Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə119/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   115   116   117   118   119   120   121   122   ...   129

476

Gabud və gabudlular

Olmamışam vəfasız, axı bu nə qınaqdır?

Elə bilmə unutdum, könlüm səndən iraqdır.

Bir gün baxıb görərsən, Valeh sənə qonaqdır,

Dağlar, incimə məndən.

QALDI DAĞLARDA

Biz dağlara güvənirdik-

Qardı dağlar da, dağlar da.

Qartalları uçub getdi,

Sardı dağlarda, dağlarda.

Bağışlamaz xəyanəti,

Əziz saxlar əmanəti.

Babaların dəyanəti

Vardı dağlarda, dağlarda.

Anar onu ananları,

Yamanlayar yamanları.

Valeh, ömrün xoş anları

Qaldı dağlarda, dağlarda.

DÜNYA

Elə zaman-zaman aşdı həddini,

Neçə Süleymandan bac aldı dünya.

Zal oğlu Rüstəmin əydi qəddini,

İsgəndər başından tac aldı dünya.



477

Nazir Əhmədli

Hökmü ölkələri lərzəyə salan

Çingiz xan, Teymurləng getdilər nalan.

Kimin ömür mülkü olmadı talan?

Doymadı, gözləri ac oldu dünya.

Hər işi əvvəldən kələkdir, kələk

Gah cəllada dönür, gah olur mələk.

Kasıba vermədi bir parça çörək,

Üstəlik, əlindən sac aldı dünya.

Ağaya qul oldu, nökərə ötkəm,

Var üstə var tökdü, qəmin üstə qəm.

Naz-nemət içində üzdü ağlı kəm,

Ağıl yiyasiylə öc  oldu dünya.

Valeh, əyri demə düzə qorxudan,

Namərdlər dayanar üzə qorxudan.

Vaxt gələr, ayılar bəxtin yuxudan,

Bəlkə nəfəs dərdi, dincəldi dünya.

SORUŞ

Mən kiməm, nəçiyəm, bilmək istəsən,

Halal çörəyimdən, duzumdan soruş

İndi yurd yeriyəm lələsi köçmüş,

Bulaqlar göz yaşım, özündən soruş.



478

Gabud və gabudlular

Bağın nə qorxusu, bağbanı sağsa?

Yağış nura dönər vaxtında yağsa.

Dağa tufan neylər arxası dağsa?

Zirvənin dözümün buzundan soruş.

Gün var ki, dərdini fil çəkə bilməz,

Yükləsən, bəlkə də fil çəkə bilməz.

Hər şeyin günahın dil çəkə bilməz,

Gözüm görənləri gözümdən soruş.

Valeh, həqiqətə demə yalandı,

Biz başsız qalandan bu yurd talandı.

Sözdən ürəyimdə ocaq qalandı,

Yandım, necə yandım, közümdən soruş.

İNCİMƏSİN

Ömrün budağından saralıb düşən

İllərə qovuşan il inciməsin.

Fəsillər yerini qışa verəndə

Çəmən həsrət çəkib çöl inciməsin.

Sizsiz ilk beşiyim, ey ulu dağlar,

Çox da ətəyimdən tutub uzaqlar.

Vaxtında gəlməsəm, sərin bulaqlar,

Deyin şehli çəmən, gül inciməsin.

Valeh, məhəbbətin qışı, yazı var,

Hər qəlbin öz səsi, öz avazı var.



479

Nazir Əhmədli

Ömür pay verilir, çoxu, azı var.

Çalış əməlindən el inciməsin.

BİZ DƏLİ OLMUŞUQ, YA  DÜNYA  DƏLİ?!

Heç nəyin bilinmir tərsi,  avandı, 

Biz dəli olmuşuq, ya dünya dəli?

Hara üz  tuturuq ölümdü, qandı,

Biz dəli olmuşuq, ya dünya dəli?

Həqiqət bildiyim nağıldı indi,

Kəməndə salınan ağıldı indi.

Dünyanın tifaqı dağıldı indi,

Biz dəli olmuşuq, ya dünya dəli?

Gör necə pozuldu nizam-tərəzi,

Çərxin bilinmir ki, nədir mərəzi.

Qəbirlər göyərir çiçək əvəzi,

Biz dəli olmuşuq, ya dünya dəli?

Haqsızlıq kök atıb neçə tələbdə,

Qırır bir-birini fars da, ərəb də.

Dünən Nəsimini soyduq Hələbdə

Biz dəli olmuşuq, ya dünya dəli?

Gahdan çəkic olduq, gah da ki, zindan,

Gah zülmət gecəyik, gah sökülən dan.

“Mənəm-mənəm” deyir yerindən duran,

Biz dəli olmuşuq, ya dünya dəli?



480

Gabud və gabudlular

Şeytan da baş açmır əməlimizdən,

Əyri hörülmüşük təməlimizdən.

Boğaza yığıldıq öz əlimizdən,

Biz dəli olmuşuq, ya dünya dəli?

Onu biz uydurduq, nağıl neyləsin?

Qalıb əlimizdə ağıl, neyləsin?

Dünya kişiyanə açıb söyləsin-

Biz dəli olmuşuq, ya dünya dəli?

GECİKMİŞ  ETİRAF

Atama

Deyəsən, bu dünya itirib başın,

Dünənki doğrular yalan olandan.

Mən arana düşdüm, sən dağı seçdin,

Doğma yurd-yuvamız talan olandan.

Bir ömür yaşadın, əzablı, çətin, 

Vaxt oldu qəm yedin çörək yerinə.

Bəzən eləsiylə gəldin üz-üzə,

Köksündə daş gördün ürək yerinə.

Mənim günahım da az olmayıb heç,

Üstün vurmamısan-könlümə dəyər.

Daha o gördüyün dəcəl deyiləm-

Ağac bar gətirdi, başını əyər.



481

Nazir Əhmədli

Özüm də atayam, çoxaldı qayğım,

Bildim əlimizdən nələr çəkmisən.

Arxayın, qayğısız böyüsək də biz,

Bu yolda nəyin var, ondan keçmisən.

Gör sənə nə qədər əzab vermişəm-

Nələr istəmişəm, -tez ol, al,-deyə

Bir dəfə demirdim bəlkə yoxundur?

Yoxun namərdliyin bilmirdim niyə?

Mən də qocalıram sən qocalandan,

Daha söz-söhbətim mülayim, həzin.

Sənə neyləmişdim, lap arxayın ol,

Çoxdan nəvələrin çıxır əvəzin.

DÜŞDÜM

Ömrümün, günümün gənc vədəsində

Neçə yol sınaqdan sınağa düşdüm.

Qızındım baharın gül nəfəsində,

Gah arana düşdüm, gah dağa düşdüm.

Günəş hərarətli ürək olum mən,

Duyğusuz olmayım, kövrək olum mən.

Çalışdım kiməsə gərək olum mən,

Çətində həmişə qabağa düşdüm.

Həyatda qədrini bildim anın da,

Əsil şöhrətin də, əsil şanın da.



482

Gabud və gabudlular

Nədənsə, həmişə nadan yanında

Nadan başa keçdi, ayağa düşdüm.

Tükənməz ilhamım, sönməz həvəsim,

Bunlardı sərvətim, bəsimdir, bəsim.

Valehəm, mənim də tanınar səsim,

Köhnə cığırlardan uzağa düşdüm.

KASIBLIQ

Məndə nə görmüsən, əl çək yaxamdan

Qəfildən üstümü alan kasıblıq.

Elə bir dərdsən ki, səni görəndən

Hər dərdim olubdur yalan,  kasıblıq.

Nə yaman salmısan kəməndə məni?

Çoxdan itirmisən sən səndə məni.

Artmadım, tək artdı saçımın dəni,

Nəyim var etmisən talan, kasıblıq.

Gedim gileylənim hansı kəsə mən?

Üzündən gecikdim toya, yasa mən.

Dost gördüm, qısıldım kola-kosa mən,

Məni pis günlərə salan kasıblıq.

Valehi incitdin bir belə nədən?

Deyirdim səngiyər hücumun, hədən.

Hər şeyin sonu var, yetişər vədən,

Bax, onda qalarsan nalan, kasıblıq.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə