Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə128/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   129

543

Nazir Əhmədli

SALAM, SƏBA YELİ

Salam, səba yeli, xoş gördüm səni,

Gəlmisən nə qatı duman içində?

Çəkdi imtahana çox illər məni,

Üzüldüm bəlkəylə güman içində.

Di əs, səba yeli, əs sərin-sərin,

Göstər həşəm olmuş illərin yerin.

Vətən həsrətimin yarası dərin,

Dözürəm ah ilə aman içində.

Bir elin qisməti oyunmu, zərmi,

Dağılıb tifaqı, odu közərmir.

Bu dərdi-məlala bəşər dözərmi?

Qocaldım bir qısa zaman içində.

Sərraf, bu taleyin mənə qəsdi nə?

Çəkib qəm ləşkərin gəldi üstümə.

Sevda dənizində üzüb tərsinə,

Qərq oldum dəryayi-ümman içində.

GƏZİR

Adam var, nə deyim, ahıl yaşında

Avropasayağı, tazıynan gəzir.

Bir vaxt qürrələnib küllük başında, 

İndi arvadının nazıynan gəzir.



544

Gabud və gabudlular

Çıxsa el içinə, görünər dəli,

Nəsli-nəcabəti tez olur bəlli.

Tutubdu dünyanı o səkkizəlli,

Yeli adam yıxır, qazıynan gəzir.

Dağ-dərə titrəyir kobud səsindən,

Bir söz anlamazsan zənguləsindən.

Ayırmaz xınanı ulaq təsindən,

Vurub qoltuğuna sazıynan gəzir.

QADANI ALIM SƏNİN

Maral kimi asta-asta

Süz, qadanı alım sənin.

Gir bu eşqin dəryasına,

Üz,  qadanı alım sənin.

Heyran olub sənə elim,

Əsmər üzün, siyah telin.

Həsrətindən qoyma ölüm,

Qız, qadanı alım sənin.

Güldürmə əğyarı bizə,

Qəm yeriyər üstümüzə.

Deyim düşüb bəxtimizə,

“Tuz”, qadanı alım sənin.



545

Nazir Əhmədli

GƏLMƏZ

Yar-yarağım var kədərdən,

Hürküb sevinc, yaxın gəlməz.

Bir karvan düzmüşəm dərddən,

Sarvan da yad-yaxın gəlməz.

Qəmə oylaq olub sinəm,

Xıncım-xıncım oldum ki, mən.

Külüm ərşə qalxsa yerdən,

Bir kimsənəm, baxın,-gəlməz.

Hər cəfaya dözən canım,

İndi hanı o ad-sanım?!

Su tək belə axsa qanım,

Harayıma dağın gəlməz.

Döz həyatın qar-qışına,

Bəd taleyin qarğışına.

Qoca Sərraf, döy başına,

O bəxtəvər çağın gəlməz.

DÜŞÜB

Gülüm, bu dünyada cövrü-cəfadan

Bolluca-bolluca mənə pay düşüb.

Qovuşa bilmirik hələ o vaxtdan,

Araya keçilməz dərya, çay düşüb.



546

Gabud və gabudlular

Bir qərib durnayam yardan aralı,

Hicran yağışından gözüm qaralı.

Demişdim payızda gəlləm, maralım,

Tərs kimi qabağa bahar, yay düşüb.

Sərrafın dağlardan ağırdır qəmi,

Çəkilməz başından həsrətin çəni.

Zəmanə dolanıb sıxıbdı məni,

Neyləyim, qismətim belə zay düşüb.

BÜLBÜL

Qəmli-qəmli yenə ötmə,

Güldürmə əğyarı, bülbül.

Gülşəni tərk edib getmə,

Oyat bu gülzarı, bülbül.

Qəm göründü hara baxdım,

Cismi-canım oda yaxdın.

Oyanmadı yatan baxtım,

Yoxuymuş ilqarı, bülbül.

Gəl bağçada, bağlarda gəz,

Şamamalı tağlarda gəz.

Yurd itirən deyib-gülməz,

Ağlar zarı-zarı, bülbül.

Sərraf çoxdan nalan olub,

Könlüm şəhri talan olub,



547

Nazir Əhmədli

Hər bir dərdi yalan olub,

Küsüb dostu, yarı, bülbül.

SƏNİ SEVƏNDƏ

Mən səni sevəndə dünya firavan,

Ömrümün gül açan bahar çağıydı.

Elə sanırdım ki, mənimdi dövran,

Atam cavan idi, anam sağıydı.

Mən səni sevəndə hər şey tər-təmiz,

Riyadan, məkrdən dünya xalıydı.

O zaman vurardı qoşa qəlbimiz,

Bu haldan bir ancaq Tanrı halıydı.

Sənsiz ürəyimdə qəm dönüb dağa,

Vermişəm şeirə könül varımı.

Gündə neçə dəfə qatıb palçığa

Çırpıram divara arzularımı.

Gəlir xəyalıma xatirən bir-bir,

Əzabla  açıram mən hər səhəri.

Sevda yağışları yağıb arabir

Isladır toz basmış xatirələri.

Göylər də götürməz mən çəkən ahı,

Axıtdım gözümün Arazın, Kürün.

Bu necə sevgidir, necə, əzizim?

Vüsalın acıdır, hicranın şirin.



548

Gabud və gabudlular

QAYITMADI O DURNAM

Bəxt ulduzum daha sönür deyəsən,

Qayıt dedim, qayıtmadı o durnam.

Daş deyiləm bu möhnətə dözüm mən,

Qayıt dedim, qayıtmadı o durnam.

Qucaq-qucaq  göydən ulduz tökərdim,

Cərgə-cərgə yollarına əkərdim.

Ömrüm boyu mən nazını çəkərdim,

Qayıt dedim, qayıtmadı o durnam.

Uçub getdi, hara getdi, bilmədim,

Göyə çıxdı, yerə batdı bilmədim.

Xatirəsi ürəyimi göynətdi,

Qayıt dedim, qayıtmadı o durnam.

Tər qönçəydi, gündən günə açırdı,

Bir ulduzdu, qəlbimə nur saçırdı.

Yansın dilim, acıladı, qaçırdı,

Qayıt dedim, qayıtmadı o durnam.

Yan, ey Sərraf,  yar yanında üzün yox,

Barışmağa söhbətin yox, sözün yox.

Yol çəkəcək arxasınca gözün çox,

Qayıt dedim, qayıtmadı o durnam.



549

Nazir Əhmədli

SONRAKI PEŞMANÇILIQ

Çox da qürrələnmə hiylələrinlə,

Dünya zara gəlib lap əlinizdən.

Ən iyrənc məxluqsuz bu yer üzündə

Fələk də baş açmır əməlinizdən.

Dön bir nəzər yetir öz keçmişinə,

Gör nələr deyəcək o tarix sizə.

Yaradıb nə qədər Səhl Sumbatlar,

Xəyanət etdiniz hər birimizə.

Gör necə İblissiz mələk donunda,

Ibadət etdiniz ocağa, pirə.

Düşəndə məqamı çıxıb qınından,

Döndünüz bir anda pələngə, şirə.

Bir şey anlamayıb bu hiylənizdən,

Yurd-yuva vermişik sizə hər zaman.

Uyduq Əslilərə, Qara keşişlər

Dağ üstə dağ basdı bizlərə yaman.

Az deyil onsuz da öz günahımız,

Qəzetlər qalanıb, kitablar dolub.

Əsrlər boyunca belədir həyat-

Xainə rəhm edən peşiman olub.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə