Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə8/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   129

28

Gabud və gabudlular

Beləcə, son dərəcə füsunkar, əsrarəngiz, təkrarsız Gabudun 

ərazisində yerləşən bir çox yerlər orada məskunlaşan, nəfəsləri 

ilə  uzun  müddət  boş  qalmış  əraziləri  isidən,  canlandıran 

gabudluların adı ilə əbədiləşdirilmişdi.

Belə  adlardan  Şahqulular  gölləri,  Şahbəndə  yurdu,  Fətəli 

biçənəyi, Məşədi yurdu, Təmo dərəsi, Xıdırın gədiyi, Avasölən, 

Mustafa güneyi, Məmmədin düz yeri, Hacının yoncası, Alışanın 

döş yeri, İsanın bağı, Şaxenin bağı, İsmixanın biçənəyi, Şahmirzə 

yurdu və başqa yer adlarını da göstərmək olar.

Azərbaycanlıların  bu  kənddə  məskunlaşmasını  XVIII 

əsrn  sonlarını,  buradan  köçməsini  isə  1988-ci  il  qəbul  etsək, 

bu rada təxminən 200 il  yaşamışıq. 1828-ci ilin 10 fevralında 

imzalanmış Türkmənçay müqaviləsinə görə, İrəvan və Naxçıvan 

xanlıqları  İrandan  Rusiya  imperatorluğuna  keçdi.  Bu  əraziləri 

daim  münaqişədə  olduqları  İran  və  Türkiyəyə  qarşı  forposta 

çevirmək istəyən Rusiya həmin iki xanlığın ərazisini 

“Erməni 

vilayəti” elan edərək İranda və Türkiyədə yaşayan, özünə sadiq, 

müsəlmanlara  düşmən  olan  ermənilərlə  məskunlaşdırmağa 

başladı. Bu məqsədlə Türkmənçay müqaviləsində xüsusi, 15-ci 

maddə də nəzərdə tutulmuşdu və bu maddə ilə İran təbəələrinə 

1  il  vaxt  verilirdi  ki,  kim  istəsə,  öz  malı,  mülkü,  sərvəti  ilə 

digər dövlətin ərazisinə keçə bilər. Amma təbii ki, bu cür ifadə 

sırf diplomatik bir ifadə idi və əsasən ermənilərin bu ərazilərə 

köçürülməsini  təmin  etməyə  yönəldilmişdi.  Beləliklə,  artıq 

1828-ci ilin mart ayında ermənilərin tələm-tələsik köçürülməsinə 

başlanılır,  bu  prosesə  isə  polkovnik  rütbəsində  olan  hərbçi, 

milliyyətcə erməni 

Lazarev başçılıq edirdi. Köçməyə tərəddüd 

edən erməniləri müxtəlif vədlərlə, hətta pulla şirnikləndirirdilər. 

Və  İranın  Salmas,  Xoy,  Marağa  və  Maku    vilayətlərindən 



29

Nazir Əhmədli

“Erməni  vilayəti”  adlandırılan  ərazilərə  8  min  erməni  ailəsi 

köçürməyə  nail  olurlar.  1831-ci  ildə  Dərələyəzdə  cəmi  1001 

müsəlman ailəsinin yaşadığını nəzərə alsaq, səkkiz minin çox 

böyük rəqəm olduğu ortaya çıxar.

Maraqlıdır ki, həmin köçürmə dövründə İrandan buralara 

500  müsəlman  ailəsinin  də    könüllü  olaraq  gəldiyini  yazırlar. 

Qısqanclıq keçirən 



Lazarev onlara mane olmaq üçün hətta qalib 

qoşunların komandanı general 



Paskeviçə də müraciət edir, amma 

istəyinə nail olmur, çünki bu ərazilərin məskunlaşdırılması Rusiya 

imperiyasının maraqlarına uyğun idi, bu təbəələr gələcəyin vergi 

ödəyiciləri, əsgəri mükəlləfiyyəti olan adamlar idi. Mən əvvəllər 

belə  hesab  edirdim  ki,  1828-ci  ildə  ermənilərlə  buraya  eyni 

vaxtda gələn müsəlmanlar bizim babalarımızdır, amma məlum 

olur  ki,  bu  heç  də  belə  deyilmiş,  Dərələyəzdə  yaşayan  1001 

müsəlman ailəsi 1831-ci ilin siyahıyaalınmasında buranın köklü 

əhalisi kimi qeyd olunduğu halda, 1828-ci ildə İranın Salmas, 

Xoy  və  Maku  vilayətlərindən  gələn  507,  Türkiyədən  gələn  8 

erməni ailəsinin yeni köçürülənlər olduğu qeyd olunur. Bu 1001 

ailə Dərələyəzin daha qədim sakinləri kimi göstərilir.

1988-ci ildəki deportasiya Gabudun tarixində ilk belə hadi-

sə  deyil.  Ümumrusiya  Kommunist  Bolşeviklər  Partiyasının 

Siyasi  Bürosunun  üzvü  və  SSRİ  xarici  ticarət  naziri,  dövlət 

başçısı  İ.Stalinə  yaxın  fiqur  olan  A.Mikoyanın  fikirləşip 

tapdığı siyasi kələk-guya Suriyadan, Livandan və başqa xarici 

dövlətlərdən  erməniləri  Ermənistan  SSR-ə  gətirmək  üçün  

Ermənistan azərbaycanlılarının 1948-ci ildə Azərbaycan SSR-ə 

köçürülməsi, daha doğrusu deportasiyası baş vermişdi. O vaxt 

gabudluları  da  Yevlax  şəhərinin  yaxınlığında  yeni  salınan 

Səmədabad  qəsəbəsinə  yerləşdirmişdilər.  Həm  yaşadıqları 



30

Gabud və gabudlular

sərin  iqlimli  yerdən  gə tirilərək  cəhənnəm  kimi  isti    bir  yerdə 

məskunlaşdırılmaları,  həm  də  ənənəvi  məşğuliyyətlərindən 

fərqli olaraq pambıqda işləməyə məcbur edilmələri gabudluların 

qətiyyən  ürəyindən  deyildi.  Amma  onları  geriyə-Gabuda  da 

buraxmırdılar. 

1953-cü  ilin  martın  əvvəllərində  İ.Stalinin  ölümü  siyasi 

rejimdə  müəyyən  dəyişikliyə-yumşalmaya  səbəb  olduğundan, 

gabudlular da vəziyyətdən istifadə edib Gabuda qayıtdılar.  

Atam  danışırdı  ki,  gabudlular  geri  qayıdanda 



Bazarçay 

deyilən yerdə, Sisyan rayonunun ərazisində yol bağlı imiş, qışdan 

qalan qar hələ əriyib qurtarmayıbmış. Gabudlular bir həftə gecə-

gündüz çalışaraq, onları gətirən yük maşınının keçməsi  üçün 

yolu qardan təmizləmişdilər. 

İş  elə  gətirdi  ki,  Gabudu  sonuncu  tərk  edənlər  də  qışın 

çovğununda, qarında dağdan Şahbuz rayonunun Kükü kəndinə 

aşaraq Azərbaycan ərazisinə yetişə bilmişdilər...

1948-1952-ci  illərin  deportasiyası  zamanı  Gabudu  tərk 

etməyən  bir  ailə  vardı-o,  Gabudun  ilk  daş  qoyanı  Ruşanın 

nəslindən olan Hacının nəvəsi Məhəddin, yəni babam idi. Sanki 

ulu əcdadının miras qoyub getdiyi məskəni ermənilərə tərk edib 

getmək istəmirdi.

Həmin  vaxt  onu  qonşu  gomurlular  özlərinə  kolxoz  sədri 

seçib etimad göstəriblər. Gomurlular da doğma kəndlərini tərk 

etməmişdilər.

O vaxt gabudluların tərk etdiyi kənddə erməni yaşamırdı, 

amma  deyilənə  görə,  indi  Gabudda  müəyyən  qədər    məs-

kunlaşıblar.

Ermənilər  tarix  boyu  nə  qədər  vətənpərvərlik  şüarları  ilə 

pərdələnsələr də, Ermənistanda yaşamaq istəyənlər azlıq təşkil 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə