməz hörmətin.

Ayaq üstə biqeyrətin

Durduğunun nə faydası?

KİŞİ

Bahar gəlib, yal-yamac

Yaman göyərib, kişi.

Dostluğa, yoldaşlığa 

Gətirmə eyib, kişi.

Agah eylə bu sirri,

Qəlbin şöhrət əsiri.

Qocalığın təsiri

Qamətin əyib, kişi.

Bumu etibar, vəfan?

Haqqa qarşıdı davan.

Zaman adlı dəyirman

Səni ələyib, kişi.



571

Nazir Əhmədli

KİTABIN İÇİNDƏKİLƏR

Proloq.....................................................................................3

Tarixi  məlumat.........................................................................5

İstifadə  olunan  tarixi  mənbələr...............................................34

Hürşanlılar.....................................................................126

Fətəlilər......................................................................166

Məmmədlilər...................................................................260

Abbaslılar..................................................................277

Məmmədrzalılar................................................................286

İmolular..........................................................................292

Ağxaçlılar...............................................................................323

Qonşularımız............................................................329

Adət-ənənələrimiz(Etnoqrafiya)..............................356

Gabud  məktəbi......................................................................383

Son  söz  yerinə.......................................................................410

Gabudlu şairlər.......................................................................413

Surxay  Əhməd.......................................................................413

Valeh  Savalan.......................................................................464

Şahmar Vəliyev......................................................................517

Səyyad Sərraf.........................................................................536

Heydər  Türkoğlu...................................................................557



Gabud və gabudlular

Nazir Əhmədli

GABUD VƏ 

GABUDLULAR

Bakı-2016


Nazir Əhmədli

Yığılmağa verilmiş: 01.06.2016

Çapa imzalanmışdır: 01.07.2016

Şərti çap vərəqi:36

Format: 60X84 1/16

Tirajı:500




Gabud və gabudlular

Kitab “ORXAN” Nəşriyyat və Poliqrafiya

müəssisəsinin mətbəəsində hazır diopozitivlərdən

istifadə olunmaqla ofset üsulu ilə çap edilmişdir.




Nazir Əhmədli

Ünvan: Bakı şəhəri, Dərnəgül qəsəbəsi,

3105-ci məhəllə

Direktor: Cəfər Bağırov



Tel: 562-83-03


Gabud və gabudlular

QEYD ÜÇÜN

Document Outline

  • _GoBack

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə