Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə121/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   117   118   119   120   121   122   123   124   ...   129

490

Gabud və gabudlular

İnana bilmirəm azıb  doğrusu,

Axı, iti olur uşaq yaddaşı.

Bəlkə quş yuvası tapdı qəfildən,

Aldanıb nələrə qarışdı başı?

O tarix qayalar verib baş-başa,

Çağırdım, hay verdi, dindi , danışdı.

Orda uşaqlığın uşaq dünyası,

Orda cığırlar da mənə tanışdı.

Barlı ağacların dəyib xətrinə,

Vaxt olub, qırmışam budaqlarını.

Çox vaxt yiyəsindən qaça bilmişəm,

Vaxt olub, dartıblar qulaqlarımı.

Deyirdim həmişə mən deyən olsun,

İnad istəyimi gətirdi ələ.

Hardan biləydim ki, ehtiyac nədir,

Onda qayğılardan uzaqdım hələ.

Daha uşaqlığım gözə görünməz,

Yetər yaxasına əllərim çətin.

Yaz gəlib, güneydə talalanıb qar,

Orda qarçiçəyi axtarır yəqin.

KİMİ

Həqiqət carçısı ola biləydik,

Qorxub həqiqəti danana kimi.



491

Nazir Əhmədli

Tutaydıq qolundan bir köməksizin,

Yalandan halına yanana kimi.

Zaman dəyirmandır, ömür dən, gedir.

Üyüdür, nə gedir ömürdən gedir.

Gedəndə çoxumuz qəfildən gedir,

Gör kimlər var idi dünənə kimi?!

Sən demə, qurulu tələdi dünya,

Gah elə, gah da ki, belədi dünya.

Bizi xəlbirində ələdi dünya,

Çox sirrin anlayıb qanana kimi.

Bacara bilmirik özümüz ilə,

Dəyişir yönümüz belədən-belə.

Baharın həsrətin çəkmirik hələ.

Qışın şaxtasında donana kimi.

İndi bir həsirik, bir Məmmədnəsir,

Ömür də bir yandan qaçır, tələsir.

Valeh, nəfsimizə düşməyək əsir,

Gözütox yaşayaq son ana kimi.

DÜNYANIN

Mərd yanında göyəribdi namərdi,

Bu dünyanın, bu dünyanın, dünyanın.

Bitən deyil nə əzabı, nə dərdi, 

Bu dünyanın, bu dünyanın, dünyanın.



492

Gabud və gabudlular

Ömrümüzü viran qoydu talanı,

Gedən gedib, gedəsidir qalanı.

Həqiqətə tələ qurub yalanı,

Bu dünyanın, bu dünyanın, dünyanın.

İstisi var, şaxtası var,buzu var,

Dərəsi var, təpəsi var, düzü var.

Neçə-neçə astarı var, üzü var

Bu dünyanın, bu dünyanın, dünyanın.

Əvvəl nəymiş, elə yenə həməndi,

Dəyişməyib nə hiyləsi, nə fəndi.

Boynumuzda ölüm adlı kəməndi

Bu dünyanın, bu dünyanın, dünyanın.

Xeyri yoxdur, dolansaq da başına,

Olmaz bizə heç vaxt sirdaş, aşina.

Axı haçan tuş olmadıq daşına

Bu dünyanın, bu dünyanın, dünyanın.

Zaman-zaman boşalandı, dolandı,

Verdiyini üçqat, beşqat alandı.

Çox qisası qiyamətə qalandı

Bu dünyanın, bu dünyanın, dünyanın.

Gileylənib, düşdü saça dən, demə,

Qocalıqla barış, Valeh, qəm yemə.

Hər şeyi var, yox vəfası sən demə

Bu dünyanın, bu dünyanın, dünyanın.



493

Nazir Əhmədli

ÜRƏKSİZ  YAŞAMAZDIN

İsmixan Məmmədovun xatirəsinə

Gör necə öcəşdi zaman səninlə.

Bu qoca dünyamız nə qafil oldu.

Çəkdin karvanını səssiz, səmirsiz,

Şair, bu gedişin nə qəfil oldu?

Kimdənsə, nədənsə qaldın nigaran, 

Çəksən də həmişə yükün ağırın.

Elə hey deyirdin: dara düşəndə 

Məni haraylayın, məni çağırın.

Dədə Ələsgərmi çağırdı səni?

Tələsdin hayına tez çatmaq üçün.

Yəqin ki, qovuşdu babaynan nəvə,

Torpağa əbədi kök atmaq üçün.

Ariflər yanında yerin görünür,

Heç yerdə olmadın artıq, gərəksiz.

Göyçədə qalmışdı axı ürəyin,

Yaşaya bilmədin burda ürəksiz.



494

Gabud və gabudlular

ÖZGƏ

Dərya dərdlərimin adasıyam mən,

Yerimi bilən yox özümdən özgə.

Daha gizli-gizli yanasıyam mən,

Kül altda nəyim var közümdən özgə?

Qayğılar başımı qatıbdı yaman,

Dincəlib durmağa vermir ki, aman.

Məni incidəndə, sıxanda zaman

Ürəyim ağladı gözümdən özgə.

Dərdimin dərdləri verib əl-ələ,

Gecikən sevincim yol gəlir hələ.

Bu dünya belimə qoydu çox şələ,

Bilən tapılmadı dizimdən özgə.

Soldu budaqların barı-bəhəri,

Artdı bağçaların dərdi, qəhəri.

Bir kənd var-taleyi dönəndən bəri,

Orda nəyim qaldı izimdən özgə?

Min gecə dəyərmi bircə gündüzə,

Valehəm, sirr verdim doğruya, düzə.

Zalım ehtiyacla qaldım üz-üzə,

Neyləyim, nəyim var sözümdən özgə?



495

Nazir Əhmədli

DEYİL

Şair dostum S.Qarağaclıya

Acizlər taledən, bəxtdən pay umar,

Atalar sözüdür bu-yalan deyil.

Bacarsa, göylərdən ulduz-ay umar,

Acgözlər haçansa tox olan deyil.

Göz açıb-yumunca mənzilə çatdı, 

Ömür bir dəlisov, yüyənsiz atdı.

Dost gördüm, dostunu nəfsinə satdı,

Namərdlər azalıb yox olan deyil.

İnsanıq, nahaq da, haqq da özümüz,

Yüz səmtə çevrilir bəzən üzümüz.

Nə vaxt ki əyrini kəsdi düzümüz,

Mayası haramlar çoxalan deyil.

Gah bizi qızıla bələdi dünya,

Gah da arxamızca mələdi dünya.

Bizi xəlbir kimi ələdi dünya,

Deyəsən, bu talan o talan deyil.

Sən alın tərindən var gözlə, qardaş,

Qışdan yaz istəmə, qar gözlə, qardaş.

Bağban ol, bağ salıb bar gözlə, qardaş,

Başımız zəhmətsiz ucalan deyil.



496

Gabud və gabudlular

ASANDIR

Axtarıb dərmanın tapa biləsən-

Dərddən boş-boşuna yazmaq asandır.

Dünyanın göz yaşın gərək siləsən,

Dünyanın nizamın pozmaq asandır.

Zəhmətə xor baxıb yatma sərində,

Xeyir-bərəkət var alın tərində.

Az danış, düz söylə sirri dərində,

Söz var yamanlığa yozmaq asandır.

Arif məclisinə düşsə güzarın,

Gücü başına ver, nə boğaz, qarın.

Düz yolundan azma çoxalsa varın,

Azmağa nə var ki, azmaq asandır.

Oduynan oynama, Valeh, hər sözün,

Yanıb kül olarsan, tapılmaz közün.

Çalış fürsət vermə, yaxşının, düzün

Ayağı altını qazmaq asandır.

YAXŞILARIN ÖLÜMÜ

Dözdü, sinə gərdi qışın qarına,

Dərdi şərbət kimi başına çəkdi.

Ürəyin bahara açana kimi,

Yazıq tumurcuğun başı nə çəkdi.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə