Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə127/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   129

536

Gabud və gabudlular

SƏYYAD SƏRRAF

(Şahquliyev  Səyyad  Surxay 

oğlu)

1962­ci  ildə  anadan  olub, 

Xaçmaz  rayonunun  Köhnə  Xudat 

kəndində yaşayır.

NƏ YAXŞI SƏN VARSAN

Nə yaxşı sən varsan, gülür bu aləm,

Öpür yanağını sübhün nəsimi.

Gül, danış  şövq ilə, məhəbbətlə sən,

Küləklər cahana yaysın səsini.

Nə boyum ucadır, nə saçım qara,

Nə də yanağımdan qan damır indi.

Güldün, gülüşünlə şadlandı könlüm,

Qəlbimdə yüzlərlə xatirə dindi.

Özün bir mələksən, boyun da bəstə,

Xaqanlar baş əyib öpər əlini.



537

Nazir Əhmədli

Nə yaxşı sən varsan, sən olan yerdə

Neynirəm dünyanın gövhər, ləlini?!

Yeri, gəz qürurla eşq çəmənində

Ayağın altında yer yırğalansın.

O  gülşən seyrində ipək saçların,

Meh əssin, dəniz tək qoy dalğalansın.

BELƏ

Pəsdən ötür könül tarım,

Dərd oxuyur teli belə.

İlk sevginin sarayını,

Sökür hicran əli belə.

Fələk qurdu bizə qurğu,

Verdi qəlbə möhnət, ağrı.

Üz çevirib mənə doğru

Əsir həsrət yeli belə.

Yarsız könül sınıq neymiş,

Soyuqluğu qəddim əymiş.

Qoca dünya, qəmin nəymiş,

Yıxır azman fili belə.

Yaş gözümdən yağa-yağa

Bənzər qaynar bir bulağa.

Sərraf dönüb kür uşağa,

Qan ağlayır dili belə.



538

Gabud və gabudlular

SƏN GETDİN

Sən getdin, qaraldı dünya gözümdə,

Əriyib yox oldun uzaqlar kimi.

Sən getdin dumana, çənə bürünüb,

Kövrəlib hönkürdüm uşaqlar kimi.

O vaxtdan çox ötüb illər, fəsillər

Düşmüşəm çöllərə divanələr tək.

Qayıt gəl, əzizim, odla, alovla,

Qoy yanım oduna pərvanələr tək.

Həsrətin iz salıb saçıma dən-dən,

Əyibdir qəddimi hicran çağları.

Bu kövrək ürəyim,

Şair xəyalım,

Ovuda bilmədi ayrılıqları.

Sən getdin, dar gəlir bu dünya mənə,

Çətin qismət ola, bir də yovuşaq.

Sənə bu dünyada yetmədi əlim,

Gəlim, o dünyada bəlkə qovuşaq.



MƏNİ

Bilmirəm nədəndir bu dəli könlüm,

Hey çəkir bağçaya, bağlara məni.

İçməmiş sərxoşam, məstəm elə bil,

Bələyin ağ-yaşıl tağlara məni.



539

Nazir Əhmədli

Fəqət cüda düşdüm eldən, obadan,

Çəkdim karvanımı söküləndə dan.

Dumanda yol azan qərib sarvanam,

Qaytarın əvvəlki çağlara məni.

Sərrafam, sinəmdə göynər yaralar,

Dərd məni sındırmaz, dağ  vüqarım var.

Qalmayıb etibar ömrə, a dostlar,

Amandı, aparın dağlara məni.

DƏRDİM

Onu deyə-deyə axdı gözümdən,

Araz tək çağlayıb selləndi dərdim.

El yandı halıma, eşqə düşən tək,

Bəzənib, düzənib telləndi dərdim.

Çəkdi sığalnı saça-saqqala,

Cismimi odlara yaxdı az qala.

Hicranın əliylə ucaldıb qala,

Ahımla göylərə milləndi könlüm.

Tanrı yaradıbdı bəxtikəm məni,

Ələyib, üstümə tökübdü qəmi.

Düşəndə könlümə oynamaq dəmi,

Asılıb yaxamdan yelləndi dərdim.



540

Gabud və gabudlular

Taledən qismətin, Sərraf, bir qaşıq,

Yedirir onu da zəhər qarışıq.

Çalışdım araya salam barışıq,

Yüz oyun çıxarıb şelləndi dərdim.

HAYIF

Gördüm çətin zamandı,

Çəkdim dərdi, uzandı.

Ölən rəhmət qazandı,

Diri qalana hayıf.

Sevinc hara, mən hara?

Göz dikilib yolara.

Bəxt oyununda “dübarə”

Zəri qalana hayıf.

Bu nə qar dağ başında?

Əlim dondu qaşımda.

“Ulduzlar” yarışında

Geri qalana hayıf.

Çiynimdə ən ağır yük,

Endim eniş, qalxdım dik.

Sərraf kimi bir sümük-

dəri qalana hayıf.



541

Nazir Əhmədli

AĞLAMA

Könül, belə məlul-məlul dolanıb,

O əhdsiz, ilqarsız yara ağlama.

Eşqin şirin röyasından oyanıb,

Xəzan vurmuş bağça-bağa ağlama.

Yetsə mənzilinə ömür karvanım,

Sussa könül sazım, tarım, kamanım.

Söyləmə yetişib axır zamanım,

Tapılar hər dərdə çarə, ağlama.

Yığsalar qəmimin göz yaşın, göldü.

Tale qismətimi yüz yerə böldü.

Desələr qürbətdə bir şair öldü,

Sərrafdı çəkilib dara, ağlama.

PƏRVANƏ KİMİ

Saqi, piyaləmi doldur, ver içim,

Qoy çəkim başıma məstanə kimi.

Ayrılıb dəstədən qalmışam geri,

Gülüm bu halıma divanə kimi.

Yox daha zamana inam, etibar,

Sevinc özgəsini, qəm məni tapar.

Baxıb xumar-xumar huşumu apar,

Al payla şərabı dürdanə kimi.



542

Gabud və gabudlular

Hicran kərpiciylə tikilib odam,

Neyləyim, xoş günə yaramır o da.

Közərə-közərə alışan odam,

Toxunma, yanarsan pərvanə kimi.

BİR QARA NEY KİMİ SIZLADI KÖNLÜM

Nə yaman kədərli axşam imiş bu?!

Kövrək xatirələr sirdaşım olub.

Çıxıb köynəyindən ağır illərin, 

Bahar buludu tək boşalıb-dolub.

Bir qara ney kimi sızladı könlüm,

Çəkdiyim əzablar hesaba gəlməz.

Daha innən belə, gülüm, doğrusu,

Sözlərim bir qara qəpiyə dəyməz.

Ötüb aramızdan sanki əlli il,

İllərlə gözlədim səndən xoş soraq.

Həkk olub qəlbimə bir huri-mələk,

Keçdin xəyalımdan hey varaq-varaq.

Könlüm qərar tutmur o vaxtdan bəri,

Andım bircə anda nəyi, nələri...

Gecənin qaranlıq sonsuzluğunda

Yığdım küçələrdən xatirələri.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə