Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə126/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   129

528

Gabud və gabudlular

YARASA ŞAHİDLİYİ

Sərçənin balasını

Qırğı yedi bir səhər.

Xəbər tutanda, onu

Məhkəməyə çəkdilər.

Almadı boynuna o

Dedi yalandır bu iş.

Durmuşdum yuxudan mən

Nahardan xeyli keçmiş.

Xəbəri yoxdur məgər, 

Bu qədər qonşu quşun,

Əgər inanmırsınız,

Yarasadan soruşun.

PƏLƏNGİN ARVADLARI

Pələng işə keçmədən 

Kefi yüz biri çaldı.

Kəbinsiz arvadları 

Gündən-günə çoxaldı.

Kəbinsizlik maraqlı 

Deyildir heç o qədər.

Maraqlıdır, arvadlar

Çünki erkək idilər.



529

Nazir Əhmədli

TAYLI TAYIN TAPMASA

Ayı müavinliyə 

Donuzu götürmüşdü.

Bundan xəbər tutanlar 

Qəh-qəh çəkib gülüşdü.

Özünə bəs deməyib,

Özündən beş betəri 

Çəkib vəzifəyə ki,

Sahmanlasın işlərin.

Savadlı kadrlara

Nifrət edir həmişə

Çünki ancaq donuzla 

Bir-birin başa düşər.

ADƏTKƏRDƏ

Bir gün pərgar xətkeşə

Dedi bilirsən, qardaş,

İstəyirəm səninlə 

Olam yaxın dost, yoldaş.

O gündən dost yolunda

Xətkeş düz yola düşdü.

Köhnədən adətiydi,

Pərgar yüz yola düşdü.



530

Gabud və gabudlular

RÜŞVƏT CƏZASI

Qurd rüşvətlə tülkünü

Vəzifəyə qoymuşdu.

Xəbər tutanda ayı,

Onun üstünə düşdü:

-İtirmisən vicdanı,

Əyri yolla gedirsən.

Almalısan cəzanı, 

Rüşvətxorluq edirsən.

Qurd baxdı iş özgədi, 

Çıxış yolu axtardı.

Özü toyuq almışdı,

İnək verdi, qurtardı.

ADƏTKƏRDƏ TUTUQUŞU

Özgələrin dilində 

Danışmaqdar adəti.

Öz dilində danışmaq 

Xoşuna gəlmir qəti.

TULA SADƏLÖVHLÜYÜ

Quyruq bulamağını

Ört-basdır etmək üçün

Boz tula quyruğunu

Dibdən kəsdirdi bir gün.



531

Nazir Əhmədli

Düzdür, görən olmadı

Tula quyruq buladı,

Amma nə faydası ki?

Tula həmin tuladı.

ARAVURAN

Paxıl katalizator 

İçin-için yanırdı-

Çünki qonşu maddələr

Mehriban dolanırdı.

Əl atıb fitnə-felə

Bir gün aranı vurdu.

Özüsə sağ-salamat

Qaçıb kənarda durdu.

HÖRÜMÇƏK SƏXAVƏTİ

-Qapılarım açıqdir

Milçəklərin üzünə. 

Gəlsinlər, əl tutaram

Əllisinə, yüzünə.

İKİNCİ AYIB

Qonşuları eşşəyə 

Söylədilər: ay axmaq,

Bəsdir, daha, gəl sənə

Bir münasib ad qoyaq.



532

Gabud və gabudlular

Eşşək adı üstündən

Birdəfəlik götürülsün.

Kimsə nə təhqir etsin,

Nə də üstünə gülsün.

Bu gündən əgər səni 

Çağırsaq uzunqulaq,

Başın haqqı, hörmətin, 

Mərifətin artacaq.

Yazıq başa düşmədi

Dostlarının kələyin,

Ayıb üstündən ayıbı 

Üzə çıxdı eşşəyin.

TELEVİZİYANIN REKLAM GUŞƏSİ

Keyfiyyətli məhsulun

Ünvanı yox heç yanda.

Alınmayan malları

Tərifləyir ekranda.

XƏSİSİN MƏRDLİYİ

Xəsisin bu dünyada

Təkcə bir mərdliyi var.

Almaq adı gələndə 

Əlini geniş açar.



533

Nazir Əhmədli

TAMAHIN GÜCÜ

Dünən o bircə qurtum su üçün

Sanki  yandı, qovruldu,

Bu gün dənizdə boğuldu.



ZAVALLI ŞEYTAN

Çoxları günahını

Yaxşıca qana-qana

Demir lənət özümə,

Deyir lənət şeytana.

ƏR­ARVAD DİALOQU

-Yaxşı-yaman qanmayır,

Mal kimidir bu uşaq.

Ay kişi, övladımız

Elə böylə qalacaq?

-Yoxdur əlacı, arvad,

Səbəbin deyim ancaq.

Mal südüylə böyüyən

Malxasiyyət olacaq.

CƏZA NÖVÜ

Qanunu pozanları

Yaman günə qoydular,



534

Gabud və gabudlular

“Qanunbazlar”  onları

Soğan kimi soydular.

DÖVRƏ UYĞUN ŞAHMAT FİQURU

Şahın uzaq gedişi

Bircə xana qədərdi.

Artıq olsaydı əgər,

Çox işlər törədərdi.

YADDA QALAN

Bir gün ulaq ağlayıb deyindi öz-özünə,

Çıxa bilmirəm daha bir kimsənin üzünə.

Hər kobudu, axmağı  eşşək adlandırırlar,

Təhqir eyləyib məni, hər vaxt utandırırlar.

Mən qanmaz hərəkətlər edirəm düşünmədən,

Amma bir çox qananlar, başa düşmürəm nədən

Qanmazlıq eləyirlər görürsən bilə-bilə,

Niyə onların adı bir dəfə gəlmir dilə?

Eşidənlər dedilər, haqlıdır bu fəryadın,

Nə edəsən, bir dəfə yadda qalıbdır adın.

VARLI  ARVAD  AL

(Gəlinini zorla boşatdırmış bir ananın oğluna nəsihəti)

Əzizim, mehribanım, yaxşı qulaq as sözümə.

Pisini desəm əgər, iynə soxulsun gözümə.

Eşitsən məni, oğul, tale güləcək üzünə,




535

Nazir Əhmədli

Bəxtəvər olmaq üçün, gəl bu işin qeydinə qal,

Bala, dövran dəyişib, indi varlı bir arvad al.

Olsa da huri-mələk, baxma kasıb qızına sən,

Aldanma hər gözəlin işvəsinə, nazına sən.

Bircə bax qazancının çoxuna sən, azına sən,

Zamanın nəbzini tut, yağlı yerə meylini sal,

Bala, dövran dəyişib, indi varlı bir arvad al.

Qohum ol o kəsə ki, qolunda qüvvəti ola,

Talaya el malını, ağlı, fərasəti ola.

Stolu, telefonu, bolluca hörməti ola,

Çünki qismətin olar müftə çörək, cahü-cəlal,

Bala, dövran dəyişib, indi varlı bir arvad al.

Göz yetir qonşumuza, aləmə sığmır ədası,

Beş kişidən biridir çünki onun qaynatası.

Ölməyəm kaş, səni də  elə görəydim, qadası,

Fürsəti vermə bada, bizlərə yaxındı vüsal,

Bala, dövran dəyişib, indi varlı bir arvad al.

Canına vermə cəfa, ye-iç yaşa bala-bala,

Ruzini havayıdan yetirəcək Haqqı-Tala.

At kasıblıq daşını, tut özünü yağa-bala,

Sanma ki, qurtaracaq, hey gələcəkdir dalbadal,

Bala, dövran dəyişib, indi varlı bir arvad al.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə