Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə123/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   119   120   121   122   123   124   125   126   ...   129

504

Gabud və gabudlular

Bax, o vaxtdan evinizə

Yol salıbdır məhəbbətim.

YADİGAR QAL

Qoymaram düşəsən xəbis əllərə,

Saxta gözəlliyə uyma,amandır.

Sən ağlar qalarsan ömrün uzunu,

Mənasız bir ömrün sonu yamandır.

Özün bilirsən ki, axı həyatda

Sevmək asan olur, sevilmək çətin.

Sevdinsə, hicrana dözəsən gərək,

Belədir qanunu ilk məhəbbətin.

Bunları ürəyim, saxla yadında,

Bir gözəl əlimdən alacaq səni.

Görsə ki, dönüksən, yoxdur ilqarın,

Ayaqlar altına salacaq səni.

Gəl indi unudub qəmi-qüssəni,

Məhəbbət dünyamın seyrinə dalaq.

Onun əl dəyməmiş tər güllərindən

Sevdiyim gözələ töhfə aparaq.

Gedək görüşünə bəxt ulduzumun,

Eşqiylə dil açsın arzum, diləyim.

Qoymaram düşəsən xəbis əllərə,

Verim yadigar qal  ona, ürəyim.



505

Nazir Əhmədli

ÜRƏK

Bu axşam bilmirəm, bilmirəm nədən,

Köksümə sığmırsan bir anlıq, ürək?

Kükrəyib köpürmə vaxtsız, vədəsiz,

Mənasız döyünmək nəyinə gərək?

Demirəm daş olub asıl sinəmdən,

Duyğusuz yaşamaq məncə nahaqdır.

Qanqallar içində zərif bir çiçək,

Özün bilirsən ki, tez solacaqdır.

İncəsən, zərifsən, dözümlü də ol,

Buza döndərməsin səni boran, qar.

Pas atıb çürümə xəbis qəlbi tək,

Qoy şüarın olsun sədaqət, vüqar. 

ÜRƏYİM

Kim səni incidib, dəyib xətrinə,

Cavab ver,  alışıb yanma, ürəyim.

Həyatın sınağı hələ öndədir,

Mərdliyi, dözümü danma, ürəyim.

Ülvi məhəbbətin çırpıldı daşa,

Qəmdən qar ələndi kipriyə,qaşa.

Gəl xəyanət etmə dosta, yoldaşa,

Onları günahkar sanma, ürəyim.



506

Gabud və gabudlular

Səndən uzaq olsun qüssə, qəm, kədər,

Yoxsa gənclik məni erkən tərk edər.

Vəfasız gözəlçin ağlama hədər,

Onu ömrün boyu anma, ürəyim.

QALDI

Güman yoxdur qovuşmağa-

Yurd yerində izim qald.

Bu həsrətin soyuğunda

Odum söndü, közüm qaldı.

Çulğalaşıb yaxşı-yaman,

Bir-birinə vermir aman.

Ögey oldu bizə zaman,

Yada dağım-düzüm qaldı.

Mərdliyimiz ovxalandı,

Belimizdə od qalandı.

El basıldı, yurd talandı,

Yaşamağa lüzum qaldı?

El dərdini el çəkəndi,

Yad yıxdığın el tikəndi.

Nəyim var  bitdi, tükəndi,

Mənə ancaq dözüm qaldı.



507

Nazir Əhmədli

Valehəm, kaş bu yaşımda

Mamır olam bir daşında.

Bəlkə onda yaddaşında

Vətən, söhbət-sözüm qaldı.

QIRX YAŞIM TAMAM OLAN GÜN

Birdən-birə boğdu məni qəhər,

İliyimə şaxta kimi

Işlədi qəm, kədər.

Qırıq-qırıq xatirələrin alatoranlığında

Tapdım, itirdim uşaqlığımı.

Keçdi əlimə hərdən

Yaxası cavanlığın da.

Keçmişə qayıtmaq istədim,keçmişə

Qırx yaşım tamam olan gün.

Ayılıb gördüm ki,

Muğanın ilan mələyən şoran çöllərində

Ömrümün nə qədər

Aylarını, illərini

Keçirmişəm hədər.

Könlümə toxunub neçə-neçə ürəksiz.

Qanadı sınmış quşdur insan,

Qalanda arxasız, köməksiz.

Yaxşı ki, inama söykəndi ümidlərim.

Bir az səbrim artdı, bir az da həvəsim

Qırx yaşım tamam olan gün.



508

Gabud və gabudlular

Götürüb tarix kitabını vərəqləyirəm...

İşə bax, 40 yaşa çatmayıb

Şah İsmayıl kimi şiri-nər,

33 il yaşayıb Makedoniyalı İsgəndər.

Gərək mən taleyimə, qismətimə

Şükür eyləyim, şükür

Bir borcu ödəmir min fikir.



SIFIRABƏNZƏR ADAMLAR

“Heç nədir” deyə-

Sadə görünməsin gözünüzə.

Mürəkkəb ədəddir sıfır.

Istər bölünsün,

Istər vurulsun, 

axırı heçdir

bu bölünməyin, vurulmağın.

Yaxşı ki, qiymətli rəqəmlərdən keçəndə qabağa

Heçliyi üzə çıxır dərhal-

Geridəkilərə nə xeyri olur, nə ziyanı.

Nə qədər sıfırabənzər adamlar var həyatda.

Ancaq belələri keçəndə

dəyərli adamlardan irəli

fəlakət olur, fəlakət-

Itir ayaq altda haqq-ədalət, 

göyə çəkilir bərəkət.

Yaşada bilmir heç kəsi

əlinin qabarı,alnının təri.



509

Nazir Əhmədli

Bəhər vermir sinəsini sipər verən oğulların

zəhməti, hünəri.

Indi neçə illərdi

göyə çəkilb bərəkətimiz.

Sıfırabənzər adamlar

keçib qiymətli insanlardan qabağa-

Pis günə qalıb məmləkətimiz.



VARSA

Tövşüyüb qalmaram yoxuşlarda mən,

Zirvələr aşmağa hünərim varsa.

Heş zaman yayınmaz elin gözündən

Yaxşımın yanında yamanım varsa.

Ömrün çox illərin versəm də yelə,

Kiməm, nəçiyəmsə, qalmışam elə.

Hardasa, kiməsə gərəyəm hələ,

Məndən bir yaxşılıq umanım varsa.

Kim geri qaytarıb olub keçəni-

Yaş artdı, çoxaldı saçımın dəni.

Təpə yox, əyilməz dağ bilin məni,

Başımda çiskinim, dumanım varsa.

Bir sirrin açmağa göstərdim inad,

Gördüm başdan-başa sirdi kainat.



510

Gabud və gabudlular

Yaxın üz çevirib olmaz mənə yad-

Əgər cah-cəlalım, ümmanım varsa.

Valeh, Savalana indi qar yağır,

Qabaqdan qış gəlir, ha çığır, bağır.

Çıxar qar altından yenə yol, cığır

Yaz gələr, sabaha inamın varsa.

XOŞ XATİRƏ QALASIDIR

Payız gəldi ömrümüzə-

Qış var hələ, harasıdır.

Qönçələnmiş gül arzular

Açılmamış solasıdır.

Ömrün eniş-yoxuşu var,

Ulduz kimi axışı var.

Bu dünyanın naxışı var,

Boşaldıqca dolasıdır.

Var-dövlətə uyduq elə,

Xırdalandıq ildən-ilə.

Kim nə bilir, getsə belə.

Hələ nələr olasıdır?

Çox sirrini bilə-bilə,

Dünya bizi saldı ələ.

Üzümüzə gülə-gülə,

Nə veribsə, alasıdır.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə