Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə122/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   118   119   120   121   122   123   124   125   ...   129

497

Nazir Əhmədli

Bu sirri duydumu görən çiçəklər?

Bildimi nazını çəkən kim oldu?

Haqsız işləri var bəzən dünyanın,

Biçənlər bilmədi əkən kim oldu.

Yaxşı adamlara bənzər tumurcuq,

Şirin arzuları gerçək olacaq.

Gileysiz, güzarsız öldü baharda-

Bildi ki, yerində çiçək qalacaq.

QAYIT, GƏNCLİYİM, QAYIT

Sən gedəli saçıma 

Gümüşü izlər düşür,

Deyəsən, qocalıram-

Taqətdən dizlər düşür-

Qayıt, gəncliyim, qayıt.

Ömrün də dörd fəsli var-

Gənclik bahar deməkdir.

Baharsız keçən illər

Axı kimə gərəkdir?

Qayıt, gəncliyim, qayıt.

Payız kəsib yolumu,

Qışa az qalır daha.

Mənim üçün dünyada

Sənsən hər şeydən baha,

Qayıt, gəncliyim, qayıt.




498

Gabud və gabudlular

Ömrümün bənövşəsi,

Tamarzıyam ətrinə.

Bilirəm küsəyənsən

Dəymərəm ki, xətrinə

Qayıt, gəncliyim, qayıt.

Niyə məni aldatdın

Üzümə gülə-gülə?

Gözlərim yollardadır

İlqarsız olma belə.

Qayıt, gəncliyim, qayıt.

QƏZƏL

Yaşım artdıqca, baxıb ömrümü talan görürəm,

Ağlayan tək özüməm,hamını nalan görürəm.

Çoxu çox da dəyişib məsləkini, amalını,

Doğrunu doğru kimi, yalanı yalan görürəm.

Nənəsin də, babasın da danacaqmış nəvələr,

Oğul var, atasını çöllərə salan görürəm.

Əyrilər əyri-əyri minbərə dırmaşdı yaman,

Düzlərin çöhrəsini gör necə solan görürəm.

Gecikib ömrünə yaz, hələ açılmır ürəyi-

Neçə gülü-çiçəyi qönçədə qalan görürəm.



499

Nazir Əhmədli

Ürəyimin ürəyin bəs haçan alan tapılar?

Gözlərimin gözünü qan ilə dolan görürəm.

Valehəm, cəhd elədim anlayam hikmətləri mən

Dünyanı əvvəl-axır verdiyin alan görürəm.

PAPAQ

Papağı qoruya bilmirsə baş,

Təzədir, köhnədir,

Ucuzdur, ya baha

Vay o papağın halına, qardaş.

Papaq papaq olur onda

Baş papağı, papaq başı qoruyanda.

DƏNİZ BİZƏ OXŞAYIRMIŞ

Sən demə, dənizin

Oxşarlığı var bizə.

Sahili qayğılarıdı

Alıb onu araya.

Bəzən qəzəblənib coşar

Adi bir hərəkətindən küləyin,

Bəzən də qağayıları yığıb başına

Nəvələrinə nağıl deyən baba kimi

Danışar dəniz dilində sakit, mülayim.

Qayğılar kəsə bilmir

İnsan ümidinin yolunu.




500

Gabud və gabudlular

Vurnuxsa da o yan, bu yana

Araya girə bilmir sahil də.

Dəniz qovuşmaq istəyəndə ümmana

Bu da dənizin inamı, ümididir

Vallah düz tapmışam-

Dəniz də insan kimidir.

İnsan insan deyil inamsız, ümidsiz, qayğısız,

Dənizi görməmişəm sahilsiz.

Dəniz, Xəzər kimi qalar yana-yana

Dəniz olmaz, qovuşmasa okeana.

SAHİL

Məhəl qoymaz dalğaların qorxunc səsinə,

Çəkilməz geri

Təlatümə gələndə dəniz.

Dözər ərköyün ləpələrin yerli-yersiz həmləsinə,

Sinə gərər suların 

Dağdan ağır zərbəsinə.

Heç nədən umacağı yox.

Dənizi basıb bağrına

Dözər hər əzabına sona kimi

Beşik başında körpəsinə

Keşik çəkən ana kimi.

Heç kimdən kömək diləməz

Qalar məğrur, mətin.

Dəniz bilirmi görən

Sahil olmaq çətindir, çox çətin.




501

Nazir Əhmədli

İNANMA QAYITMA DESƏM

Getdin, ürəyimdə yerin boş qalıb,

Qayıt gəl, inanma qayıtma desəm.

Şirin arzularım yaman çaş qalıb,

Qayıt gəl, inanma qayıtma desəm.

Bu dünya qocalıb, nəşəsi kəmdi,

Göz yaşı qurumur gör neçə dəmdi.

Ömrə nə etibar, sonu ki, qəmdi.

Qayıt gəl, inanma qayıtma desəm.

Axı tikanı var qızılgülün də,

İncimə, gəl yanaq, köz ol külümdə.

Sənsiz mənası yox ömrün, günün də,

Qayıt gəl, inanma qayıtma desəm.

Deyirdin inadın bircə çərəkdir,

Sənin bu tərsliyin kimə gərəkdir?

Dilə fikir vermə, əsas ürəkdir,

Qayıt gəl, inanma qayıtma desəm.

Sevda yollarında çən var, duman var,

Valehəm, bilirəm yaxşı-yaman var.

Gəl ki, barışmağa hələ güman var,

Qayıt gəl, inanma qayıtma desəm.



502

Gabud və gabudlular

QAYIT

İnanma desələr dağam dözümdə-

Bezdim ayrılıqdan mən, qayıt, qayıt.

Getdiyin yolların əksi gözümdə,

Həsrətin saçımda dən qayıt, qayıt.

Özüm də bilmirəm heç, nəyəm indi,

Demə gərəksizəm, heç nəyəm indi.

Şirin vüsalına təşnəyəm indi,

Bölək günahları tən, qayıt, qayıt.

Dönməzəm, bütövəm mən ki sözümdə. 

Yanmışam, qalmayıb odum, közüm də.

İndi başı qarlı dağam özüm də

Zirvəmə qonmamış çən qayıt, qayıt.

İçmə, göz yaşımdır axı bulaqlar,

Tək gördü, yaxamdan tutdu uzaqlar.

Məni dağ vüqarlı böyütdü dağlar

Əymə vüqarımı sən, qayıt, qayıt.

ƏGƏR SEVİRƏRSƏN MƏNİ

Uymaram gözəllərin

Kipriyinə, gözünə,

Gəl dinlə ürəyimin




503

Nazir Əhmədli

Söhbəti nə, sözü nə-

Əgər sevirsən məni.

Dözərəm min əzaba

Düşsəm dara, çətinə.

Dözmərəm ləkə düşsün

Sənin məhəbbətinə-

Əgər sevirsən məni.

Şaxta olub soldurma

Gülümü, çiçəyimi,

Qoyma başqa bir gözəl

Ovlasın ürəyimi

Əgər sevirsən məni.

MƏHƏBBƏTİM

Yaşa baxıb zənn eləmə

Qocalıbdır məhəbbətim.

İllər boyu saf qalmağı

Bacarıbdır məhəbbətim.

Bəxşiş deyil hər gözələ,

Verim düşsün əldən-ələ.

Qönçələnmiş gültək hələ, 

Pak qalıbdır məhəbbətim.

Ovçu kimi düşüb izə,

Nə zaman ki gəldim sizə,



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə