Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə9/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   129

31

Nazir Əhmədli

edir, bəlkə də fağırlar, xaricdə özünə isti yer tapa bilməyənlər 

və  vəzifədən  yararlananlar  burada  yaşamaqda  davam  edirlər, 

ermənilərin  xarici  ölkələrə  köçü  isə  arasıkəsilmədən  davam 

etməkdədir. 

Yadımdadır  ki,  1980-ci  illərdə  Gomur  kəndinə  asfalt  yol 

çəkiləndə bizim kəndlərin əhalisi ilə ünsiyyətdə olan 

Zaritap 

(biz oradan köçənə qədər bu kəndi öz əvvəlki adı ilə Paşalı 

adlandırırdıq) erməniləri heç gizlətmədən deyirdilər ki, bu 

yol  sizin  üçün  deyil,  sizi  oralardan  köçürəcəklər.  Onlar  bu 

xəbərdarlığı edəndə hələ M.Qorbaçov hakimiyyətə gəlməmişdi, 

yenidənqurma başlamamışdı...

Qorbaçov  demişkən,  kəndimizdə  müəllim  işləyən  vaxtlar 

idi, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş partlayışın 

əlamətlərini öz gözlərimlə gördüm.

Bizim ailə adətən, gec yatırrdı. Təbiətən çox şirin söhbətcil 

olan atamın başına yığılar və ədəbiyyat məsələlərindən tutmuş 

atom fizikasına qədər ən müxtəlif mövzularda söhbətlər edərdik.

1986-cı il aprel ayının 25-dən 26-na keçən gecə idi, təx-

minən gecə saat birin yarısında havamı dəyişmək üçün bayıra 

çıxdım.  Kəndimizin  şimal  tərəfində  yerləşən 



“Kəllə  qaya” 

dediyimiz yerdə göy üzündə bir halə gördüm. Nə ola biləcəyini 

başa  düşmək  üçün  ona  diqqətlə  baxıb  gözlədiyim  müddətdə 

onun  cənuba,  kəndimizə  tərəf  böyüdüyünü  müşahidə  etdim, 

həyəcanla atamı, evdəkiləri bayıra çağırdım. Xeyli baxdıq, bir 

şey anlamayıb içəri qayıtdıq, bəzi mülahizələr irəli sürüb onu 

unutduq.

Üstündən  təxminən  3-4  gün  keçəndən  sonra  rəsmi  sovet 

mətbuatı  Çernobılda  baş  vermiş  qəza  ilə  bağlı  əhəmiyyətsiz, 

kiçik miqyaslı bir hadisə kimi məlumat verdi. 



“Zaman” xəbərlər 


32

Gabud və gabudlular

proqramında  xəsiscəsinə  verilmiş  bu  məlumatı  oxuyan  diktor 

xanım 

Anna Şatilova isə sovet vətəndaşlarını qəti əmin edirdi 

ki, qorxulu bir şey yoxdur. Hətta bir ingilis xanımın məktubunu 

istehza ilə xatırlatdı. Tədbirli, ehtiyatlı ingilis maraqlanırdı ki, 

Polşaya səfər edən həyat yoldaşını təhlükə gözləmir ki?

Amma  ingilis  haqlı  idi-Çernobıl  qəzasının  ətraf  mühitə 

vurduğu  dəhşətli  ziyan  oraya  köməyə  gedənlərin-içərisində 

xeyli azərbaycanlılar da vardı,-ağır radiasiyaya məruz qalması, 

bir çoxunun ölməsi, əksəriyyətinin əlil olması ilə yaddaşlarda 

qaldı. Çernobıl faciəsini hətta 1945-ci ildə Xirosimaya atılmış 

atom bombası ilə müqayisə edirlər. Oradan yayılan radioaktiv 

şüalanmanın  gücü  haqqında  təkcə  o  faktı  demək  kifayətdir 

ki, həmin il gabudluların əkdiyi xiyar tərəvəzi demək olar ki, 

məhsul vermədi, tağları qarsalıb büzüşdü. Sən demə, bu bitki 

radiasiyaya çox həssas imiş.

Kəllə qayanın üstündən cənuba doğru böyüyən işıq haləsi 

isə başa düşdüm ki, dəhşətli dərəcədə güclü şəkildə baş vermiş 

radioaktiv şüalanmanın izləri imiş..

Millətlərarası nifaqa səbəb olan, milyonlarla insanın   döğ-

ma  yurd-yuvasından  sürgün  edilməsi,  bütün  bunların  məntiqi 

nəticəsi olaraq SSRİ boyda nəhəng bir imperiyanın dağılması 

Çernobıl faciəsindən geri qalmayan başqa bir faciə idi. Mixail 

Qorbaçovun törətdiyi faciə ...

Vəfalı  gabudluların  oradakı  çətinliklərə  sinə  gərib  qal-

ması,  Gabudu  tərk  etməməsi  uzun  söhbətin  mövzusudur.  Bu 

çətinliklərin başında işsizlik və yol problemi dururdu. Gabuda 

nəinki  avtobus işləmirdi, qış vaxtı hətta tırtıllı traktor çətinliklə 

gəlib  gedirdi.  Ona  görə  də  gabudluların  həkim,  xəstəxana,  ən 

vacib  ərzaq  olan  un  əldə  etmələrinin  hansı  çətinliklərlə  başa 

gəldiyini təsəvvür etmək çətin deyil.



33

Nazir Əhmədli

Bizim  əhalinin  yoldan  da  vacib  problemi  iş  məsələsi  idi. 

Kəndimizdəki  səkkizillik  məktəbdə  10-11  müəllim  işləyirdi, 

ondan artığını yerləşdirməyə dərs yükü yox idi. Gabud, Gomur 

və Axta kəndləri bir sovxozda birləşdirildiyindən, oradakı ştatlar 

da dolmuşdu və ali məktəbi yeni qurtaranlar üçün artıq yer yox 

idi, onlar ən yaxşı halda Azərbaycanda qalıb iş axtarmalı idilər. 

Belələrinin  arasında  isə  gabudlular  üstünlük  təşkil  edirdilər, 

çünki buradakı ali təhsillilərin sayı qonşu kəndlərdən daha çox 

idi.


1980-ci illərdəki təxmini hesablamalarımıza görə, Gabudu 

tərk edən ailələrin sayı Gabudda yaşayanlara bərabər idi.

Yadımdadır  ki,  1979-cu  ildə  SSRİ-də  keçirilən  siyahıya 

alma zamanı Gabudun əhalisi 206-sı qadın, 206-sı kişi olmaqla 

412 nəfərdən ibarət idi. Ali məktəblərdə oxuyan tələbələrin və 

orduda  xidmət  edənlərin  daxil  edilmədiyi  bu  siyahıya  almanı 

Gabud kənd məktəbinin direktoru olan atama tapşırmışdılar, o 

da kömək üçün mənə müraciət etdi və bu işi ikilikdə gördük. 

Büdcədən  maaş  almayanlar  (kənd  əhalisinin  əksəriyyəti 

bu  kateqoriyaya  aid  idi)  fərdi  təsərrüfatla  məşğul  olmalı  idi 

və  burada  əsas  məşğuliyyət  heyvandarlıq  idi.  Amma  bunun 

üçün  yem  tələb  olunurdu. Artmaqda  olan  əhali  üçünsə  sıxlıq 

yarandığından burada artıq böhran yetişməkdə idi. Ailəni süd-

qatıqla təmin etmək üçün 1 inək, 10-15 qoyun saxlamaq əhalinin 

əksəriyyətinə güclə nəsib olurdu. Çobanlar bu sahədə istisna idi-

onlar qış vaxtı öz qoyunlarını da sovxozun sürüsündə saxlamağa 

müvəfəq  olduqlarından  imkanları  daha  geniş  sayılırdı. Amma 

bütün kənd çoban olmayacaqdı ki. Həm də müəllim ştatı kimi, 

sovxozdakı çoban ştatları da məhdud olduğundan, bir çox ailələr 

başqa  kəndlərə  gedib  fermalarda  işləməyə  məcbur  olurdular. 

Yeganə təsəlliləri isə ala-babat dolanışıq əldə etmələri idi.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə