Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə124/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   129

511

Nazir Əhmədli

Valeh, elçin yansan oda

El xatırlar, salar yada.

Yaxşılardan bu dünyada

Xoş xatirə qalasıdır.

PORTRETLƏR

XAQANİ

Sonra qoyub qaçsa da

Sarayda çuxasını,

Saray şairi kimi

Tanıtdı yaxasını.

XƏYYAM

Hamı yaxşı bilir ki,

Nə dinsizdir, nə babı,

Ancaq seirlərində

Tərifləyib şərabı.

NİZAMİ

O da türk oğlu türkdür-

Eyni qandır qanımız.

“Xəmsə”ni farsca yazıb,

Mat qalmışıq hamımız.



512

Gabud və gabudlular

NƏİMİ

“Cavidannamə”sini

İtiribdir Əlincə,

Əzabla öldürüldü,

Hürufiydi ölüncə.

NƏSİMİ

“Ən-əl-həq” deyib oldu

Bir sufinin varisi.

Inadından dönmədi

Soyulsa da dərisi.

SƏDİ

“Gülüstan”dır, “Bustan”dır

Əziyyəti, cəfası

Neçə arvad alıbdır,

Olmayıbdır vəfası.

HAFİZ

İki böyük şəhəri

Dəyişirdi bir xala,

Qəzəbinə gəlmişdi

Teymurləngin az qala.



513

Nazir Əhmədli

XƏTAYİ

Hələ on üç yaşında 

Olmuşdu nər oğlu nər.

Çaldıranda pis günə

Saldı özününkülər.

FÜZULİ

Təqaüd almaq üçün

Verdi sultana namə,

O qədər incitdilər

Yazdı “Şikayətnamə”.

SOKRAT

Neçə filosofları

Çox da qısnadı küncə,

Danlağından arvadın

Qurtarmadı ölüncə.

BABƏK

Ərəb xilafətinə

Bir vaxt saldı vəlvələ.

Namərdə inanınca.

Dərhal verildi ələ.



514

Gabud və gabudlular

ARXİMED

Hamamda kəşf eylədi

Fiziki bir qanunu,

Çılpaq qaçdı küçəyə

Pozdu qayda-qanunu.

NYUTON

Bəxti yaman gətirdi

Gör nə çatdı dadına,

Cazibə qanununu

Alma saldı yadına.

QALİLEY

Çəkdilər məhkəməyə

Dediyi sözü dandı.

Yerin deyil vecinə,

Yer onsuz da fırlandı.

KOPERNİK

Səhv saldılar yerini

Günəşin də, Yerin də,

Gəldi, səhvi düzəltdi

Hər şey oldu yerində.



515

Nazir Əhmədli

LOBAÇEVSKİ

Həndəsə alimləri

Cırsa da yaxasını,

Beşinci postulatın

Yandırdı atasını.

DARVİN

Alim kimi insanlar

Əziz tutur adını,

Meymuna oxşadıbdır

Insanın əcdadını.

ŞEKSPİR

Faciə yaratmaqdır

Onun eşqi, adəti,

Gəldi, səhnədən getdi

“Zaman-məkan” vəhdəti.

MARKS

Ağlına, zəkasına

Çoxları oldu möhtac,

“Kapital”ı olsa da,

Ailəsi qaldı ac.



516

Gabud və gabudlular

MİRZƏ CƏLİL

Qaradinməz olsa da,

Bilsə də öz həddini,

Üstümüzə güldürdü

O, “Molla Nəsrədin”i.

MƏMMƏDHƏSƏN  ƏMİ

Ömrü boyu olmadı

Heç vaxt ona xuda yar,

Bircə ulağı vardı

Tutub satdı Xudayar.

XUDAYAR  BƏY

Tutub satdı nahaqdan

Kasıbın ulağını,

Mirzə Cəlil də kəsdi

Ömürlük qulağını.

QORXAQ ƏHMƏD

Arvad qovdu küçəyə-

Bomboş idi cibləri,

O da gəlib aldatdı

Yekə-yekə divləri.



517

Nazir Əhmədli

ŞAHMAR VƏLİYEV

(Vəliyev Şahmar Vəli oğlu)

1954­cü ildə anadan olub. Yevlax 

rayonunun İrəvanlı qəsəbəsində ya­

şayır.

LİRİK ŞEİRLƏR

Namərd balta çaldı bir cavan ömrə,

Qəlbi ağrımadı,əli əsmədi.

Ağıl kəssə idi, kəsməzdi balta.

Fəqət balta kəsdi, ağıl kəsmədi.

ELƏ BİLİRƏM Kİ

Ayrıldıq.. leysanlar axdı gözündən,

Fikrimdə ağlarsan hər axşam-səhər.

Görəndə dənizi deyirəm hərdən,

Bəlkə göz yaşından yaranıb  Xəzər.



518

Gabud və gabudlular

ETİRAF

Söyüd ömrü boyu qəmgin yaşadı.

Kim onu pislədi, qəlbinə dəydi?

Yox, barsız, bəhrəsiz olduğundan o,

Utanıb başını aşağı əydi.

YADİGAR

Köçmüsən dünyadan, elə bilmə ki,

Səndən bir nişanə qalmadı, getdin.

Ruhunu əbədi yaşadım deyə,

Qəlbini sən mənə yadigar etdin.

BÖYÜKLÜK

Torpaq sanki əzəmətdən, qüdrətdən yoğrulub,

Kainata müqəddəsliyin rəmzi kimi doğulub.

Şöhrəti ümmanlardı, dağlardı,

Zirvələriylə nə qədər başı ucadırsa,

Dənizləri ilə o qədər təvazökardı.



TƏZAD

Haqq-ədalət harda yoxdu,

Əyri düzü daim yıxdı.

Qarğalar zirvəyə qalxdı,

Qartallar qəfəsdə dözür.



519

Nazir Əhmədli

Gözəl dövran, gözəl həyat

Hər kişiyə olmur qismət.

Sonalar damlaya həsrət,

Tısbağa dəryada üzür.

Gözəllərin bəxti qara,

Baxan yoxdu nazlı yara.

Eşq də qurban gedir vara,

Keçəl telə inci düzür.

Dahilər həqiqət yazar.

Cahillər tərsinə yozar.

Leyli Məcnunlardan bezar,

Məcnun hələ Leyli gəzir.

Lal olubdur, dinmir aqil,

Nadan susmur, ötür dil-dil.

Qönçə üçün ölür bülbül,

Donuzlar gülləri əzir.

x x x x


Qaranlıq gecə-

Cəhalətdə boğulan,

Çadraya bürünmüş

İxtiyarsız bir qadın.

Sayrışan ulduzlar



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə