Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə117/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   ...   129

462

Gabud və gabudlular

TOYUQ ADƏTİ

Toyuq cumub anbara

Buğda tığına batdı.

Köhnədən adətiydı-

Yenə eşənək atdı.

TISBAĞA VƏ OVÇU

Yoldan keçən ovçunu

Görüb qorxdu tısbağa.

Ondan gizlənmək üçün

Vurnuxdu sola-sağa.

Ovçu görüb bu halı,

Söylədi: -Ay gic heyvan,

Səndə ki, insan üçün

Yoxdur faydalı bir can.

Söylə görüm bəs nədən 

Qaçırsan ovçudan sən?

Əgər səni dünyada

Ovlayan olsaydı, bil

Çamurluqda qocalmaz, 

Yaşamazdın üç yüz il.

Mən ki düşüb sonalar,

Ceyranlar sorağına,

Gözəl bir şikar üçün

Gəldim göl qırağına.

Sarsaq hərəkətinlə 




463

Nazir Əhmədli

Gəl qaraltma qanımı,

Mən sənə meyil salıb

Satmaram vicdanımı.



SƏN DEYƏN OLSUN

Bir məclisdə ateist

Xəbər aldı mömindən:

-Kimdir ilk əcdadımız,

Bilirsənmi bunu sən?

Arif kişi anlayıb 

Bu sözdəki eyhamı,

Dedi, Adəm nəsliyəm,

Eşitsin, bilsin hamı.

Özünü ki, sanırsan 

Sən meymundan törəmə,

Sən deyən olsun daha,

Dolanma yan-yörəmə.



464

Gabud və gabudlular

VALEH SAVALAN

(Şahquliyev Valeh Surxay oğlu)

1957­ci  ildə  anadan  olub,  Sabi­

rabad  rayonunun  Polad­Toğay  kən­

dində yaşayır.

LİRİKA

YURD HƏSRƏTİ

Çox zaman duymuruq gözəlliyini

Çönçələr açılıb gülə dönməmiş.

Bilmədik qədrini, yazıq kəndimiz,

Sönüb ocaqların külə dönməmiş.

Gəldik, dağlar arxamızca baxışdı,

Qəm karvanı ürəklərə naxışdı.

Nənələrin göz yaşları yağışdı,

A yurd yerim, həsrətin nə yamandır,

Yəqin bizsiz işin ahdır, amandır.




465

Nazir Əhmədli

Qayaların yaddaşında nə qalıb?

Nə itirib, əvəzində nə alıb?

Xəzan vurub, bağın, bağçan saralıb,

Gəl qınama saçımızda dən nədir,

Zaman bizi bircə-bircə dənlədi.

Babalarım əzəmətli, gözü tox,

Səbri böyük, nəsihətli sözü çox.

Nənələrin adı qalıb, özü yox,

Sinən üstə çiçək olub bitdilər

Tirpağına qarışdılar, itdilər.

Köç düşəndə sinəsinə dağların,

Ovu gəzər sinə-sinə dağların.

Səs verəcək kim səsinə dağların?

Yaxamızdan tutub indi uzaqlar,

Yoxdur daha o gördüyün uşaqlar.

Keşiyində topdağıtmaz qalan yox,

Gəlib-gedən, sınıq könlün alan yox.

İndən belə intizarın çəkən çox,

Dünya elə boşalandı, dolandı,

Verdiyinin əvəzini alandı.

Qayaların göz yaşları axanda,

Qarçiçəyi güneylərdən baxanda,

Qərar tutub dayanmazdıq bir an da.

Səpilərdik dərələrə, düzlərə,

Xoşbəxtlikdə kim çatardı bizlərə?




466

Gabud və gabudlular

Müxənnətlər məqsədinə yetdimi?

Aramızda Qara Keşiş bitdimi?

A yurd yerim, cığırların itdimi?

Bizdən sənə onlar qalıb əmanət,

Əmanətə səndə yoxdur xəyanət.

Gəl ağlama, tökmə belə yaş, bulaq,

Şirinlikdə, sərinlikdə baş bulaq.

Yığılaydıq bir başına, Daş bulaq,

Ötənləri bircə-bircə anaydıq,

Xısın-xısın alışaydıq, yanaydıq.

Xatirələr yaddaşımı qanatdı,

Haray çəkib keçmişləri oyatdı.

Ürəyimdə neçə nisgil boy atdı,

Yuxularım çıxmaz daha bir də çin, 

Sən üfüqsən, mən yolçuyam səninçin.

İz qoymuşuq zirvələrin qaşında,

Yaddaşı var torpağın da, daşın da.

Nələr gördük buz bulaqlar başında,

O günlərdən qəlbimizdə köz qalıb,

Neçə kövrək, neçə şirin söz qalıb.

Geri dönməz, ömür gəldi-gedərdi,

Qismətimiz qəm yüküdü, kədərdi.

Gələmmirik, gözləməyin hədərdi,

Səndən ayrı tükənmişik, bitmişik,

Uzaqlarda ərimişik, itmişik.




467

Nazir Əhmədli

Tükənməzdir kəramətin, kərəmin,

Çox olmuşuq həmsöhbətin, həmdəmin,

Yadındamı o çağların, o dəmin,

A Bol bulaq, gözüm qalıb gözündə,

Həsrətini yaşadıram özümdə.

Sənə nə var, dağ arxan var əzəldən,

Arxasızın fərqi yoxdur xəzəldən.

Çox fürsəti buraxmışıq biz əldən,

Keçmişləri birər-birər ara, bax,

Hər daş altda min sirr yatır, ora bax.

Vaxt oldu ki, üz çevirdik yada biz,

Uyduq özgə şöhrətə biz, ada biz.

Xətaini gətirmədik yada biz,

Ruhu bizdən gileyləndi, incidi,

Çox gec bildik o gövhərdi, incidi.

Müxənnətlər mərd yanında tər salar.

Tariximə qara yaxdı tərsalar.

Vallah, bu dərd ürəyimi qarsalar-

Nə qədər ki, ayaq tutub yalanlar,

Həqiqəti kim anladar, kim anlar?

Göynərtisi yaman olur sözün də,

Oda yandım misraların közündə.

Ləpirimi barı yaşat özündə-

Xəbərin yox, saçlarıma düşüb dən,

A yurd yerim, nigaranam ömürdən.




468

Gabud və gabudlular

Bu dünyada hər açılan solandı,

Çoxlarının ömür mülkü talandı.

Gedəsiyik, söz yadigar qalandı,

Misralardı ümid yerim, pənahım,

Unudulsam, bu mənim öz günahım.

Qara torpaq neçə igid ər gizlər,

Viranələr qucağında zər gizlər.

Göz yaşımı alnımdakı tər gizlər,

Qəm yükünü çəkən bilər bu dərdi,

Kədər olub ürəyimdə göyərdin.

Yandım daha, külə dönüb közüm də,

Ha çalışdım, dağ olmadım dözümdə.

Qayğılar çox, yorulmuşam özüm də,

A yurd yerim, söz-söhbətim uzandı,

Salamat qal, görüşümüz gümandı.



KƏNDİMİZDƏ KİMSƏ YOXDUR BU BAHAR

Ocaqların odu sönüb, közü yox-

Kəndimizdə kimsə yoxdur bu bahar.

Süfrələrin yeri qalıb, özü yox-

Kəndimizdə kimsə yoxdur bu bahar.

Bulaqları yetim qalıb, kövrələr, 

Çiçəklərin ürəyini qəm dələr.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə